Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Yerin Maqnit Qütləri

Üfüqün istiqamətlərini, yəni cəhətləri təyin etmək üçün kompasdan istifadə edilir. İlk kompas Çində hazırlanmışdır. Avropa ölkələrində kompasdan XVI-XVIII əsrlərdə istifadə edilməyə başlandı. O dövrdə insanlar kompasın əqrəbinin nə üçün şimal və cənubu göstərdiyini dərk edə bilmirdilər. Bunu qütb ulduzunun cazibəsi ilə əlaqələndirirdilər. Bu ehtimal XVII əsrə qədər davam etmişdir. Sonradan məlum oldu ki, Yer kürəsi maqnit maqnit xassəsinə malik olub, öz ətrafında maqnit sahəsi, yəni maqnit qüvvələrinin fəaliyyət göstərdiyi sahə əmələ gəlir. Təcrübə nəticəsində aydın olmuşdur ki, sərbəst vəziyyətdə qoyulan əqrəbin maqnitləşmiş ucları ani vaxtdan sonra şimala və cənuba yönəlmiş olur. Odur ki, hələ 1600-cü ildə alim Cilbert kompasın əqrəbinə qütb ulduzunun deyil, yerin maqnit sahəsinin təsiretdiyini göstərmişdi. Həm də kompasın Yerin coğrafi qütblərini deyil, yerin maqnit sahəsinin təsir etdiyini göstərmişdir.  Həm də kompasın əqrəbi yerin coğrafi qütblərini deyil, onlardan bir qədər şərqi və qərbi göstərdiyi müəyyən edilmişdi.
Bu mərkəzləri şərti olaraq yerin maqnit qütbləri adlandırmışdılar. Tədqiqat nəticəsində məlum olmuşdur ki, şimal maqnit qütbü Kanda arxipelaqında 74O şimal enliyində, 100O qərb uzunluğunda yerləşir. Cənub maqnit qütbü isə Antarktida sahilində Adeli torpağında, 68O cənub enliyində, 143O şərq uzunluğunda yerləşir. Mqanit qütblərini birləşdirən xətlərlə, coğrafi qütbləri birləşdirən xətlərlə (meridianlar) üst-üstə düşmür. Aralarında müəyyən bucaq əmələ gəlir. Bu bucaq maqnit meyl bucağı və ya inhiraf bucağı adlanır. Yerin maqnit qütbləri sabit olmayıb, yerlərini ildə yerlərini ildə 5-6 km Şərqə ya da qərbə dəyişir. Güman edilir ki, yerin nüvəsi və bərk örtük qatı müxtəlif sürətlə fırlandığı üçün, nüvə ilə yer qabığı arasında elektrik burulğanı əmələ gəlir. Bu hərəkətlər yerin maqnit sahəsinin dəyişməsinə səbəb olur. Bəzi alimlər bunun səbəbini yerin daxilində ayrı-ayrı sahələrdə tempraturun müxtəlif olması nəticəsində yaranan elektrik cərəyanının təsiri ilə əlaqələndirirlər. Yerin maqnit sahəsinin və onda baş verən dəyişiklikləri öyrənmək üçün Yer kürəsində 80-ə yaxın maqnit rəsədxanaları işləyir. İlk maqnit rəsədxanası Alman 
riyaziyyatçısı Qoasun səyi ilə yaradılıb. Yer maqnitizminin elementləri kompas, teodorit, elekrik maqnitometri, maqnit tərəzisi və s. cihazlarla ölçülür. Yer maqnitizmini öyrənməyin böyük əhəmiyyəti vardır. Yer qabığının təşkil edən süxurlardakı minerallar digər xüsusiyyətlərlə yanaşı maqnit hərisliyinə görə də fərqlənirər. Məs: Dəmirin maqnit hərisliyi maqneziumdan mlrd. Dəfə çoxdur. Maqnezium hərisliyi çox olan cisimlərə ferromaqnit cisimlər deyilir. Bura dəmir, nikel, kobal daxildir. Faydalı qazıntıların axtarışında və kəşviyyat işində kimyəvi elementlərin maqnit hərisliyini nəzərə alaraq, yeni faydalı qazıntı yataqları açmaq mümkündür. Bu məqsədlə ferromaqnitometr cihazından istifadə olunur. Ferromaqnit qrupu yerləşən sahədə cihaz adi maqnit sahəsinə nisbətən güclü hərisliyə malik olur. Belə sahələr mqanit anomaliyaları adlanır. Daha böyük sahə tutan sahələr isə geoanomaliya adlanır. Kursk, Qrivoyroq, Daşkəsən, Şərqi Sibir, Skandinaviya, Labrador geoanomaliya sayılır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget