Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avstraliyanın öyrənilməsi

1606-cı ildə Avstraliyanın Torres tərəfindən kəşfi 150 ildən artıq gizli saxlanıldı. Manilanın ingilislər tərəfindən işğal olunması Torresin arxiv materiallarının ələl keçməsinə səbəb oldu. Materiallar araşdırılarkən materikin çoxdan ispanlar tərəfindən aşkar olunmasına baxmayaraq hələ də gizli saxlandığı məlum oldu. Bundan sonra Avstraliya ingilislər tərəfindən sürətlə tədqiq olunmağa başlandı.

1606-cı ildə Avstraliyanın Torres tərəfindən kəşfi 150 ildən artıq gizli saxlanıldı. Manilanın ingilislər tərəfindən işğal olunması Torresin arxiv materiallarının ələl keçməsinə səbəb oldu. Materiallar araşdırılarkən materikin çoxdan ispanlar tərəfindən aşkar olunmasına baxmayaraq hələ də gizli saxlandığı məlum oldu. Bundan sonra Avstraliya ingilislər tərəfindən sürətlə tədqiq olunmağa başlandı.1788-ci ildə Port-Ceksondan təlqiqat işləri başlandı. Hazırda Avstraliyanın şimalında adına çay olan Metyu Flinders Corc Bassla birlikdə Botani-Bey körfəzi və Corc çayının tədqiqinə başladılar. 

1798-ci ildə Bass açıq qayıqda materikin cənub sahil boyu üzməklə Avstraliya ilə Tasmaniya adası arasındakı boğazdan keçdi. Lakin onun körfəz deyil, boğaz olmasına 1798-ci ildə Flenderslə birlikdə adanın ətrafında tam dövrə vurandan sonra əmin oldu. Bundan sonra Flinders cənub sahillərdə Kinq-Corc körfəzindən cənub-şərqdə Keyp-Xacı burnuna qədər məsafədə tədqiqat aparmaq tapşırığı alır. Uğurla nəticələnən 1801-1802-ci il ekspedisiyası Snensera və Müqəddəs Vikentiya körfəzlərinin, həmçinin Kenquru adasının aşkar edilməsinə səbəb oldu. 

Flindres ekspedisiyasının nəticələrindən ruhlanaraq şərq sahillərini daha yaxşı öyrənməklə bütövlükdə Avstraliya sahillərində üzərək ətrafında dövrə vurur. Onun Avstraliyada apardığı tədqiqatlar əhəmiyyətinə görə Kukun tədqiqatları səviyyəsində durur. Qərb və şimal sahillərdə (1817-1822) Kinqin apardığı tədqiqatlar dəniz xətlərinin təkmilləşməsinə xidmət etdi. Keyfiyyət və əhəmiyyətinə görə onun apardığı tədqiqat işləri coğrafi baxımdan heç də Kukun və Flindersin işlərindən geri qalmır. 1913-cü ildə təşkil olunmuş ekspedisiyalar Mavi dağlarını keçməklə heyvandarlığın inkişafı üçün əlverişli otlaq sahələrini aşkar etdilər. Əgər belə demək olarsa dağların keçilməsi birinci coğrafi problemin həlli idi. Qarşıya qoyulan ikinci məsələ buradan axan çayların hansı ərazilərdən keçməsini müəyyənləşdirmək idi. Con Oksli bu məsələnin həllini öz üzərinə götürməklə 1817-ci ildə ekspedisiyaya çıxır. O, Laklan çayından uzağa gedə bilmir. Buna səbəb bataqlıqların geniş yayıldığı əraziyə çatması idi. Bu səbəbdən şərqə dönərək Makkuari çayına çatsa da onun mənsəbini müəyyən edə bilmir. Çayların mənsəbini müəyyənləşdirmək Oksliyə müəssər olmur. Lakin harada qurtarmaları haqqında təsəvvür həqiqətə yaxın olmuşdur. 

Çayların tədqiq olunması heyvandarlıq və əkinçiliyin inkişafında mühüm rol oynadığından onun tədqiqi hələ də problem olaraq qalmaqda idi. Bu promblemi mümkün qədər həll etmək məqsədilə 1828-ci ildə Çarlz Start Sidneydən çıxmaqla Makkuari çayına, buradan isə Boqan çayına doğru istiqamət götürür. Çayın axın istiqamətində hərəkət etməklə materikin iki böyük çayından biri olan Darlinq çayına düşür. Çay suyunun içmək üçün düzlü olduğunu müşahidə edən səyyah Darlinqin qollarından biri olan Kaslri istiqamətində tədqiqatı davam etdirir. Çayın quru yataqdan ibarət olduğunu görən Start burada tədqiqat işlərini dayandırmağı qərara alır. 1830-cu ildə Murrubidci çayı ilə bir həftə üzdükdən sonra onun Murreyə töküldüyünü müəyyən edir. Daha sonra o, Murrey çayına Darlinqin töküldüyünü müəyyən edir. 1930-cu ildə Mitçell Qrampian dağlarını tədqiq etməklə xəritəyə köçürür və materikin cənub-qərbindəki Vimmer çayını aşkar edir. XIX əsrin birinci yarısında Avstraliyanın şərqi kifayət qədər öyrənilmişdir. Materikin qərb hissəsinin işğalı üçün isə artıq fransızlar hazırlıq görürdü. Bu haqda xəbər tutan ingilislər əsasən hərbçilərin vasitəsilə tezliklə qərb istiqamətdə irəliləyərək cənub-qərbdə Qeorqı körfəzini tutdular və bununla da fransızların materikə daxil olmasının qarşısını aldılar. Qoyunçuluq fermeri olan Eyrin 1841-ci ildə transkontinental ekspedisiyası böyük əhəmiyyət kəsb edir. O, Avstraliyanın cənubunda yerləşən taulers körfəzindən kiçik, beş nəfərlik tərkibdə ekspedisiyaya çıxır. Eyrin bütün kontinenti keçməsi ərzaq çatışmazlıqlığına səbəb oldu. Ekspedisiya üzvləri arasındakı narazılıq aprelin 9da Baksterin öldürülməsi və iki heyət üzvünün qaçması ilə nəticələndi. Özü isə təsadüfən sahilə yan alan gəminin kbməyi ilə ölümdən xilas oldu. 1000 km-dən yuxarı yol qətt edən Eyrin kəşfləri az olsa da onun inadkarlığı nəticəsində Avstratliyanın mərkəz hissələrinin əlverişsiz təbii şəraitə malik olması və Avstraliya körfəzinə iri çayların tökülməsi müəyyən edildi. Eyridən sonra məşhur səyyah Lyudvik Şeykxardt Avstraliyanın şərqində yerləşən Morton körfəzdindən çıxaraq Port-Viktoriyaya qədər əlverişli yol axtarır. Şimal-qərb istiqamətdə hərəkət etməklə Şeykxardt Karpentari körfəzinə çatır. Sahil boyu tədqiqatı davam etdirərək Port-Viktoriyaya çatır və dəniz yolu ilə Sidneyə qayıdır. Bu səyahətilə səyyah və alim Şeykxardt bir sıra çay, suayrıcılar və əkinçiliyə yararlı torpaqlar aşkar etməklə 4800 km-dən artıq bir məsafəni qətt etdi. O, həmçinin şərqdən şimal-qərb istiqamətdə özündən sonrakı səyyahlar üçün daha əlverişli yolun aşkar edilməsinə nail oldu. Iki il keçdikdən sonra qərb istiqamətdə yolu tapmaq üçün çıxan Şeykxardt naməlum səbəblərdən yoxa çıxdı. Avstraliyanın cənubunda 1856-cı ildən tədqiqat işləri aparan Balbadc Torrens və Blanş gölünü aşkar etdi. Tədqiq olunmuş ərazinin xəritələşdirilməsinə göndərilənq Qoyderin burada xeyli şirin Sulu göllərin olması haqqında məlumat verməsinə baxmayaraq, onun dediklərinə laqeyd yanaşırlar. 

Avstraliyanı ilk dəfə cənubdan şimala qətt edən Mərkəzi Avstraliyanı tədqiq etməklə Karpentari körfəzinə çıxmaq tapşırığı alan Bark və Uils olmuşdur. Bu ərazidə sonrakı ekspedisiyalar da uğurla nəticələnmişdir. Barkley 1878-ci ildə Xey, 1904-cü ildə Firk çayının yuxarı axınını öyrənmişdir. 1925-ci ildə Port-Darvindən Fiçro və Brumu çaylarına qədər ərazini əhatə edən Terrinin ekspedisiyası heyvandarlıq və əkinçilik sahələrinin müəyyənləşdirilməsi ilə nəticələndi. Ingilislər Avstraliya ilə yanaşı Sakit okeanın digər hissələrində də tədqiqat işlərini davam etdirirdilər. Holland səyyahı tərəfindən kəşf olunmuş, lakin cənubda yerləşən materikin yarımadası kimi qəbl edilən Yeni Zelandiyanın (Dəniz ölkəsi mənasında) iki müstəqil adadan ibarət olması sonradan Kuk tərəfindən müəyyən edildi. Sonrakı səyyahlar bu adalar ətrafında tədqiqat işləri aparmaqla dəniz xəritələrində müəyyən düzəlişlər etdilər. Bristou 1806-cı ildə Oklend adalarını kəş etdi. Daha sonra isə Styuard və Kembel adaları kəşf olundu. Xerdin səyahətinə qədər böyük coğrafi əhəmiyyətli işlər aparılmadı. Xerd 1825-ci ildə 50 məntəqədə coğrafi koordinatları təyin etdi. Iyirmi il müddətində ingilis admirallığı tədqiq olunmuş ərazilərin xəritələrini tərtib etdilər. Hər yeni təşkil olunmuş ekspedisiya Yeni Zelandiyanın daxili hissələrinə doğru irəliləyirdi. Samuel Mardsenin adanın şimal hissəsində yeddi dəfə olması bunu bir daha təsdiq edir. Selerin isə 1844-cü ildə şimal adanın cənub-qərbində Vellinqtondan şimal-qərbdə yerləşən Oklendə qədər səyahət etməklə qurunun daxili hissələrini öyrəndi. Bir il sonra isə kapitan V.M.Smit Otaqodan Fovo boğazına qədər sahildə xəritələşdirmə işi apardı. Lakin gəmi qəzası nəticəsində bütün materiallar itdiyindən tədqiqatın yenidən aparılması lazım gəldi. 1861-ci ildən geoloji tədqiqatların aparılmasına üstünlük verildi. Bu məqsədlə Kanadada apardığı işlərlə fərlənən Ceyms Xokter Yeni Zelandiyaya göndərildi. Kenterbər dairəsinin baş geololqu Xaasın apardığı geoloji kəşfiyyatlar yeni-yeni faydalı qazıntı mənbələrinin aşkar olunması ilə nəticələndi. Digər geoloq Xektorun geoloji idarənin direktoru seçilməsi xəritə üzərində ağ ləkələrin sürətlə sıradan çıxmasına səbəb oldu. Xektor və Xaast birlikdə Yeni Zelandiya Alplarında birlikdə tədqiqat işlərini davam etdirməklə faydalı qazıntıların kəşfində daha əhəmiyyətli rol oynadılar. Aparılmış tədqiqat işləri nə qədər sürətlə getsə də, XIX əsrin sonu üçün Yeni Zelandiyanın cənub-qərb hissəsinin xəritələri mükəmməl sayıla bilinməzdi. Yeni Qvineya (Afrika Qvienayısının əhalisinə oxşadıqları üçün belə adlandırılıb) avropalılar tərəfindən kəşf olunmasına baxmayaraq XVI əsrin əvvəllərinə qədər hələ də öyrənilməmmiş qalmaqda idi. Adanın daxili hissələri kimi sahil xəttinin quruluşu haqqında da tam təsəvvür yox idi. Bir sıra tədqiqatçıların tərəfindən xəritə üzərinə yeni-yeni məntəqələrin apardıqları tədqiqat işləri daha çox nəzəpə çarpırdı. Blekvuda, Stenli, Morsbinin apardığı işlər adanın quruluşu haqqında təsəvvürləri xeyli genişləndirdi. Morsbinin tər tib etdiyi xəritədə isə adanın tam konturu verildi. Adanın daxili hissəsinin əsas tədqiqi isə ingilis səyyahı Alfred Uollesin 1858ci ildə buraya gəlməsilə başlandı. 1872-ci ildə rus səyyahı Mikluxo-Maklar şimal sahillərin xeyli hissəsini, 1875-ci ildə Makfarleyn Bakster çayını, Mak-Farleyin isə Flay çayının bir hissəsini tədqiq etdi. 1884-cü ildə artıq Almaniya adanın bir hissəisnin sahibinə çevrildi. Onların tədqiqat işləri Yeni Qvineyanın «Kayzer Vilhelmin torpaqlar» adlandırdıqları ərazidə aparılırdı. Həmin ildə inş 1500 km sahil zonasını tədqiq etməklə bir sıra çayların mənsəbini müəyyən etdi. Birinci dünya mühəribəsi ərəfəsində almalar daha fəallıq görsətməklə Turnvold rəhbərliyi altında Sepik çayı ilə adanın şimal sahili arasındakı Pilxover isə Vari çayı ilə Markxem arasındakı ərazini öyrəndilər. Adanın işğalı ilə nəticələnən ingilis-alman tədqiqatları getdikcə daha geniş vüsət alırdı. Elə bil bu iki dövlətin nümayəndələri özlərinə məxsus tarixi torpaqlarını öyrənirdilər. 1886-cı ildə Çalmers Alele çayını aşkar edir, T.Bevan isə Erd çayını xəritələşdirir. 1889-1897-ci illər ərəfəsində Yeni Qvineyanın Böyük Britaniyaya Aid olan hissəsində Vilyam Mak-Qreqor Miln körfəzi sahillərindən Vanape çayının axını əksinə Viktoriya dağına, Falay çayı boyunca alman sərhəddinə, Manbare çayından Vanapıya qədər böyük bir ərazinin öyrənilməsinə nail oldu. 1914-1918-ci illəri əhatə edən müharibə müvəqqəti olaraq tədqiqat işlərinin dayanmasına səbəb oldu. Indoneziya (Adalar Hindistan mənasındadır) da Yeni Qvineya kimi avropalılara məlum olsada XIX əsrin ortlarına qədər demək olar ki, tamamilə öyrənilməmiş qalmaqda idi. Adalar içərisində az-çox Yava adası haqqında məlumatlar mövcd idi. A.Uolles alimlərin fikrini bu ölkəyə cəlb etmək üçün var qüvvəsi ilə çalışırdı. Özünün altı il bu ölkədə yaşamaqla apardığı tədqiqat işləri Indoneziyanın xəritəsində ağ ləkələrin silinməsinə kifayət etmədi. Ona görə də Roderik Merçison bu adaların tədqiq olunmasına böyük ehtiyac olduğunu inamla elan edir. Yava (Sankskrir dilində arpalı ada mənasındadır) Indoneziya adaları içərisində əlverişli coğrafi mövqeyi ilə hollandların daim diqqət mərkəzində olmuşdur. Onların Yava haqqında XIX əsrin başlanğıcında belə məlmatları vardır. XIX əsrin əvvəllərində Yava adası əvvəl fransızların, daha sonra isə ingilislərin əlinə keçdi. 1814-cü ildə ada Hollandiyaya qaytarıldı. Funqxunun 1835-1849-cu illər ərəfəsində apardığı tədqiqatlarından sonra adanın hollandlar tərəfindən sistematik öyrənilməsinə başlandı. 1843-cü ildən etirabən Sumatra adasının tədqiqatına başlanmasına baxmayaraq pərakəndə xarakter daşıdığından hərtərəfli məlmat toplamaq mümkün olmadı. Sukouv Xantvartonun 1877-ci ildə adanı şərqdən qərbə ilk dəfə keçməsi ağ ləkələrin tədricən azalmasına səbəb oldu. 1878-ci ildə T.Doğri qəhvə sahələrini genişləndirmək üçün yararlı torpaqlar axtarmaq məqsədilə Barneo adasını öyrənməyə göndərildi. Ingilislərlə demək olar ki, eyni vaxtda hollandlar da adanın tədqiqatına girişməklə Q.Molenqrafın rəhbərliyi altda xəritələşdirmə işlərinə başladılar. Onların qərbdə dənizə tökülən Kapuas, şərqdə isə Maxakan çayına qədər ərazini öyrənmələri xəritələşdirmənin kifayət qədər dəqiq getməsinə imkan verdi. Çelebes adası ilə hələ XIX əsrin son illiyinə qədər öyrənilməmiş qalırdı. Baxmayaraq bir sıra tədqiqatçılar burada olmuşdular, ancaq onların elmi-tədqiqat işlərinin başlanğıcında dönüş Sarazin qardaşlarının başçılığı ilə təşkil olunmuş 1893-cü ildən başlamışdır. Sarazin qardaşları (1902-1903), Abendanon (19091910), Kaydernin (1919) apardıqları işlər Çelebeçin öyrənilməsində atılmış addımlar olmuşdur. Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget