Xakasiya - Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Hakasya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir.Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır. Ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir. Faydalı qazıntıları daş kömür, dəmir filizi və s-dir. Respublika kəskin kontinental iqlimə malikdir. Yanvar ayının temperaturu -20°C, iyul ayının temperaturu isə 16-18°C-dir. Yağıntıların miqdarı 400 mm-dir. Əsas çayları Yenisey və Abakandır. Xakasiyanın düzənlik çöllərində çöl, müşə-çöl bitkiləri və qara torpaqlar, dağ yamaclarında tayqa yayılmışdır. İqtisadiyyatı-Xakas Muxtar Bölgəsi sənaye baxımından kömür, dəmir, qızıl, mərmər və s. çox zəngindir. Bundan başqa, taxta-şalban müəssisə sənayesi inkişaf etmişdir. İqtisadiyyat əkinçilik və heyvandarlığa əsaslanır. Qoyun və keçi `yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Düzənlik sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır. Respublikanın iqtisadiyyatının əsasını elektroenergetika və dağ – mədən sənayesi təşkil edir. Ölkədə zəngin meşə örtüyü meşə və ağac emalı, meşə - kimya sənayesinin inkişafına təkan vermişdir. Yüngül və və yeyinti sənayesi var. Kənd təsərrüfatında buğda, kartof, tərəvəz bitkiləri əkilir. Heyvandarlıqda zərifyunlu qoyunçuluq, atçılıq, maldarlıq inkişaf etmişdir. Xakasiya Respublikasında avtomobil, dəmiryolu, çay nəqliyyatı inkişaf etmişdir. Dil-Xakas dilin uyğur dilinə yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.
Xakasiya Republikası

Yorum Gönder