Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycandanın ən məşhur şəlalələr

Azərbaycandakı ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvəliçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə ölkəmizin təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin

Dünyada məşhur şəlalər çoxdur: Anhel, Niaqara, Viktoryiya və s…Təbiət Azərbaycana da bu cür gözəlliklər bəxş edib. Unikal coğrafi əraziyə malik respublikamızın dağlıq bölgələrində bir-birinin təkarı olmayan şəlalələr mövcuddur.Azərbaycandakı ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvəliçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə ölkəmizin təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir.Qusarın dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir ki, təbiətin bu füsunkar gözəllyi turistləri və qafqazın yabanı təbiətinin həvəskarlarını buraya cəlb edir. Ümumiyyətlə Qusar rayonu ərazisindəki şəlalələr son illərdə qış fəslində buzlu dağlara dırmanmağı xoşlayan idmançıların yarış yerinə çevrilib. Qusarın Laza kəndindən Qubanın Xınalıq kəndinə olan məsafə boyunca qayalıqlardan müxtəlif ölçülü (hündurluyu 150 m-ə qədər) şəlalələr axır. Yardımlı rayonunun Peştəsər və Ostayır kəndinindəki göz oxşayan şəlalələr də təkcə yerli sakinlərin deyil, qonaqların və turistlərin diqqətindən yayınmır. Bu rayonnun ərazisindəki Təkdam şəlaləsinin yerləşdiyi zona bölgəyə istirahətə gələnlərin daha çox üz tutduğu məkandır. Ölduqca gözəl təbiətə malik İsmayıllı rayonu ərazisində şəlalər çoxdur. Hündürlüğü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündurükdən axan İstisu və Mədrəsə şəlalələrini misal göstərmək olar. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaradıb. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub minarə forması almış fiqurdur. Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar. Kilsəçayın Katexçaya qarışdığı yerdə, suları 20 metr hündürlükdən qulaqbatırıcı gurultu ilə dar qayalıq dərəyə tökülən, çox əzəmətli, gözəl və kifayət qədər güclü şəlalə yaranıb. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlaləsi deyilir. Ümumiyyətlə Zaqatala Dövlət Qoruğunun ərazisində 10 yaxın şəlalə var. Azərbaycanın İsveçrəsi adlandırılan, dağ çayları, vadilər, qalın meşələr, qaynar çeşmələr, sərt qayalıqlara malik Oğuz rayonunda da çoxlu şəlalələr var. Rayondakı ən hündür şəlalə 22 metrlik hündürlükdən axır. Oğuz-Qəbələ yolunun kənarında yerləşən «Yeddi Gözəl» şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir. Qax rayonundakı İlisu şəlaləsi isə tamam başaq bir aləmdir. Ona çatmaq üçün ən azı 40 dəqiqəlik yolu piyada qət etməlisən. Şəlalənin hündürlüyü təxminən 25 metrdir. Böyük Qafqazın ən əzəmətli dağlarından biri-Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Çünki qış mövsümündə bu şəlalalər donaraq nəhəng şaquli buz parçalarına çevrilir. Dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən belə donmuş şəlalələrdən qışda idmanın buza dırmanma növünü həyata keçirmək üçün istifadə olunur. Alpinistlər və dağ turistləri nəhəng buz sütunlarına çıxmaq, dağların sərt təbiəti ilə təmasda olmaq üçün buraya gəlirlər. Cənubi Qafqaz ölkələri arasına buz dırmaşmaları yarışları hələ ki, təkcə Azərbaycanda keçirilir. Bu, bizim ölkədə idmanın yeganə qış növüdür. Martın əvvəlində yaz günəşinin şüaları altında buz kaskadları əriyərək yenidən suya dönür. Qeyd edək ki, Rusiyada, Mərkəzi Avropa və Şimali Amerika ölkələrində də buz dırmaşmaları idman növü çox məşhurdur. Hətta hər il idmanın bu növü üzrə Dünya kuboku yarışları, hər iki ildən bir isə Dünya çempionatı keçirilir. 
 Mənbə:.modern.az

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget