Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Astrofizika" sektoru bazasında 1960-cı ildə yaradılmışdır. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər
Akademiyasının Fizika İnstitutunun "Astrofizika" sektoru bazasında 1960-cı ildə yaradılmışdır. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır.
Qısa müddətdə yaşayış qəsəbəsi (Yusif Məmmədəliyevadına) və iş binaları tikilmiş, teleskoplar və digər elmi cihaz və avadanlıqlar quraşdırılmışdır: 2 metrlik teleskop, üfüqiGünəş teleskopu, AZT-8, AST-452, Seys-600 və b.
Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır.
Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
ŞAR-da üç əsas istiqamətdə elmi işlər görülür: ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, Günəş fizikası. Günəş fizikası sahəsində əsas elmi nəticələr Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluş əlaqələri üzrə əldə olunmuşdur. Beynəlxalq və xüsusi proqramlar üzrə patrul müşahidələri aparılmışdır. Ulduz fizikası sahəsində qeyristasionar, dəyişən və qoşa sistem ulduzları, maqnit və geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar tədqiq olunmuşdur. Günəş sistemi cisimləri fizikası və dinamikası sahəsində planetlər və onların peykləri tədqiq olunmuşdur

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget