Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycan bayrağı Klimancaro zirvəsində

Ürəyi Vətənə sevgi hisslərii ilə döyünən və milli qürurumuzun simvolu üçrəngli bayrağımızı daha bir zirvəyə qaldırmaq arzusuyla yaşayan bir qrup şəxsin 2009-cu ilin avqustunda ekvatorda yerləşən qar oazisisinə - Afrikanın Kilimancaro dağma səfəri. ....Mütləq Oxu.....

Bəşər övladı dünyaya gəldiyi gündən naməlum torpaqları kəşf etməyə, kainatın sirlərinə vaqif olmağa can atmışdır. Uzun minilliklər davam edən bu axtarışların nəticəsi olaraq dənizlər, okeanlar, insan ayağı dəyməyən torpaqlar kəşf olunmuş, qədim əhalini qorxuya salan təbiət hadisələri öyrənilmiş, təbii qanunlar kəşf edilmişdir. Zaman keçdikcə insan yeni torpaqlarda məskən salmış, təbiətlə qarşılıqlı təmasda yaşayaraq artıb-çoxalmış, lakin «yeni dünya» kəşf etmək cəhdlərini inadla davam etdirmişdir.
İnsanın təbiət zənginliklərinə baş vurması müxtəlif motivasiyalardan irəli gəlmişdir: bəzi hallarda elmi-tədqiqat arzusu, bəzən axtarış-səyahət həvəsi, bəzən isə kalonialist istəklər ayrı-ayrı şəxslərə hakim kəsilərək onları irəli aparmışdır. Bu cəhdlərin bəziləri uğurla başa çatdırılmış, bəziləri isə nəticəsiz qalaraq, iflasa uğramışdır. Lakin vətənə sevgi, mənsub olduğu millətə xidmət etmək arzusu ilə irəli gedən insan, hər zaman təbiətin hakim mövqeyi və qarşıya çıxardığı bütün çətinliklərə qalib gələrək, istəklərinə çatmış və zirvələr fəth etmişdir.

Bu istəklərlə köklənmiş, ürəyi Vətənə sevgi hisslərii ilə döyünən və milli qürurumuzun simvolu üçrəngli bayrağımızı daha bir zirvəyə qaldırmaq arzusuyla yaşayan bir qrup şəxsin 2009-cu ilin avqustunda ekvatorda yerləşən qar oazisisinə - Afrikanın Kilimancaro dağma səfəri və əldə etdiyi nəticələri bu kitabda işıqlandırmağa çalışmışıq.
 Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutmuş ilk Azərbaycan-Afrika Elmi Ekspedisiyası böyük siyasi önəm daşımaqla yanaşı, uzaq Afrikanın əlçatmaz əraziləri, xüsusən zəngin bioloji müxtəlifliyi barədə birbaşa geniş biliklər və məlumatlar əldə etməyə və onların az öyrənilmiş komponentlərini yerində tədqiq etməyə imkan yaratmışdır.
Lakin, sual yarana bilər - nə üçün ekspedisiya məhz Kilimancaro dağını fəth etməyi məqsəd seçmişdir? Kilimancaronun özəllikləri nədə ifadə olunur?
Bu suallara cavab vermək üçün tarixə müraciət etmək gərəkdir...
Hələ min illər öncə Platon yazırdı ki, uzaq cənubda, səhraların arxasında qarla örtülü dağlar mövcuddur. Bu məlumatlara dövrünün ən inkişaf etmiş ölkələrində yaşayan insanların çoxu, o cümlədən elm adamları belə şübhə ilə yanaşırdı ki, Saxaranın quru səhraları ilə hüdudlanan daimi qar və buzlaqlarla örtülü dağ (məkan) mövcud ola bilər.
Kilimancaro haqqında ilk məlumatlar bizim eranın II əsrinə təsadüf edir.

