Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Asiyanın relyefi

Asiyanın müasir relyefinin başlıca formaları (böyük morfostrukturlar) əsas tektonik zonalara tam uyğun gəlir. Asiyada geniş yer tutan böyük ovalıq, düzənlik və yaylalar paleozoydan əvvəl və qismən aşağı paleozoyda yaranmış platformalara ( Sibir, Çin, Ərəbistan, Hindistan, Qazaxıstan qırışıq təpəliyi və i.a) Mərkəzi və Şərqi

Asiyanın müasir relyefinin başlıca formaları (böyük morfostrukturlar) əsas tektonik zonalara tam uyğun gəlir. Asiyada geniş yer tutan böyük ovalıq, düzənlik və yaylalar paleozoydan əvvəl və qismən aşağı paleozoyda yaranmış platformalara ( Sibir, Çin, Ərəbistan, Hindistan, Qazaxıstan qırışıq təpəliyi və i.a) Mərkəzi və Şərqi Asiyanın aktivləşmiş sahələrindəki dağ silsilələri paleozoy və mezozoy qırışıqlığı zonalarına ; Alp-Himalay zonası dağları kaynozoy-alp qırışıqlığı sahələrinə,nəhayət Şərqi və Cənub-Şərqi Asiyanın adalar qurşağı isə yuxarı kaynozoy geosinklinalı qalxmalarına uyğun gəlir. Beləliklə, dağlar qırışıqlıq sahələrinə,düzənliklər isə əsasən platformalara və dağarası çökəklərə müvafiqdir. Xarici Asiya relyefinin ən böyük elementlərindən biri Alp-Himalay zonasının dağ silsilələri və yaylalarıdır. Bu zona qərbdə Egey dənizi sahillərindən,cənub-şərqdə İndoneziyaya qədər böyük məsafədə uzanır. Ön və ya Qərbi Asiya daxilində,alp qırışıqlığı zonası bir-birinə təxminən paralel uzanan üç morfostruktur zona əmələ gətirir: 1) Şimal kənar sıra dağları zonası, 2) Cənub kənar sıra dağları zonası və 3) Daxili yaylalar zonası. Şimal kənar dağları zonası qərbdə Bosfor sahillərindən başlayıb, şərqdə Hindiquş dağlarına qədər uzanan və bir-birini əvəz edən qövsvari sıra dağ silsilələrindən ibarətdir. Bu zona qərbdə Pont dağları ilə başlayır. Bir neçə paralel sıra əmələ gətirən Pont dağları Anadolu yaylasını şimaldan əhatə edir. Pont dağlarının şərqə davamı Kiçik Qafqaz dağlarına keçir(SSRİ ərazisində yerləşir). 

Bir neçə silsilədən ibarət olan Kiçik Qafqaz (Acar-İmeretiya, Trialet,Samxet,Şahdağ,Mrovdağ,Qarabağ, Zəngəzur silsilələri) Ermənistan vulkanik yaylasını şimaldan əhatə edir. Araz çayından cənub-şərqdə bu dağların davamını Talış, Boqrovdağ, Elbrus silsilələri, bundan şərqdə isə Türkmən –Xorasan dağları, Kopetdağ və Hindiquşun şimal qolları təşkil edir. Cənub kənar dağlar silsiləsi qərbdə Tavr dağları ilə başlayır və Qərbi,Mərkəzi və Şərqi Tavr dağlarına ayrılır. Şərqi Tavr dağlarından şərqə cənub kənar dağları zonası ,istiqamətini cənub-şərqə döndərərək Kürdüstan və Zaqros dağlarına keçir. Bu istiqamətdə də dağlıq zona xeyli genişlənir və 10-12 paralel sıra dağ əmələ gətirir. Zaqros dağlarının cənub-şərq davamında Məkran dağları yerləşir. Bundan şərqdə yerləşən Kirtxar dağları artıq cənub-qərbdən şimal-şərqə istiqamət alaraq, Süleyman dağlarına,buradan isə Hindiquşun cənub-şərq qollarına və şimal-qərbi Himalaya qədər davam edir. Qərbi Asiyanın alp qırışıqlığı zonasının şimal və cənub kənar dağları arasında geniş daxili yaylalar vardır; daxili yaylalar üç böyük hissədən ibarətdir. Qərbdə Anadolu yaylası, ortada bir qədər kiçik Ermənistan vulkanik yaylası, şərqdə isə daha geniş ərazi tutan İran yaylası yerləşir Qərbi Asiyada alp qırışıqlığı zonası oroqrafiyasının əsas xüsusiyyətləri aşağıdakılardır: 
1) Ərəbistan və Hindistan platformalarının şimal çıxıntıları qarşısında dağlıq zona xeyli daralır, kənar sıra dağlar bir-birinə maksimal yaxınlaşır və dağlar şimala tərəf əyilmiş böyük qövslər yaradır. Bu çıxıntılar arasında dağlıq zona (həmçinin daxili yaylalar) genişlənir, kənar dağlar xeyli cənuba meyl edən qövslər şəklində uzanır; 
2) dağlıq zona genişlənən yerlərdə daxili yaylaların orta yüksəkliyi xeyli azdır (800-1500m), onun çox sıxılmış ensiz sahələrində isə, əksinə,daxili yaylaların orta və mütləq yüksəkliyi kənar dağlıq zonalarınkına nisbətən xeyli artıqdır. Ermənistan yaylası isə vulkanik relyefin hakim olması ilə digər iki yayladan kəskin fərqlənir; 
3) kənar dağlıq zona arasıkəsilməz zəncir əmələ gətirir. Bir neçə yerdə isə dağların oroqrafik ardıcıllığını köndələn çökəklər pozur; 
4) şərqdə yerləşən Hindiquş dağlarının ox hissəsi qərbdə kənar dağlar silsiləsinə deyil, İran yaylasının daxili hissələrinə uzanır və burada gömülərək yox olur. Ön Asiyanın geniş alp qırışıqlığı zonası Hindiquş və Pamirdə xeyli daralır,dağların yüksəkliyi isə çox artır. Burada alp qırışıqlığı zonası dağlarını daha qədim paleozoy qırışıqlığı dağları əvəz edir. Pamir-Hindiquş sahəsindən şərqə doğru Asiyanın dağları üç böyük qola ayrılır: cənub, orta və şimal qollarına . Cənub qol alp qırışıqlığı zonasnın şərqə davamında yerləşən dünyanın ən yüksək dağ silsilələsi olan Himalay dağlarına ( Nanqa- Parbat 8126m, Comolunqma 8882m və s.) keçir. Himalay dağları qövs şəklində şimal-qərbdən cənub-şərqə uzanır. Brahmaputra çayının sol sahillərində (Qərbi Birmada) dağlar istiqanətini kəskin dəyişib cənuba uzanır (Patkay və Aeakan-Yoma sıra dağları). Himalay dağları qədim kristallik, metamorfik və çökmə süxurlardan , Qərbi Birma dağları isə mezozoy və üçüncü dövr çöküntülərindən ibarət olan qırışıq dağlardır. Bu dağlıq zonanın tektonik davamı Andaman və Nikobar adalarına, oradan Sumatra,Yava adalarına uzanır və İndoneziya adalarının cənuba əyilmiş böyük qövsünü əmələ gətirir. Orta qol Hindiquşdan şərqə uazanan Kara-korum (Coqori 8611m),Kunlun, Altıntaq, Nanşan, Sinlin sıra dağlarını əmələ gətirir. Bu zonanın dağları arasında Saydam çökəyi yerləşir. Himalay və Kunlun dağları arasında dünyada ən yüksək yayla olan Tibet yaylası ucalır (Orta yüksəkliyi 4500m). Onun üzərindəki ayrı-ayrı silsilələr 6500-7000m yüksəyə qalxır. Pamir dağlarından şimal-şərqə enlik istiqamətində uzanan Tyan-Şan, Cunqar, Alatay, Tarbaqatay, Altay, Monqol Altayı, Sayan dağları böyük bir dağlıq sahə əmələ gətirir. Baykal gölündən şərqə isə cənub-qərb,şimal-şərq istiqamətində uzanan qədim dağlar silsiləsi yerləşir. Bu dağlıq zona qitənin şimal-şərq ucqarına qədər davam edir. Mərkəzi Asiyanı şimaldan əhatə edən Tyan-Şan-Sayan dağlıq zonasını əmələ gətirən silsilələrin əksəriyyəti, Zabaykalyenin dağları,kaledon və hertsin qırışıqlığı mərhələlərində,şimal-şərqi Asiya dağlarının əksəriyyəti isə mezozoy qırışıqlığı zamanı əmələ gəlmişdir. Bu dağların hamısı neogen-dördüncü dövrdə tektonik qalxmaya məruz qalmaqla, xeyli cavanlaşmış faylı-qayma dağlardır. Dağlıq zonada bir çox dağarası çökəklər vardır (Cunqariya, Monqolustanda böyük göllər çökəyi və s.). Dağlıq sahədən qərbdə geniş Turan ovalığı, Qazaxıstan qırışıq təpəliyi, şimalda Qərbi Sibir ovalığı, Orta Sibir yaylası, Verxoyan dağları və Cersk yayalası, cənubda isə Mərkəzi Asiyanın sabit platforması əsasına müvafiq gələn və neotektonik mərhələdə zəif qalxmış yaylaları yerləşir. Tyan-Şan və Kunlun dağları arasında Təkləməkan səhrası geniş sahəni tutur. Bundan şərqdə Beyşan yaylası, Alaşan, Ordos səhraları vardır. Mərkəzi Asiya yaylalarının geniş bir hissəsi Qobi adlanır. Qobi yaylası şərqdə Böyük Xinqan dağlarına qədər uzanmaqla, cənubda səhra, orta hissədə yarımsəhra, şimalda isə çöl landşaftına malikdir. Mərkəzi Asiya yaylalarının yüksəkliyi 800-1500 m arasında arasında dəyişir. Bəzi dağlıq səhralar daha yüksəkdir. Horst tipli İnşan və Alaşan dağları dik yamaclarla yayla üzərindən 1500-2000m ucalır. Eyni zamanda Mərkəzi Asiyada qurunun ən dərin çökəyi olan Turfan (154m) çökəyi yerləşir. Asiyanın şərqində relyefin əsas formalari əsasən şimaldan cənuba uzanan orta yüksəkliyi olan dağlardan, dağarası çökəklərdən və ovalıqlardan ibarətdir. Burada Böyük Xinqan, Kiçik Xinqan, Mancuriya-Koreya dağları, Yunnan, Quycjoy, Nanlin, cənub-şərqi Çin yaylaları, Qırmızı hövzə çökəkliyi, Böyük Çin və Mancuriya ovalıqları relyefin böyük formalarını təşkil edir. Mancuriyadan şimal-şərqdə Zeya və Sixote-Alin dağları, bunlarin arasında isə Amur-Ussuri ovalığı vardır. Şərqi Asiya dağları Yanşan (mezozoy) qırışıqlığı zamanı əmələ gəlmiş faylı-qırışıq dağlar olub ovalıq və dağarası çökəklərdən tektonik qırılmlar zonası ilə ayrılır. Kaynozoyda bu dağlar yenidən şaquli qalxma hərəkətlərinə məruz qalmış,ovalıq və dağarası çökəklər isə əyilməkdə davam etmişdir. Ovalıqlarda çayların dağlardan yuyub gətirdiyi yumşaq allüvi çöküntüləri toplanmışdır.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget