Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Ekologiya"

Pirqulu qoruğu
Pirqulu qoruğu 1968-ci ildə Ağsuçayının yuxan axınında Şamaxı rayonu ərazisində təşkil edilmişdir. Ümümi sahəsi 1520 hektara çatan qoruq üç bir-birinə yaxın hissədən ibarətdir. Pirqulu qoruğu Cənub yamac meşələrinin şərq qurtaracağında yaradılmışdır. Ərazi öz iqliminə görə Cənub yamacın mərkəz və qərb hissələrindən rütubətlenmə və kontinentallıq dərəcəsinə görə fərqlənir. Buna görə Cənub yamacın qalan hissələrindən fərqli olaraq burada meşələrin 57%-ə qədəri vələsdən, 24% palıddan, yalnız 18% fısdıqdan ibarətdir. Qoruq regionun olduqca gözəl mənzərəli bir guşəsindədir. Qoruq ərazisində, yaxud yaxınlığında yerləşən bir sıra kəndlər hələ çox qədimlərdən Şirvanın məşhur yay istirahət yerləri olmuşdur.
Pirqulu qoruğu ərazisində AEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunun “Meşə torpaqları“ laboratoriyası H. Əliyevin rəhbərliyi altında kompleks coğrafi-ekoloji tədqiqatlar aparmışdır. Qoruq erazisində vələs, fisdıq, palıd meşələrində göyrüş, ağcaqayın, qaraçöhrə, meyvəli qaraçöhrə qarışığından ibarət meşə sahələri mövcuddur. Meşənin seyrək yerlərində göyəm, yemişan, əzgil, zoğal və bir sıra başqa kol bitkiləri inkişaf edir. Meşənin yuxarı sərhədində qızılağactozağacı seyrək meşəlik əmələ gətirir.
Pirqulu qoruğunda nadir, kökü kəsilməkdə olan bitkilərin və endemiklərin 45 növü mövcuddur. Bundan əlavə, qoruğu məməlilərin 30, reptililərin 9, amfibilərin 6, quşlann 64 növü özlərinə məskən etmişdir. Palıd və fisdıq meşələrində çöl donuzu, qonur ayı, cüyür, vaşaq, canavar, tülkü, çaqqal, qarapaça çox rast gəlir. Burada bir çox quşlar, o cümlədən “Qırmızı Kitaba“ daxil edilmiş bə’zi növlər məskunlaşıb (meşə xoruzu, iri qırğı və s.). Burada yaşayan heyvanlardan Zaqafqaziya qonur ayısı, vaşaq, qarapaça, daraqlı triton da həmin kitaba salınmışdır.

, ,
Şəkil 1
Atmosferi çirnləndirmənlə əslində insan bilavasitə özünü məhv edir və eyni zamanda planetin iqlimini dəyişdirir. İqlimin dəyişməsinə hazırda üç baxış mövcuddur.
1. Karbon qazının artması qlobal istiləşməyə səbəb olur. Bu, ilk növbədə Dünya okeanmın səviyyəsinə təsir göstərəcəkdir .
2. Atmosferin çirnlənməsi Günəş radiasiyasını azaldır, nəticəsində Yer səthində iqlimin soyuqlaşması baş verəcən ki, bu da növbəti buzlaşma mərhələsini sürətləndirəcək.
3. Bir sıra tədqiqatçılar çirklənmənin təbii yolla tənzimləndiyini, Yerin iqliminə onun heç bir təsir etmədiyini əsaslandırmağa çalışırlar.
Atmosferə daxil olan tozlar - (kül, his, xüsusilə asbest  tozu) çox yüngül olduğundan asanlıqla canlıların tənəffüs orqanlarına neçir və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur (şəkil 1). Atmosferin çirnlənməsi nəticəsində ozon deşiyinin yaranması da ən mühüm qlobal problemdir.
Ozon təbəqəsi Yer səthinə daxil ola bilən məhvedici ultrabənövşəyi şüaları udur və həyatın mövcudluğuna şərait yaradır. 1975-ci ilin yazında Antarktida üzərində ozon təbəqəsində ozon qazının həcminin təqribən 50% azaldığı, bunun nəticəsində isə Ozon deşiyinin əmələ gəlməsi və vaxt Keçdicə onun böyüməsi məlum oldu (şəkil 2).
Şəkil 2

Daha sonralar Şimali Amerika və Avropa üzərində də ləkələr müşahidə olundu. Alimlər belə hesab edirlər kİ, ozon qatının “nazikİəşməsi” ilə ultrabənövşəyi şüaların Yer səthinə daxil olması Okeanlardaxı plamktonların məhvindən başlayaraq, insanın immun sistemində ciddi dəyişikliklərin bir vaxtda baş verməsinə gətirib çıxarar.
Ozon qatında deşiklərin yaranma səbəblərinə aid çoxlu fərziyyələr mövcud olsa da, onun əsas səbəbi freon qazlarının istehsalı hesab edilir. Bu qazdan aerozol, soyuducu Kompressor, əridici maddələr istehsalında geniş istifadə olunur.
Əgər freon qazlarının istehsalı kəskin surətdə azaldılarsa, atmosfer ozon təbəqəsini bərpa edə bilər!

Müasir dövrdə ekoloji məsələlər ölkələrarası siyasət səviyyəsinə qədər yüksəlmişdir.
Ekologiya ilə məşğul olan beynəlxalq təşkilat və cərəyanların fəaliyyəti getdİkcə genişlənir.
Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən AEBA (Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik), “Yaşıllar hərəkatı” və s. müxtəlif problemlərin həllində iştirak edir. BMT-nin nəzdin- də 1972-ci ildə yaradılan “Ətraf mühit haqqında BMT proqramı” təşkilatm üzv olduğu bütün ölnələri əhatə edir. Proqram ilk növbədə bitki və canlıların həyatına təsir göstərməyən, icazə verilən həddi müəyyən edir. Hər hansı ərazidə ona xas olmayan kimyəvi maddələrin miqdarı, fiziki təsirlərin həddi nəzarət altında saxlanılır, yəni monitorinq elan edilir.
Ekoloqlar ətraf mühitin korlanmasının əsas səbəbini istehsalın artmasında deyil, istehsal mədəniyyətindən asılı olduğunu əsaslandırırlar.
İstehsal mədəniyyətini nizamlamaq məqsədilə hazırda beynəlxalq ekoloji standartlar qəbul edilmişdir.
Göründüyü kİmi, ekoloji problemlər, əsasən, qlobal xaraKter daşıyır, onun həlli də ən azı bir neçə dövlət tərəfindən həyata keçirilməlidir. Miqyasından asılı olaraq ekoloji tədbirlər ikitərəfli saziş və konvensiya (ümumi qaydaları tənzim edən saziş) xarakterli olur. Hazırda dünyada 60-dək müxtəlif məzmunlu ekoloji konvensiyalar qüvvədədir. Bunlardan:
- atmosferin mühafizəsinə aid;
- dənizdə olan bioloji maddələrin qorunmasına aid;
- nüvə təhlükəsinə aid və s. misal göstərmək olar.
Gənc respublika olmasına baxmayaraq, öİkəmiz bir sıra konvensiyalara qoşulmuşdur.
Siz ekoloji bitkiləriııizi ümumiləşdirərək belə bir qənaətə gələ bilərsiniz ki, təbii ehtiyatdan istifadə ekoloji problemlər yaradır.
1990-cı illərdə BMT-də tükənən təbii ehtiyatların istifadəsinə aid “gələcəksiz inkişaf” anlayışı irəli sürüldü. Bu anlayışa görə istehsal müasir sürətlə inkişaf edərsə və yaxud tükənən ehtiyatlar indiki sürətlə istifadə olunarsa, belə inkişaf, gələcəksiz inKİşaf hesab edilir.
Lakin nikbin iqtisadçılar iqtisadi və sosial inkişaf və ətraf mühitin qorunmasına əsaslanan “dayanıqlı inkişaf” konsepsiyasını irəli sürürlər.

, ,
Hesablamalara görə, hər il 0,6 mlrd, hektar yararlı torpaq sahəsi itirilir. Bunun səbəbləri müxtəlifdir: 
yeni yaşayış məntəqələrinin tikintisi, yolların çəklənməsi, su anbarlarının, hava limanlarının, digər qurğuların inşa edilməsi, mədənlərin istismarı və s.
Yararlı torpaqların ekoloji baxımdan korlanmasının əsas səbəblərindən biri Kənd təsərrüfatında istifadə olunan gübrələr və zərərvericilərə qarşı istifadə olunan maddələrdir.
Torpağa tullantı şəklndə atılan neft məhsulları, metallar (civə, mis və s.), radioantiv elementlər, məişət tullantıları onu çirKİəndirir və məhsuldarlığını azaldır, torpaqda olan canlı orqanizmləri məhv edir.
Torpaqların məhv edilməsi bilavasitə səhralaşma prosesinin innişafına səbəb olur. 
Səhralaşma - mövcud olan səhraların ərazisinin genişlənməsi və səhraların əwəlki arealında bu prosesin daha da güclənməsinə gətirib çıxarır. Hazırda insanların təsiri ilə mövcud səhralara 13 mln. km2 ərazi əlavə olunmuş və daha 30 mln. km2 ərazinin də əlavə olunmaq təhlükəsi vardır.
Torpaqların qorunması məqsədi onları eroziyadan, kimyəvi, fizini, bioloji və mexaniki çirklənmədən qorumaq; şoranlaşma və bataqlaşmasına qarşı tədbirlər görmək; səhralaşmaya qarşı mübarizə aparmaq - yeni meşə zolaqları salmaq; torpaqlarda meliorativ işlər aparmaq; daha kİçİk ölçülü tarlalara üstünlün vermək (əkin tarlası böyüdüncə, külək eroziyası güclənir) tələb olunur.

, ,
Külli miqdarda yanacağın yandırılması nəticəsində (təyyarə, avtomobil, İES, məişət) havaya daxil olan “sulfidli və kükürdlü” qazlar havadara rütubət ilə birləşərəK zəhərli duman yaradır. İnsanlarda karlıq əmələ gətirən belə çirklənmə, demək olar ki, iri şəhərlərin hamısında mövcuddur.
Havanın yüksək dərəcədə çirklənməsi turşulu yağışların yaranmasına səbəb olur. Atmosferin olduqca yüksək dinamİkİiyi turşulu yağışların yalnız bir ölkədə deyil, ətraf ölkəİərdə də yağmasına səbəb olur. Turşulu yağışlardan biträlər, heyvanlar, insanlar, su hövzələri, hətta heykəllər belə zərər çəkİr. Qərbi Avropa, Şimali Amerika və başqa iri sənaye rayonlarının atmosferi çirKİənmənin bu növünə daha çox məruz qalmışdır .
Turşulu yağışların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir:
a) nəqliyyat vasitələri, zavod, fabrik və s. borularında filtr qoymaq;
b) qeyri-Kİmyəvi gübrələrdən istifadə etmək;
c) qeyri-ənənəvi enerji mənbələrindən istifadə etmək.

, ,
Şəkil 1. İstixana effeKti
Atmosferdə istixana effekti hava qatı qlobal çirnlənməyə məruz qalmışdır.
Son illər insanın təsərrüfat fəaliyyəti nəticəsində Günəş istiliyinin udulması və əks olunması arasındam balans pozulmuş və “istixana effekti” adlanan təhlükəli problem yaranmışdır (şəkİİ 1). İstixana effektini yaradan başlıca səbəb havada Karbon qazının miqdarının artmasıdır.
1. Havada karbon qazının artması qış temperaturunun 3-5°C-də artmasına səbəb ola bilər. Nəticədə şimal yarımkürə- sində, xüsusilə mülayim enlikİərdə yay daha isti və quru keçər.
2. Orta temperaturun qalxması buzlaqların əriməsinə və dünya Okeanmın səviyyəsinin 20-65 m qalxmasına səbəb ola bilər.
3. Mülayim enliulərdəki meşələr temperatur dəyişməsinə qarşı uyğunlaşa bilməz, bu isə onların KəsKİn azalması ilə nəticələnə bilər.
4. Canlıların qanında Oksigen mübadiləsinin pozulması, onların məhvinə səbəb olar.

,
Biosferin ekologiyası - yarandığı gündən insan ilk növbədə ətrafındakı bitki və heyvanlar aləmindən istifadə etməyə çalışmışdır.
İnsan özü bəzən təbiətin güclü müqavimətinə rast gəlmişdir. Uzun müddət müalicəsi mümkün olmayan epidemiyalar - vəba, taun, cüzam və s. yoluxucu xəstəlİKİər kütləvi sürətdə yayılmış, on minlərlə insan ölümünə səbəb olmuşdur.
Uzun dövr ərzində bitkilərin kökündən və meyvəsindən, çöl heyvanlarından istifadə edən insanlar, özləri də bilmədən onların Yer kürəsində kökünün kəsilməsində yaxından iştirak etmişlər. Hazırkı dövrdə ən təhlükəli qlobal landşaft-ekoloji problem, bitkllərin, o cümlədən meşələrin qırılmasıdır. Meşələri əkin tarlalarına çevrilməklə, onları bir qayda olaraq səhraya çevirən insan, eyni zamanda torpaqların (eroziya prosesi), havanın (qaz tərkibinə) və suyun (yeraltı suların səviyyəsinə) ekologiyasına mənfi təsir göstərir.
Tədqiqatçıların fikrincə 200 il əvvəl qurunun 47%-i meşə ilə örtülü olmuşdur.
Meşənin sənaye əhəmiyyətinin artması onun məhv edilməsini» səbəb oldu. (Hazırda qurunun yalnız 30% - ə qədəri meşələrlə örtülüdür).
Oksigen fabriki adlanan tropik meşələr (xüsusilə Braziliya meşələri) daha təhlükəli vəziyyətdədir. Qırılan, yandırılan meşələrin yerində ağacların kökləri belə çıxarılaraq banan, yağ palması, qəhvə, heveya və s. plantasiyaları salınır.
Meşələrin məhv edilməsi İİk növbədə orada yaşayan quşların və digər canlıların oradan uzaqlaşmasına və yaxud kökünün kəsilməsinə səbəb olur. Canlılar üçün yaşayış mühitinin kiçilməsi (bu azalmaqda davam edir), onların ovlanması və ya qida mənbələrinin məhv edilməsi, kimyəvi-zəhərli maddələrin təbii mühitə yayılması yüzlərlə heyvan növünü məhv olma təhlükəsi qarşısında qoymuş və ya onlarda qeyri-adi mutasiyalara (yəni orqanizmdə gen dəyişməsinə) səbəb olmuşdur. Canlıların bəzilərinin azalması o həddə çatmışdır kİ, insanın köməyi olmadan onu bərpa etmək mümkün deyil. Bu sahədə ən uğurlu tədbir milli park, qoruq və yasaqlıqların təşkil edilməsidir.
Təbiətin bütün komponentlərini eyni vaxtda məhv edə bilən ən təhlükəli çirklənmə-radioaktiv çirklənmədir. Radioaktiv elementlər-uran, plutonium, germanium və s. istifadə olunan AES-lərdə baş verən kİçİk bir qəza min kilometrlərlə ərazidə ciddi problemlər yarada bilir.

,
Ekologiya sözü — yunan sözlərindən ibarət olub, “məsKən, ev, ətraf mühit və öyrənirəm” deməndir. Ekologiyanın baniləri bu elmi orqanizmləri öz “evində”, yəni onu təbii sığınacaq yerində öyrənmən kimi anlatmışlar. Qlobal enologiya litosferin, hidrosferin, atmosferin ayrı-ayrılıqda enologiyasını, eləcə də onlara təsir edən insanın yaratdığı problemləri öyrənir. Əgər İİk insan təbiətin hazır vasitələrindən istifadə edərən mənimsəmə iqtisadiyyatı ilə məşğul olurdusa, daha sonra insanlar onlara lazım olan maddi nemətləri istehsal etməyə başladı. Odun əldə edilməsi isə qlobal əhəmiyyət nəsb etmənlə yanaşı, bir sıra ciddi enoloji problemlərin meydana çıxmasına gətirib çıxardı.
ŞƏKİL 1 .Yer Kürəsinin mənimsənilməsi
Hazırda eksterimal təbii şəraitə malİK olan ərazilərdə təbii landşaftların ilnin formada saxlanıldığı, mənimsənilən ərazilərdə isə qismən və tamamilə dəyişildiyi (şəkİİ 1) müşahidə olunur. Sivilizasiya mərnəzləri sayılan Nil, Dəclə, Fərat, Hind, Qanq, Xuanxe, Yantsızı çaylarının vadilərində, eləcə də Qədim Roma və Qədim Yunanstanda təbiət tamamilə öz şəKİini dəyişmişdir.
Hazırda “ultramüasir” texnologiya dövründə süni (antropogen) landşaftlar sürətlə öz ərazilərini genişləndirərəK, insanın toxunmadığı ərazilərə irəliləyir.
Əslində insan təbiəti dəyişmənlə özünün yaşayış şəraitini dəyişdirir, bu isə enoloji problemlərə çevrilib insanın sağlamlığına qarşı yönəlir.
Qlobal enoloji problemlər planetin ayrı-ayrı təbəqəsinə, o cümlədən coğrafi təbəqəyə cəmiyyətin təzyiqi nəticəsində yaranır.

,
Həyat üçün yalnız su yox, içməli və təmiz su daha önəmlidir. “İçməli su” orqanizm üçün qida maddəsi olmaqla yanaşı, həm də onu baKteriya və toksinlərdən qoruyur. Təsadüfi deyil ki, bəzi Qərb ölkəələrində “su standartları” (Kimyəvi tərkibinə, dadma, iyinə, rənginə və s,- ə görə) qəbul edilmişdir.
Hesablamalar göstərir Kİ, şəhər əhalisi hər gün 150 litr, Kənd əhalisi isə 55 litr sudan istifadə edir. MosKva, Sanxt- Peterburq, Daşkənd, Bakı Kimi iri şəhərlərdə təsərrüfatsızlıq üzündən bu rəqəm daha böyündür (600-700 1/sutka). Sudan istifadə etməyin ən perspeKtiv yolu, ondan qənaətlə istifadə edilməsi təKrar istehsal texnologiyasının tətbiq edilməsidir.
Suyu əsas çirnləndirən mənbələr aşağıdakilardır:
(şəkil 1) Dünya oxeanı səthinin neftlə çindənməsi
a) neft və neft məhsullarının çıxarılması və daşınması zamanı yaranan qəzalar
 (şəkİİ 1);
b) sintetİK yuyucu maddələrin su hövzələrinə axıdılması nəticəsində yaranan köpük qatı;
c) əlvan metallurgiya sənayesində təhlükəli istehsal sahələrindən qurğuşun, sinK, mis, xrom, qalay və radioaKtiv elementlərin tullantılarının okeana axıdılması;
ç) Kənd təsərrüfatında istifadə olunan gübrələr;
d) Kənd təsərrüfatı zərərvericilərinə qarşı istifadə olunan pestisidlər.
e) elektrik stansiyalarında, metallurgiya zavodlarında istifadə olunmuş qaynar-çirKİi sular su hövzələrinə toküldükdə temperatur +10°C +30°C-dəK artır. Bu suda Oksigenin miqdarını azaltmaqla, göy yosunların miqdarını artırır kİ, bu da canlı aləm üçün böyük təhlükə yaradır.
Ekoloqların hesablamasına görə hər il göstərilən mənbələrdən Dünya Okeanına 25-30 mln. ton maye qarışır.
Dünya okeanınm qlobal miqyasda çirıdənməsi haqqında həyəcanı XX əsrin 50-ci illərində fransız okeanoloqu JaK-iv Kusto qaldırmışdır. O bildirmişdir kİ, okeanda yaranan ekoloji, iqtisadi, texnİki və sosial problemlərin birgə həllində əsaslı dönüş yaranmasa, insanın gələcəK həyatı təhlükə qarşısında olacaqdır.
“Ölü Okean” - “Ölü planet” ifadəsinin mənasını açın.
Dünya oKeanını və digər su hövzələrini təmizləməK üçün İİk növbədə həmin hövzələrə axıdılan sularda - mexaniki, bioloji (bioKİmyəvi), fiziki-kimyəvi, dezinfeKsiyaedici tədbirləri həyata keçirmən tələb olunur.

Təbii şərait və resurslardan istifadə ekoloji problemlər yaradır.
Torpaq örtüyü sənaye, kənd təsərrüfatı, məişət tullanüları, tikinti və mədən işləri prosesində çirklənir və sıradan çıxır (insan indiyə qədər 2 mlrd ha torpaq itirmişdir). Hidrosfer sənaye, kənd təsərrüfatı, məişət çirkab suları hesabına çirklənir. Dunay, Volqa, Kür, Reyn, Missisipi çayları, Aralıq, Baltik, Xəzər dənizləri, Biskay, İran, Meksika körfəzləri daha çox çirklənmişdir. Okeanların dərinliklərində saxlanılan zəhərli və radioaktiv maddələr doldurulmuş konteynerlər çox qorxuludur. Atmosferin çirklənməsi sənaye və nəqliyyatda yanacaqdan daha çox istifadə ilə bağlıdır. Hər il atmosferə 20 mlrd tondan çox müxtəlif hissəciklər daxil olur ki, bu da atmosferin temperatur rejiminə, hava şəraitinə, optik xassələrinə təsir edir. Son 100 ildə Yerin orta temperaturu 0,6°C artmış ("istixana" effekti), Afrika səhraları genişlənmiş, "turşulu yağışlar" adi hal almışdır. Ekoloji böhran xəstəliklərin çoxalmasına, ekoloji münaqişə, ekoloji miqrasiya, ekoloji təcavüzkarlıq kimi problemlərə səbəb olmuşdur. Ekoloji problemlərin həlli yolları: ümumi təmizləmə (təmiz energetika, aztullantılı texnologiya, qapalı dövrəli istehsal); istehlak və istehsalın məhdudlaşdırılması.

İnsan və təbiətin qarşılıqlı münasibətlərinin məcmusu (ətraf mühitin mənimsənilməsi, dəyişdirilməsi, mühafizəsi) təbiətdən istifadə adlanır. Təbiətdən istifadənin səmərəsiz (ekstensiv) yolu təbiətə birtərəfli münasibət, daha çox mənfəət xatirinə ona təzyiq etmək, onun vəziyyəti və bərpası barədə düşünməmək yoludur. Bir sıra təbii fəlakətlərin baş verməsi (sel, quraqlıq) təbiətdən səmərəsiz istifadənin nəticəsidir. Təbiətdən səmərəli (dərininə-intensiv) istifadə insan və ətraf mühitin harmonik qarşılıqlı münasibətini tələb edir. Buna xammalın tam emalı, az tullantılı texnologiya hesabına nail olmaq olar.

Təbiətdən istifadənin proqnozlarında nikbin və bədbin mövqelər özünü göstərir. Bədbin proqnozçular təbii resursların tükənməsi, ekoloji fəlakət, "dünyanın sonu" fikrini irəli sürür, istehsalı dayandırmaq, əhali artımını məcburi yolla dayandırmaqla problemlərin həllini təklif edirlər. Nikbin proqnozçular ETT və güclü iqtisadiyyatın hesabına gələcəyə ümidlə baxırlar.

Təbiətdən istifadənin xüsusiyyətləri ilə bağlı, ətraf mühitin mühafizəsi naminə bir sıra ictimai təşkilatlar ("Qrinpis"), partiyalar, hərəkatlar (Yaşıllar), BMT-nin YUNEP təşkilatı və s. yaradılmışdır.

AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov gölün qurumasının əsas səbəbini antropogen amillərdə - insan amilində görür: “Suyun səviyyəsinin azalmasının bir səbəbi təbii amillərlə - yəni, gölə tökülən çayların miqdarının, səthə düşən yağıntının miqdarının azalması, səthdən isə buxarlanmanın çoxalması ilə əlaqədardırsa, başlıca amil insan fəaliyyəti ilə bağlıdır. Belə ki, gölə axan çayların üzərində müxtəlif dambalar, barajlar, su ayrıcıları tikilib ki, onlardan kənd təsərrüfatında istifadə edilir. Buna görə də həmən çaylar əvvəlki qədər su vermir. Digər tərəfdən, ətrafda yerləşən kənd təsərrüfatı ərazilərində on minlərlə quyu gazılıb ki, bunlar vasitəsilə də sular sovrulub kənd təsərrüfatında istifadə olunur. Həmən bu iki amil nəticəsində gölun səviyyəsi azalmışdır”. R.Məmmədovun fikrincə, insan faktorunu gölün qurumasından kənarlaşdırmaq və gölü xilas etmək üçün ilk əvvəl proqram tərtib etmək və ona uyqun hərəkət etmək lazımdır. Məsələn, ətraf yaşayış ərazilərdə kənd təsərrüfatının növünü dəyişmək olar. Yəni sudan az istifadə olunan təsərrüfat növü seçilməli (məs.pambıqçılıq), yeni texnologiyalar tətbiq edilməli, qabaqlayıcı ekolojı tədbirlər görülməlidir. Ümumi kompleks tədbirlər sayəsində müəyyən nəticə əldə etmək olar. Bununla yanaşı, Araz çayından və Xəzərdən Urmiyaya su çəkilməsi məsələsi də gündəlikdədir. “Arazın suyunun Urmiyaya aparılması üçün ciddi relyef çətinlikləri var. Suyun Urmiyaya gedib çatıb-çatmayacağı da məlum deyil. Eyni zamanda, Arazın suyunun Urmiyaya aparılmasına İranın Ərdəbil regionunda yaşayan insanlar narazıdır. Çünki bu region Arazın suyundan istifadə edir. Eləcə də transsərhəd çaylarının istiqamətini dəyişmək üçün çayın sahilindəki ölkələrin də razılığı olmalıdır. Maliyyə imkan verərsə, Xəzər dənizindən suyun aparılması da məqbul sayıla bilər, çünki nəticədə bu, Xəzərə elə təsir göstərməz.”, - deyə ekspert qeyd etmişdir. /http://www.igaz.az/.

,

Həzırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur. Bunlar müxtəlif iqlim, relyef və torpaq şəraitində yayılmışdır. Mövcud məlumatlara əsasən meşələrin sahəsi vaxtilə daha çox olmuşdur. Sonralar dünyanın bir çox yerlərində olan meşə sahələri başdan-başa qırılmış, yandırılmış, kənd təsərrüfatı bitkiləri yetişdirmək üçün istifadə edilmiş və tədricən sıradan çıxmışdır. Bir sıra dağ və düzən meşələri intensiv otarılaraq məhv edilmişdir.Bütün bunlar son 500 ildə dünya meşələrinin 3\2 hissəsinin, bəzi ölkələrin meşələrinin isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur. Tropik meşələrin 40 faizi məhv edilmişdir. 1978-ci ildə Moskvada keçirilən Beynəlxalq Təbiəti Mühafizə Şurasının Baş Məclisinin materiallarına əsasən dünyanın qalan tropik meşələrinin hər dəqiqədə 20 hektarı məhv edilir. Alimlərin fikrincə Kiçik Asiya, İndoneziya və Filippin meşələri əsrin sonunadək çox çətin qala bilər. Təkcə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi üçün burada 10 minlərlə hektar qoruq meşələri məhv edilmişdir.Meşələrin yox edilməsi dünyanın bir sıra ölkələrində su dövranının zəifləməsinə, onun mənbələrinin yoxa çıxmasına, torpaqların güclü eroziyaya uğramasına, geniş sahələrdə yarğanların əmələ gəlməsinə, quru küləklərin əsməsinə səbəb olmuşdur. Meşələrin amansızcasına yox edilməsi, onun bərpası üzrə lazımi tədbirlərin həyata keçirilməməsi buradakı digər təbii sərvətlərin azalmasına və dağılmasına, şimal rayonlarında geniş bataqlıqların, cənub rayonlarında isə məsrəfsiz səhraların yaranmasına səbəb olmuşdur. F. Engels «Təbiətin dialektikası» əsərində yazır: təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlədiyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini puça çıxaran tamamilə başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotamiyada, Yunanıstanda, Kiçik Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranələyinin əsasını qoymuşlar, çünki bu yerlərin meşələrini yox etməklə bərabər, rütubətin toplandığı mərkəzləri də yox etmişlər. Alp italyanları dağların şimal döşündə çox qayğı ilə qorunan iynəyarpaq meşələrini dağların cənub döşündə qırdıqları zaman bilmirdilər ki, bununla öz vilayətlərinin uca dağlıq yerlərində maldarlığın kökünü kəsirlər; onlar əsla bilmirdilər ki, bununla öz dağ bulaqlarının suyunu qurudacaq və yağışlıq dövründə düzənliyə güclü sellər axacaqdır». (Engels 1966) Dünya meşələrinin ümumi sahəsi 3 milyard 30 milyon hektardır. Onun təqribən yarısı enliyarpaqlı ağac cinslərinin üstünlüyü ilə tropik qurşaqda, yarısı isə iynəyarpaqlı ağac cinslərinin üstünlüyü ilə mülayim qurşaqda yerləşir. Hazırda dünyanın meşəlik dərəcəsi ümumi ərazinin 29 faizini təşkil edir. Əhalinin sıxlığı və təbii şəraitdən asılı olaraq bu rəqəm qitələr üzrə kəskin fərqlənir. Avropanın meşəlik faizi (keçmiş SSRİ istisna olaraq) – 35,%; Şimali Amerika: Kanada və ABŞ – 38,8%, Cənubi Amerika – 42,6%, Afrika – 24%, Yaxın Şərq – 1,6%, Uzaq Şərq – 44,7%-dir. Ölkələr arasında meşəlik faizi aşağıdakı kimi dəyişir: Finlandiya – 71%, İndoneziya – 63%, Yaponiya –59%, ABŞ - 33%, Fransa –20%, Çin – 9,9%, Avstraliya 4%-dir. Əhalinin meşə ilə təmin olunmasını göstərən rəqəm bir adama düşən meşəlik sahəsidir. Bütün dünyada bir adama 1,6 ha, keçmiş SSRİ-də 3,8 ha, Qərbi Avropada – 0,3 ha, Asiyada – 0,4 ha, Cənubi Amerikada – 7,1 ha, Afrikada – 3,8 ha, Avstraliya və Okeaniyada - 6,7 ha-ya bərabərdir. ABŞ-da hər adama 1,1, Fransada – 0,25, İngiltərədə – 0,03, Hindistanda - 0,09 hektar meşə sahəsi düşür.

Azərbaysan Respublikasında göllərin sayı 250-yə çatır. Onlardan 7-sinin sahəsi 10 km2-dan artıqdır, 25-ninki isə 1km2-dan çoxdur. Respublikanın göllərinin birlikdə sahəsi isə 250 km2 olub, onlardan 165 km2, yəni bütün göllərin sahəsinin 66%-i Kür – Araz ovalığında 4 gölün payına düşür. Ş.B.Xəlilov (2003) mənşəyi,yerləşməsi və hidroloji xüsusiyyətlərinə görə Azərbaycan göllərini 3 əsas qrupa ayırır: 1)Kür – Araz ovalığı gölləri; 2) Abşeronun gölləri; 3) Dağ gölləri;
Aşağıda onların xarakteristikası verilir.
1. Təbii proseslər, son illərdə isə insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində Kür – Araz ovalığının gölləri dəfələrlə dəyişikliyə uğramışdır. 1953-cü ildə Mingəçevir su anbarı və 1970-ci ildə onun qolu Araz çayı üzərində «Araz» su qovşağı vasitəsilə Kür və Araz çaylarının axını tənzimləndikdən sonra düzənlikdəki gölllər və axmazlar bu çayların daşqın sularından məhrum oldular. Bunun nəticəsində Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük dəyişikliyə uğradı,Şilyan, Bostançala, Qarasu, Mahmudçala, Ağçala və b. göllər qurudu və bataqlığa çevrildi. Hazırda Ağgöl, Mehman,Sarısu gölləri Kür – Araz ovalığındakı kollektor-drenaj sisteminin köməyi sayəsində mövcuddur, Hacıqabul gölünə isə su nasosla verilir.
Kür çayının suyu tənzimləndikdən sonra göllərdə suyun keyfiyyəti xeyli dəyişmişdir. Onlara çaydan təbii axının olmaması ilə əlaqədar təmiz suyun minerallıq dərəcəsi artmışdır. Hazırda Ağgölün minerallıq dərəcəsi 13000mq/l,Sarısu gölününkü isə 5000 mq/l təşkil edir. Yaz-yay dövründə minerallığın kəskin yüksəlməsi kollektor-drenaj sularının göllərə axınının çoxalması ilə bağlıdır. Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük təsərrüfat əhəmiyyəti daşıyır. Bu göllər həmişə balıqla zəngin olmuşdur. 1940-cı ildə Hacıqabul gölündən tutulan balığın miqdarı 8850 sentner, Sarısu gölündən isə 6700 sentner olmuşdur. Kür çayının suyu tənzimləndikdən sonra isə göllərin su rejimi
kəskin dəyişmiş, dayazlaşmış, şorlaşmış , bunun nəticəsində suyun bioloji rejimi dəyişmiş və faktiki olaraq balıqçılıq öz əhəmiyyətini itirmişdir.
2. Abşeronda 150-yə qədər göl vardır, onların ümumi sahəsi 50km2 təşkil edir. Onlar –20m-dən 120m-dək yüksəklikdə yerləşir. Göllərin çoxu kiçikdir, yalnız 6 gölün ( Böyük Şor, Masazır, Binəqədi, Kürdəxanı, Xoca-Həsən,Krasnoe) sahəsi 1-12km2-dir.
Yay dövründə xırda göllərin çoxusu quruyur, bütün göllər duzludur, duzluluq dərəcəsi 5-dən 300 q/l–ə qədər tərəddüd edir, tərkibində xlor və natrium ionları üstünlük təşkil edir.
Göllərin əksəriyyəti xörək duzunun toplayıcılarıdır. Təbii şəraitdə ilin soyuq dövründə göllər atmosfer yağıntıları ilə dolur, ilin isti dövründə isə onların suyu azalır və ya quruyur. Göllərin belə vəziyyəti 1960-cı ilə qədər qalmışdır. Sənayenin (xüsusilə neft istehsalı) və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar son 50 ildə göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirk
lənməsinə, sahələrinin böyüməsinə və yeni göllərin əmələ gəlməsinə səbəb olmuşdur.
Xəzər dənizi sahilində bir neçə laqun (dənizdən ayrılmış kiçik göl) gölə təsadüf olunur (Ağzıbirçala, Olxovka),onların sahəsi dəniz suyunun səviyyəsinin tərəddüdü ilə bağlı olaraq xeyli dəyişir. Xəzər dənizinin son illərdə səviyyəsinin qalxması ilə əlaqədar bu göllər faktiki olaraq dəniz körfəzlərinə çevrilmişdir.
Bir çox göllərdə təbii rejim buruq suları ilə pozulduğundan onların tərkibində xeyli yod və brom vardır.
 Abşeron yarımadasında vahid kanalizasiya sistemi yoxdur , bir çox yaşayış məntəqələri və sənaye müəssisələri çirkab sularını təmizləmədən yaxınlığındakı göllərə axıdır.Odur ki , göllərin əksəriyyəti hədsiz dərəcədə çirklənməyə məruz qalmışdır.Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda göllərdəki suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün ( çimmək, su turizmi və s. ) , hətta texniki ehtiyacı ödəmək məqsədilə də istifadə olunması yararlı deyil.Bu isə regionda ekoloji gərginlik yaradır.
3. Kiçik Qafqazın dağ gölləri dəniz səviyyəsindən 1400 – 3000 m yüksəklikdə yerləşir . Onların sayı 20 – yə çatır.Ən böykləri Alagöl, Qaragöl,Göy - göl hesab olunur , bütün göllərin ümumi sahəsi 12 km2 təşkil edir.
Kiçik Qafqazın gölləri təbiətin nadir abidələri sayılır, onlar mənfi antropogen amillərin təsirindən qorunmalıdır.
Onların su resurslarından istifadə olunması məqsədə uyğun sayılmır.Bu göllərin təbii şəkildə gözəlliyini saxlamaq turizm məqsədilə istifadə etmək lazımdır. Göllərdə abadlıq təsərrüfatının yaradılması su rejiminə və ətraf mühitə mənfi təsir göstərməz.
Böyük Qafqazda dağ göllərinin sayı 70 – dən artıqdır.Onların 50 - sinin sahəsi 1 ha – ra qədərdir, 21 gölün sahəsi 1 – dən 3 ha arasındadır.Göllərin ümumi sahəsi 2 km2 - dan bir qədər artıqdır.
Dağ çaylarının əksəriyyəti əhalisi az olan, yaşayış məntəqələrindən aralı, su ilə yaxşı təmin olunmuş və mülayim- soyuq iqlimli ərazilərdə yerləşir.Belə şəraitdə onlar antropogen amillərin təsirinə çox az məruz qalır, suyun həçmi və keyfiyyəti demək olar ki, dəyişməmiş qalır.


EKOLOGİYA VƏƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
MƏMMƏDOV QƏRİB ,XƏLİLOV MAHMUD


Ənənəvi enerji mənbələrinin tədricən tükənməsinin və onlardan istifadə zamanı ətraf mühitə küllü miqdarda vurulan ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES – lərdən, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Ka­na­da, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qa­baqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olu­nan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümu­mi istehsal olunan enerjinin 13,5 faizi düşür.
Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderlik edir. Həmin ölkədə “Bərpa olunan enerji mənbələri haqqında” qanunun qəbul edilməsi bu işə güclu təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.
Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisindən istifadə eko­­loji baxımdan təmiz hesab olunur. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990 – ci ildən başlayaraq yüksələn templə artır. Böyük su ehtiyatlarına malik olan Latın Amerikası, Asiya və Afirikanın bəzi ölkələri, həmçinin Avropanın şimal ölkələri digər alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, bu mənbədən də istifadə etməyi əsas istiqamət kimi qəbul etmişlər.
Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılmışdır və inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997 – ci il Kiot razılaşmasının prorokoluna əsasən Avropa Birliyi ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə başlanmışdır. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin gücləri elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.
ABŞ-da, Almaniyada, Yaponiyada və Çində günəş enerjisini çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar tətbiq edilir. Onların faydalı iş əmsalı 12…14 faiz təşkil edir. Belə fotoelementlər əsasında yaradılan stan­­siyaların tutduğu ərazi bir MVt üçün iki hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması is­tiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu istilik elektrik stansiyalarında yanaçağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə, alternativ enerji mənbələrinin elek­trik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gə­ləcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan ya­ra­dar.  
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN  DÖVLƏT AQRAR UNİVERSİTETİ
 Mühazirəci:      t.e.n., dos.S.Z.Məmmədov

,
Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və suyun dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və abissal zonaya bölünür. Litoral zona okean dibinin çəkilməsi zamanı ən aşağı və qabarma zamanı ən yuxarı su səviyyələri arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə qabarma və çəkilmə nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək olmayan təzyiq, gündüz günəş işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır. Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim qaranlıq olub, temperatur aşağı və sabit, yüksək təzyiq
(yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur. Abissalın bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük gözləri vardır, bir çox orqanizm isə özü işıq verir. 
Okean dibinin bütün canlıları bentos adlanır. 


,
Azərbaycan Dövlət Təbiət Yasaqlıqları
Bərdə Təbiət Yasaqlığı.Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.
Şəki Dövlət Təbiət Yasaqlığı-(Yaradıcılığı il:: 1964,Sahə(hektar):10,350 Olduğu yer: Şəki
rayonu Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında)
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Ərazi zəngin bitki örtüyünə malikdir.
Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrinə meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça, və s. kollar keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, Samur, meşə dələsi, sincab, və s. məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s. quşlar məskunlaşmışlar.
Gil adası Dövlət Təbiət Yasaqlığı (Yaradıcılığı il:: 1964,Sahə(hektar):400 Olduğu yer: Bakı şəhərinin Qaradağ rayonunun ərazisində ) Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
Bəndovan Dövlət Təbiət Yasaqlığı (Yaradıcılığı il:: 1961,Sahə(hektar):4,930 Olduğu yer: Salyan və Qaradağ rayonlarının ərazisində)-Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar, porsuq və s. məməli heyvanlar yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək (Otis tetrax), turac, bildirçin və s. yayılmışdır.
Korçay Dövlət Təbiət Yasaqlığı (Yaradıcılığı il:: 1961,Sahə(hektar):15,000 Olduğu yer: Xanlar və Goranboy) -Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Laçın Dövlət Təbiət Yasaqlığı-(Yaradıcılığı il:: 1961,Sahə(hektar):21,370,Olduğu yer: Laçın rayonunun ərazisində)-
Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyüukbyr, qayakeçisi, çöl donuzu və s.) və quşları ( turac, kəklik və s.) qoruyub artırmaqdır. Ərazi əsasən vələs, cökə, ağcaqayın və s. qarışığından ibarət palıd meşələrindən ibarətdir. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi (Capra aegagrus), cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta və s. quşlara rast gəlinir. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
 Qusar Dövlət Təbiət Yasaqlığı(Olduğu yer: Qusar rayonunun ərazisində)- Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikan və s. təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s. kimi məməlilər, turac, kəklik , bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və s. kimi quşlar yayılmışdır.
Şəmkir Dövlət Təbiət Yasaqlığı-  Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul (Phasianus), kəklik, turac və müxtəlif su quşları vardır.
Zuvand Dövlət Təbiət Yasaqlığı-(Yaradıcılığı il:: 1969,Sahə(hektar):15,000,Olduğu yer: Lerik və Yardımlı rayonlarının ərazisində) Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
İsmayıllı Dövlət Təbiət Yasaqlığı (Yaradıcılığı il:: 1969,Sahə(hektar):23,438,Olduğu yer: Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində) Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq, və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular və s., məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan və s. məskunlaşmışdır.
Qubadlı Dövlət Təbiət Yasaqlığı (Yaradıcılığı il:: 1969,Sahə(hektar):20,000,Olduğu yer: Qubadlı və Laçın rayonlarının ərazisində) Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu və. s.) və quşları (qırqovul və s.) qorumaqdır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkən və s. ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin və s. yayılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Daşaltı Dövlət Təbiət Yasaqlığı (Yaradıcılığı il:: 1981 ,Sahə(hektar):450,Olduğu yer: Şuşa rayonunun ərazisində Şuşa şəhərinin ətrafında) Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

,

Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq fövqaladə əhəmiyyətli təbii irsə malikdir.Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.
Hazırda respublikamızın ərazisində 6 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir.Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı - 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. Ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkı zəngin bioloji müxtəlifliyə malikdir. Burada Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 58(35 onurğalı və 23 həşərat) heyvan və 39 bitki növü vardır. Milli Parkın ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini, dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını, berkutu, bəzgəyi göstərmək olar.
Şirvan Milli Parkı - Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Qaradağ, Salyan, Neftçala rayonlarının inzibati ərazisinin 54374 hektarında yaradılmışdır. Yarımsəhra landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən seyran faunanın əsasını təşkil edir.
Ağ-göl Milli Parkı - 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağcabədi və Beyləqan
rayonlarının inzibati ərazilərində Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl dövlət təbiət yasaqlığının bazasında 17924 hektar ərazidə yaradılmışdır. Ağ-göl Kür-Araz ovalığının Mil düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların ən vacib qışlama və yuvalama yeri olduğu üçün "ornitoloji sahə" də adlandırıla bilər. Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş növlərinə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. (Sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər cürələr, bəzgək və s.) Ağ-gölün əsas mühafizə obyektləri köçəri, su ətrafı və su quşlarının kütləvi yuva salma və qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir. Ağ-göl YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında" Konvensiyasının Siyahısına daxil edilmişdir.
Hirkan Milli Parkı - 2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazisində 21435 hektar sahədə yaradılmışdır. Burada üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur. Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si Hirkan meşələrindədir. Meşələrdə Azərbaycanın "Qırmızı kitabı"na düşmüş Hirkan şümşadı, dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s., heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və sairə vardır.
Hirkan meşələrinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi üçün elmi cəhətdən əsaslandırılmış sənədlər tərtib olunaraq, YUNESKO-nun Katibliyinə təqdim edilmişdir.
Altıağac Milli Parkı - 2004-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035 hektarında yaradılmışdır. Milli Parkın ərazisinin 90,5%-ni enliyarpaq meşələr təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi göyüş, ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlar məskunlaşmışdır.
Abşeron Milli Parkı
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 08 fevral tarixli 622 nömrəli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında Bakı şəhərinin Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində Abşeron Milli Parkı yaradılmışdır.
Abşeron Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış ceyranın, Xəzər suitisinin və su quşların qorunub saxlanılması məqsədilə yaradılmiışdır. Ərazidə yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahili qum bitkiləri (42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %) və s. yayılmışdır. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir. Buranın quru ərazisində heyvanlardan ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qara, ağgöz qara ördəklər, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozçası və s. köçəri quşlar məskən salmışlar.
Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və obyektlərinin, xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi olan Xəzər suitisinin daha çox yayıldığı arealda, ceyranların, həmçinin su bataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Abşeron Milli Parkının yaradılması eyni zamanda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə 6 Milli Park, 13 dövlət təbiət qoruğu və 19 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.


1982 –ci ilin yanvarında UNEP (BMT – nin Ətraf mühit proqramı) ozon qatının qorunması haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini ça-ğırdı.Bu müşavirə Konvensiya üçün prinsipal əsasları müəyyən etdi.UNEP – in himayəsi altında keçirilən üç il aktiv danışıqlardan sonra Konvensiya 1985 – ci ilin martında Vyana şəhərində (Avstriyanın raytaxtı) qəbul edildi.Konvensiyanın 21 – ci maddəsinə görə, tərəflər insan sağlamlığını və ətraf mühiti ozon qatının yeyilməsi iləəlaqədar təsirlərdən qorumağa borcludur.
1987-ci ildə 56 ölkənin hökümətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon qatını dağıdan flor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin(ODM) istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997 – ci ildə Manrealda dayandırılması irəli sürüldü.
1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin hallonları, tetraxlorid - karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə atmağı xahiş etdilər.
Qeyd edək ki, Rusiya ozon dağıdıcı maddələrin (ODM) ən iri istehsalçısı və istifadəçisi olub, 1990-cı ildə 205 min ton ODM buraxmışdır. Bu dünyada buraxılan ODM-in 20% - ni təşkil edir. 
Sonrakı mərhələdə metilbromidlərin və hidrofreonların istehsalının qadağan edilməsi olmalıdır. 1996-cı ildə metilbromidlərin istehsalı sənaye cəhətdən inkişaf etmiş ölkələrdə dondurulmuş, hidrofreonların istehsalının isə 2030-cu ildə tamamilə dayandırılması nəzərdə tutulur. İnkişaf etməkdə olan ölkələr bu kimyəvi maddələr üzərində nəzarət qoyulması haqda indiyə qədər öhdəçilik götürməmişlər. 
Qlobal ekoloji fond ODM-dən istifadə edilməsini mərhələ-mərhələ azaltmaq üçün Moskvaya əvəzsiz olaraq 60 milyon dollar ayırmışdır. Bu pul aerozol və soyuducu texnika istehsal edən müəssisələrə verilmiş və onlara
karbon Aerozol proplentə keçməyə imkan yaratmağa kömək etmişdir. İlk dəfə belə aerozolların istifadəsini Nevinnomıssk aksioner cəmiyyəti 
tətbiq edərək ildə 40 milyon aerozol qablamaları buraxır.
1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min tondan 13 min tona endirilmişdir.
1997-ci ildə İsveç höküməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının dayandırılması üçün 1 milyon dollar ayırmışdır.
1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2 dəfədən çox azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin fikrincə bu iş da-vam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və 21 – ci əsrin ortalarına qədər öz təbii halına düşəcək. 1997-ci ildə Rusiya Federasiyası (RF) hökümətinin qərarı ilə ozon qatının mühafizəsi üzrə İdarələrarası komissiya təşkil olundu. Bu komissiya aşağıdakı qəbul edilən proqramın yerinə yetirilməsində cavabdeh sayılır:
- İnsanın təsərrüfat fəaliyyəti və digər proseslərin təsirilə ozon qatının vəziyyətinin dəyişilməsinin uçotu və nəzarəti üzrə müşahidələrin aparılması;
- Ozon qatının vəziyyətinə təsir göstərən maddələrin atılmasının norma həddini müəyyənləşdirmək və ona riayət etmək;
- Ozon qatını dağıdan maddələrin istehsalı və istifadəsini nizama salmaq;
- Göstərilən tələbləri pozmağa cavabdeh şəxslərə qarşı tədbirlər görmək.
Atmosferin ozon qatının vəziyyətinə zərərli təsir göstərən kimyəvi maddələrin və istehsal tullantılarının siyahısı RF-nın ətraf mühitin mühafizəsi sahəsində xüsusi təyin olunmuş dövlət təşkilatları tərəfindən təsdiq edilir.
Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına artıq başlanmışdır: propan – butan qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent – QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır. 
Freonsuz yeni soyuducu qurğülar 1996-cı ildə Ümumrusiya yüngül əridicilər institutunda sınaqdan keçirilmişdir. Ekoloji təmiz soyuğun istehsalına fransız alimi Pelte effektindən istifadə olunması sayəsində nail olunmuşdur. Pelte müəyyən etmişdir ki, elektrik cərəyanını yarımkeçiricilərdən buraxdıqda kristalın dövrə döşəməsinin birində isti, digərində isə soyuq alınır. Bu zaman istilik nə qədər intensiv ayrılırsa, bir o qədər də soyuq artır. Bu effekt ilk dəfə hərbi texnikada raketlərin atılması sistemində və kosmonavtikada (Lazerin istifadəsində qurğunun soyudulmasında), sonralar isə böyük soyuducularda istifadə olunmuşdur. Göstərilən yeni aqreqatda elektrik mühərriki, kompressor yoxdur, bu isə elektrikdən istifadəyə 2 dəfə qənaət etməyə imkan yaradır, uzunömürlü yarımkeçirici elementlər isə onun etibarlılığını artırır.
Dünyada analoqu olmayan bu qurğu Smolensk soyudücu maşınlar zavodunda sınaqdan keçirilmişdir. Rusiya EA ümumi fizika institutunun fizikləri atmosferin freonlardan qlobal təmizlənməsi üçün atmosferə mikrodalğalı boşaldıcılarla təsir göstərərək ozon qatını dağıdan mənbənin özünü ləğv etmək məsələsini irəli sürmüşlər. Yaranan (əmələ gələn) plazma digər komponentlərə zərər yetirmədən, temperaturu artırmadan və yeni
birləşmələrin əmələ gəlməsinə səbəb olmadan atmosferdə olan freonları seçərək təmizləyir. Hesablamalar göstərir ki, freonları məhv etmək məqsədilə lazımi miqdarda plazmanın yaranması üçün nisbətən kiçik enerji tələb
olunur, belə ki, plazma saniyənin cəmi milyardda bir hissəsi müddətindəki impulslarla yaranır, impulslar arasında isə qurğu işləmir.
Atmosferdə plazma yaratmaq üçün hazırda müdafiə sənayesi tərəfindən buraxılan böyük mikrodalğalı toplardan istifadə olunması iqtisadi və ekoloji baxımdan sərfəlidir. Tədqiqatçıların fikrincə mikrodalğalı mənbəninYerdə bir-birindən müəyyən məsafədə 2 mənbəyi yerləşdirilir. Onların buraxdıqları impulslar atmosferdə toqquşur, toqquşma zamanı plazma yaranır. Şüalandırıcıları hər dəfə müxtəlif bucaq altında çevirməklə geniş sahəni əhatə etmək olar.
Hələlik bu metodun texnoloji sxemi hazırlanmayıb, lakin onun bir çox variantları var. Məsələn, mikrodalğalı şüalandırıcı mənbəni Yerdə deyil, süni peyklərdə quraraq həqiqətən «ozon deşiklərini» «gözəmək olar».
Fiziklərin hesablamalarına görə atmosferdəki freonları cəmi bir ilə təmizləmək olar. Bu zaman 10 nəhəng gücündə olan AES-ın bir blokunun enerji mənbəyi kifayətdir.
Məlum olduğu kimi Günəş 1 saniyə ərzində 5-6 ton ozon istehsal edir. Lakin onun dağılması prosesi daha tez olur. Bu qazı stratosferdə süni surətdə almaq mümkündür. «Enerozon» konsorsiumu stratosferdə ozonu süni almaq üçün orijinal layihə irəli sürmüşlər. Bu zaman Yer orbitinə lezerlə təchiz olunmuş 20-30 peyk çıxarılır. Hər peyk kütləsi 80-100 ton olan kosmik platforma sayılır. 
25-30 km yüksəklikdə lazer şüaları oksigen molekullarını hərəkətə gətirir, fəallaşdırır, sonra isə Günəşin köməyi ilə ozonun hasil olması təbii yolla gedir. Bu yolla planetin normal mövcudluğunu 20 il müddətində təmin etmək olar.

EKOLOGİYA VƏ  ƏTRAF MÜHİTİN  MÜHAFİZƏSİ
MƏMMƏDOV QƏRİB    
XƏLİLOV MAHMUD

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget