Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Yerin və Kainatın əmələ gəlməsi haqqında fərziyyələr

Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var.

Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var.P. LaplasI. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. Şmidt Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. Bu fərziyyəyə görə Yer və Günəş sisteminə daxil olan digər planetlərin diskə oxşar formaya malik olan və yavaş fırlanan soyuq qaz, toz dumanlığından yaranması güman edilir.
Yer və digər planetlər sıxılma nəticəsində yaranmışdır.Kainat bizi əhatə edən obyektiv varlıq olub,sonsuz və əbədi bi aləmdir.Kainatda göy cisimləri bir-biri ilə qarşılıqlı əlaqədə olub,qalaktikalar yaradır.Göy qübbəsində ağ yol kimi görünən Günəş sisteminin də daxil olduğu “süd yolu” adlandırılan bizim qalaktika öz oxu ətrafında 250km/san sürətlə hərəkət edərək tam dövrəni 200 milyon ilə yaxın başa vurur. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır. Müasir dövrdə bərk və qalıq yer qabığının yaranması ilə əlaqədar olaraq kütləvi vulkan püskürmələri baş vermir. «Ay erası» dövründə lavalardan çıxan qazlardan əsasən su buxarında ibarət ilk atmosfer yaranmışdır. Ilk atmosferin temperaturu 1000 C-dən yuxarı, tərkibində isə oksigen yox idi. Atmosferin tədricən soyuması nəticəsində güclü yağışlar yağmış və ilk okean-Pantalas yaranmışdır. Bu hadisə 4,5 mlrd il bundan əvvəl baş vermişdir. Yer üzərində ilk okeanın əmələ gəlməsi ilə yerin planetar inkişaf mərhələsi sona yetmiş, yeni, geoloji inkişaf dövrü başlanmışdır. angeya dünyanın ən qədim materiki olub, sonradan 2 materikə - Lavraziya və Qondvanaya parçalanıb, LavraziyaQondvana arasında Tetis okeanı yaranıb. Daha sonra Lavraziya-AvrasiyaŞm. Amerikaya; Qondvana isə Afrika, Cənubi Amerika, Avstraliya və Antarktidaya parçalandı. Yaranma tarixinə görə- SakitŞimali Buzlu okean qoca; AtlantikHind okeanları isə cavandırlar
Materik tipli litosfer tavalarının, Sakit okean tavası ilə toqquşması nəticəsində müasir dövrdə Sakit okeanın tədricən qapanması prosesi gedir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget