Şimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb
yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan
Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.
Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu.
Sahil xəttləri Şimalda və şərqdə daha çox girintili-çıxıntılı olduğundan çoxlu ada və yarımadaları var.
Adaları. Şimalda-Kanada-Arktika arxipelaqı, Qrenlandiya, şərqdə-Nyufaundlend, şərqdə Bermud, Baham, Böyük və Kiçik Antil, qərbdə Aleut.
Yarmadalar. Kaliforniya, Alyaska, Labrador, Yukatan, Florida.
Cərəyanları. Qolfsrim, Antil, Alyaska, Passatlararası (isti), Kaliforniya, Labrador (soyuq)
Körfəzləri. Hudzon, Müqəddəs Lavrenti, Meksika, Fandi, Kaliforniya, Alyaska.
Dənizləri. Karib, Sarqass, Baffin, Bofort, Berinq.
Kəşfi X əsrdə ilk dəfə normand dənizçiləri (vikinqlər), 1492-çi ildə Kolumb, daha sonra isə A.Vespucci burada olmuşdur. Şm. Amerikanın tədqiqində Hudzon, A.Makkenzi və s. səyyahların da böyük rolu olmuşdur.
Şimali Amerika
Şimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.
Açar sözlər
Şimali Amerika
Yorum Gönder