Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsiilə Şm.Amerikadan,şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir.Şimali Amerika ilə onu ensiz Panama bərzəxibirləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada yarımada və körfəzlər yoxdur. Yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu torpaq adasını materikdən ayırır. Amerika qitəsində ABŞ-dan cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid olan ispan (62%), portuqal (34%) və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası (LA) adlandırılır. Latın Amerikası ölkələrinin əksəriyyətiXIX əsrdə müstəqillik qazanmışdır. Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir. Adaları sahilləri zəif parçalandığından Afrikada olduğu kimi xeyli azdır. Ən iri adaları Odlu Torpaq, Trinidad, Tobaqo, Folklend, Qalapaqos adaları, Çili arxipelaqı. Cərəyanlar –Peru, Folklent, Qərb küləkləri (soyuq), Braziliya, Qvineya (isti). Tədqiqi ilk dəfə 1498-çi ildə X.Kolumb, sonralar A.Vespuççi, burada olub. A.Humbolt - And dağlarında yüksəklik qurşağını müəyyən etmiş, ilk dəfə materikin geoloji xəritəsini tərtib etmiş və soyuq cərəyanların qərb sahil rayonlarının iqliminə təsir etdiyini müəyyənləşdirmişdir.
Cənubi Amerika

Yorum Gönder