RF ərazisinin 20%-i və ya 3,7 mln km2-də türk qurumları yerləşir. Bu qurumlar coğrafi yerləşməsinə görə 3 regiona ayrılır: Şimali Qafqazda (Qaraçay-Çərkəz, Kabarda-Balkanstan); Orta Volqaboyu-Uralda (Tatarıstan, Başqırdıstan, Çuvaş);Sibirdə (Tuva, Altay, Xakasiya, Saxa-Yakutiya respublikaları, Dolqan-Nen muxtar mahalı) muxtar respublikalar var. Şimali Qafqazda, Ukraynada, Moldovada yaşayan kumık, noqay, karaim, qaqauz və s. xalqların özünüidarə hüququ yoxdur.
Kabarda-Balkarıstan Respublikası relyefinə görə dağ, dağətəyi və düzənlik hissələrə ayrılır. Qafqazın ən yüksək qarlı-buzlu zirvələri (Elbrus) buradadır. Faydalı qazıntılardan qurğuşun, molibden, volfram, daş kömür, həmçinin tikinti materialları və mineral sular boldur. İqlimi mülayimdir. Yağıntılar düzənliklərdə 600 mm, dağlarda 1000 mm-ə qədərdir. Çaylan Terek, Çegem, Çerek, Baksandır. Əhalinin milli tərkibində kabardalar (400 min), balkarlar (85 min), ruslar və s. fərqlənir. Əhalinin 61%-i şəhərdə yaşayır. İri şəhərləri Nalçik, Proxladm, Maysk, Baksan, Tımıauz və s.-dir. Sənayenin əsas sahələri dağ-mədən, əlvan metallurgiya, maşınqayırma və metal emalı, kimya, yüngül, yeyinti, ağac emalı, kənd təsərrüfatının apancı sahələri taxılçılıq, südlük və südlük-ətlik maldarlıqdır. Nəqliyyatın əsas sahəsi avtomobil nəqliyyatıdır. Mineral bulaqlar və gözəl təbii şərait turizm üçün əlverişli imkanlar yaradır.
Qaraçay-Çərkəz Respublikası əsasən dağlıq relyefə malikdir. Faydalı qazıntılardan kömür, qurğuşun, sink, sürmə, mərmər və s. var. Düzənliklərdə yağıntılar 650 mm, dağlarda 1000 mm-ə qədərdir. Çayları Kuban və onun qollarıdır (Teberda, Böyük və Kiçik Zelençuk). Əhalinin millli tərkibində qaraçaylar (150 min), çərkəzlər (60 min), ruslar, abazinlər, noqaylar, osetinlər seçilir. Əhalinin yarısı şəhərdə yaşayır. İri şəhərləri Çerkessk, Zelençuk, Teberdadır. Sənayenin əsas sahələri neft-kimya, maşınqayırma (elektrotexnika), metal emalı, həmçinin yüngül və yeyinti, dağ-mədən sənayesidir. Bitkiçilikdə buğda, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, kartof, heyvandarlıqda maldarlıq və qoyunçuluq əsas rol oynayır. Teberda, Dombay beynəlxalq əhəmiyyətli turizm, kurort, istirahət yerləridir.

Yorum Gönder