Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Cənubi Amerikanın Təbii Zonaları

Cənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır: Rütubətli ekvatorial meşələr zonası Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası Savannalar zonası Çöl zonası Səhra və yarımsəhra zonası Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası.

Cənubi Amerikanın Təbii ZonalarıCənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır: Rütubətli ekvatorial meşələr zonası Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası Savannalar zonası Çöl zonası Səhra və yarımsəhra zonası Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası. Ekvatorial meşələr zonasına materikdə ekvator xəttinin hər iki tərəfində rast gəlinir. Rütubətli ekvatorial meşələr burada selvas adlanır. Selvas yer kürəsinin sahəcə ən böyük meşə massividir. Qırmızı-sarı ferralit torpaqlarda yaranan, keçilməz həmişəyaşıl rütubətli meşələr dünyanın digər guşələrindəki ekvatorialmeşələrdən bir qədər fərqlənir. Bu meşələr daha rütubətli və üzvi aləmlə çox zəngindir. Hündürlüyü 80 metrə çatan seyba ağacı, müxtəlif palmalar, heveya, kinə ağacı, kakao ağacı, müxtəlif növ lianalar selvasın xarakterik bitkiləridir. Amazon meşələrini hətta lianalar ölkəsi də adlandırırlar. Ekvatorial meşələrə xas olan heyvanlardan yaquarı, pumanı, tapiri, zirehdaşıyanı, qarışqayeyəni, nəhəng su ilanı anakondanı, ərincək və ilməquyruq meymunlarını misal göstərmək olar. Cənubi Amerikanı həmçinin quşlar materiki də adlandırmaq olar. Buna səbəb materikin müxtəlif növ quşlarla zəngin olmasıdır. Burada çoxsaylı tutuquşular, kolibri quşu,qartallar, kəpənəklər, böcək və digər həşaratlar vardır. Savanna zonası subekvatorial qurşaqda ekvatordan şimalda və cənubda geniş sahə tutur. Ekvatordan şimalda savannaları – Lyanos, cənubda isə kampos adlandırırlar. Lyanos ispan dilində düzənlik deməkdir, kampos isə portuqal dilində düzənlik deməkdir. Şimal hissəsindəki savannalarda ağaclar çoxdur. Burada hündürboylu otlar arasında palma və akasiyalar bitir. Cənub hissəsindəki savannalarda isə ağac bitkiləri azdır. Mərkəzi hissələrdə uzun müddət isti və quraq iqlim şəraitində tikanlı alçaqboylu ağaclar, kaktuslar bitir. Onların içərisində qabığından aşı maddəsi kimi istifadə edilən Kebraço ağacı daha məşhurdur. Savannaların heyvanat aləmi isə bir qədər kasıbdır. Çöldonuzu-pekar, kiçik maral, quşlardan isə nandu dəvəquşu və s. burada yaşayır. Səhra və yarımsəhralar zonası Sakit okean sahili boyu, And dağlarının ətəklərində ensiz zolaq şəklində səhra zonası uzanır. Səhra iqlimi yüksək enliliklərdən gələn soyuq hava kütlələrinin və soyuq Peru cərəyanının təsiri ilə yaranır. Dünyanın ən quraq yerlərindən biri olan atakama səhrası burada yerləşir. Cənubda, And dağlarının şərq hissəsində Pataqoniya yaylasında da yarımsəhra zonasına rast gəlinir. Burada yağıntıların azlığından və az məhsuldar boz, boz qonur torpaqların yayıldığı ərazilərdə ot bitkiləri və tikanlı kollar bitir.Çöl zonası ağac bitkiləri olmayan geniş bir sahəni tutur. Burada çöllər pampa adlanır. Pampa– ispan dilində ağac olmayan yer deməkdir. Rütubətli subtropik iqlim şəraitində məhsuldarqırmızı-sarı ferralit torpaqlarda ağ ot, yabanı darı və s. kimi bitkilər bitir. Cənuda doğru quraqlığın artması otlarında bərk və quraqlığa davamlı olmasına səbəb olur. Çöllərə xarakterik heyvanlardan pampa maralını, pampa pişiyini, nandu dəvəquşunu və s. bura aid etmək olar. Sululuğna görə də planetimizin ən bol sulu materiki Cənubi Amerika materikidir. Buradakı çayların su sərfi dünya çaylarının orta su sərfindən iki dəfə çoxdur. Relyef və yağıntıların paylanması materikdə çay şəbəkəsinin sıxlığına, çayların qidalanmasına, çayların rejiminə və sululuğuna böyük təsir göstərir. And dağları materikin iqlim ayırıcısı olmaqla bərabər həmdə suayırıcısı sayılır. Sakit okean hövzəsinə aid olan çayları çox qısa olmaları ilə fərqlənir. Şimal və cənub hissədə daha çox olan bu çaylar gursulu və astanalıdırlar. Gəmiçilik üçün əlverişli olmasa da bu çayların böyük hidroenerji ehtiyatı vardır. Atlantik okeanı hövzəsi çayları isə materikin ərazisinin çox böyük hissəsini tutur. Şərq hissəsində geniş düzənliklərin yerləşməsi və bu əraziyə bol yağıntıların düşməsi iri çay sistemlərinin, Amazon, Orinoko, Parana və s. yaranmasına şərait yaratmışdır. Amazon dünyanın ən böyük çay sistemidir. And dağlarının mərkəzindən başlayan bu çaya 500-dən artıq çay birləşir. Amazon çayı uzunluğuna görə Nil çayından geri qalsa da, sululuğuna görə dünyada birinci yerdədir. Bununla belə əgər Amazon çayının başlanğıcını Ukayali qolundan hesab edilərsə onda o dünyanın ən uzun çayı da hesab oluna bilər. Amazon çayının çoxlu bol sulu qolları vardır. Onların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Orta axarda Amazon çayının eni 5 km-ə, aşağı axarda isə 80 km-ə çatır. Çayın dərinliyi aşağı axarda 90 metrdir. Amazon çayının deltası yoxdur, səbəbi çayın okeana töküldüyü hissədən okean cərəyanının keçməsi və qabarma və çəkilmədir. Orinoko və Parananın rejimində mövsümilik hiss olunur. Parananın hövzəsində bataqlıqlar çoxdur. Anhel və İquasu şəlalələri bu materikdədir.Orinokonun qolu Çurun çayı üzərində 1054 metr hündürlüyündən tökülür. Materikdə elədə böyük göllər yoxdur, ancaq müxtəlif mənşəli kiçik göllərin sayı çoxdur.
Titikaka ən hündürdə yerləşən dağ gölüdür. Bu göl dəniz səviyyəsindən 3812 metr yüksəklikdə yerləşir. Dərinliyi 304 metrdir. Suyun temperaturu burada +11, +12 dərəcədən artıq olmur. Şimal hissəsində laqun mənşəli duzlu Marakaybo gölü yerləşir. Göl tektonik çökəklikdə yerləşmişdir. Karib dənizi ilə ensiz axarla birləşir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget