Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Avstraliya"

Materik -  AVRASİYA
UCQAR NÖQTƏLƏRİ.
Şm- Çelyuskin
Cənub- Piay
Şərq- Dejnyov
Qərb-Roka

YERLƏŞDİYİ YERLƏR.
Rusiya (Çelyuskin, Dejnyov) 
Portuqaliya (Piay)
Malaziya (Roka)

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Çelyuskin,  Arktik
 Piay,            Ekvatorial
 Dejnyov,     SubArktik 
 Roka,           Subtropik 

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Çelyuskin,     Arktik səhra
 Piay,             Ekvatorial meşə
 Dejnyov,       Tundra
 Roka,            Codyarpaq meşə 

Materik -  AFRİKA
UCQAR NÖQTƏLƏRİ.
Şm- Ben Sekka
Cənub-İynə, Ümid 
Şərq-Ras Həfun
Qərb-Almadi

YERLƏŞDİYİ YERLƏR.
 Ben Sekka - Tunis
 İynə, Ümid - CAR
 Ras Həfun - Somali
 Almadi - Seneqal

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Ben Sekka  Subtropik
 İynə, Ümid  Subtropik
 Ras Həfun  Subekvatorial
 Almadi        Subekvatorial

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Ben Sekka,      Codyarpaq meşə
 İynə, Ümid,      Codyarpaq meşə
 Ras Həfun,      Savanna və seyrək meşə
 Almadi ,           Savanna və seyrək meşə

Materik -  ŞİMALİ AMERİKA
UCQAR NÖQTƏLƏRİ.
Şm-Mercison
Cənub-Maryato
Şərq- Sent-Carlz
Qərb- Uels Şahzadəsi

YERLƏŞDİYİ YERLƏR.
 Mercison             Kanada
 Maryato               Panama
 Sent-Carlz           Kanada
 Uels Şahzadəsi   ABŞ  

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Mercison               Arktik
 Maryato                 Subekvatorial
 Sent-Carlz             Subarktik
 Uels Şahzadəsi     Subarktik

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Mercison             Arktik səhra
 Maryato               Savanna və seyrək meşə
 Sent-Carlz           Tundra
 Uels Şahzadəsi   Tundra

Materik -  CƏNUBİ AMERİKA
UCQAR NÖQTƏLƏRİ.
Şm- Qalinas
Cənub- Frauerd 
Şərq- Kabu-Branku
Qərb- Parinyas

YERLƏŞDİYİ YERLƏR.
 Qalinas              Kolumbiya        
 Frauerd              Çili   
 Kabu-Branku     Braziliya
 Parinyas             Peru    

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Qalinas              Subekvatorial
 Frauerd              Mülayim
 Kabu-Branku     Tropik
 Parinyas     Tropik

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Qalinas            Savanna və seyrək meşə
 Frauerd            Qarışıq meşə (yüksək dağlıq qurş) 
 Kabu-Branku   Dəyişkən rütubətli meşə (musson)
 Parinyas          Yüksək dağlıq qurşaq

Materik -  AVSTRALİYA
UCQAR NÖQTƏLƏRİ.
Şm- York
Cənub-  Cənub-Şərq
Şərq- Bayron
Qərb- Stip Poynt

YERLƏŞDİYİ YERLƏR.
 York                  Avstraliya
 Cənub-Şərq      Avstraliya     
 Bayron              Avstraliya 
 Stip Poynt         Avstraliya

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 York                   Subekvatorial 
 Cənub-Şərq       Subtropik       
 Bayron               Subtropik    
 Stip Poynt          Tropik 

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 York                    Dəyişkən rütubətli meşə (musson)   
 Cənub-Şərq        Codyarpaq meşə    
 Bayron                Dəyişkən rütubətli meşə
 Stip Poynt          Tropik səhra 

Coğrafi mövqeyi. Okeaniya Sakit okeanın mərkəzi və qərb hissəsində yerləşən adalar qrupuna verilən addır. Bu adaların təbiəti yaxınlıqda yerləşən Avstraliya materikinin təbiətindən də fərqlənir.
Odur ki, onlar ayrıca nəzərdən keçirilir. Okeaniya ümumi sahəsi 1,3 mln. km2-ə bərabər olan 7 minə qədər adanı özündə birləşdirir. Coğrafi cəhətdən Şimal yarımkürəsinin subtropik qurşağından Cənub yarımkürəsinin mülayim qurşağına qədər ərazidə yerləşmişdir. Sakit okean səthinin 2%-i Okeaniya adalarının payına düşür. Adaların sahəsinin çox hissəsini Yeni Qvineya, Yeni Zelandiya, Havay, Fici, Tuaınotu və s. adaları təşkil edir.
 Okeaniya adaları Melaneziya, Mikroneziya, Polineziya və Yeni Zelandiyaada qruplarını əhatə edir. Melaneziya yunanca qara adalar, Mikroneziya kiçik adalar, Polineziya isə çoxlu adalar mənasını verir. Yeni Zelandiya iki böyük və bir neçə xırda adalardan ibarətdir.

Okeaniya avropalılara hələ XVI əsrdən F.Magellanın ilk dünya səyahəti zamanından məlum olmuşdur. Adaların kəşfində və öyrənilməsində C.Kukun, A.Tasmanm, F.Litkenin, N.N.Mikluxo-Maklaym, T.Heyerdalın və başqalarının olduqca böyük xidmətləri var.


Təbiəti. Okeaniya adalarının təbiəti əsrarəngiz gözəlliyi ilə seçilir. Adaların sahəsinə və coğrafi mövqeyinə görə müxtəlifliyi, geniş ərazidə okean suları ilə əhatələnməsi, materikdən və bir-birindən aralı yerləşməsi onların təbiətinə və burada yaşayan xalqların həyat  şəraitinə güclü təsir göstərmişdir.

Burada istər materik, istərsə də vulkan və mərcan mənşəli adalar vardır. Lakin vulkan və mərcan mənşəli adalar daha çoxdur. Qərb hissədə Okeaniya adaları litosfer tavalarının sərhədində yaranmış adalar qövsündə yerləşir.
Adaların, demək olar ki, əksər hissəsi ekvatorial, tropik və subtropik qurşaqlar daxilində yerləşmişdir. Yalnız Yeni Zelandiya və ona yaxın adalar subtropik və mülayim qurşaqlar daxilində qalır. Okeaniyanın iqlimi isti və yumşaq olub, insanların həyatı və fəaliyyəti üçün çox əlverişlidir. Ekvatora yaxın yerləşdiklərinə görə, adalarda il boyu havanın temperaturu yüksək olur. Lakin okeandan əsən küləklər ha­vanı xeyli yumşaldır. Temperaturun sutkalıq və illik tərəddüdü azıdır.
Okeaniya adalarının digər ərazilərdən təcrid olması özünü daha çox onıtn üzvi aləmində göstərir. Mərcan mənşəli kiçik adalarda içməli suyun az olması, torpaq örtüyünün zəif inkişafı ,bitki və heyvanlar aəminin bir qədər kasadlığına səbəb olmuşdur.
Materik və vulkan mənşəli adalarda isə üzvi aləm zəngin və daha müxtəlifdir. Məsələn, Yeni Qvineya adasında 20 minə qədər bitki növü var. Dağlarda hündürlük qurşaqları yaranır. Küləyə tərəf olan yamaclar bol yağıntı alır. Heyvanlar aləmində yırtıcılar və zəbərli ilaıılar çoxdur. Bu adaları okeanda yerləşən vahələrə bənzətmək olar.
Əhalisi. İnsanların Okeaniya adalarında məskunlaşmasının bir ıeçə min il əvvəl baş verdiyi güman edilir. Onların bura necə gəldiyi haqqında bir neçə fərziyyə vardır. Bir fərziyyəyə görə, insanlar Olkeaniya adalarına Cənub-Şərqi Asiyadan köçib gəlmişlər. Norveç səyyahı T.Heyerdala görə isə yerli əhali Cənubi Amerikadan köçüb gələnlərin nəsilləridir. Okeaniyalılar mahir dənizçi olmuşlar. Onlar istiqaməti ulduzlara əsasən təyin edə bilir, etibarlı və möhkəm qayıqlar düızəltmiş ,  uzaq məsafələrə səyahət edirlər.
Hazırda Okeaniya əhalisi yerlilərdən, gəlmələrdən və qarışıq nəsillərdən ibarətdir. Yerli əhali bir-birindən təkcə irqinə görə deyil, həmçinin dilinə və məişətinə görə də fərqlənir. Melaneziya adalarımda (Yeni Qvineya, Solonıon, Fici və s.) ekvatorial irqə mənsub olan papuaslaf məskunlaşmışlar. Mikroneziya və Polineziyada isə xüsusi Polineziya qrupuna aid edilən xalqlar yaşayırlar. Onlar papuaslardan dərilərinin rənginin bir qədər açıq olması, buruq saçları ilə fərqlənirlər. Yeni Zelandiyanın yerli əhalisi maori adlanır. Lakin əhalinin çox hissəsisi Böyük Britaniyadan gələnlərin nəsilləri təşkil edir.
Okeaniyanın müasir əhalisi başlıca olaraq əkinçiliklə məşğul olur, kokos palması, banan, ananas, şəkər qamışı və s. bitkilər becərir. Balıqçılıq təsərrüfatı burada ənənəvi sahə hesab olunur. Adalarda əlvan metallar, daş kömür, fosforit və s. faydalı qazıntılar hasil edilir.

Ekoloji tarazlığın pozulması Okeaniya adalarında da özünü göstərir. Bir sıra adalarda nüvə silahının sınaqlarının keçirilməsi adaların təbiətinə güclü təsir etmişdir. Qiymətli ağac növləri qırılaraq daşınır, sahil suları çirkləndirilir və s.


Okeaniya uzun müddət müstəmləkə olmuşdur. Burada yalnız Yeni Zelandiya müstəqil dövlət idi. Hazırda müstəqil dövlətlərin sayı 15-dən çoxdur (Yeni Qvineya (Papua), Nauru, Fici, Qərbi Samoa və s.). Qalan adalar isə ABŞ, Fransa, Avstraliya və s. dövlətlərin müstəmləkələri olaraq qalır.

İqlimi. Materikin iqliminin formalaşmasında onun coğrafi mövqeyi əsas rol oynayır. Avstraliya isti qurşaqda yerləşir, cənub tropik xətti onun ortasından keçir. Odur ki, ərazinin çox hissəsini tropik qurşaq tutur. Yüksək atmosfer təzyiqi hakimdir. Ucqar şimal və cənub hissələrində subekvatorial və subtropik keçid qurşaqları yerləşmişdir. Tasmaniya adasının cənub hissəsi isə mülayim iqlim qurşağına daxildir.Tropik qurşaqda materikin qərbdən şərqə doğru böyük məsafədə uzanması okeanın yumşaldıcı təsirini azaldır, ərazidə kontinental hava kütlələrinin yaranmasına səbəb olur. Böyük Suayırıcı dağların da iqlimə təsiri böyükdür. Cənub-şərq passatlarınm təsiri ilə dağların şərq yamacları bol yağıntı alır və burada rütubətli tropik iqlim formalaşır. Tropik qurşağın qalan hissələrinə həddindən az yağıntı düşür və geniş bir ərazidə tropik səhra iqlimi hakim olur.
Avstraliyanın subekvatorial qurşaqda yerləşən şimal hissələri yayda (dekabr—fevral) ekvatorial hava kütlələrinin təsiri ilə bol yağıntı alır. Qışda isə (iyun—avqust) burada quru tropik hava
kütlələri hakim olur və havalar quraq keçir.
Materikin cənub hissəsi subtropik qurşaqda yerləşir. Burada 3 iqlim tipi vardır. Cəııub-qərb hissə Aralıq dənizi iqlim tipinə aid olub,rütubətli qışa və quraq yaya malikdir. Cənub-şərq hissədə rütubətlisubtropik iqlimdə yay yağmtılı keçir. Yağıntısı az olan subtropik kontinental iqlim bu qurşağın orta hissəsini əhatə edir.
Şəkil . iqlim qrafikləri.
Əgər Avstraliyanın iqlimini onunla eyni enlikdə yerləşən materik¬lərin iqlimi ilə müqayisə etsək, Avstraliyada temperaturun yüksək, yağıntıların isə az olduğunu müşahidə edərik. Bu isə Avstraliyada okeanların təsirinin az olması, yüksək təzyiq qurşağının geniş ərazidə yayılması və materikin orta hündürlüyünün azlığı ilə izah oluna bilər.
Daxili suları. Avstraliya ərazisinin 60% -ni okeana axarı olmayan hövzə tutur. Ümumiyyətlə, materikdə böyük çaylar yoxdur. Daxili səhra və yarımsəhralarda müvəqqəti axara malik olan çaylara rast gəlinir. Belə çaylar krik adlanır.
Materikin ən böyük və nisbətən bolsulu çayı Murrey (3750 km) və onun qolu Darlinq hesab olunur. Çayların qidalanmasında yağış və yeraltı sular əsas rol oynayır. Yağmtılı dövrdə çaylar daşır və əhali üçün böyük çətinliklər yaradır. Quraq dövrdə çayın səviyyəsi xeyli aşağı düşür, gəmiçilik üçün müəyyən problemlər yaranır. Çayların suyundan suvarma üçün geniş istifadə olunur.
Avstraliyada çoxlu göl var. Lakin onlar axarsız və duzlu göllərdir. Materikin ən böyük gölü isə qumlu ərazidə yerləşən Eyr gölüdür. Onun sahəsi yağıntıların düşməsindən asılı olaraq dəyişir.


Avstraliyada aşağıdakı təbii zonalar var: 
1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr.
2. Tropiklərin səhra və yarımsəhraları.
 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.Səhralar- Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.
Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan
şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.
Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər
materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.
Okeaniya Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
1. Meloneziya (qara adalar deməkdir).
2. Mikroneziya (kiçik adalar deməkdir).
3. Polineziya (çoxlu adalar deməkdir).
4. Yeni Zelandiya- Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.

Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir. Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır. Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır. 
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlardan neft, qaz, kömür və s. yerləşib.
Materikin böyük hissəsini səhralar və düzənliklər tutur. Böyük Sandi, Böyük Viktoriya səhralarını göstərmək olar: Ən tanınmış səhra Böyük Viktoria səhrasıdır.Materikin şərqində yarımsəhra ərazilərdə Böyük Artezian hövzəsi uzanır.Avstraliya ən aşağı nöqtəsi olan Lake Eyr (-15 m) gölünün təxminən sahəsi 15,000 km ² sahəni əhatə edir.

Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.
Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-
Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. 
O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
Adaları - Tasman, Kenquru, Kinq, Melvil v s.Cərəyanları: - şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq).
Avstraliya — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini,Tasmaniya adasını,Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyin üzvü olan bir dövlət.Sahəsinə görə dünyada altıncı ən böyük ölkə sayılır.Avstraliya İttifaqından şimaldaŞərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə-Vanuatu, Yeni Kaledoniya,Solomon
adaları,cənub-şəqdə-Yeni Zelandiyayerləşir.2011-ci ildə əhalisinin sayı 22 697 004 nəfər olmuşdur ki,onlarında əksəriyyəti olkənin şərqində yerləşən şəhərlərdə yaşayır. Avstraliya inkişaf etmiş ölkələr sırasına daxildir və iqtisadiyyatının böyüklüyünə görə dünyada on üçüncü yerdədir.Avstraliya hərbi xərclərin həcminə görə dünyada on dördüncü yerdədədir.
Avstraliya adı Latıncada cənubdan, cənuba aid olan mənasını verən Australis sözündən törədilmişdir. Roma sivilizasiyası zamanına söykənən cənubdakı bilinməyən bir ölkə mənası (terra australis incognita) bənzər bir yerin, orta əsrlər coğrafiyasında da alov tapıldığını göstərir, ancaq bu məlumatlar hər hansı bilinən bir qitə məlumatı ehtiva etməməkdədir. Latıncadakı Terra Australis Incognita'terimi ; Cənubdakı (Australis) Bilinməyən (Incognita) Torpaq parçası (Terra) mənasını verməkdədir. 14 may 1606-cı ildə,Vanuatuya ayaq basan Pedro Fernandes də Queirós, Cənub Yarımkürəsindəki bütün quru mülkiyyətinin İspaniya Krallığına aid olduğunu iddia etmiş və qitəni Austrialía deş Espíritu Santo şəklində adlandırmışdır. Daha sonraları, 1765-ci ildə, Aleksandr Dalrymple bu sözü, Luis Váez də Torresin 1606da Yeni Qvineyanın cənub sahillərinə etdiyi səyahətini təsvir etdiyi kitabını İngiliscəyə çevirərkən istifadə etmişdir. Dalrymple ayrıca Avstraliya sözünü, An Historical Collection of Voyages and Discoveries en the South Pacific Ocean (1771) adlı əsərində bütün Okeaniya bölgəsini təyin etmək üçün istifadə etmişdir.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget