Afrika geoloji quruluşuna görə ilk baxışda çox sadə görünür.Şimal-qərb və cənub ucqar hissələri müstəsna olmaqla Afrika paleozoydan əvvəl platforma rejiminə keçmiş və sonrakı dövrlərdə onun ərazisində əsasən zəif rəqsi hərəkətlər baş vermişdir. Epiplatforma dənizlərində kontinental şəraitdə toplanmış cavan çöküntü süxur qatları qırışıqlıqda iştirak etməmiş, zəif qalxma və əyilmələrə məruz qalmışdır.Afrikanın geoloji inkişafının ən əlamətdar cəhətlərindən biri onun qədim Qondvana materikinin mərkəzində yerləşməsi, şimal və şərq dağlıq sahəsi müstəsna olmaqla,qalan sahələrdə şaquli tektonik hərəkətlərin zəif baş verməsi ilə səciyyələnir. Yer qabığının qalınlığı geniş sahədə 38-40 km-dir. Hündür Afrikada yer qabığının qalınlığı 45 km-ə qədərdir. Atlas dağlarında və Həbəşistan yaylasında bu rəqəm 50-55 km-ə çatır.
Afrika ilə ətraf okeanlar arasında keçid,hipsometrik xəritədən göründüyü kimi, çox kəskindir. Burada materik tipli yer qabığı kəskin şəkildə okean tipli qabığa keçir (Afrika ətrafında okean dibində yer qabığının qalınlığı 10 km-dən artıq deyildir). Materikin kontinental yer qabığı artıq paleozoyun başlanğıcına qədər təşəkkül tapmışdır.Materik ərazisinin üçdə birində qədim kristallik və metamorfik süxurlar yer səthinə çıxır. Qalan sahələrdə isə bu paleozoy,mezozoy və kaynozoyun o qədər də qalın olmayan kontinental və dəniz çöküntü süxur qatları və kaynozoyun vulkanik süxurları ilə örtülüdür.
Müxtəlif yaşlı kristallik süxurlar arasında qranit,qneys,kristallik şistlər,qumdaşı və s-dən ibarət olan arxey və proterozoy çöküntüləri paleozoydan əvvəlki dövrdə müxtəlif qırışıqlıq mərhələləri keçirmişlər. Afrikanın qədim kristallik və metamorfik süxurları bir neçə qata bölü-nür.Sebakvi sistemi adlanan (Rodeziyada) serpentinitlər və qneyslərlə kəsilmiş ən qədim metamorfik və vulkanik süxurların yaşı 3 milyard ildən artıqdır. Bunun üzərində yatan yaşıl süxurların yaşı 2800 mln.il (Bulavay sistemi), Şamavay sisteminin arkoz qumdaşı qatlarının yaşı isə 2600 mln.ildir. Şamavay sistemi qatlarını yaşı 1900-1250 mln.il olan qranit intruziyaları kəsir, Konqo hövzəsi ətrafında üzə çıxan kristallik süxurlar daha cavandır (1400-600 mln.il). Kabara və Katanqa sistemi adı ilə məşhur olan bu süxurlar proterozoy erasına aid edilir. Şimali Qvineya yüksəkliklərindən Kamerun və Azande yüksəkliklərinə uzanan qalxma sahəsi də qədim arxey kristallik və metamorfik süxurlarından ibarətdir. Arxeyin qüvvətli qırışmış süxurları çox yerdə proterozoyun kristallik və metamorfik süxurları ilə örtülür.
Proterozoyun axırında Cənubi Afrikada baş verən Katanqa qırışıqlığı yaş etibarı ilə Asiyanın Baykal qırışıqlığı ilə müqayisə edilir.
Paleozoy erasında materikin cənub və şimal hissələri müxtəlif yollarla inkişaf etmişdir. Cənubi Afrikada paleozoyda qalxma və denudasiya prosesləri ilə yanaşı,bə’zi yerlər əyilməyə məruz qalmış və burada çox qalın (10 km-ə qədər) kontinental çöküntü kompleksi toplanmışdır. Qalınlığı 3 km-ə çatan alt paleozoyda toplanmış kontinental kap seriyası çöküntüləri paleozoyun axırlarında qırışıqlığa məruz qalmışdır.Paleozoyun ikinci yarısı və alt mezozoyda (trias dövrün- də) Cənubi Afrikada, Konqo hövzəsinin və Şərqi Afrikanın cənubunda tektonik əyilmələr sahə- sində karru sisteminin buzlaq,kontinental,göl çöküntü kompleksi toplanır.Kap qırışıqlığının şimal ətəyində hertsin dövründə yaranmış dağətəyi əyilmə sahəsində bu çöküntülər daha qalındır (10 km). Gil, qum, qumdaşı, konqlomerat və buzlaq çöküntülərindən (tillitlərdən) ibarət olan karru sistemi çöküntüləri qırışıqlıqda iştirak etmir. Lakin bəzi yerlərdə onları tektonik qırılmalar kəsir.
Karbon dövründə Cənubi Afrikada bir neçə buzlaşma mərkəzi olmuşdur. Güman edilir ki,ekvatora yaxın sahələrdəki buzlaşma mərkəzlərində relyefin yüksəkliyi 3000 m və daha artıq olmuşdur. Cənubi Afrikanın qərb hissəsini təşkil edən süxurlardan ibarət tillitlər hələ 19-cu əsrin əvvəllərində Braziliya syerralarında aşkar edilmişdir. Bu və bir sıra başqa faktlar paleozoy erasında Cənubi Amerikanın Afrika ilə bitişik olması haqda fikir söyləməyə imkan vermişdir.
Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir relyefin alçaq sahələrində,o cümlədən burada ən böyük əyilmə sahəsi olan Kalaxaridə daha geniş yayılmaqla, kalaxari sistemi çöküntüləri adlanır. (göl, allüvial, eol və su mənşəli kontinental çöküntülərdir). Cənubi Afrikada üst paleozoy və mezozoyun dəniz çöküntülərinə materikin kənarlarında ensiz zolaq şəklində rast gəlinir.
Şimali Afrikada platformanın kristallik süxurları (ərazinin 2/3 və daha çox hissəsində) paleozoy və mezokaynozoyun kontinantal və dəniz çöküntüləri ilə örtülüdür. Paleozoy çöküntüləri (devon, karbon dövrləri) Tunduf sineklizinin şimal kənarında geniş sahə tutur. Bunlar kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və devon dövrü çöküntüləri həmçinin Syerra-Leone qalxanından şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə, xüsusilə Şimali Qvineya yaylasında paleozoy çöküntüləri qumdaşı qatlarından ibarətdir.
Böyük Səhra tavasında mezozoyda baş verən əyilmə nəticəsində yura və xüsusilə təbaşir dövründə geniş dəniz transqressiyası olmuşdur. Son zamanlar bir sıra tədqiqatçılar təbaşir dövründə Dünya Okeanı səviyyəsinin müasir dövrdəkinə nisbətən 300 m. yüksək olmasını sübut etməyə çalışmışlar. O zaman Dünya Okeanının dərinliyi indikinə nisbətən xeyli az olmuş və okean suları demək olar ki, bütün materiklərin alçaq platforma düzənliklərini örtmüşdür. Sonralar okean dibini təşkil edən lava örtüyü soyuduqca sıxlığı və okeanın dərinliyi artmışdır. Bu dənizlər çəkildikdən sonra yerində üfüqi yatan və sonralar bəzi yerlərdə çox zəif platforma qırışıqlarında yığılmış əhəngdaşı, qumdaşı, gil və s. çöküntü layları qalmışdır. Böyük Səhranın sineklizlərində üçüncü və dördüncü dövrlərdə də kontinental, bəzi yerlərdə dəniz (paleogen) çöküntüləri toplanmışdır. Aralıq dənizinə yaxın sahələrdə bu çöküntülər daha geniş yer tutur. Konqo çökəyinin kənarlarında Karru sisteminin cavan qatları (trias), daxili hissələrində isə üçüncü-dördüncü dövrlərin dəniz, göl və çay çöküntüləri yığılmışdır.
Şərqi Afrikada qədim kristallik süxurlar çox yerdə mezozoy və xüsusilə kaynozoyun (oliqosen və miosen yaşli) effuziv süxurları ilə örülüdür. Somali yarımadasının cənub yamacı üçüncü dövrün, Halla yaylasının qərbi isə yura dövrünün dəniz çöküntülərindən ibarətdir. Hind okeanının sahil ovalıq və düzənlikləri mezozoy və kaynozoyun dəniz çöküntülərindən təşkil olunmuşdur.
Atlas dağları, Afrikanın başqa sahələrindən fərqli olaraq kristallik süxurlardan tutmuş dördüncü dövrə qədər müxtəlif dövrlərin vulkanik və çökmə süxurlarından ibarət olub, hertsin və alp qırışıqlıqlarına məruz qalmışdır.Afrika materiki tektonikasının ən başlıca xüsusiyyəti onun proterozoyun axırlarından başlamış platforma rejiminə keçməsidir. Afrika yer səthinin ən qədim sabit platformalarından biridir. Geosinklinal sahələr onun yalnız şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini əhatə edir.
Afrikanın başlıca tektonik strukturları böyük sahə tutmaqla, əksərən dairəvi və ya oval formalı anteklizlər və sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən şərqə Regibat, Ahaqqar, Tibesti və Nubiyə-Ərəbistan anteklizləri (qalxanları), Seneqal, Tunduf, Çad sineklizləri, bundan cənubda Syerra-Leone qalxanı, Ços massivi, Kamerun və Azande qalxanları yerləşir. Bu sırada cənub-qərb - şimal-şərq istiqamətli əyilmələr sahəsi (sinekliz və qrabenlər) Volta və Benue çayları üzrə uzanır.
Mərkəzi Afrikanın ən böyük tektonik strukturu Konqo sineklizidir. Dairəvi formalı sinekliz hər tərəfdən qalxanlarla əhatələnir. Materikin cənub hissəsini Kalaxari sineklizi,onun kənar qalxanları və Karru sineklizi təşkil edir.
Şərqi Afrikada kristallik süxurlar şimaldan cənuba böyük məsafədə uzanan iki qalxan əmələ gətirir. Başqa qalxanlara nisbətən bu iki antekliz kaynozoyda daha çox yüksəyə qalxmış və bunların tağında nəhəng qırılmalar (qrabenlər) sistemi yaranmışdır.Nubiyə-Ərəbistan qalxanının tağında böyük Eritreya qrabeni (uzunluğu 2400 km-dən çox,eni 400 km,dərinliyi 4 km-ə qədər), cənub-şərq kənarında isə ona perpendikulyar istiqamətdə uzanan Ədən qrabeni yerləşir. Hər iki sistem Danakil qrabenində birləşir və ensiz bir yarıq şəklində cənub-qərbə uzanır, Şərqi Afrikada Rudolf gölündən keçərək Unyamvezi sahəsində itir. Yaylanın qərbində isə onu əvəz edən ikinci rift zonası yaranır. Bu zona Albert gölünün şimal kənarından başlayıb, Tanqanika və Nyasa göllərindən keçməklə, Zambezi çayının mənsəbinə qədər (Beyra şəhərinə qədər) uzanır.Şərqi Afrikanın geoloji quruluşunun başqa bir cəhəti burada yer qabığını kəsib keçən qırılmalar üzrə sahəvi püskürmələrin (aktiv effuziv vulkanizmin) olmasıdır. Burada vulkanizm hələ mezozoyda başlamış, üçüncü dövrdə isə özünü daha güclü göstərmişdir. Müasir dövrdə Şərqi Afrikada püskürmələr mərkəz tiplidir. Hazırda Afrikada Niroqonqo, Karasimbi, Kamerun, Qleyn və s. püskürən vulkanlar vardır. Qleyn vulkanının püskürdüyü lava gündüz qara, gecə qırmızı rəngdə görünür, soyuyanda isə ağarır.
Alp qırışıqlığına Atlas dağlarının ensiz Aralıq dənizi sahili zonası (Er-Rif vəTel-Atlas) daxildir. Burada bir çox antiklinal və sinklinal strukturlar enlik istiqamətdə uzanan tektonik zonalar əmələ gətirir. Atlas dağlarının daha geniş hissəsi və Kap vilayəti hertsin qırışıqlığına aid strukturlardan ibarətdir.Afrikanın geoloji inkişaf tarixində bir neçə əsas mərhələ ayrılır. Arxey-proterozoy - 2500 mnl.il davam edən bu ilk mərhələdə Afrika platformasının kristallik qırışıq bünövrəsi təşəkkül tapır və yer səthinin ən böyük qədim platforması yaranır.Proterozoyun axırı və paleozoyun başlanğıcına qədər qədim qırışıqlıq denudasiya ilə kəsilir, qırışıqlıq zamanı baş verən vulkanizm, tam metamorfizm və süxurların kristallaçması nəticəsində sabit platformanın yaranması başa çatır.

Afrikanın inkişafında ikinci böyük mərhələ paleozoy erasını və mezozoyun başlanğıcını əhatə edir. Bu mərhələnin ən əlamətdar cəhətləri Afrikanın vahid Qondvana qitəsi tərkibinə daxil olması, materikin ərazisində böyük tektonik strukturların yaranması, böyük örtük buzlaşmalarının baş verməsi, geniş ərazilərdə müxtəlif mənşəli kontinental çöküntü qatlarının toplnmasıdır. Nəhayət paleozoyda materikin şimal və cənub kənarlarında yerləşən geosinklinal zonalarda inversiya başlanır. Atlas və Kap dağlarının hertsin qırışıqlığı zonaları yaranır. Bundan əvvəl isə paleozoyun birinci yarısında Ahaqqar-Tibesti sahəsində, Atlaslarda kaledon qırışıqlığının baş verməsi güman edilir.Bu mərhələ təbaşir dövrünə qədər, yəni qədim Qondvananın parçalanmasının başlanğıcına qədər davam edir. Qondvananın parçalanması nəticəsində şimalda yerləşən Tetis geosink- linalından, qismən şərqdən və qərbdən materikə dənizlər transqressiya edir. Bu, şübhəsiz, parçalanma zamanı materikdə əyilmə baş verməsi və yuxarıda qeyd edildiyi kimi, təbaşir dövründə okean səviyyəsinin qalxması nəticəsində olmuşdur. Lakin cənubi və Ekvatorial Şərqi Afrikada, Şimali Afrikaya nisbətən əyilmə zəif
olduğuna görə
transqressiya az sahəniŞərqi Afrika sınma zonası |
Ümumiyyətlə böyük mezozoy transqressiyası zamanı materik çox peneplenləşmiş və onun yüksəkliyi xeyli azalmışdır.
Bu vaxt Şərqi Afrikada böyük tektonik qırılmalar, rift zonaları yaranmağa başlayır və vulkanizm güclənir.
Üçüncü dövrdə, xüsusilə onun ikinci yarısında tektonik hərəkətlər daha da güclənir. Bu zaman şaquli hərəkətlər nəticəsində Madaqaskar adası materikdən ayrılır, Şərqi Afrikanın qraben- lər sistemi yaranır, effuziv vulkanizmin arealı genişlənir, Atlas dağlarının alp qırışıqlığı zonası yaranır. Üçüncü və dördüncü dövrlərdə materikin cənub hissəsi ümumi qalxmaya cəlb olunur və bu fonda onun müasir kənar dağlıq hissələri daha çox qalxır. Qalxma bütün Şərqi Afrikanı, Atlas dağlarını və digər müsbət tektonik strukturları əhatə edir. Şimali Afrika dəniz sularından azad olur. Konqo çayı Cənubi Qvineya yaylasını kəsir və Konqo çökəyindəki göl yox olur. Afrikanın sineklizlərini örtən cavan çöküntülər
bu mərhələdə toplanmışdır.
Yorum Gönder