Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Orta əsrlərdə Avropa coğrafiyası

normanlar
Normanlar Atlantikanın mənimsənilməsinə görə coğrafiya tarixində görkəmli yer tuturlar. Bu xalqlar tarixən Skandinaviya yarımadasının cənub-qərbində məskunlaşmışlar. Cənubda Boxus körfəzi və Skaqerrak boğazı ilə sərhədlənən Norveçin paytaxtı Nidaros (Tronheym) sayılırdı. Bu xalqın əsas məşğuliyyəti heyvandarlıq və dəniz məhsulları əldə etməkdən ibarət olmuşdur. Ət məhsulları ilə təmin olunsalar da, iqlim şəraiti çörəyə olan tələbatlarını ödəməyə həmişə mane olmuşdur. Elə buna görə də dənizlə cənub istiqamətdə hərəkət etməklə ət məhsullarını, xəz, dəri, piy, mis və bir sıra başqa malları çörəyə dəyişmək zərurəti yaradırdı. Bu zərurət bir tərəfdən gəmiçiliyin inkişafını, digər tərəfdən isə yeni ölkələrin öyrənilməsini tələb edirdi.
Ölkənin əlverişsiz iqlim şəraiti ilə əlaqədar olaraq ərzaq çatışmamazlığı normanların tədricən dəniz qulduruna çevrilməsinə səbəb olmuşdur. Ata öldükdən sonra ancaq vərəsəlik hüququna böyük oğlun haqqı olması kimi milli adətləri də, xalqın bir hissəsinin dəniz qulduru (pirat) kimi formalaşmasına təsir göstərmişdir. Artıq onlar Baltik dənizi ilə şərq istiqamətdə üzməklə Riqa körfəzinə, həmçinin Fin körfəzinə daxil ola bilirdilər. Daha sonra isə Rusiyanın Avropa hissəsi ilə cənuba doğru hərəkət etməklə Xəzər dənizinə (914), Qara dənizə irəliləməklə Yunanıstana və Ərəb xilafətinə yaxınlaşırdılar. Bu normanlar üçün yeni ölkələrin kəşfi və onlarla əlaqə yaratması demək idi.

normanlar.2Atlantik okeanınla qərb istiqamətdə üzməklə ilk dəfə kürən Erikson 982-ci ildə Qrenlandiyanı kəşf etdi. Normanlar ingilislərə məxsus bir sıra adaları kəşf etməklə onlar üzərində ağır vergilər qoydular, Şm.Amerikanı kəşf etdilər. Cənuba doğru hərəkət etməklə Sena ovalığını, Katanten yarımadasını, həmçinin yaxınlıqda olan Normandiya adalarını özlərinə tabe etdilər. Daha cənuba enməklə Biskay körfəzi sahillərini zəbt etmiş, Cəbəlüttariq boğazını keçməklə Aralıq dənizi sahilləri ölkələrini özlərinə tabe etməklə Siciliya adasına qədər irəliləmişlər.
VII əsrin ortalarında ilk dəfə olaraq Neva çayının mənsəbinə çıxmış, Şərqə doğru hərəkət etməklə Şərqi Avropa düzənliyinin şimal-qərbində Ladoqa gölü, Sivir çayı və Oneqa gölünün sahillərinə çatmışlar.
IX əsrdə normanlar Skandinaviya yarımadasının şimalından şərq istiqamətdə fiord tipli sahilləri müəyyən edir, Ağ dənizə daxil olurlar. Güman olunur ki, onlar Kola yarımadasına daxil olmaqla Kandalaşka adasında (körfəz) da löbər salmış və yerli əhali ilə ticarət əlaqələrinə girmişlər.
XII əsrin 70-ci illərində Qardar Svavarson ilk dəfə olaraq Islandiya ətrafında saat əqrəbi istiqamətində dövrə vurur. 871-ci ildə Inqoulf Arnanson Islandiyaya üzərək Reykyavik (Tüstülənən buxta) şəhərinin əsasını qoyur. 1056-cı ildə Bermen Islandiyanı belə təsvir edir: «Ada elə böyükdür ki, kifayət qədər insanların yaşaması üçün şərait yaradır. Burada insanlar dəridən geyim kimi istifadə edirlər. Taxıl bitkiləri tamamilə yoxdur, ağac bitkiləri çox azdır, ona görə də insanlar zağalarda yaşayırlar. Keşişlər onlar üçün Kraldır. Adanın şimal sahilləri donur.»
Cerald Bari isə ada və insanlar haqqında belə yazır: «Islandiya Irlandiyadan üç günlük məsafədə yerləşməklə şimal adalarından ən böyüyüdür. Insanların ifadələri qısadır, ən çox nifrət etdikləri yalandır. Kralları keşiş, knyazları isə baş çobandır. Ildırım və şimşək burada çox nadir hallarda olsa da ildə bir, yaxud iki dəfə alov püskürür.» Bu sətrlər Islandiyanın coğrafi mövqeyi, təbii şəraiti, insanların xarakteri və məşğuliyyəti haqqında kifayət qədər təəssürat yaradır.
986-cı ildə Qrenlandiya adasına üzməklə onun cənub hissələrində löbər saldılar. Leyf Erikson Qrenlandiyada gəmilərin düzəldilməsi üçün ağac materiallarının olmamasını nəzərə alaraq daha qərbə üzməyi qərara alır, nəticədə Şimali Amerikanın Markland (meşəli ölkə), daha cənuba enməklə Xelluland (hamar daşlar), Vinland (Üzümlüklər ölkəsi), başqa sözlə Nyufaunlend yarımadasını kəşf edir. 1005-ci ildə Leyf meşə materialları ilə yüklənmiş gəmi ilə Qrenlandiyaya qayıdır. Sonralar normanlar kəşf olunmuş bu ərazilərdə öz kaloniyalarını təşkil edə bilmədiklərindən tədricən unudulmuşdur. Nəyə görə kəşf olunmuş torpaqların normanların əlaqə saxlamaması coğrafiya tarixində bu gün də qaranlıq qalmaqdadır.
Müstəmləkəçilik xarakteri daşısa da Baffin adasını və dənizini, Hudzon körfəzini, Foks boğazını normanlar kəşf etmişdilər.
Beləliklə, tarixi-coğrafi araşdırmalar baxımından Amerika qitəsinin Xristofor Kolumbdan təqribən 500 il əvvəl, ilk dəfə Leyf Erikson, başqa sözlə normanlar tərəfindən kəşf olunması məlum olur. Ən azı elə buna görə də normanlar yeni ərazilərin kəşf olunmasılə coğrafiyanın inkişafında mühüm rol oynayan xalqlardan biri sayılmaqda haqlıdırlar.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget