“İEOÖ” anlayışı yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün dünya ölkələrinin 4/5-nü birləşdirir.İEOÖ-lər üçün əlamətlər bunlardır: Bütün bu ölkələr dünənə qədər müstəmləkə və qərbdən asılı idilər; Bu ölkələrin iqtisadi sistemi son dərəcə qeyri-sabitdir; Onlar inkişaf etmiş ölkələrin iqtisadiyyatından əhəmiyyətli şəkildə asılıdırlar. Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı qruplara bölmək olar: Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji resurslarının eksportçuları): Bruney, İraq, İran, Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı. Xalis enerji resursları eksportçuları,lakin daima mənfi tədiyyə balansı ilə: Əlcəzair, Venesuela, Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və başqaları aiddir. Yeni sənaye ölkələri (YSÖ) Cənub-Şərqi Asiya ölkələri: Cənubi Koreya, Honkqonq, Sinqapur, Tayvan, Malaziya, Tailand, İndoneziya, həmçinin Argentina, Braziliya. Dördüncü dünya adlandırılan ölkələr: Bu iqtisadi cəhətdən ən geridə qalan, sosial vəziyyəti pis olan dövlətlərdir (60-a yaxın ölkədən ibarətdir). Onlara Afrika ölkələrinin əksəriyyəti, Asiyanın bəzi ölkələri (Banqladeş, Şri-Lanka, Nepal, Yəmən), Amerika qitəsi ölkələrindən Haiti, Honduras, Nikaraqua, Santo-Dominqo və başqaları aiddir. İnkişaf etməkdə olan ölkələrin sənayecə inkişaf etmiş ölkələrə uzun müddətli “bağlılığı”, onların dünya təsərrüfatı həyatında iştirakına son dərəcə ziddiyət təşkil edir.Bu ayrı-ayrı inkişaf etməkdə olan ölkələrin qeyri-bərabər iqtisadi inkişafı ilə əlaqədardır.Qeyd olunmuş qeyri-bərabərlik, onların beynəlxalq iqtisadi əlaqələrdə iştirakının xarakterinə görə müxtəlif qruplara ayırır. İnkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr arasındakı iqtisadi potensialda böyük fərqlər bu günün reallıqlarıdır.Lakin, inkişaf etməkdə olan ölkələrin rolunu artırmadan dünya təsərrüfatında kəskin problemlər və ziddiyətlər nəinki azalar,əksinə daha da artar.Digər tərəfdən,sənayecə inkişaf etmiş ölkələr mübahisə olunmaz istehsal,elmi-texniki təchizat səviyyəsi üzrə iqtisadi üstünlüyə malikdir. 90-cı illərdə ümumdünya məhsulunun 17%-ə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşür.Bu ölkələrdə sənaye istehsalının ən sabit artım tempi müşahidə olunmuşdur (Çindən sonra). Ümumilikdə,onlar inkişaf etmiş ölkələrdən daha tez inkişaf etmişlər.Bütün inkişaf etməkdə olan ölkələrdə orta artım tempi 6%-ə kimi yüksəlmişdir. Dünya təsərrüfatının ən dinamik hissəsi Cənub-Şərqi Asiya rayonudur.Məhz bu rayonda Yaponiyanın “iqtisadi möcüzəsindən” sonra “Asiya pələnglərinin möcüzəsi” meydana çıxdı,onların arasında Cənubi Koreya, Tayvan, Sinqapur, Honkqonq aparıcı yerləri tuturlar.Bu möcüzənin əsasında ümummilli məhsulun yüksək sabit artımı (son 20 ildə,orta hesabla 8%)və dünya bazarında bu ölkələrin məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsi durur. Cənubi Koreyada 1985-1990 illərdə ümumdaxili məhsulun orta illik artım tempi 9.5% təşkil edib. Ümummilli məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya, əgər 1970-ci ildə dünya iyearxiyasının altıncı onluğunda yer tuturdusa,1985-ci ildə artıq ikinci onluğa keçdi.Ölkənin iqtisadi inkişafının əsas,başlıca faktoru avtomobil sənayesinin sürətləndirilmiş inkişafı, yarımkeçiricilərin, məişət elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir. Sürətli iqtisadi inkişafın digər səbəbi Cənubi Koreyanın xarici iqtisadi əlaqələri ilə bağlıdır. Müasir dövrdə, Cənubi Koreya iqtisadiyyatının “simasını” müəyyən edən maddi istehsalın bütün sahələri dəqiq aydın eksportlu orentasiya xarakterinə malikdir.Büdcə daxilolmalarının əsas hissəsi xarici ticarətdən gələn gəlirlərin hesabına düşür. Cənubi Koreya məhsulları Avropanın, ABŞ-nın ən güclü və rəqabət qabiliyyətli firmaları ilə rəqabətə girərək ABŞ və Avropa bazarlarına nüfuz etmişlər. Daewoo, Elektroniks, Samsung, LG kimi firmalar dünyada məşhurdur. Tayvan iqtisadiyyatının uğurunu təmin edən yeganə vasitə - xarici iqtisadi əlaqələrdəki akseptliyidir (xüsusilə nəzərə çarpdırılmasıdır). Ölkə heç bir maddi resurslara malik deyil və hamısını import edir. Müasir dövrdə ölkənin ümummilli məhsulunun 5%-dən çoxu eksporta gedir. Tayvan iqtisadiyyatının ən əhəmiyyətli faktoru ölkə rəhbərliyinin səmərəli iqtisadi siyasəti hesab olunur.Malaziya iqtisadiyyatının əsas uğurlarını emal sənayesinin sahələri müəyyən edir (televizorların yığılması, video texnika, kompüter və s.). Ölkə üçün xarici iqtisadi əlaqələrin əhəmiyyəti yüksəkdir. Ümummilli məhsulun eksportda payı 1982-ci ildə 28%-dən 1997-ci ildə 44%-ə qalxmış, 2000-ci ildə isə 50%-ə yaxınlaşmışdır. YSÖ arasında-Sinqapur, bu kiçik ada ölkəsi xüsusi yer tutur.Sahəsi cəmi 640km2 ,əhalisi isə 3.1mln. nəfər olan bu Cənub-Şərqi Asiya ölkəsinin eksport kvotası əlahiddə yüsəkdir-ÜMM-da təxminən 56% təşkil edir. Ölkə iri maliyyə mərkəzidir. Dünyanın bütün Trans Milli Bankları öz filiallarını burada açmışlar. Sinqapurun güclü daxili kapital yığımını maliyyə vasitəçiliyindən, tranzitdən, turizmdən gələn yüksək gəlirlər təmin edir. Sinqapur Mərkəzi Bankı 65 mlrd.dollar qızıl valyuta ehtiyatlarına malikdir. YSÖ-nə həmçinin Filippin,Tailand və İndoneziyanın bir hissəsi,Braziliya və Argentina aid edilir. Bu ölkələrin iqtisadi uğurları müxtəlifdir. Lakin onları başlıca olaraq aşağıdakılar birləşdirir: onlar əhəmiyyətli iqtisadi inkişaf prosesinə qoşulmaqla əsrlər boyu olan sosial-iqtisadi gerilikdən yaxa qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nin nəaliyyətləri- Qərbi Avropa və digər inkişaf etmiş ölkələrə, o cümlədən ABŞ-a meydan oxumaqdadır. Son illər ərzində Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi çəkisi 1.3%-dən 4.5%-əqədər artmışdır. Bu faktın özü isə dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir.
İnkişaf etməkdə olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ)

Yorum Gönder