Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Rusların Cənubi Amerika tədqiqatları

Qərbi Avropa ölkələri ilə yanaşı ruslarda da hər iki materikdə tədqiqat işlərinin aparılması, yeni torpaqların ələ keçirilməsi həvəsi yaranmışdır. Bu məqsədlə Cənubi Amerikaya səyahət edən ilk rus tədqiqatçısı Nijni Novqorodlu Vasili Baranşikov olmuşdur.


Qərbi Avropa ölkələri ilə yanaşı ruslarda da hər iki materikdə tədqiqat işlərinin aparılması, yeni torpaqların ələ keçirilməsi həvəsi yaranmışdır. Bu məqsədlə Cənubi Amerikaya səyahət edən ilk rus tədqiqatçısı Nijni Novqorodlu Vasili Baranşikov olmuşdur. O, Cənubi Amerikada gördüklərini «Nijni Novqorod meşanı Baranşikovun Amerika, Asiya və Avropada bədbəxt sərgüzəştləri» əsərində kifayət qədər dolğun əks etdirmişdir. Əsərdə verilən məlumatlar ruslar üçün tamamilə yeni olduğundan maraq və tələbat nəzərə alınaraq dörd il müddətinə üç dəfə nəşr olunmuşdur.
1803-cü ildə I.F.Kruzenştern və Y.F.Lisyanskinin komandanlığı altında səyahətə çıxan «Nadejda», həmçinin «Neva» gəmiləri Braziliya sahillərinin xəritələrini dəqiqləşdirir.
Cənubi Amerikadan ensiz boğazla ayrılan Yekatrina adasında tədqiqat aparmaqla tropik ölkələrin fauna və florası haqqında məlumatlar toplayır.
1821-ci il Vladimir Romanovun başçılığı ilə «Kutuzov» gəmisinin Kronştatdan Şimali Amerikada rus paytaxtı sayılan Novo-Arxanqelskiyə (Alyaskada) qədər səyahətilə yadda qalandır. Braziliyanın daxili hissələrinin öyrənilməsində onun xüsusi rolu olmuşdur.

1821-1829-cu illərdə akademik V.I.Lanqsdorfun əvvəlki rus ekspedisiyalarından Cənubi Amerikada gördükləri işin həcminə görə daha çox fərqlənir. Braziliyada əldə etdikləri məlumatları Rusiyaya göndərməklə materik haqqında bilgilərlə ölkəsini zənginləşdirir. Ekspedisiya Parana çayını öyrənməklə Paraqvaya doğru istiqamət götürür. Ölkənin təbiəti haqqında müəyyən məlumatlar toplayaraq sonrakı tədqiqatlarını Amazon çayı hövzəsində davam etdirir. Nkspedisiyanın sonrakı mərhələsi Lanqsdorfun köməkçisi L.Ridel tərəfindən həyata keçirilmişdir.
Tropik ölkənin xalqlarını öyrənməkdə məhşur olan Nikolay Nikolayeviç Mikluxo-Maklayın da papuasları öyrənməyə gedərkən Cənubi Amerikada 1869-cu il tədqiqatları əhəmiyyətlidir. Pataqoniya sahillərində, Magellan boğazında, Akankua əyaləti və s. ərazilərdə apardığı tədqiqatları buna misal göstərmək olar.
Rus iqlimşünas və kartoqraflarının ən məşhur nümayəndələrindən biri sayılan A.I.Voyeykovun 1873-1874-cü illəri əhatə edən ekspedisiyanın coğrafiya tarixində xüsusi yeri vardır. Şimali Amerikada Kanada, ABŞ, Meksika, Yukotan; Cənubi Amerikada Amazon çayı hövzəsində, Andda, dünyanın ən hündür dağ gölü olan Titikakada və bir sıra başqa ərazilərdə apardığı tədqiqatlara əsaslanaraq «Yer kürəsinin iqlimi» əsərini yazmışdır.
A.N.Krasnovun «Şimal yarımkürəsinin stepləri» adlı doktorluq dissertasiyasının əsasını da 1890-cı ildə Şimali Amerikaya təşkil olunmuş ekspedisiya təşkil edir.
1880-ci illərdə Cənubi Amerikanın ən məşhur səyyahlarından biri də A.S.Ionin sayılır. O, Cənubi Amerikanın ətrafında tam dövrə vurmaqla Amazon çayı dərəsi boyunca gərəkli tədqiqat işləri aparan səyyahlardandır.
N.M.Albov 1895-1896-cı illərdə Odlu Torpaqda botanika istiqamətində, 1903-1904-cü illərdə isə kənd təsərrüfatı istiqamətində N.A.Kryukovun Argentina tədqiqatları da rus elmində müəyyən əhəmiyyət kəsb etmişdir. 
Qeyd olunanlarla yanaşı, 1912-1913-cü illərdə O.Baklundun Boliviyada, 1925-ci ildə V.F.Dobrininin Meksika, 1925-ci ildə Y.N.Voronovun Amazonun tropik meşələri, Peru, Boliviya, Çilidə apardıqları elmi - tədqiqat işlərinin nəticələri, həmçinin adları çəkilməyən rus tədqiqatçılarının məlumatları Cənubi Amerika materikinin tarixi-coğrafi səciyyəsinin verilməsində xüsusi əhəmiyyət kəsb edirlər.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget