Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Afrika Materikinin Coğrafi mövqeyi, Sahəsi, Sərhədləri və Sahil xətti

Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.Ucqar nöqtələri - 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu.Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif


Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.Ucqar nöqtələri - 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu.Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)
Cərəyanları- Kanar, Bengel, Somali (soyuq), Iynə, Mozambik, Qvineya, Anqola (isti)
Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq
nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı, Ədən körfəziayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adasıMadaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Vozneseniya,Müqəddəs Yelena adaları da buraya aiddir.
Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrikaqitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.
Afrikanın sahil xətti zəif parçalanmışdır.Sahillər çox yerdə tektonik strukturlara uyğun olaraq düz xətlə uzanır.Sahil dayazlığı ensizdir.Buna görə Afrika sahillərində əlverişli körfəzlər və buxtalar,həmçinin yarımadalar və adalar azdır. Ən böyük körfəzləri şimalda Qabes və Sidra,qərbdə Qvineya,Benin və Biafra,cənub-şərqdə Frensis Bey,Alqoa,Delaqoa və Beyra buxtalarıdır.Kiçik buxtalar və adalara qərbdə Yaşıl burundan  Palmas burnuna qədər,şərqdə isə Mombasa və Mozambik şəhərləri arasındakı sahildə rast gəlinir. Şərqdə Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Komor, Maskaren, Amirant və Seyşel adaları, qərbdə Madeyra, Kanar, Yaşıl Burun, Annobon, San-Tome, Fernanada-Po, Merac (Vozneseniye), Müqəddəs Yelena, Tristan-da- Kunya adaları Afrikaya aiddir. Materikin ən böyük yarımadası Somalidir.
       Beləliklə, Afrika üfüqi istiqamətdə olduqca zəif parçalanmışdır.Onun sahil xəttinin hər 1 kilometrinə 960 kv.km ərazi düşür. Adalar isə ərazisinin cəmi 2%-ni təşkil edir (Avropada 8,5%). Materikin daxili vilayətləri
 sahildən 1500 km içəridə yerləşir (Avropada bu məsafə cəmi 600 km-ə qədərdir).
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget