Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Talış dağları

Talış dağları - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşir.Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağlarıKiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir.


Talış dağları - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşir.Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağlarıKiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. Talış dağları cənub-şərqdə Elburs, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və b. çayları öz başlanğıclarını Talış dağlarından

götürürlər.Talış dağları Azərbaycanla İran sərhədi boyu uzanır. Bu sıra dağların ətrafında yaşayan əhali uzunömürlü olması ilə daim seçilib. Bu da təsadüfi deyil, çünki buranın havası və oksigeni dəmirağacından qaynaqlanır. Yeri gəlmişkən, dəmirağac yalnız Azərbaycanda və İranda Talış dağları boyunca bitir. Ağacın hündürlüyü, adətən 20-25 metrə çatır. Masallıda "İslam bulağı"nda yaşı 100-ü haqlamış möhkəm oduncaqlı ağacın içini ovub daxilinə birbaşa bulaqdan su çəkiblər. Qeyri-adi görünən bu bulaq adamı heyran edir. Dəmirağac sənaye məqsədləri üçün də geniş istifadə olunur. Oduncağı çox möhkəm olduğuna görə telefon və elektrik dirəklərinin tikilməsində, körpülərin salınmasında, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur.
Yazda qırmızı və bənövşəyi rənglərə boyanan dəmirağacın yarpaqları Talış dağlarına əlvan mənzərə bəxş edir. İnsanda elə təsəvvür yaranır ki, sanki meşə qırmızı don geyinib.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget