Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Afrika"

Materik -  AVRASİYA
UCQAR NÖQTƏLƏRİ.
Şm- Çelyuskin
Cənub- Piay
Şərq- Dejnyov
Qərb-Roka

YERLƏŞDİYİ YERLƏR.
Rusiya (Çelyuskin, Dejnyov) 
Portuqaliya (Piay)
Malaziya (Roka)

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Çelyuskin,  Arktik
 Piay,            Ekvatorial
 Dejnyov,     SubArktik 
 Roka,           Subtropik 

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Çelyuskin,     Arktik səhra
 Piay,             Ekvatorial meşə
 Dejnyov,       Tundra
 Roka,            Codyarpaq meşə 

Materik -  AFRİKA
UCQAR NÖQTƏLƏRİ.
Şm- Ben Sekka
Cənub-İynə, Ümid 
Şərq-Ras Həfun
Qərb-Almadi

YERLƏŞDİYİ YERLƏR.
 Ben Sekka - Tunis
 İynə, Ümid - CAR
 Ras Həfun - Somali
 Almadi - Seneqal

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Ben Sekka  Subtropik
 İynə, Ümid  Subtropik
 Ras Həfun  Subekvatorial
 Almadi        Subekvatorial

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Ben Sekka,      Codyarpaq meşə
 İynə, Ümid,      Codyarpaq meşə
 Ras Həfun,      Savanna və seyrək meşə
 Almadi ,           Savanna və seyrək meşə

Materik -  ŞİMALİ AMERİKA
UCQAR NÖQTƏLƏRİ.
Şm-Mercison
Cənub-Maryato
Şərq- Sent-Carlz
Qərb- Uels Şahzadəsi

YERLƏŞDİYİ YERLƏR.
 Mercison             Kanada
 Maryato               Panama
 Sent-Carlz           Kanada
 Uels Şahzadəsi   ABŞ  

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Mercison               Arktik
 Maryato                 Subekvatorial
 Sent-Carlz             Subarktik
 Uels Şahzadəsi     Subarktik

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Mercison             Arktik səhra
 Maryato               Savanna və seyrək meşə
 Sent-Carlz           Tundra
 Uels Şahzadəsi   Tundra

Materik -  CƏNUBİ AMERİKA
UCQAR NÖQTƏLƏRİ.
Şm- Qalinas
Cənub- Frauerd 
Şərq- Kabu-Branku
Qərb- Parinyas

YERLƏŞDİYİ YERLƏR.
 Qalinas              Kolumbiya        
 Frauerd              Çili   
 Kabu-Branku     Braziliya
 Parinyas             Peru    

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 Qalinas              Subekvatorial
 Frauerd              Mülayim
 Kabu-Branku     Tropik
 Parinyas     Tropik

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 Qalinas            Savanna və seyrək meşə
 Frauerd            Qarışıq meşə (yüksək dağlıq qurş) 
 Kabu-Branku   Dəyişkən rütubətli meşə (musson)
 Parinyas          Yüksək dağlıq qurşaq

Materik -  AVSTRALİYA
UCQAR NÖQTƏLƏRİ.
Şm- York
Cənub-  Cənub-Şərq
Şərq- Bayron
Qərb- Stip Poynt

YERLƏŞDİYİ YERLƏR.
 York                  Avstraliya
 Cənub-Şərq      Avstraliya     
 Bayron              Avstraliya 
 Stip Poynt         Avstraliya

YERLƏŞDİYİ İQLİM QURŞAĞI.
 York                   Subekvatorial 
 Cənub-Şərq       Subtropik       
 Bayron               Subtropik    
 Stip Poynt          Tropik 

YERLƏŞDİYİ TƏBİİ ZONALAR.
 York                    Dəyişkən rütubətli meşə (musson)   
 Cənub-Şərq        Codyarpaq meşə    
 Bayron                Dəyişkən rütubətli meşə
 Stip Poynt          Tropik səhra 

Afrikanın relyefi onun geoloji quruluşu, tektonikası,  maqmatizm və uzun geolojidövrlərdə burada hakim olan ekzogen proseslərin fəaliyyəti ilə sıx əlaqədardır. Relyefin böyük formaları tektonik strukturlara uyğun gəlir. Afrikanın hipsometrik quruluşu bir tərəfdən neogen və dördüncü dövrdə baş verən tektonik hərəkətlərin,digər tərəfdən denudasiya və akkumulyasiya proseslərinin qarşılıqlı təsiri ilə müasir formaya düşmüşdür. Materik sabit platforma rejimində inkişaf etdiyinə görə onun səthi şaquli istiqamətdə az parçalanmış və burada çox kontrastlı relyef formalarına yalnız Atlas və Kap vilayətlərində, qismən də Şərqi Afrikada rast gəlmək mümkündür.
Afrikada ən geniş yayılmış relyef formaları platforma düzənlikləri, qapalı çökəklər, yüksəkliklər və yaylalardır. Sineklizlərə uyğun gələn dairəvi çökəklər (Konqo, Kalaxari) materikin mərkəzi hissəsində və cənubunda daha aydın görünür. Şimalda çökəklərin konturu o qədər də kəskin və aydın deyildir. Burada yalnız Çad çökəkliyi ətraf sahələrdən yaxşı seçilir.

Yüksəkliyinə görə Afrikada iki böyük sahə ayrılır:

1)Hündür Afrika, bu sahə onun cənub və şərq hissələrini tutur. Burada əksər ərazilərin mütləq yüksəkliyi 1000 m-dən artıqdır.

2)Alçaq Afrika bu ərazi qitənin şimal və qərb hissəsini (Böyük Səhranı və Sudanı) əhatə edir. Burada geniş əraziləri  yüksəkliyi 1000 m-dən azdır. 

Yüksək Afrikada hündürlüyü 1000 m-dən az, Alçaq Afrikada isə 2000 m-dən xeyli yüksəyə qalxmış sahələr vardır. Bu iki hissə arasında şərti sərhəd Qvineya sahilindəki Bonqvoelo (Benqela) şəhərindən Eritreyadakı Mombasa şəhərinə qədər uzanan diaqonal xətt üzrə keçir. Ovalıq və düzənliklərin əksəriyyəti tektonik əyilmə sahələrinə, dağlıq və yaylalar isə tektonik qalxmalara uyğun gəlir.
  Beləliklə, Afrikada relyef və tektonikanın əsas elementləri bir-birinə tam uyğundur. Bununla yanaşı bəzi sahələrdə relyefin inversiyası müşahidə edilir. Məsələn, Karru sineklizi əslində çökək deyil, yüksək yayladır. Bu sinekliz Kap dağları üçüncü dövrdə (xüsusilə neogendə) qalxdığı zaman onunla bərabər qalxmış və yüksək yaylaya çevrilmişdir. Afrikada arid denudasiya və arid akkumulyasiya (xüsusilə eol) relyef formaları daha geniş yayılmışdır. Bol yağıntılı ekvatorial qurşaqda və subtropiklərdə flüvial, keçid iqlim sahələrində isə semiarid relyef formaları inkişaf etmişdir.
  Relyef xüsusiyyətlərinə görə Afrikada aşağıdakı morfostruktur vilayətlər ayrılır: 
Atlas dağları, Böyük SəhraSudan stolvarı ölkəsi, Şimali Qvineya yüksəkliyi, Konqo çökəyi və ətraf yüksəkliklər, HəbəşistanSomali, Şərqi Afrika, Cənubi Afrika, Kap dağları vilayəti və Madaqaskar adası.
Atlas dağları hertsin və alp qırışıqlığı zamanı yaranmış bir neçə böyük morfostruktur zonadan ibarətdir. Aralıq dənizi sahilboyu uzanan alçaq Tell Atlas qırışıq dağlardır. Cənub və cənub-qərbdə Yüksək, Orta və Səhra Atlası yerləşir. Yüksək Atlasda Cəbəl-Tubkal massivinin hündürlüyü 4165 m-ə çatır. Səhra Atlası orta yüksəkliyə malik olan massivlərdən və faylı dağlardan ibarətdir. Atlas dağlarının daxili hissəsini yüksək Şott yaylası tutur. Yüksək Atlasla Atlantik okeanı sahili arasında Mərakeş Mesetası (yaylası) yerləşir.
 Böyük Səhra və Sudan stolvarı ölkəsi Afrika platformasının ümumi əyilmə sahəsindədir. Burada kristallik süxurlar enlik istiqamətdə düzülmüş, bir-birindən təcrid olunmuş massivləri və dağları əmələ gətirir. Qərbdə Regibat qalxanı sahəsində hündürlüyü 500 m-ə qədər yüksələn yayla və stolvarı sahələr, onun şərq kənarında paleozoy çöküntülərinin səthə çıxdığı sahədə isə kuestəbənzər tirələr və yaylalar yerləşir. Böyük Səhranın mərkəzində yerləşən Ahaqqar və Tibesti dağları daha yüksəkdir (Tahat dağı-3003 m, Emi-Kussi dağı 3415 m). Burada kristallik süxurlar böyük gümbəzəoxşar qalxan əmələ gətirir. Bu qalxanın tağında isə dərinlik qırılmaları üzrə vulkanik dağlar və lava yaylalrı yerləşir. Ahaqqar və Tibesti massivlərinin ətrafında üzə çıxan paleozoy süxurları kuest tirələri (Təsili) və səthi meylli stolvarı yaylaları (Muidir, Təsili-Əcər, Təsili-Ahaqqar, Adrar-İforas, Air, Çodo, Tummo) əmələ gətirir. Mərkəzi massivlər yüksək olduğundan quru dərələrlə çox parçalanmışdır. Böyük Səhra qumlarında itən bir çox quru dərələrin (vadilərin) mənbəyi Ahaqqar və Tibesti dağlarındadır.
Böyük Səhra və Sudan vilayətinin şərqində, kristallik süxurların səthə çıxdığı üçüncü böyük sahə Qırmızı dəniz qrabeninin qərb kənarında ucalan Etbay dağlarını (Ərəbistan və Nubiyə səhralarının yüksək şərq kənarıdır) əmələ gətirir (Eş-Şaib 2184 m). Atlas dağları ilə Ahaqqar massivinin şimal ətəkləri arasında Atlasqabağı maili düzənlik və səhralar,cavan tektonik əyilmə zonasını tutan şoran ovalıqlar yerləşir. Şott adlanan bu ovalıqların bəzi yeri okean səviyyəsindən alçaqdır (Şott Melkir, -30 m). Ahaqqar və Tibestidən şimalda stolvarı yaylalar və qumlu səhralar yerləşir. Yaylaların yüksəkliyi 500-1000 m arasındadır (Hamada Tinqert, Edeyn-Ubari, Serir-Tibesti və s.). Bu yayalalardan şərqdə Liviya ovalığının qumlu-gilli səhraları və dəniz səviyyəsindən 133 m-ə qədər alçaqda olan Kattar çökəyi yerləşir. Şimaldan bu ovalıq və çökəklər Aralıq dənizinin sahil yüksəklikləri (Cəbəl-əl-Əhdər, 865 m və s.) ilə əhatələnir.
 Mərkəzi qalxmalar zonasından cənubda böyük morfostrukturlar Atlantik sahili və Əl-Cof ovalıqları (bunları alçaq Adrar yaylası ayırır), Sahil yaylası, Orta Niger, Çad və Yuxarı Nil çökəkləridir. Çad çökəkliyi Bodele, Çad, Kavar, Manqa və Şari düzənliklərindən ibarətdir. Bodele düzənliyinin hündürlüyü 200 m-dən azdır. Orta Nil çökəyi ilə Çad çökəyi arasında kristallik süxur çıxıntıları üzərində Ennedi, Darfur və Kordofan yaylaları yerləşir. Darfurda lava yaylaları, vulkanik dağlar vardır (Cəbəl-Marra, 3088 m). Böyük Səhra-Sudan stolvarı sahəsindəki yaylaların bir qismi struktur yayla, bir qismi isə müxtəlif yaşlı və müxtəlif mənşəli hamarlanma səthləridir (peneplen). Böyük çökəklər zonası cənubdan yuxarı Qvineya, Kamerun və Azande yaylalarının şimal ətəyi, şərqdən isə Həbəşistan yaylasının dik qərb yamacı ilə əhatə olunur.
Yuxarı Qvineya yüksəkliyi bir neçə massiv və yayladan ibarətdir. Massivlərdən Futa-Callon (1425 m), Syerra-Leone-Liberiya massivini (Loma, 1948 m), Toqo və Atakoranı göstərmək olar. Bunların arasında struktur-denudasion yaylalar, cənubda isə Qvineya sahili ovalığı uzanır. Sahil ovalığının şərq hissəsi Niger çayının geniş deltasıdır.
Ekvatorial Afrikanın ən böyük morfostrukturu Konqo çökəyi və onu əhatə edən massivlər, yaylalardır. Konqo çökəyi mərkəzə tərəf pilləli alçalan, geniş hissəsi allüvial və göl çöküntüləri ilə örtülmüş qapalı düzənliklərdir. Konqo çayı qollarının birləşdiyi yerdə düzənliyin hündürlüyü 300-400 m-dir. Konqo çökəyi şimal-qərbdə dağlıq Kamerun massivi (2680 m), şimalda Azande yaylası (yüksəkliyi 600-1000 m),qərbdə çay dərələri ilə çox kəsilmiş Cənubi Qvineya yaylası ilə əhatə edilmişdir. Kamerun massivinin tektonik qırılmaları üzrə Biafra körfəzi sahilində Kamerun vulkanı (4070 m) və körfəzin içərisində Fernanda-Po vulkanı (3106m) ucalır. Bu tektonik zonada sahildən xeyli aralı Prinsipe, San-Tome (2135 m),Annobon dağlıq vulkanik adaları yerləşir.Konqo çökəyindən cənubda Kvanqo, Lunda və Katanqa yaylaları enlik istiqamətdə uzanır. Bu yaylalar eyni zamanda Kalaxari çökəyinin şimal sərhədidir. Katanqa yaylası səthində qraben çökəkləri və horst tipli alçaq dağlar yerləşir. Konqo çökəyindən kənara yalnız bir çıxış vardır ki, bu da Konqo çayının Cənubi Qvineya yaylasında neogendə yaratdığı ensiz və astanalı dərin çay dərəsi üzrədir.
Cənubi Afrikanın ən böyük morfostrukturu Kalaxari çökəyidir. Uzunsov formada olan bu çökək şimal və cənub hissələrə bölünür. Kalaxari çökəyi qərbdən nəhəng kuesti xatırladan yaylalarla əhatə edilir. (Biye, Kaoko, Damaralend və s.). Kalaxari şərqdə Matabele yaylası (1582 m), cənub-şərqdə Veldler yaylası və Əjdaha dağları (Katkin-pik,3657 m), cənubda Kap və yuxarı Karru yaylaları il əhatə olunmuşdur. Kalaxarini şərqdən əhatə edən dağlar və yaylalar da qərbdə olduğu kimi okean sahilinə çox dik enir, daxilə doğru isə tədricən alçalır. Kalaxari çökəyi şərqdə Zambezi və Limpopo çayları boyu, cənub-qərbdə isə Narınc çayı boyunca uzanan əyilmələr zonası ilə okeana açılır. Qitənin cənub qurtaracağında enlik istiqamətdə uzanan alçaq və orta hündürlükdə Kap dağları və sinklinal dərələr uzanır.
Şərqi Afrika uca yaylalardan və dağlardan ibarətdir.Burada çox böyük morfostruktur vilayət yerləşir (Həbəşistan, Somali və Ekvatorial Şərqi Afrika).
Həbəşistan və Somali yaylaları kristallik platforma süxurlarının çox yüksəyə qalxdığı sahədədir. Həbəşistanda yaylanın səthi qalın vulkan süxurları ilə örtülmüşdür. Somalidə isə böyük gümbəzvarı qalxmanın cənub yamacında mezozoy və kaynozoy dəniz çöküntüləri yerləşir Yaylanın mərkəzi hissəsi üzrə rift dərəsi uzanır. Şimal-şərq istiqamətdə bu dərənin yamacları aralanır və burada böyük Afar çökəyi, Danakil horstu və Danakil qrabeni yerləşir.
Həbəşistan yaylasının səthi ayrı-ayrı massiv və yaylalardan ibarətdir. Burada dərin çay dərələri və tektonik çökəklər vardır. Ən yüksək sahə şimalda Ras-Daşan (4620 m) dağıdır. Həbəşistan yaylasından cənubda böyük yəhərvarı çökəklikdə Rudolf gölü yerləşir.
   Şərqi Afrika yaylası daha mürəkkəb relyefi ilə seçilir. Burada böyük gümbəzvarı qalxanın səthi qrabenlərlə kəsilmişdir. Qərbdə yerləşən Albert-Tanqanika qrabenləri sistemi qövsvarı formada uzanmaqla, qərbdən və şərqdən assimetrik quruluşlu dağlar və massivlərlə əhatələnir (Mitumba dağları, Göy dağlar, Ruvenzori massivi 5120 m). Burada vulkanik dağlar da vardır (Karasimbi, 4507 m). Şərqdəki qrabenlər dayazdır. Lakin burada Afrikanın ən böyük və uca vulkanik dağları (Kilimancaro 5895 m, Keniya 5199 m, qoruq elan edilmiş məşhur Nqoron kalderası) yerləşir. Yaylanın səthi Hind okeanına tərəf pilləvarı alçalır.
Madaqaskar əsasən dağlıq relyefə malikdir (Saratanana 2886 m). Dağlar şərqə dik, qərbə tədricən alçalır və dərələrlə parçalanmış geniş yayla ilə əvəz olunur. Sahil boyu ensiz ovalıqlar uzanır.
Afrikanın qərbində yerləşən Kanar və Yaşıl Burun adaları vulkanik mənşəli olmaqla, əsasən dağlıq relyefə malikdir.

Sahəsinə görə (30,3 mln. km2) II materikdir. Bütün dörd yarımkürəyə aid olsa da, daha çox şərq və şimal yarımkürələrində yerləşir. Qərbdə Atlantik, şərqdə Hind okeanları ilə əhatə olunur. Şimalda Cəbəllütariq boğazı, Aralıq dənizi, şimal-şərqdə Süveyş bərzəxi, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı Afrikanı Avrasiyadan ayırır. "Afrika" sözünün mənası, bəzi mülahizələrə görə "afria"- soyuq olmayan yer, bəzi mülahizələrə görə "afriqi" bərbər tayfasının adından götürülmüşdür.
Ucqar nöqtələri: şimalda Ben-Sekka (Ras-Engela) (37°20/ şm.e., 9°51/ ş.u.), cənubda İynə (34°52/ c.e., 19°59/ ş.u.), qərbdə Almadi (14°45/ şm.e., 17032' q.u.), şərqdə Ras-Xafun (lO^ö' şm.e., 51°23' ş.u.) burunlarıdır.
Afrikanın sahilləri az girintili-çıxıntılıdır. Qərbdə Qvineya körfəzi materikin içərisinə daxil olmuş, şərqdə isə Somali yarımadası buynuz kimi irəli çıxmışdır. Eni 400 km, dərinliyi 3320 m, uzunluğu 1670 km-ə çatan (dünyada ən uzun) Mozambik boğazı Madaqaskar adasını materikdən ayırır. Afrika ətrafında olan əsas adalar: Madaqaskar (587 min km2), Kanar, Yaşıl burun, Sokotra, Azor, Komor, Mavrika, Zənzibar, Seyşel, Müqəddəs Yelena və s.
Tədqiqi: Afrikanın şimal, qismən şərq sahilləri hələ qədimdən Cənubi Avropa və Ön Asiya xalqlarına məlum idi. Materikin daha geniş tədqiqinə XV əsrdən başlanır. 1498-ci ildə Portuqaliya dəniz səyyahı Vasko-da-Qama Afrika ətrafına dolanmaqla Hindistana dəniz yolunu kəşf etmişdir. Tarixin rüsvayçı səhifəsi - qul alveri də bu dövrdən başlanır. Materikin daxili hissəsi isə uzun müddət avropalılar üçün naməlum qalmışdır. Yalnız XIX əsrdə daxili ərazilər tədqiq olunmağa başlanmışdır. İngilis tədqiqatçısı D.Livinqston Cənubi Afrikanı qərbdən-şərqə səyahət etmiş, Zambezi çayı, Viktoriya şəlaləsi, Konqo çayı, Nyasa gölünü və s. tədqiq etmişdir. Nilin mənbəyinə çatmaq ona nəsib olmadı. İngilis tədqiqatçısı Stenli, rus tədqiqatçılarından V. V. Yunker (XIX əsr), N.İ.Vavilov (XX əsrin əvvəli) Afrikada tədqiqatlar aparmışlar. Azərbaycan səyyahı H. Z. Şirvan i şimal və şimal-şərqi Afrikada (Misir, Tunis, Mərakeş) olmuş və qiymətli məlumat toplamışdır.
Relyefi və geoloji quruluşu: Materikin geoloji inkişafının əsas xüsusiyyəti onun qədim Hondvana qurusunun mərkəzində yerləşməsi və öz yerini nisbətən az dəyişməsidir. Materikin əsasını qədim platforma təşkil etdiyindən relyefi əsasən, düzənlikdir. Tektonik hərəkətlər nəticəsində bəzi ərazilər (Çad, Konqo, Kalaxari) çökmüş, yer qabığında çatlar, qrabenlər yaranmış, vulkan və zəlzələ prosesləri güclənmişdir. Quruda ən böyük yer qabığı çatı - Şərqi Afrika qırılması buradadır. Uzunluğu 2400 km, eni 40 km olan bu tektonik çat Qırmızı dəniz sahillərindən başlayaraq, Efiopiya yaylasından keçir, Zambezi çayının mənsəbinə qədər uzanır.
Afrikanın okean səviyyəsindən orta hündürlüyü 750 m, ən hündür nöqtəsi Kilimancaro vulkanı (5895 m), ən alçaq nöqtəsi Assal gölünün səviyyəsidir (-156 m). Yüksəklik xüsusiyyətinə görə Afrikanı iki hissəyə bölürlər: 1000 m-dən yüksək olan Şərq və Cənub hissə, 1000 m-dən alçaq olan qərb və şimal hissə. Materikin şimal-qərbində cavan Atlas dağları (TubkaW165 m) Afrika və Avrasiya litosferi tavanlarının sərhədində yerləşir. Böyük Səhra üzərində Əhəqqar, Tibesti, Darfur ("şahid dağlar") yaylaları ucalır. Şərqi Afrikada Efiopiya dağlıq yaylası (Ras-Daşen - 4623 m) və fəaliyyətdə olan vulkanlar (Kilimancaro - 5895 m, Karisimbi - 4507 m) və hündür zirvələrlə (Keniya - 5199 m, Marqerita - 5109 m) seçilən Şərqi Afrika yaylası yerləşir. Qvineya körfəzi sahillərində Kamerun vulkanı (4070 m), cənubda Kap və Əjdaha dağları ucalır. Ovalıqlar ensiz sahilboyunu əhatə edir.
Afrika faydalı qazıntılarla zəngindir. Şimal və Qərb hissədə çökmə süxurlarla bağlı neft və təbii qaz, fosforit, Atlas dağlarının ətəklərində, həm də dəmir və digər metallar yayılmışdır. Cənubi və Şərqi Afrikada qızıl, almaz, mərkəzdə mis (mis qurşağı) və s. iri yataqlar yaradır.
İqlimi: Afrika planetin ən isti materikidir. Onun 3/4 hissəsində Günəş ildə iki dəfə zenitdə olur və orta illik temperaturu +20°C-dən yüksəkdir. Ucqar şimal və cənubda belə, qış aylarında bu göstərici +10, +12°C-dən aşağı düşmür. Mütləq maksimum temperatur Liviyada (+58°C, dünyada ən isti), mütləq minimum isə Atlas dağlarında (-20°C) qeydə alınmışdır.
Ümumiyyətlə, Afrikanın iqliminə, onun ekvatora nəzərən simmetrik yerləşməsi, şimalda tropik enlikdə geniş olması daha çox təsir edir. Yağıntılar qeyri-bərabər paylanmışdır. Konqo çayı hövzəsi və Qvineya körfəzi sahillərində yağıntılar çox (2000-3000 mm, Kamerunda 10000 mm), tropik enliklərdə isə azdır (100-250 mm, Misirdə Dəhlə-Asuanda 1 mm). Şimal və cənub ucqarında yağıntının miqdarı 500-1000 mm-ə çatır.
Afrikada ekvator xətti, demək olar ki, materikin ortasından keçdiyi üçün iqlim qurşaqları simmetrik yerləşir. 5° - 8° şm. və c.e. arasında bütün il boyu isti (+24°,+28°C) və rütubətli ekvatorial, 15°-20° enliklərə qədər çatan, rütubətli (yay) və quru (qış) fəsillərə bölünən subekvatorial iqlim qurşaqları materikin sahəsinin yarıdan çoxunu tutur. Cənubda nisbətən kiçik, şimalda geniş sahəni tutan tropik qurşaqda, temperaturun sutkalıq amplitudu (30°C-dən çox) illik amplitudundan böyükdür. Şimalda bütövlükdə kontinental, cənubda qərb hissə kontinental, şərq hissə dəniz iqlim tipindədir. Ucqar şimal və cənub-qərbdə subtropik Aralıq dənizi iqlimi (yay isti və quru, qış mülayim və rütubətli), cənub-şərqdə isə yağıntıları bərabər paylanan dəniz iqlimi formalaşır.
Daxili suları: Başqa materiklərdə olduğu kimi Afrikanın daxili suları da, iqlim və relyefdən asılı olaraq, qeyri-bərabər paylanmışdır. Rütubətin bolluğu ilə bağlı olaraq materikin mərkəzində çay şəbəkəsi sıxdır. Relyefdən asılı olaraq, əsas əayıaı Atlantik okeanı hövzəsinə aiddir. Bütövlükdə Afrikanın çayları Atlantik və Hind okeanları hövzəsinə, ərazinin 1/3 hissəsində formalaşan çaylar isə daxili (axarsız) hövzəyə aiddir. Atlantik okeanı hövzəsinin ən uzun (dünyada I) çayı Nil (6671 km) ekvatorial və subekvatorial iqlim qurşaqlarından başlayır, yayda daşır, Aralıq dənizinə tökülür. İri delta yaradır. Konqo (4320 km, dünyanın ikinci bolsulu çayıdır), Niger (4160 km), Volta (1600 km), Seneqal (1430 km), Oranj Atlantik okeanı hövzəsinə aiddir. Hind okeanı hövzəsinin əsas çayları Zambezi (2660 km, üzərində Viktoriya şəlaləsi - hündürlüyü 120 m), Limpopo və s-dir. Daxili (axarsız) hövzənin əsas çayları Okovanqa (Kubanqo), Şari və s.
Afrikanın iri dərin gölləri Şərqi Afrika sınma zonasında, həmçinin əyilmə zonalarında yerləşir. Viktoriya, Tanqanika, Nyasa, Çad, Rudolf, Tana və s. əsas göllərdir.
Təbii zonaların yerləşməsi iqlim qurşaqlarına müvafiq olaraq, ekvatora nəzərən simmetrikdir. Lakin materikin şimal hissəsi enli olduğu üçün təbii zonalar daha geniş əraziləri əhatə edir. Relyefdə düzənliklər üstünlük təşkil etdiyinə görə üfqi zonallıq aydın hiss olunur. Materikin mərkəzində Konqo çökəkliyi və Qvineya körfəzi sahilində ekvatorial meşələr, onun ətrafında ensiz zolaq şəklində dəyişən rütubətli meşə zonaları yerləşir. Materik ərazisinin 40%-ni savanna və seyrək meşələr tutur. İlin quraq və rütubətli fəsillərə bölünməsi, quraqlığa davamlı ağacların (baobab, səyyah ağacı, akasiya) və ot bitkilərinin bitməsinə şərait yaradır. Savannalar heyvanlar aləmi ilə ən zəngin zonadır (fil, kərgədan, begemot, zürafə, canuş, antilop, zebr, şir, pələng, kaftar, quşlar və s.). Tropik səhralar cənubda nisbətən kiçik (Kalaxari, Namib), şimalda dünyada ən böyük səhra zonasına malikdir. Böyük Səhrada (sahəsi 7 mln km2) yağıntı az (50 mm), yay temperaturu yüksəkdir (+40°C-dən çox). Yeraltı (artezian) sular böyük hövzə yaradır. Bəzi çökək yerlərdə yeraltı sular səthə yaxın olur və yaşayış üçün əlverişli şərait yaradır. Bunlar vahə adlanır. Va- hənin əsas ağacı xurma palmasıdır. Materikin şimal və cənub sahilboyunu codyarpaq meşələr və kolluqlar tutur.
  Əhalisi mürəkkəb tarixi prosesdə formalaşmışdır. Aralıq dənizi sahili və Şimal-Şərqi Afrika ən qədim insan məskənlərindəndir. Müstəmləkə dövründə qul alveri materik əhalisinin sayının azalmasına səbəb olmuşdur. Materikin mərkəz və cənubunda ekvatorial (neqroid), şimalda avropoid (ərəblər və bərbərlər), Madaqaskar adasında monqoloid və ekvatorial irqin qarışmasından yaranan malqasilər yaşayır. Sonradan bura gələn avropalılar daha əlverişli təbii şəraitə malik olan ucqar şimal və cənubda yerləşmişlər. Ekvatorial irq müxtəlif qollara ayrılır. Cənubda buşmen və qottentotlar, mərkəzdə piqmeylər (boyu 150 sm-ə qədər) fərqlənir.
Etnik tərkibinə görə şimalda Sami-Hami dil ailəsinə mənsub ərəblər və bərbərlər (misirli, liviyalı, tuareqlər), Mərkəzi və Cənubi Afrikada Sudan və Bantu xalqları (fulbe, azande, baluba, beçuanlar) fərqlənir.
Əhalinin orta sıxlığı 1 krrr-də 26-27 nəfərdir. Nil çayı vadisində, Atlas dağlarının ətəklərində, Qvineya körfəzi sahillərində sıxlıq yüksək (1 km2-də 100-1000 nəfər), Kalaxari və Böyük Səhrada azdır (1-10 nəfər).
XX əsrin əvvəllərində Afrikanın siyasi xəritəsində iki müstəqil dövlət (Liberiya, Efiopiya) olduğu halda, hazırda onun siyasi xəritəsində 50-dən çox müstəqil dövlət var. Cənubi Afrika Respublikası (CAR) inkişaf etmiş, qalanları inkişaf etməkdə olan dövlətlərə aiddir.

Afrika qədim Qondavana materikinin bir parçasıdır. O qədim platforma üzərində yerləşdiyindən (xüsusilə Şm. Afrikada) düzənliklər əsas yer tutur, uca dağlar isə yoxdur. Qədimdə olan dağlar aşınaraq yaylalara çevrilib. Böyük səhradakı Əhəqqar və Tibesti yaylaları Afrikanın ən böyük «şahid» dağlarıdır. Materikin orta hündürlüyü 750 m, ən hündür zirvəsi-Şərqi Afrika yaylasındakı Kilimancaro dağı (5895 m), ən alçaq yeri Assal gölüdür (-154 m). Yüksəkliyinə görə Afrika 2 hissəyə bölünür:
1) Yüksəkliyi 1000 m-dən alçaq olan Şimal və Qərb hissə 
2) Yüksəkliyi 1000 m-dən çox olan Şərqi və Cənubi Afrika.

Materikin şərqində Efiopiya dağlıq yaylası, ondan cənubda Konqo çökəkliyi və Şərqi Afrika dağlıq yaylaları yerləşir.
Qurudan ən böyük qırılma zonası (çat) Şərqi Afrikada yerləşir. Bu çat Efiopiya dağlıq yaylasından Zambezi çayına qədər Qırmızı dənizin sahili boyu uzanır. Burada Afrika litosfer tavasının aralanması prosesi getdiyindən tez-tez zəlzələ və vulkanlar baş verir.
Afrikanın Şimal-şərqində Atlas dağları yerləşib. Alp qırışlarına aid olan bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşduğu zonadadır. Ən hündür zirvəsi Tubkal (4165 m) dağıdır.
Şimali və Qərbi Afrika uzun müddət enməyə məruz qaldığından bura vaxtı ilə dəniz olmuşdur.

Ərazi əsasən kontinental və çökmə süxurlardan ibarətdir. Böyük səhranın mərkəzində kristallik və vulkanik süxurlardan ibarət nəhəng dağ massivləri (Əhəqqar və Tibesti) var.
Afrikanın cənub-şərqində Əjdaha, cənubunda yastı zirvəli alçaq Kap dağları yerləşir.
Vulkanları. Kilmancaro, Kamerun, Meru və s.
Faydalı qazıntıları. Afrikada maqmatik süxurlar üstünlük təşkil etdiyindən filiz
Klimancaro
faydalı qazıntıları ilə zəngindir. Afrikanın mərkəzində “Mis” qurşağı yerləşir. Cənubi və Şərqi Afrikada qədim kristallik süxurlar səthə yaxın olduğundan faydalı qazıntılar dayazda yerləşib. Şm.Afrikada çökmə süxurlar üstünlük təşkil etdiyindən bura neft, qaz və fosforit yataqları ilə zəngindir. Neft həmçinin Qvineya körfəzi sahilində çıxarılır. Ən iri almaz yataqları Cənubi Afrikada , Şm. Qvineya və Katanqadadır.

Afrika hidroenerji, günəş və külək enerjisi ehtiyatları ilə yaxşı təmin olunsa da, bunlardan hələ ki çox zəif istifadə edilir.


Afrikanın əsas hissəsi 2 tropik arasında yerləşdiyindən bu qitə dünyanın ən isti materiki sayılır. Çünki, günəş həmin ərazilərdə ildə 2 dəfə zenitdə olur. Afrikanın çox hissəsində yay və qış fəsli bir-birindən əsasən yağıntıların miqdarına görə fərqlənir. Yalnız yüksək dağ zirvələrində temperatur aşağı olur. Ekvator Afrikanı tən yarı böldüyündən burada 1 ekvatorial, 2 subekvatorial, 2 tropik və 2 subtropik iqlim qurşağı var.
1. Ekvatorial qurşaq- Qvineya körfəzindən Viktoriya gölünə qədər olan əraziləri əhatə edir. Ilboyu alçaq atmosfer təzyiqi, ekvatorial hava kütlələri hakimdir. Hava qalxan hərəkətli, isti və bol rütubətli olur.
Burada daima yay fəslidir. Keçilməz meşələr, ifrat nəmləmə şəraiti bu ərazidə kənd təsərrüfatının zəif inkişafına səbəb olmuşdur.
2-3 Subekvatorial qurşaq. Ekvatordan şimala və cənuba 15-200 enliklərə qədər davam edir. 2 fəsil rütubətli yay və qış fəsli mövcuddur. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava rütubətli və isti , qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Bu qurşaq daxilində yerləşən mütləq hündürlüyü yüksək olan Efiopiya yaylasında havanın temperaturu Somali yarımadısına nisbətən aşağı olur.

4-5 Tropik qurşaqlar- hər 2 yarımkürənin tropik en dairələrinə uyğun gəlir. Tropik hava kütləsi, yüksək atmosfer təzyiqi hakimdir. Hava enən hərəkətlidir. Şimali Afrikada Avrasiya üzərindən əsən quru passat küləkləri havanı quraqlaşdırdığından burada dünyanın ən isti və ən quru sahəsi olan Böyük Səhra yerləşir. Buludsuzluq nəticəsində bura gündüzlər bərk qızır, gecələr tez soyuyur.
Cənubi Afrikada tropik iqlim qurşağı az sahəni tutur. Hind okeanından rütubətli passat küləkləri əsdiyindən buranın havası daha rütubətlidir. Atlantik okeanı sahilində soyuq Bengel cərəyanı sahildə Namib və Kalaxari səhrasını yaradır.
6-7 Subtropik qurşaq. Afrikanın ucqar şimal və cənub hissəsini əhatələyir. Yayda tropik hava kütlələri hakim olduğundan hava quru, isti, qışda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və yağıntılı olur.



,

Afrikada müxtəlif mənşəli göllər vardır. Ən böyük göllər tektonik çökəklərdə yerləşir. Səhra və semiarid vilayətlərin çökəklərində relikt göllər, yaxud onların qurumuş çalaları qalmaqdadır.Vulkanik ərazilərdə vulkan gölləri vardır.Qvineya körfəzinin şimal sahilində isə laqunalara rast gəlmək mümkündür.
 Neogendən əvvəl Afrikada çox böyük relikt göllər olmuşdur.Çad və Konqo çökəyinin geniş bir hissəsini tutan göllərin bir qismi iqlimin aridləşməsi nəticəsində ya tamamilə qurumuş, yaxud dayaz və kiçik göllərə çevrilmişdir (Çad,Əl-Cuf, Kattara, Atlas və Tunis Şottları,  Makarikari, Nqami ). İqlimin tərəddüdü ilə əlaqədar olaraq Şərqi Afrika yaylası göllərinin də səviyyəsi xeyli aşağı düşmüşdür, onlardan bək çökəklərin az bir hissəsini tutur (Rudolf,Rukva və s.).
   Afrika göllərinin əksəriyyəti şərqi Afrika qrabenləri zonasında yerləşir.Burada sahəsinə görə ən böyük göl Viktoriya,dərinliyinə görə isə Tanqanikadır.Bu göl Baykal gölündən sonra dərinliyinə görə dünya gölləri arasında ikinci yerdə durur.Vulkan-bənd göllərindən ən böyüyü Həbəşistan yaylasındakı Tana gölüdür.Göllər şərqi Afrika landşaftının ən görkəmli elementlərindən biridir.Şirin sulu olduğundan yerli əhali qədimlərdən bu göllərin sahilində məskən salmışdır.Səhra gölləri və axarsız göllərdən Rudolf gölünün suyu duzludur.Çad gölündən Bedele çökəyinə olan yeraltı axar onun suyunu şirin saxlayır.

Afrikanın böyük gölləri

Adı                         Sahəsi km2                  Maksimum dərinliyi
Viktoriya                       
68000                                                
80m

Tanqanika                    32900                                               1435m
Nyasa                            30800                                                 706 m
Rudolf                          8500                                                    73m
Mveru                         5000(yaxın)                                         14m
Albert                          4200                                                     48m
Kivu                             3000                                                   780m
Eduard                        2000                                                     114m
Çad                            10000(yaxın-daşqın zamanı 20000)           7m-ə qədər
Tana(Dembea)          3100-3600                                               72m

Afrika müxtəlif faydalı qazıntlarla çox zəngindir. Faydalı qazıntıların müxtəlif mənşəli qrupları materikin ayrı-ayrı tektonik sahələri ilə əlaqədardır. Arxey və ptoterozoy  qırışıqlığı zonası metal faydalı qazıntılarla, qiymətli daş-qaş yataqları ilə daha zəngindir. Burada ən çox maqmatik, metamorfik mənşəli faydalı qazıntı yataqları vardır. Qədim qalxanların aşınma qabığı ilə ilkin mineralların aşınmasından yaranan faydalı qazıntı yataqları, həmin sahələrdə çayların fəaliyyəti ilə əmələ gələn səpinti yataqları yayılmışdır. Postmaqmatik yataqların əksəriyyəti kristallik əsasla əlaqədar olub, onun səthə çıxdığı yerlərdə rast gəlinir. Faydalı qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir.
Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom) Şimali Qvineya yüksəkliklərində, Syerra-Leonedə, Aşağı Voltada, Cənubi Afrikada və Atlas dağlarındadır. Başqa sahələrdə də dəmir filiz yataqları məlumdur. (Konqo hövzəsinin kənar qalxmalarında, Misirdə, Böyük Səhranin qərbində, Şərqi Afrikada). Əlvan metalların böyük yataqları yenə qədim qırışıqlıq əsasın çıxıntıları ilə əlaqədar olmaqla, Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink), Şimali Qvineya və Atlas dağlarındadır.
Nadir metal yataqları Cənubi Afrikada Kalaxari sineklizini cənubdan və şərqdən əhatə edən kristallik əsasın qalxanlarında (litium, berillium, sürmə, uran), Katanqada (uran), Anqolada (uran) və s.sahələrdə məlumdur.
Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada (maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik mənşəli qızıl) və Şimali Qvineyada aşkar edilmişdir. Qiymətli daşlardan almazın ən böyük yataqları Cənubi Afrika, Katanqa və Şimali Qvineyadadır. Qeyri-mütal fatdalı qazıntılardan asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi Afrikada, Atlas dağlarındadır (fosforitlər).Daş kömürün ən böyük yataqları Cənubi Afrikadadır (paleozoy çöküntülərində). Bundan əlavə Rodeziyada, Tanqanika və Nyasa gölləri ətrsfında və Atlas dağlarında çoxlu kömür yataqları vardır.
Neft yataqları-Ən böyük yataqlar Şimali Afrikada ikinci dünya müharibəsindən sonra açılmışdır. Hazırda Liviyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Niger, Oqove və Kvanze çayları mənsəbində neftin çox böyük yataqları məlumdur.


Afrika geoloji quruluşuna görə ilk baxışda çox sadə görünür.Şimal-qərb və cənub ucqar hissələri müstəsna olmaqla Afrika paleozoydan əvvəl platforma rejiminə keçmiş və sonrakı dövrlərdə onun ərazisində əsasən zəif rəqsi hərəkətlər baş vermişdir. Epiplatforma dənizlərində kontinental şəraitdə toplanmış cavan çöküntü süxur qatları qırışıqlıqda iştirak etməmiş, zəif qalxma və əyilmələrə məruz qalmışdır.Afrikanın geoloji inkişafının ən əlamətdar cəhətlərindən biri onun qədim Qondvana materikinin mərkəzində yerləşməsi, şimal və şərq dağlıq sahəsi müstəsna olmaqla,qalan sahələrdə şaquli tektonik hərəkətlərin zəif baş verməsi ilə səciyyələnir. Yer qabığının qalınlığı geniş sahədə 38-40 km-dir. Hündür Afrikada yer qabığının qalınlığı 45 km-ə qədərdir. Atlas dağlarında və Həbəşistan yaylasında bu rəqəm 50-55 km-ə çatır.
Afrika ilə ətraf okeanlar arasında keçid,hipsometrik xəritədən göründüyü kimi, çox kəskindir. Burada materik tipli yer qabığı kəskin şəkildə okean tipli qabığa keçir (Afrika ətrafında okean dibində yer qabığının qalınlığı 10 km-dən artıq deyildir). Materikin kontinental yer qabığı artıq paleozoyun başlanğıcına qədər təşəkkül tapmışdır.Materik ərazisinin üçdə birində qədim kristallik və metamorfik süxurlar yer səthinə çıxır. Qalan sahələrdə isə bu paleozoy,mezozoy və kaynozoyun o qədər də qalın olmayan kontinental və dəniz çöküntü süxur qatları və kaynozoyun vulkanik süxurları ilə örtülüdür.
  Müxtəlif yaşlı kristallik süxurlar arasında qranit,qneys,kristallik şistlər,qumdaşı və s-dən ibarət olan arxey və proterozoy çöküntüləri paleozoydan əvvəlki dövrdə müxtəlif qırışıqlıq mərhələləri keçirmişlər. Afrikanın qədim kristallik və metamorfik süxurları  bir neçə qata bölü-nür.Sebakvi sistemi adlanan (Rodeziyada) serpentinitlər və qneyslərlə kəsilmiş ən qədim metamorfik və vulkanik süxurların yaşı 3 milyard ildən artıqdır. Bunun üzərində yatan yaşıl süxurların yaşı 2800 mln.il (Bulavay sistemi), Şamavay sisteminin arkoz qumdaşı qatlarının yaşı isə 2600 mln.ildir. Şamavay sistemi qatlarını yaşı 1900-1250 mln.il olan qranit intruziyaları kəsir, Konqo hövzəsi ətrafında üzə çıxan kristallik süxurlar daha cavandır (1400-600 mln.il). Kabara və Katanqa sistemi adı ilə məşhur olan bu süxurlar proterozoy erasına aid edilir. Şimali Qvineya yüksəkliklərindən Kamerun və Azande yüksəkliklərinə uzanan qalxma sahəsi də qədim arxey kristallik və metamorfik süxurlarından ibarətdir. Arxeyin qüvvətli qırışmış süxurları çox yerdə proterozoyun kristallik və metamorfik süxurları ilə örtülür.
 Proterozoyun axırında Cənubi Afrikada baş verən Katanqa qırışıqlığı yaş etibarı ilə Asiyanın Baykal qırışıqlığı ilə müqayisə edilir.
 Paleozoy erasında materikin cənub və şimal hissələri müxtəlif yollarla inkişaf etmişdir. Cənubi Afrikada paleozoyda qalxma və denudasiya prosesləri ilə yanaşı,bə’zi yerlər əyilməyə məruz qalmış və burada çox qalın (10 km-ə qədər) kontinental çöküntü kompleksi toplanmışdır. Qalınlığı 3 km-ə çatan alt paleozoyda toplanmış kontinental kap seriyası çöküntüləri paleozoyun axırlarında qırışıqlığa məruz qalmışdır.Paleozoyun ikinci yarısı və alt mezozoyda (trias dövrün- də) Cənubi Afrikada, Konqo hövzəsinin və Şərqi Afrikanın cənubunda tektonik əyilmələr sahə- sində karru sisteminin buzlaq,kontinental,göl çöküntü kompleksi toplanır.Kap qırışıqlığının şimal ətəyində hertsin dövründə yaranmış dağətəyi əyilmə sahəsində bu çöküntülər daha qalındır (10 km). Gil, qum, qumdaşı, konqlomerat və buzlaq çöküntülərindən (tillitlərdən) ibarət olan karru sistemi çöküntüləri qırışıqlıqda iştirak etmir. Lakin bəzi yerlərdə onları tektonik qırılmalar kəsir.
 Karbon dövründə Cənubi Afrikada bir neçə buzlaşma mərkəzi olmuşdur. Güman edilir ki,ekvatora yaxın sahələrdəki  buzlaşma mərkəzlərində relyefin yüksəkliyi 3000 m və daha artıq olmuşdur. Cənubi Afrikanın qərb hissəsini təşkil edən süxurlardan ibarət tillitlər hələ 19-cu əsrin əvvəllərində Braziliya syerralarında aşkar edilmişdir. Bu və bir sıra başqa faktlar paleozoy erasında Cənubi Amerikanın Afrika ilə bitişik olması haqda fikir söyləməyə imkan vermişdir.
Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir relyefin alçaq sahələrində,o cümlədən burada ən böyük əyilmə sahəsi olan Kalaxaridə daha geniş yayılmaqla, kalaxari sistemi çöküntüləri adlanır. (göl, allüvial, eol və su mənşəli kontinental çöküntülərdir). Cənubi Afrikada üst paleozoy və mezozoyun dəniz çöküntülərinə materikin kənarlarında ensiz zolaq şəklində rast gəlinir.
 Şimali Afrikada platformanın kristallik süxurları (ərazinin 2/3 və daha çox hissəsində) paleozoy və mezokaynozoyun kontinantal və dəniz çöküntüləri ilə örtülüdür. Paleozoy çöküntüləri (devon, karbon dövrləri) Tunduf sineklizinin şimal kənarında geniş sahə tutur. Bunlar kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və devon dövrü çöküntüləri həmçinin Syerra-Leone qalxanından şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə, xüsusilə Şimali Qvineya yaylasında paleozoy çöküntüləri qumdaşı qatlarından ibarətdir.
  Böyük Səhra tavasında mezozoyda baş verən əyilmə nəticəsində yura və xüsusilə təbaşir dövründə geniş dəniz transqressiyası olmuşdur. Son zamanlar bir sıra tədqiqatçılar təbaşir dövründə Dünya Okeanı səviyyəsinin müasir dövrdəkinə nisbətən 300 m. yüksək olmasını sübut etməyə çalışmışlar. O zaman Dünya Okeanının dərinliyi indikinə nisbətən xeyli az olmuş və okean suları demək olar ki, bütün materiklərin alçaq platforma düzənliklərini örtmüşdür. Sonralar okean dibini təşkil edən lava örtüyü soyuduqca sıxlığı və okeanın dərinliyi artmışdır. Bu dənizlər çəkildikdən sonra yerində üfüqi yatan və sonralar bəzi yerlərdə çox zəif platforma qırışıqlarında yığılmış əhəngdaşı, qumdaşı, gil və s. çöküntü layları qalmışdır. Böyük Səhranın sineklizlərində üçüncü və dördüncü dövrlərdə də kontinental, bəzi yerlərdə dəniz (paleogen) çöküntüləri toplanmışdır. Aralıq dənizinə yaxın sahələrdə bu çöküntülər daha geniş yer tutur. Konqo çökəyinin kənarlarında Karru sisteminin cavan qatları (trias), daxili hissələrində isə üçüncü-dördüncü dövrlərin dəniz, göl və çay çöküntüləri yığılmışdır.

  Şərqi Afrikada qədim kristallik süxurlar çox yerdə mezozoy və xüsusilə kaynozoyun (oliqosen və miosen yaşli) effuziv süxurları ilə örülüdür. Somali yarımadasının cənub yamacı üçüncü dövrün, Halla yaylasının qərbi isə yura dövrünün dəniz çöküntülərindən ibarətdir. Hind okeanının sahil ovalıq və düzənlikləri mezozoy və kaynozoyun dəniz çöküntülərindən təşkil olunmuşdur.

   

Atlas dağları, Afrikanın başqa sahələrindən fərqli olaraq kristallik süxurlardan tutmuş dördüncü dövrə qədər müxtəlif dövrlərin vulkanik və çökmə süxurlarından ibarət olub, hertsin və alp qırışıqlıqlarına məruz qalmışdır.Afrika materiki tektonikasının ən başlıca xüsusiyyəti onun proterozoyun axırlarından başlamış platforma rejiminə keçməsidir. Afrika yer səthinin ən qədim sabit platformalarından biridir. Geosinklinal sahələr onun yalnız şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini əhatə edir.
   Afrikanın başlıca tektonik strukturları böyük sahə tutmaqla, əksərən dairəvi və ya oval formalı anteklizlər və sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən şərqə Regibat, Ahaqqar, Tibesti və Nubiyə-Ərəbistan anteklizləri (qalxanları), Seneqal, Tunduf, Çad sineklizləri, bundan cənubda Syerra-Leone qalxanı, Ços massivi, Kamerun və Azande qalxanları yerləşir. Bu sırada cənub-qərb - şimal-şərq istiqamətli əyilmələr sahəsi (sinekliz və qrabenlər) Volta və Benue çayları üzrə uzanır.
Mərkəzi Afrikanın ən böyük tektonik strukturu Konqo sineklizidir. Dairəvi formalı sinekliz hər tərəfdən qalxanlarla əhatələnir. Materikin cənub hissəsini Kalaxari sineklizi,onun kənar qalxanları və Karru sineklizi təşkil edir.
  Şərqi Afrikada kristallik süxurlar şimaldan cənuba böyük məsafədə uzanan iki qalxan əmələ gətirir. Başqa qalxanlara nisbətən bu iki antekliz kaynozoyda daha çox yüksəyə qalxmış və bunların tağında nəhəng qırılmalar (qrabenlər) sistemi yaranmışdır.Nubiyə-Ərəbistan qalxanının tağında böyük Eritreya qrabeni (uzunluğu 2400 km-dən çox,eni 400 km,dərinliyi 4 km-ə qədər), cənub-şərq kənarında isə ona perpendikulyar istiqamətdə uzanan Ədən qrabeni yerləşir. Hər iki sistem Danakil qrabenində birləşir və ensiz bir yarıq şəklində cənub-qərbə uzanır, Şərqi Afrikada Rudolf gölündən keçərək Unyamvezi sahəsində itir. Yaylanın qərbində isə onu əvəz edən ikinci rift zonası yaranır. Bu zona Albert gölünün şimal kənarından başlayıb, Tanqanika və Nyasa göllərindən keçməklə, Zambezi çayının mənsəbinə qədər (Beyra şəhərinə qədər) uzanır.Şərqi Afrikanın geoloji quruluşunun başqa bir cəhəti burada yer qabığını kəsib keçən qırılmalar üzrə sahəvi püskürmələrin (aktiv effuziv vulkanizmin) olmasıdır. Burada vulkanizm hələ mezozoyda başlamış, üçüncü dövrdə isə özünü daha güclü göstərmişdir. Müasir dövrdə Şərqi Afrikada püskürmələr mərkəz tiplidir. Hazırda Afrikada Niroqonqo, Karasimbi, Kamerun, Qleyn və s. püskürən vulkanlar vardır. Qleyn vulkanının püskürdüyü lava gündüz qara, gecə qırmızı rəngdə görünür, soyuyanda isə ağarır.
  Alp qırışıqlığına Atlas dağlarının ensiz Aralıq dənizi sahili zonası (Er-Rif vəTel-Atlas) daxildir. Burada bir çox antiklinal və sinklinal strukturlar enlik istiqamətdə uzanan tektonik zonalar əmələ gətirir. Atlas dağlarının daha geniş hissəsi və Kap vilayəti hertsin qırışıqlığına aid strukturlardan ibarətdir.Afrikanın geoloji inkişaf tarixində bir neçə əsas mərhələ ayrılır. Arxey-proterozoy - 2500 mnl.il davam edən bu ilk mərhələdə Afrika platformasının kristallik qırışıq bünövrəsi təşəkkül tapır və yer səthinin ən böyük qədim platforması yaranır.Proterozoyun axırı və paleozoyun başlanğıcına qədər qədim qırışıqlıq denudasiya ilə kəsilir, qırışıqlıq zamanı baş verən vulkanizm, tam metamorfizm və süxurların kristallaçması nəticəsində sabit platformanın yaranması başa çatır.



     Afrikanın inkişafında ikinci böyük mərhələ paleozoy erasını və mezozoyun başlanğıcını əhatə edir. Bu mərhələnin ən əlamətdar cəhətləri Afrikanın vahid Qondvana qitəsi tərkibinə daxil olması, materikin ərazisində böyük tektonik strukturların yaranması, böyük örtük buzlaşmalarının baş verməsi, geniş ərazilərdə müxtəlif mənşəli kontinental çöküntü qatlarının toplnmasıdır. Nəhayət paleozoyda  materikin şimal və cənub kənarlarında yerləşən geosinklinal zonalarda inversiya başlanır. Atlas və Kap dağlarının hertsin qırışıqlığı zonaları yaranır. Bundan əvvəl isə paleozoyun birinci yarısında Ahaqqar-Tibesti  sahəsində, Atlaslarda kaledon qırışıqlığının baş verməsi güman edilir.Bu mərhələ təbaşir dövrünə qədər, yəni qədim Qondvananın parçalanmasının başlanğıcına qədər davam edir. Qondvananın parçalanması nəticəsində şimalda yerləşən Tetis geosink- linalından, qismən şərqdən və qərbdən materikə dənizlər transqressiya edir. Bu, şübhəsiz, parçalanma zamanı materikdə əyilmə baş verməsi və yuxarıda qeyd edildiyi kimi, təbaşir dövründə okean səviyyəsinin qalxması nəticəsində olmuşdur. Lakin cənubi və Ekvatorial Şərqi Afrikada, Şimali Afrikaya nisbətən əyilmə zəif 
olduğuna görə transqressiya az sahəni
Şərqi Afrika sınma zonası
əhatə etmişdir. 



Ümumiyyətlə böyük mezozoy transqressiyası zamanı materik çox peneplenləşmiş və onun yüksəkliyi xeyli azalmışdır. 
Bu vaxt  Şərqi Afrikada böyük tektonik qırılmalar, rift zonaları yaranmağa başlayır və vulkanizm güclənir.
Üçüncü dövrdə, xüsusilə onun ikinci yarısında tektonik hərəkətlər daha da güclənir. Bu zaman şaquli hərəkətlər nəticəsində Madaqaskar adası materikdən ayrılır, Şərqi Afrikanın qraben- lər sistemi yaranır, effuziv vulkanizmin arealı genişlənir, Atlas dağlarının alp qırışıqlığı zonası yaranır. Üçüncü və dördüncü dövrlərdə materikin cənub hissəsi ümumi qalxmaya cəlb olunur və bu fonda onun müasir kənar dağlıq hissələri daha çox qalxır. Qalxma bütün Şərqi Afrikanı, Atlas dağlarını və digər müsbət tektonik strukturları əhatə edir. Şimali Afrika dəniz sularından azad olur. Konqo çayı Cənubi Qvineya yaylasını kəsir və Konqo çökəyindəki göl yox olur. Afrikanın sineklizlərini örtən cavan çöküntülər 
bu mərhələdə toplanmışdır.

,

1. Ekvatorial meşələr- ekvatorial iqlim qurşağında yayılıb. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. Ilboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir. (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.
2. Savannalar - Afrikanın 40%-ni əhatə edir. Ilin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac və kolluqlara da rast gəlinir.

Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılıb.
3. Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılıb. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük

Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın , çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir.
Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşib. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir.
Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın Şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur.
Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınıb.
4. Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılıb.
Problemləri Ekvatorial meşələrin qırılması, səhralaşma, su çatışmamazlığı, quraqlıq.
Əhalisi 3 irqə mənsubdur. Şimali Afrikada avropoid irqinə mənsub ərəblər və bərbərlər, Böyük Səhradan cənubda neqroidlər yaşayır. Afrikanın səhralarında – efioplar, Cənubi Afrikanın səhralarında buşmenlər və hottentotlar, Madaqaskar adasında isə malaqasilər yaşayır. Afrikanın ən ucaboylu xalqı (180-120 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır.
Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşıb. 
XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il “Afrika ili” adlanır. Indi Afrikada 55-ə yaxın müstəqil ölkə var. Sonuncu müstəmləkə 1990-cı ildə CAR-dan müstəqillik alıb. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngidib. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə IEÖ-si CAR-dır./
http://kayzen.az/


Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.Ucqar nöqtələri - 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu.Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)
Cərəyanları- Kanar, Bengel, Somali (soyuq), Iynə, Mozambik, Qvineya, Anqola (isti)
Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq
nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı, Ədən körfəziayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adasıMadaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Vozneseniya,Müqəddəs Yelena adaları da buraya aiddir.
Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrikaqitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.
Afrikanın sahil xətti zəif parçalanmışdır.Sahillər çox yerdə tektonik strukturlara uyğun olaraq düz xətlə uzanır.Sahil dayazlığı ensizdir.Buna görə Afrika sahillərində əlverişli körfəzlər və buxtalar,həmçinin yarımadalar və adalar azdır. Ən böyük körfəzləri şimalda Qabes və Sidra,qərbdə Qvineya,Benin və Biafra,cənub-şərqdə Frensis Bey,Alqoa,Delaqoa və Beyra buxtalarıdır.Kiçik buxtalar və adalara qərbdə Yaşıl burundan  Palmas burnuna qədər,şərqdə isə Mombasa və Mozambik şəhərləri arasındakı sahildə rast gəlinir. Şərqdə Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Komor, Maskaren, Amirant və Seyşel adaları, qərbdə Madeyra, Kanar, Yaşıl Burun, Annobon, San-Tome, Fernanada-Po, Merac (Vozneseniye), Müqəddəs Yelena, Tristan-da- Kunya adaları Afrikaya aiddir. Materikin ən böyük yarımadası Somalidir.
       Beləliklə, Afrika üfüqi istiqamətdə olduqca zəif parçalanmışdır.Onun sahil xəttinin hər 1 kilometrinə 960 kv.km ərazi düşür. Adalar isə ərazisinin cəmi 2%-ni təşkil edir (Avropada 8,5%). Materikin daxili vilayətləri
 sahildən 1500 km içəridə yerləşir (Avropada bu məsafə cəmi 600 km-ə qədərdir).

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget