XVI əsrin əvvəllərində ispanlar Amerikanın sahil zonalarında geniş tədqiqat işləri aparmaqda Panama bərzəxinin şərq sahillərinə gəlib çatmışdılar. Burada yaşayan hindilərin üzərində qızıldan olan bəzək şeyləri yaxın zamanlarda ispanların zəngin sərvət sahibi olacaqlarından xəbər verirdi. Ispanlar Amerikanın bu hissəsini «Qızıl Kastiliya» adlandırdılar. Qızılları əllərindən alınmış hindilər qısa müddətdə qullara çevrildilər. Hindilərlə məskunlaşmış bu bərzəxin qərbə doğru nə qədər uzanması heç kimə məlum deyildi. Asan yolla gəlir əldə etmək üçün bu ərazilərdə üzən Vasko Nunyes Balboa hindilərdən boğazın ensiz olması və qərbdə alçaq dağlarla meredian istiqamətində əhatə olunması haqqında məlumatlar toplayır.Hindilərə görə şimaldan cənub istiqamətdə uzanan bu dağların arxasında böyük bir dəniz yerləşir. Balboa boğazı keçmək və dənizə çıxmaqla böyük əhəmiyyətə malik olan kəşf etmək qərarına gəlir. Balboa «Qızıl Kastiliya»nı ələ keçirmək cəhdində günahlandırılmaqla ölüm cəzasına məhkum olunmuş bir dənizçi idi. Bu kəşfi etməklə o, dövlət tərəfindən ölüm cəzasının götürəcələyini, həmçinin tacirlərə olan borcun bağışlanacağını ümid edirdi.
1513-cü ilin sentyabrında 66 nəfərlə sıx meşələri keçən Balboa doğrudan da geniş su sahəsinin olduğunu görən ilk avropalı olur. O, hazırda Magellanın Sakit adlandırdığı bu okeanı «Cənub dənizi» adlandırır. 1513-cü ilin sentyabrında da dəniz və onun sahillərini ispan ərazisi elan etməklə Ispaniya kralına xəbər göndərir. Lakin çox keçmədən 1514-cü ildə Mərkəzi Amerikaya göndərilən qubernator Pedraris Avil tərəfindən qəsddə günahlandırılaraq Balboa edam edildi.
Beləliklə, avropalılar üçün Atlantik okeanından qərbdə Şimali Amerika arasında Panama bərzəxinin olması və bərzəx arxasında «Cənub dənizi» adlandırılsa da, Sakit okean kəşf edilmiş oldu.
Artıq XVI əsrin birinci yarısından Çin və Hindistana Amerikanın şimalından dəniz yolunun axtarılmasına maraq artmaqda idi. Bu marağı yaradan əsas səbəblərdən biri də Henfri Hilbertin inamla deyilən fikirləri idi. 1539-1583-cü illər ərəfəsində yaşamış Hilbert dövrünün dünya haqqında coğrafi baxışlarına əsaslanaraq qeyd edir ki, Amerika qədim Atlantida kimi bir şeydir. O, adanı xatırlatdığına görə üzərək ətrafında dövrə vurmaq olar. Hilbertə görə, Magellanın cənubda kəşf etdiyi boğaz kimi, şimal - qərb istiqamətdə də Sakit okeana keçid olmalıdır. Bu münasibətlə o, yazır: « Hesab edirəm şimal - qərb istiqamətdə olan yol bizim üçün daha əlverişlidir. Platon və Aristotelə yanaşı, müasir filosof və coğrafiyaçıların fikirləri də mənə bu qərara gəlməyə əsas verir».
Henfri Hilbort müasir filosof və coğrafiyaçılar dedikdə Hemma Frizski, Myunster, Apian və Ortelini nəzərdə tuturdu. Ortelinin tərtib etdiyi dünyanın xəritəsi Hilbertə fikirlərini əsaslandırmaqda daha yaxından kömək etmişdir. Xəritəyə istinad edərək o, qeyd edir ki, Şimali Amerika ilə Asiya arasında boğaz varsa, deməli, bu yol Çin və Hindistana istiqamətlənir. Daha sonra fikrini başqalarına asanlıqla aşılamaq məqsədilə deyir «Əgər bu iki quru arasında bərxəz olsa idi çinlilər çoxdan bura yol açmışdılar. Ölüm ayağında yaşayan ac tatarlar isə Amerikaya soxularaq məskunlaşmış olardılar».
Henfri Hilbert fikrini elmi cəhətdən daha inandırıcı etmək üçün okean axınlarındakı qanunauyğunluqlara əsaslanmağa çalışır. O, qeyd edir ki, Ümud burnundan gələn axınlar Magellan boğazı dar olduğundan buradan keçə bilməyərək, şimala, Labrador istiqamətinə yönəlir. Hər-hansı bir təsirdən qüvvəsini itirməyən bu axım yenidən Sakit okeanda, Amerikanın qərbində mövcud olduğu aşkar olunur. Axım tam dövrə vurmaqla yarandığı yerdə tamamlanır.
Hilbert kimi praktik sınağa əsaslananlardan biri də Martin Frobişer olmuşdur. Hilbertin «Mühazirələr» yazısı işıq üzü gördükdən sonra o, şimal-qərb istiqamətdə Çin və Hindistana boğazın olmasını müəyyən etmək üçün yola düşür. 7.VII.1576-cı ildə «Qavriil» və «Mixail» gəmilərində iyunun 26-da Şotlandiya, iyulun 11-də isə Qrenlandiya adasının yanından keçir. Bir müddətdən sonra 2Mixail» gəmisi gizlincə geri qayıtdığından Frobişer «Qavriil» gəmisində şimal-qərb istiqamətdə səyahətini davam etdirir. Avqustun 11-də 63 o şm.en.çatan səyyah öz adına olan boğazdan keçərkən sağ tərəfdə qalan torpağın Asiya olduğunu güman edir. Gəmi qərb istiqamətdə bir qədər də irəlilədikdən sonra Frobişer körfəzi ətrafındakı quruda insanlara rast gəldilər. Gündəlikdə bu insanlar qeyd olunan kimi təsvir olunur: «Onlar ttatarlara oxşayır. Onların qara, uzun saçları, enli sifətləri, yastı burunları var. Kişili-qadınlı suiti dərisindən eyni formada hazırlanmış geyimdən istifadə edirlər. Dərilərinin rəngi qəhvəyidir. Qadınları yanaqlarını və göz ətraflarını göy rəngləyirlər. Qayışları da suiti dərisindən hazırlanmışdır».
26.VIII.1576-cı il tarixində Frobişer bir nəfər eskimosu da oğurlamaqla geri qayıdır. Ekspedisiya nəticəsində Frobişer Çinə yeni su yolunu kəşf etməsi qərarına gəlir.
26.V.1577-ci il tarixində ingilislər daha bir ekspedisiya təşkil etdilər. Lakin bu ekspedisiya əsasən sərvət əldə etmək tapşırığı almışdır.
1578-ci ildə Frobişerin üçüncü ekspedisiyası təşkil olundu. Ekspedisiyanın əsas məqsədi artıq aşkar olunmuş torpaqlarda yaşayış məntəqələrinin salınması və dağ-mədən sənayesini inkişaf etdirmək idi. May ayının sonunda bu məqsədlə on beş gəmi yola düşür. Məskunlaşmada müəyyən işlər görməklə Flobişerin fəaliyyətini başa çatmış hesab etmək olar.
1585-ci ildən bu istiqamətdə Con Devisin apardığı işlər nəzərə çarpır. O, Kanada arxepelaqında bir neçə ada və körfəzləri müəyyən etsə də, sonda Sakit okeana keçidin olmaması qəqarına gələrək geri, Ingiltərənin cənub-qərbində yerləşən Dartmuta qayıdır.
Şimal-qərb yolunun mövcudluğu baxımından şübhəli qalan Con Devis 7.V. 1586-cı il tarixində Dartmutdan ikinci ekspedisiyasını başlayır. Kifayət qədər xəz dəri əldə edən Deviç yenidən şimal-qərb istiqamətdə Sakit okeana boğazın olması qərarına gəlir. Ona görə də Con Devis 19.V.1587-ci il tarixində üçüncü dəfə ekspedisiyaya yola düşür. Ekspedisiya heyəti 72 o 12 1 şm.en. çatmasına baxmayaraq, keçidin ola biləcəyi yeri düzgün görsədsələr də, Devis başda olmaqla özləri onun yerini müəyyən edə bilmədilər.
Şimal-qərb istiqamətində keçidin axtarılması üçün təşkil olunmuş irimiqyaslı ekspedisiyalardan biri də Henri Hudzonun ekspedisiyasıdır.
Henri Hudzon (1550-1611) - Şimali Amerika tədqiqatçılarından biri də ingilis mənşəli Henri Hudzon olmuşdur. Bir çox səyyahlar kimi Hudzon da Atlantik okeanından Şimal Buzlu okeanını keçməklə Sakit okeana dəniz yolu axtaran və materikin sahil zonalarını tədqiq edən səyyah olmuşdur. Avrasiya materikinin şimalından Sakit okeana səyahəti baş tutmayan Hudzon 1609-cu ildə Şimali Amerikaya səyahətini həsr edir. Bu səyahətdə o, materikin sahil zonalarının bir hissəsini tədqiq etməklə, avropalılar üçün naməlum, hazırda öz adına olan Hudzon çayını aşkar edir. 1610-1611-ci illərdə Hudzon Amerikanın şimalından qərb istiqamətdə keçid axtarmaq cəhdini göstərir. Ilk cəhddə o Hudzon boğazını kəşf etməklə Hudzon körfəzinə (əslində dənizdir) daxil olur. Qərb istiqamətdə xeyli axtarışdan sonra ekspedisiya üzvləri körfəzdə qışlamalı olurlar. 1611-ci ilin yazında qərb istiqamətdə axtarışı davam etdirmək istəməyən heyət üsyan qaldırmaqla axtarışı dayandırır. Hudzon ona sadiq olan bir neçə dənizçi və oğlu ilə bərabər qayığa düşürdülərək talehin ümidinə buraxılır. Qütbün böyük tədqiqatçılarından biri olan Henri Hudzonun həyat və fəaliyyəti belə başa çatmış olur.
Sonralar bir çox cəhdlərə baxmayaraq Şimali Amerikanın şimalından qərb istiqamətdə keçidin olmasını müəyyən etmək Norveçli qütb səyyahı Rual Amudsenə qismət olmuşdur. 1903-1906-cı illər ərəfəsində materikin şimal hissələrində tədqiqat işləri aparmaqla ilk dəfə olaraq Qrenlandiyanın Alyaska yarımadasına qədər üzə bilmişdir. Hudzondan sonra ingilis səyyahı Boffin Uilyamın (1584-162) təşəbbüslərinə baxmayaraq Çin və Hindistana gedən şimal-qərb yolunun əsası norveçlilər tərəfindən qoyulmuşdur.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Yorum Gönder