Asiya ərazisində çay şəbəkəsinin sıxlığı iqlim və relyefdən asılı olaraq çox müxtəlifdir. Səth axarının ərazidə qeyri–bərabər paylanması ilə əlaqədar olaraq, qitədə sıx çay şəbəkəsi olan sahələrlə bərabər, daimi axarı olmayan sahələr də geniş yer tutur. Qitə ərazisindən bütün okeanların hövzələrinə çaylar axır. Şimal Buzlu okeanı, Sakit və Hind okeanına tökülən çayların ümumi hövzəsi təxminən bərabərdir. Atlantik okeanı hövzəsinə Ön Asiyanın Aralıq və Qara dənizlərinə tökülən kiçik çayları daxildir.Yağıntıların illik miqdarı, bunun mümkün olan buxarlanmaya nisbəti və ərazinin meylindən asılı olaraq qitədə səth axarı müxtəlif paylanmışdır. Şimali Asiyada (Sibirdə) bu, 200 mm-dən artıqdır.
Yalnız Qərbi Sibirin cənubunda, Lena–Vilyuy çökəkliyində və Kolıma–İndiqirka hövzələrində səth axarı 200 mm–dən azdır.Mərkəzi, Orta və Ön Asiyada, yüksək dağlıq ərazilər müstəsna olmaqla, səth axarı 50 mm–dən azdır. Şərqi və Cənubi Asiyanın musson iqlimi
sahələrində səth axarı yenidən artır və öz maksimal həddinə çatır.Səth axarı Uzaq Şərqdə 200–400 mm, Çin və Yaponiyada 600–1000 mm (bəzi yerlərdə 1500 mm),Himalay dağlarının cənub yamaclarında, Arakan Yoma və Qərbi Qat dağlarının cənub –qərb yamaclarında və Malay arxipelaqı adalarının əksər sahəsində 1500 mm-ə çatır və bundan da artıq olur. Səth axarının rütubətli musson iqlimi sahəsində çox olması, burada yağıntıların bolluğu ilə, Sibirdə kifayət qədər olması isə buxarlanma qabiliyyətinin və daimi donuşluq şəraitində filtrasiyanın azlığı ilə izah edilməlidir.
Yalnız Qərbi Sibirin cənubunda, Lena–Vilyuy çökəkliyində və Kolıma–İndiqirka hövzələrində səth axarı 200 mm–dən azdır.Mərkəzi, Orta və Ön Asiyada, yüksək dağlıq ərazilər müstəsna olmaqla, səth axarı 50 mm–dən azdır. Şərqi və Cənubi Asiyanın musson iqlimi
sahələrində səth axarı yenidən artır və öz maksimal həddinə çatır.Səth axarı Uzaq Şərqdə 200–400 mm, Çin və Yaponiyada 600–1000 mm (bəzi yerlərdə 1500 mm),Himalay dağlarının cənub yamaclarında, Arakan Yoma və Qərbi Qat dağlarının cənub –qərb yamaclarında və Malay arxipelaqı adalarının əksər sahəsində 1500 mm-ə çatır və bundan da artıq olur. Səth axarının rütubətli musson iqlimi sahəsində çox olması, burada yağıntıların bolluğu ilə, Sibirdə kifayət qədər olması isə buxarlanma qabiliyyətinin və daimi donuşluq şəraitində filtrasiyanın azlığı ilə izah edilməlidir.
Asiyanın ən böyük çayları öz mənbəyini Mərkəzi Asiyanın şimal, cənub, qərb və şərqdən əhatə edən dağ sistemlərinin kənar (okeanlara baxan) yamaclarından götürür. Bəzən çaylar bu dağları yarıb öz mənbələrini Mərkəzi Asiyanın daxilindəki yaylalara qədər irəlilətmişlər. Beləliklə yüksək dağlar hər yerdə suayırıcı rolunu ifa edə bilmir. Qeyd etmək kifayətdir ki, dünyanın ən yüksək dağ silsiləsi olan Himalay yalnız kiçik çayların suayrıcısıdır. Hind, Brahmaputra və bunların bəzi qolları onu dərin dərələrlə kəsir. Qitənin rütubətli sahələrində çox sulu böyük çay sistemləri inkişaf etmişdir. Bu çayların hamısı böyük məsafə qət edərək okeanlara və onların dənizlərinə tökülür. Arid sahələrdə daimi axarlı çaylar olduqcq azdır, bunlar öz sularını çox vaxt daxili hövzənin dəniz və göllərinə belə çatdıra bilmir və səhra qumlarında (subaeral deltalarda) yox olurlar. Arid sahələrin əksəriyyətində yalnız dövri çaylara rast gəlmək mümkündür. Bir neçə ildən bir dəfə həmin çayların yataqları su ilə dolur. Asiyanın arid sahələrində quru dərə sisteminin (məsələn Ərəbistanda yaxşı inkişaf etmiş vadi şəbəkəsi, Mərkəzi Asiyada quru göl çalalarının olması) plüvial dövrdə (buzlaşma dövründə) həmin sahələrdə yağıntıların indi olduğundan xeyli çox düşməsini göstərir. Həmin dövrdə arid sahələrdə daha çox daimi və müvəqqəti çaylar olmuş və onların əksəriyyəti əz sularını müəyyən dəniz və göllərə çatdırmışlar.
Asiyanın iqlim və geomorfoloji şəraiti çox müxtəlif olduğu kimi, çayların qidalanması, illik səviyyə rejimi, eroziya, nəqletmə və akkumulyasiya fəaliyyəti, nəhayət onların təsərrüfata yararlılığı da olduqca müxtəlifdir.
Sibir çaylarının (Ob,Yenisey, Lena və bunların qolları, bir çox orta və kiçik çaylar)
Yapon adalarının çayları musson
rejimlidir. Bu çayların hövzəsi kiçik, özləri isə qısa olmasına baxmayaraq,
olduqca böyük hidroenerji ehtuyatına malikdir və bu ehtiyatdan Yaponiyada geniş
miqyasda istifadə edilir (elektrik enerjisi istehsalının 2/3–ni çaylar üzərində
tikilmiş hidroelektrik stansiyaları verir). Adaların çayları əsasən yağış
suları, qərb sahilin çayları isə yağış və qar suları ilə qidalanır. Cənub və
cənub–şərq sahilin çaylarında maksimum səviyyə yay mussonları zamanı olur. Qərb
sahil çayları yazda, qalın qar örtüyünün əriməsindən daşır və yayda bu
səviyyəni yağış suları saxlayır. Qışda da həmin çaylar bol sulu olurlar.
Hindistan
və Hind–Çinin çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq
yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu
çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqcq aşağı
düşür. Hindistan və Hind–Çinin böyük çayları (Hind, Qanq, Brahmaputra, İravadi,
Saluin, Mekonq və s.) öz Mekonq çayı |
Ön Asiyanın çayları başlıca
olaraq yağış sularından qidalanır. Yüksək dağlardan axan çayların
qidalanmasında qar sularının, vulkanik yaylalardan axan çaylarda isəyeraltı
suların rolu artır. Daxili yayla çaylarının bir qismi səhra qumlarında itir
(Hilmend və s.), bir çoxu isə sahildəki dağları yararaq kənar dənizlərə axır
(Qızılüzən, Qızıl İrmak və s.). Ön Asiyadan Aralıq dənizinə axan çaylar qışda
çox sulu olur, yayda dayazlaşır, bəzi çaylar isə tamamilə quruyur. Çaylardan
suvarmada geniş miqyasda istifadə edilir.
Mərkəzi və Orta Asiyada böyük
çaylar (Amudərya, sırdərya, Tarim və s.) axmaz hövzə çayları kimi xarakterizə
edilir. Ön Asiyada olduğu kimi, burada da çayların əksəriyyəti öz sularını
qapalı hövzənin böyük göl və dənizlərinə çatdırmadan dağ ətəyindəki qumluqlar
arasında itirlər (Edzan – qol, Tarim, Murqab, Təcən və s.). Yalnız ən böyük
çaylar Amudərya və Sırdərya öz sularını Aral dənizinə çatdırır.
Mərkəzi və Orta Asiyanın ən
böyük çayları öz mənbələrini yüksək dağlıq zonanın daimi qar və buzlarından
götürürlər. Bu çaylar yayda çox daşırlar, qışda isə dayazlaşırlar. Dağlardan
düzənliyə çıxdıqdan sonra onlar qol qəbul etmir və yayda buxarlanma və
suvarmaya çox su itirirlər. Öz mənbələrini orta və alçaq dağlardan götürən
çayların qidalanmasında yeraltı sular əsas yer tutur. Mərkəzi, Orta və Ön
Asiyanın dağətəyi və düzənlik sahələrində yeraltı suların böyük təsərrüfat
əhəmiyyəti vardır. Iran yaylasında bu sular çox zaman şor olduğundan istifadə
edilmir. Yeraltı sulardan kəhrizlər vasitəsi ilə istifadə olunur.
Gölləri.
Asiya qitəsi müxtəlif mənşəli göllərlə zəngindir. Qitədə ən çox textonik
mənşəli Baykal gölü |
Yorum Gönder