Coğrafiyaşünas və astronom Aleksandr Ptolomeyin coğrafi xəritəsində bu dağları görmək olar. Lakin avropalılar bu qeydlərə ciddi yanaşmırdılar. O dövrün alimləri inanmırdılar ki, ekvatordan cəmi 3 dərəcə temperatur fərqi olan yerdə buzlaqlar mövcud ola bilər. Hətta məşhur coğrafiyaçı Qumboldt bu məsələ ilə əlaqədar şübhələrini bildirirdi. Yalnız XIX əsrdə, avropalılar öz gözləri ilə «Afrikanın ürəyində» buzlaqları gördükdən sonra bu təsəvvürlər tamamilə dəyişdi.
XIX əsrin ortalarında, daha dəqiq desək 1848-ci ildə Kilimancaronun zirvəsində parıldayan qar «papağı» görən ilk avropalı Yoxanes Rebman oldu. Buna baxmayaraq onilliklər boyunca heç bir cəsur şəxs bu zirfvəni fəth edə bilmədi. Nəhayət ki, I890-cı i İdə alman coğrafiyaşünası və alpinisti Hans Mayer Kibo zirvəsinə qalxa bildi. Yalnız bundan sonra Kilimancaro massivində böyük buzlaqların olması elmi cəhətdən sübuta yetirilmiş oldu.

Dünyanın əksər uca dağları möhtəşəm dağ silsiləsi zəncirindən ibarət olur: Himalay, And, Kordilyer, Tyan-Şan və ya Qaraqumdağ. Amma Afrikanın uca zirvəsi olan Kilimancaro Tanzaniyanın ucu-bucağı görünməyən düzənliklərində liliput/ar ölkəsinə təsadüfən girmiş nəhəng azman kimi tənha, lakin əzəmətlə ucalır.
Şərqi Afrikaya səfər edən hər bir təbiətsevər insan Kilimancaronu öz gözləri ilə görməyi, «qitə simvol u »na ayaq basmağı arzu edir. Amma reallıq budur ki, çox yaxşı hazırlanmış insanların heç də hamısına zirvəyə çıxmaq nəsib olmur. Zirvəyə çıxışın çətinliyini bir tarixi fakt da təsdiq edir ki, avropalılara bunun üçün 30 ildən çox vaxt lazım olmuşdur. Artıq 3000 metr yüksəklikdə dağ xəstəliyinin əlamətləri hiss olunur, hesab olunur ki, dağ özlüyündə dünyanın ən böyük vulkanlarından birini daşıyır və konusdaxili gedən proseslər dikdə olan insanın orqanizminə zərərli təsir göstərir. Zirvədə yerləşən nəhəng krater 2 kilometr diametrə və 200 metr dərinliyə malikdir və onun dibindən bir neçə yerdə adamı boğan vulkanik qazlar qarışığı çıxır.

Kilimancaro zirvəsinin nəhəng buzlaqları, son dövrlərin məlumatlarına görə tədricən azalmağa doğru gedir. Zirvəyə il ərzində cəmi 200 m m yağıntı düşür ki, bu da qar əriyən zaman ayrılan suyun kompensasiyası üçün kifayət etmir.

Bəzi alimlər hesab edirlər ki, vulkan yenidən qızışır və bu, zirvədə olan qarın tədricən əriməsinə gətirib çıxaracıqdır. Digərləri isə bu prosesdə planetimizdə gedən qlobal istiləşməni (iqlim dəyişikliyini) günahlandırırlar. İstənilən halda fakt ondan ibarətdir ki, həqiqətən də Kilintancaronun buzlaqları get-gedə azalır və istiləşmə tempi hu qaydada qalarsa, 2200-cü ilə dağ özünün buz papağını tamamilə itirəcəkdir.

Kilimancaro dünyanın yeddi ən yüksək zirvəsindən biri sayılır. Himalay, And, Alp və Tyan-Şan kimi möhtəşəm dağ silsilələrindən tək dayanması ilə fərqlənməklə, Afrika qitəsinin qarla örtülü yeganə, ən hündür dağıdır. 60 km uzunluğunda və 40 km enində höyük bir massivi əhatə edən Kilimancaro dağında, yer üzündə olan bütün iqlim tipləri mövcuddur.

Dağın ekvatora yaxın olması səbəbindən oraya dırmanan insan bir neçə gün ərzində dünyada olan bütün iqlim tipləri ilə qarşılaşır. Marşrutlar slx və keçilməz tropik meşələrdən, sonra isə kolluq bitkilərin, nəhəng kaktusların və xaç-çiçəklilərin bitdiyi düzəngahlardan keçir. Massivin ətəklərində nadir çətirə bən zər akasiyalar və otlarla örtülü geniş savannalar yayılıb. Dəniz səviyyəsindən 1500 metrdən yuxarı Kiliman-caronun əsrarəngiz ekvatorial və rütubətli tropik meşə qurşağı başlayır. Yuxarı qalxdıqca dağ çəmənləri zonası əsrarəngiz güllərə malik ağacgör-kəntli bitki olan senesiyalarla zənginləşir.

3000 m səviyyəsində hər axşam zirvədən gələn soyuq və vadidən qalxan isti toqquşur, bu səbəbdən hər zaman bu hissə duman və buludlarla örtülüb, güclü yağışlara səbəb olur.

4000 nı-dən sonra çəmənlər öz yerini yüksək dağlıq, şibyə və mamır zonası ilə əvəzləyir.


4000-5000 metr hündürlüklərdə isə yüksək dağlıq səhra, qayalıq və buzlaqlar hökmranlıq (dominantlıq) edir və nəhayət 5895 metrə qədər yüksələn UHURU zirvəsi əzəmətli görkəm iylə qalın buzlaqlar mənzərəsi açır.

Səhər və axşam saatlarında dağın zirvəsi cilalanmış gümüş kimi parıldayır. Qədim zamanlarda yerli qəbilələr inanıblar ki, həqiqətən də dağın zirvəsi qiymətli metaldandır. Onları qınamalı deyil, onlar heç zaman qar və hıız görməmişdilər. Amma hunu yoxlamağa heç kim cürət etmirdi, çünki helə inam var idi ki, dağ qəzəbli ruhların məskənidir. Deyilənə görə bir yerli qəbilə başçısı öz cəsur döyüşçüsünü gümüş gətirmək üçün Kibo zirvəsinə göndərmiş, lakin «gümüş» onların əlində ərimişdir. Onlar məsələni qəbilə başçısına izah etdikdən sonra vulkana - «Soyuq allahının iqamətgahı» adı verilib.

Kilimancaro sözünün kökü iki hissədən “Ki-lima " və “Njaro”sözlərindən ibarətdir. “Kilima" sözü “Kişvahili” sözündən götürülüb, dağ deməkdir. “Njaro" sözünün hardan götürülməsi isə bir az mürəkkəbdir. Fərziyyələrə görə bu söz “Ki-çaqqa" sözündən götürülərək karvan mənasını daşıyır. Bu dağdan karvanların səmt göstəricisi (oriyentir) kimi istifadə ediməsi də fərz olunur.

Başqa mənbələrə görə səyahətçilər bu adın mənasını, burda səhrada yaşayan Masailərdən soruşduqda, onlar cavab vermişlər ki, “ngare" sözü su mənbəyi deməkdir. Dağdan bir neçə çayın qidalanması belə deməyə əsas verir. Sonralar isə bu söz “njaro " kimi səslənməyə başlayıb.

Kilimancaro dağının tarixi haqda danışanda, burada yaşayan əhalinin və onların əcdadlarının bu dağ ətrafında qidalı bitkiləri topladığı və ov ovladığı güman edilir. Baxmayaraq ki, dağda qədim keçmişə aid heç bir əşya tapılmayıb, ancaq qədim insanların Rift vadisinə yaxın yerlərdə yaşadığına dair çoxlu sübutlar var. Kilimancaronun qərb dağətəyi ərazisində yerli lavadan düzəldilmiş daş kasalar və üzüklər tapılmışdır. Burada həmçinin müxtəlif əşyalar, dulusçuluq alətləri və halta aşkar edilmişdir. Kasaya bənzər daşların 2 min ildən artıq tarixi vardır. Qədim faktların əksəriyyətində eramızdan 250 il əvvəl Vaçaqqa xalqının bu əraziyə mühacirət etdiyi göstərilir. Vaçaqqalar təsərrüfatçı olduqları üçün tez bir zamanda Kiliman-caroda məskunlaşa biliblər.

Ekvatordan 330 km məsafədə cənuba doğru uzanan Kilimancaro, Tanzaniya Birləşmiş Respublikasının ərazisində yerləşməklə onun açıq-çöl hissəsinin sahillərini Hind okeanının suları yuyur. Bu da Kilimancaronun iqliminə, heyvanlar aləminə və dağa doğru yayılma şərtlərinə müsbət təsir göstərir. Kilimancaro ərazisində üç vulkan mövcuddur: Kibo (5895m), Mavenzi (5149m) və Şira (3962m). Heç bir dağ silsiləsi ilə əlaqəsi olmayan Kilimancaro, dünyada ən hündür dağlardan biridir.

Məhz yuxarıda sadalanan möhtəşəm özəlliklər, haqqında nağıllar və əfsanələr qoşulan bu əlçatmaz zirvəyə Azərbaycan Respublikasının ilk elmi ekspedisiyasının səfərini labüd etdi. Ekspedisiyanın qarşısına qoyduğu bir nömrəli hədəf təbii ki, böyük siyasi önəm daşıyaraq dünyanın yeddi ən hündür zirvəsindən biri olan, Kilimancaro dağının Kibo vulkanının UHURU zirvəsində dəniz səviyyəsindən 5895 metr yüksəkdə Azərbaycan Respublikasının bayrağını ucaltmaq olmuşdur. Bununla yanaşı Kilimancaronun (o cümlədən ərqi Afrikanın) ekologiyası, bioloji müxtəlifliyi, coğrafiyası, iqlimi, torpaqları, suları, geologiyası və tarixi haqqında biliklərə yiyələnmək, ekspedisiya müddətində video və foto materiallar, bioloji nümunələr əldə edərək onları tədqiq etmək məqsədi qarşıya qoyulmuş və buna nail olunmuşdun Təqdim olunan kitabda Afrikanın timsalında planetimizdə həyatın əmələ gəlməsi mərhələlərindən başlayaraq təbiətin təşəkkül tapması, Ekvatorial Afrikanın coğrafi şəraiti və bioloji müxtəlifliyinin ümumi təsvirinin verilməsi ilə yanaşı, ekspedisiya müddətində toplanılmış və tədqiq edilmiş bioloji materialların (fauna və floranın) müqayisəli təfsiri aparılmış, əldə edilmiş bioloji materialların təhlilinə xüsusi bölmə həsr olunmuşdun Məkan nöqteyi-nəzərindən müəyyən mənada əlçatmaz, lakin qəribə geoloji inkişaf tarixi, fiziki-coğrafi xarakteristikası, endemik və relikt növlərə malik ekzotik bioloji müxtəlifliyi ilə böyük maraq kəsb edən Afrika qitəsinə həsr olunmuş bu nəşrin Azərbaycan naturalisti üçün əhəmiyyətli olacağına ümid edirik.

Hüseyn Bağırov, professor
AFRİKANIN BİOLOJİ MÜXTƏLİFLİYİ
Hüseyn Bağırov
Qara Mustafayev
Azərçin Muradov

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget