Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. Qazaxsıtan Dünya okeanından xeyli uzaqdadır. Lakin ətrafındakı ölkələrlə Qazaxsıtan olduqca sıx qarşılıqlı əlaqələrə malikdir.Qazaxıstan ərazisinin relyefi çox da mürəkkəb deyildir. Düzənliklər daha geniş sahəni tutur. Qərbdə Xəzəryanı ovalıq və Üstürt yaylası, şərqdə isə Qazaxıstan xırda təpəliyi diqqəti cəlb edir. Cənubda Turan ovalığının bir hissəsi Qazaxıstan ərazisinə daxil olur. Şimalda Torğay çökəkliyi Qazaxıstan ərazisi ilə Qərbi Sibir ovalığını birləşdirir. Ölkənin ən hündür yeri şərqdə Altay dağlarının Qazaxıstan ərazisinə daxil olduğu hissədir. Ən alçaq yer isə qərbdə Xəzər sahillərində yerləşən Karagiye çökəkliyidir (-32 metr).
.Qazaxıstan ərazisində bir sıra faydalı qazıntıların zəngin yataqları vardır. Bunlardan
.Qazaxıstan ərazisində bir sıra faydalı qazıntıların zəngin yataqları vardır. Bunlardan
Qaraqanda,Ekibastuz və Turqay daş kömür yataqlarını, Cezqazqan,Sayık,Bozşakul,Balxaş və Kounrad,Qazaxıstan xırda təpəliyi mis mədənlərini, Turqay,Kostanay vilayətindəki dəmir filizi yataqlarını xüsusi qeyd etmək olar. Qazaxıstan ərazisi çox zəngin aliminium yataqlarına, eləcə də qurğuşun, sink, gümüş, volfram, fosforit(Manqistau,Karatau), nikel, qızıl
və başqa nadir metal yataqlarına malikdir. Respublika ərazisinin qərb
(Xəzərsahili) hissələrində zəngin neft(Tengiz,Turqay,Manqistau) və qaz
yataqları(Mangistau,Qaracanbaz,Uzen) da vardır. Beləliklə, demək olar
ki, Qazaxsıtan yanacağa və ən başlıca sənaye sahələri üçün lazım olan
bütün xammal ehtiyatlarına malikdir.
İqlimi
Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır. Qışı çox soyuq keçir.
Arktik hava kütlələrinin əraziyə maneəsiz daxil olması nəticəsində şimal
və mərkəz hissələrdə şaxtalar daha güclü (şimalda -45 °C, mərkəzdə
-35 °C) olur. Yay isə çox isti keçir. Orta iyul temperaturu şimalda
+24 °C, cənubda +28 °C-dir. Bəzən istilar +44 °C-yə kimi çatır.
Yağıntıların miqdarı azdır. Geniş düzənlik sahələrdə illik yağıntılar
cəmi 200-400 mm-dir. Xəzər sahillərində və mərkəzin düzənlik
hissələrində isə daha azdır (50-100 mm). Bu yerlərdə səhra və yarımsəhra
landşaftları üstünlük təşkil edir. Yalnız dağların ətəklərində və
yamaclarda (cənub-şərqdə) yağıntılar xeyli artır (400-1600 mm).
Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də
zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Oral, Embi, İle, Ertis, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. İri göllərindən Balxaş və Zaysan göllərini göstərmək olar. Aral və Xəzər dənizinin
də bir hissəsi Qazaxıstan ərazisindədir. Qazaxıstan ərazisinin şimal və
şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni
əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır.
Cənuba getdikcə yarımsəhralar və səhralar
bir-birini əvəz edir. Süni suvarma şəraitində bu torpaqlarda da
müxtəlif kənd təsərrüfatı bitkiləri (pambıq, üzüm, çəltik, alma, ərik,
nar) becərmək olur.
İnzibati ərazi bölgüsü
Qazaxıstan Respublikası inzibati cəhətdən 14 əyalət, iki əyalət statusunda şəhər, 83 şəhər, 160 məntəqə, 200 qəsəbə, 7743 kənddən ibarətdir. Paytaxt Astana və ən böyük şəhər Almatı əylət statusuna sahibdir.
İqtisadiyyat
Astana şəhərindən görüntü |
Təxminən ötən əsrin 60-cı illərinə kimi Qazaxıstan heyvandarlıq
(xüsusilə qoyunçuluq) təsərrüfatı ilə fərqlənən bir ölkə idi. Lakin
hazırda o, əlvan metallurgiya, kömürçıxarma, kimya, maşınqayırma, yüngül
və yeyinti sənayesi olan bir ölkəyə çevrilmişdir. Yanacaq sənayesində
Karağandı və Ekibastuz kömür hövzələrinin böyük əhəmiyyəti vardır.
Kömürlə işləyən onlarla elektrik stansiyalarından ən böyüyü Ekibastuzda
yerləşir. Ən böyük mis emalı zavodları Balxaş və Cezqazğan
şəhərlərindədir. Ertis çayı üzərindəki Su Elektrik stansiyalarının enerjisi və zəngin polimetal yataqları əsasında Öskemende, Pavlodarda müxtəlif əlvan metallar və aliminium istehsal edən kombinatlar yaradılmışdır. Qara metallurgiya sənayesi də (çuqun, polad, prokat istehsalı) getdikcə inkişaf edir. Onun əsas müəssisələri Temirtau və Rudnı şəhərlərində yerləşir. Qazaxıstanın kimya sənayesində mineral gübrə istehsalı əsas yer tutur. Cambıl şəhərində nəhəng superfosfat zavodu tikilmişdir. Qazaxıstanda maşınqayırma sənayesi də inkişaf edir. Petropavl və Aqmolada
kənd təsərrüfatı maşınları, Almatıda elektrotexniki maşın və
avadanlıqlar istehsal olunur. Qazaxıstan həm də inkişaf etmiş yeyinti və
yüngül sənayeyə malikdir. Semey, Petropavl, Almatı, Şımkənd (Çimkənd) yeyinti və yüngül sənayenin iri mərkəzləridir. Kənd təsərrüfatında
buğda, qarğıdalı, pambıq və çəltik bitkiləri, həmçinin qoyunçuluq
başlıca sahələrdir. Əkin sahələrinin 70%-dən çoxunda dənli bitkilər
(əsasən yazlıq buğda, qarğıdalı, çəlyik, darı) əkilir. Buğda əkini
sahələri əsasən Qazaxıstanın şimal hissəsində yerləşir. Qazaxıstan
becərdiyi buğdanın böyük hissəsini xarici ölkələrə ixrac edir. Pambıq və
çəltik isə cənubda (Cambıl və Şımkənd əyalətləri) suvarılan
torpaqlardadır. Heyvandarlığın əsas təsərrüfat sahələri şimal, mərkəz və
şərq rayonlarındadır. Ölkədə 35 milyon davar, 8 milyon qaramal
saxlanılır. Heyvandarlıq məhsullarının da (ət-süd məhsulları, yun) böyük
hissəsi xarici ölkələrə ixrac olunur.
Qazaxıstanda BP
şirkətinin məlumatına görə 2009-cu ilin əvvəlində neftin sübut edilmiş
ehtiyatlarının həcmi 39,6 milyard barrel və ya 6,5 milyard ton təşkil
edir, bu da ümumi dünya ehtiyatlarının 3,2%-ni təşkil edir. Neftin
proqnozlaşdırılan ehtiyatları yalnız Xəzər dənizinin Qazaxıstan
sektoruna aid olan yerlərində 17 milyard tondan çox olduğu təxmin
edilir. Mərkəzi Kəşfiyyat İdarəsinin
statistikasına əsasən Qazaxıstan 2009-cu ildə 75 milyon ton neft hasil
etmişdir. Qazaxıstan höküməti 2011-ci ildə neft hasilatını 100 milyon
tona, 2015-ci ildə isə 150 milyon tona qədər artırmağı planlaşdırır.
Qazasıtan müstəqillik illərində Neftdən çox böyük gəlirlər əldə etmiş və
bunun nəticəsində Qazaxıstan Asiyada ən yüksək həyat səviyyəsinə malik
olan ölkələrdən birinə çevrilməkdədir. 2009-cu ilin əvvəlinə olan
məlumata görə Qazaxıstanın aşkar edilmiş təbii qaz ehtiyatları 1,82
trilyon m³ (BP-nin hesablamalarına əsasən) təşkil edir ki, bu da dünya
ehtiyatlarının 1,7%-nə bərabərdir. Qazaxıstanın Manğıstau (Manqışlaq)
yarımadasında böyük neft və qaz sənayesi yaradılmışdır.
Kənd təsərrüfatı
Qazaxıstanın aqrar strukturu özündə 4919 qeyri-dövlət müəssisəsini və
65 dövlət hüquqi şəxsi özündə birləşdirir. Qazaxıstan Respublikası
2006-cı ildə aqrar-sənaye kompleksinin 2006-2010-cu illərdə davamlı
inkişaf kompaniyası qəbul edilmiş və 2006-2008-ci illərdə onun
gerçəkləşdirilməsi üzrə proqram işlənib hazırlanmışdır. 2006-cı ildə
kənd təsərrüfatında ümumi məhsulun həcmi milyard dollar təşkil etmişdir.
Əkilən torpaqların ümumi həcmində dənli bitkilər üstünlük təşkil edir.
Yorum Gönder