Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Küləklər

Havanın yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsinə külək deyilir Külək Yerdə təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır.


Havanın yüksək atmosfer təzyiqi sahəsindən alçaq atmosfer təzyiqi sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsinə külək deyilir Külək Yerdə təzyiqin qeyri-bərabər paylanması nəticəsində yaranır. Təzyiq fərqi nə qədər çox olsa, küləyin gücü və sürəti bir o qədər böyük olar. Külək – istiqaməti, sürəti və gücü ilə xarakterizə olunur. Küləyin sürəti anemometr ilə, küləyin istiqaməti və gücü isə flügerlə ölçülür. 
Küləyin istiqaməti dedikdə, onun üfüqün hansı istiqamətindən əsdiyi nəzərdə tutulur. Küləyin istiqamətini üfüqün əsas və aralıq cəhətləri və ya azimutla təyin edirlər. 
Küləyin sürəti havanın bir saniyədə üfüqi istiqamətdə metrlərlə qət etdiyi məsafəyə deyilir.
Küləyin sürəti m/san. ilə ölçülür. Sürətinə görə küləklər:
1. Şəlakət 0 bal (havanın küləksiz tam sakit vəziyyəti);
2. Zəif- 3 bal;
3. Güclü - 6 bal:
4. Fırtına - 9 bal;
5. Qasırğa - 12 bal. Ən güclü küləklər Antarktidada (84 m/san.) müşahidə olunur. 
Küləyin gücü dedikdə isə onun istiqamətinə perpendikulyar yerləşən 1 m2 sahəyə göstərdiyi təzyiq başa düşülür. Küləyin gücü onun sürəti ilə düz mütənasib olub, kq/m2 ilə və ya Bofort cədvəli üzrə 0-12 balla ölçülür. Sinoptik xəritələrdə küləyin istiqaməti oxla göslərilir və bu zaman oxun ucu əks tərəfə istiqamatləndirilir. Küləlin gücü isə bu oxun üzərində çəkilən qısa (1 ball) və uzun (2 ball) ştrixlərlə göstərilir.
Küləyin istiqamətini sürətini və gücünü əks etdirmək üçün «Külək gülün»dən istifadə edilir. «Külək gülünün» köməyi ilə istənilən ərazidəki hakim küləyi tapmaq olar. Hər hansı məntəqədə ayın (ilin) daha çox vaxt əsdiyi küləyə hakim külək deyilir. Hakim küləyin istiqaməti - Yerin öz oxu və Günəş ətrafında fırlanmasından, relyef və təzyiq fərqindən asılıdır. Davametmə müddətinə görə küləklər-daimi, mövsümü və sutkalıq olur. Əhatə etdiyi əraziyə görə küləklər- yerli, regional və planetar olur.

I. Yerli küləklər - yerli şəraitdə yaranaraq kiçik ərazini əhatə edir:

1. Briz- quru ilə suyun qeyri-bərabər qızması nəticəsində istiqamətini sutkada 2 dəfə dəyişən küləklərdir. Dəniz sahilində 40 km-ə qədər ərazilərdə yayılıb. Gündüz quru sudan tez qızdığından külək sudan quruya, gecə isə əksinə əsir.
2. Fyon -quru, isti, dağ-dərə küləyidir. Fyon dağın bir tərəfində yüksək, digər tərəfində isə alçaq təzyiq sahəsinin olması nəticəsində yaranır. Davamlılığı adətən bir sutkadır. Təsərrüfata güclü ziyan vurur.
3. Bora - qışda dağlardan sahilə doğru əsən soyuq və güclü küləkdir. Şimali Qafqaz üçün səciyyəvidir.
4. Tayfun - Şərqi və Cənub-Şərqi Asiyanın tropik qurşağında əsən güclü qasırğalardır. Tayfun nəticəsində yağan yağışlar güclü dağıntılara səbəb olur.
5.Tornado-Şimali Amerikada kəskin təzyiq fərqindən yaranan güclü dağıdıcı küləklərdir.
6. Qara yel - quraq ərazilərdə əsən zəif sürətli isti küləkdir. Kənd təsərrüfatı bitkilərini məhv edir.

II. Regional küləklər - geniş əraziləri əhatə edir.

1. Passat – tropiklərdən ekvatora doğru əsən daimi küləkdir. Passatların yaranmasına səbəb ekvator boyunca qalxan havanın yüksəklikdə rütubətini itirməsi və müvazinətini itirərək tropiklərə cəzb edilməsidir. Nəticədə tropiklərdə yüksək, ekvatorda isə alçaq təzyiq qurşağı yaranır. Yerin öz oxu ətrafında fırlanması nəticəsində passatlar qərbə meyl edirlər. Yəni şimal yarımkürəsində Şimal-Şərqdən, Cənub yarımkürəsində isə Cənub-Şərqdən əsir. Passatlar qalxdığı səthdən asılı olaraq rütubətli (okean üzərində) və ya quru (materik üzərində) ola bilər. Quru üzərində nəhəng səhraların yaranması bu küləklərlə əlaqədardır. Passatlar Afrika və Cənubi Amerikanın iqliminə daha çox təsir göstərir. X.Kolumb bu küləyin köməyi ilə Amerikaya gəlib.

2. Qərb küləkləri - mülayim enliklərdə istiqamətini dəyişməyən daimi küləklərdir. Tropiklərdən
mülayim enliklərə doğru əsir. Yerin fırlanması nəticəsində şərqə doğru meyl edir. Cənub yarım kürəsində səthin yekcins olmamasından Qərb küləkləri daha aydın nəzərə çarpır.
3. Şimal qütbündən 60° sm. enliyinə (mülayim) doğru əsən küləklər, Şimal- Şərq küləkləri,
Musson
Cənub qütbündən 600 enliyinə doğru əsən daimi küləyə isə Cənub- Şərq küləkləri deyilir.
4. Musson (ərəbcə mövsüm deməkdir) - quru ilə suyun qeyri-bərabər qızması nəticəsində yaranır. Yayda dənizdən quruya (bol rütubət gətirir), qışda qurudan dənizə əsir. Şərqi, Cənubi və Cənubi-Şərqi Asiya üçün səciyyəvidir. Yay mussonları dənizdən əsdiyində rütubətli, bol yağıntılı, qıs mussonları isə qurudan əsdiyindən quru və yağmursuz olur. Mussonlara subekvatorial, subtropik və mülayim iqlim qurşaqlarında rast gəlinir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget