Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Türkmənistan Respublikası

Türkmənistan  Asiya qitəsində yerləşən dövlətdir. Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir.
Relyefinə görə ovalıq və dağlıq hissələrdən ibarətdir. Kopetdağ silsiləsi seysmik cəhətdən fəaldır. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovalığında okean səviyyəsindən 100-200 metr hündürlükdədir. Zəngin təbii qaz və neft ehtiyatına görə ölkə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Ölkə ərazisində 144 neft və qaz yatağı aşkar edilmişdir. Onlardan yalnız 40 yataq istismar olunur (Xəzərətrafı, Buxara-Xivə, Mraı, Lebap və s.). Yeraltı sərvətlərdən kükürd, kalium və daşduz, bentonit gili, mirabilit,alunit vardır.
Ölkənin iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 günü buludsuz keçir. Respublika ərazisində illik və sutkalıq temperature amplitudu çoz böyükdür. Yağıntıların orta illik miqdarı 50-200 mm arasındadır. Mümkün buxarlanma 1500 mm-dən artıqdır. Əkinçilik əsasən suvarma, dağlarda isə qismən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonları Amudərya, Murqab və Təcənçaylarının suları ilə təchiz olunur.
Türkmənistanda ən böyük göl Sarıqamışdır. Bu göldən yüksək keyfiyyətli xörək duzu yığılır. Suvarma tarixən Türkmənistan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Amudəryadan çəkilən Qaraqum kanalı minlərlə hektar torpağın canlanmasında mühüm rol oynayır. Türkmənistan ərazisi yeraltı sularla zəngindir. Yeraltı suların səthə yaxın ərazilərində vahələr mövcuddur. Münbit torpağı,tuğay meşələri, zəngin bitki örtüyü vahələrə özünəməxsus gözəllik verir. Ölkə ərazisinin 375 min km2 –i səhra və yarımsəhralardır. Boz qumsallıqda hamar səthli takırlar çox yeknəsək təsir bağışlayır. 
Türkmənistan ərazisində bitən saksaul kolu əhalinin istifadə etdiyi ən mühüm bitkidir.
Əhalisi-Türkmənistan etnosunun mənşəyi qədim sak-massaget və sarmat-alan qəbilələri ilə bağlı olub. Etnosun formalaşmasında oğuzlar yaxından iştirak etmişlər.
Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir (55%). Əhali əsasən, Qaraqum kanalı zonasında, Murqab və Təcən çaylarının deltasında,Kopetdağın ətəyində cəmləşmişdir. Aşqabad şəhəri Türkmənistan Respublikasının paytaxtı, mühüm elm, sənaye və mədəniyyət mərkəzidir. Başqa əsas şəhərləri Cərco, Daşoğuz, Marı, Nebitdağ, Türkmənbaşıdır.
Türkmənistan BMT, İKT (İslam Konfransı Təşkilatı), MDB, İqtisadi Əməkdaşlıq Şurası və s. təşkilatların üzvüdür.
İqtisadiyyatı-Türkmənistanın təsərrüfatının əsas gəlirli sahəsi neft və qaz kompleksinin inkişafıdır. Neft və qazçıxarma respublikanın ixtisaslaşmış sahəsidir. Ölkənin gəlirinin 60%-i bu sahələrin payına düşür. Neft borularla emal üçün Türkmənbaşı  Cərco şəhərlərinə nəql edilir. Neftin bir hissəsiXəzər dənizi ilə Azərbaycana və başqa ölkələrə aparılır. Türkmənistan təbii qaz ehtiyatına görə dünyada 4-cü yerdə durur. Xüsusilə, Açaq, Marı və Xəzərsahili yataqlar daha məhsuldardır. İldə 32 milyard m3 qaz hasil olunur və bu qazın böyük hissəsi qonşu ölkələrə, o cümlədənAzərbaycana, Gürcüstana, Ukraynaya, Rusiya Federasiyasına göndərilir.
Türkmənistanda təbii qazı ixrac etmək üçün hələlik yalnız bir boru kəməri (Rusiyaya) mövcuddur. Lakin İran və Türkiyədən keçməklə Avropaya,Əfqanıstandan keçməklə Pakistan və Hindistana qaz ötürmək üçün boru kəməri marşrutları üzərində işlər gedir.
Ölkədə maşınqayırma sənayesi neft-qaz və kənd təsərrüfatına xidmət sahələrindən ibarətdir. Kimya sənayesi üçün kifayət qədər yerli xammal vardır. Kükürd, kalium duzları, yod əsasında Nebitdağda, Bekdaşda, Çələkəndə, Cərcoda, Marıda kimya zavodları fəaliyyət göstərir. Bir çox xarici şirkətlər Türkmənistanda kimya zavodları müəssisələri yaratmaq marağındadır.
Türkmənistanda elektrik enerjisinə olan tələbat iri şəhərlərə yaxın tikilmiş İES-lər və İrandan alınan enerji hesabına təmin olunur.
Kənd təsərrüfatı-Türkmənistanda əkinçilik üçün yararlı torpaqların yarısından pambıqçılıqda istifadə olunur. Qaraqumun Murqab və Təcən deltalarında, Amudəryaboyunca uzanan sahələrdə pambıq əkinləri daha çoxdur.Respublikada yığılan pambığın 25%-i zərifliflidir. Gələcəkdə pambıq istehsalını 3 milyon tona çatdırmaq nəzərdə tutulur. Suvarılan torpaqlardanbağçılıqda, üzümçülükdə və taxılçılıqda istifadə olunur. Çəltik Amudəryanın aşağı axarlarında becərilir. Vahələrdə əhali baramaçılıqla məşğul olur. Bostan bitkiləri xüsusilə geniş yayılmışdır. Son illər şəkər çuğunduru əkinləri geniş vüsət almışdır.
Kənd təsərrüfatının ikinci sahəsi heyvandarlıqdır. Şərqi Qaraqumda qaragül qoyunları, Qərbi Qaraqumda zərifyunlu qoyunlar və birhürgüclü dəvələr saxlanılır. Pambıqtəmizləmə (Türkmənqala), pambıqparça, ipək (Aşqabad, Türkmənabad və Marıda), qaragül dərisinin aşılanması və s. fabrikləri fəaliyyət göstərir. Lakin yüngül sənayedə aparıcı sahə xalçaçılıqdır.Ərazinin tranzit mövqeyi nəqliyyatın inkişafı üçün geniş imkanlar açır. Türkmənistan cənub istiqamətdə nəqliyyat şəbəkəsini yaratmaq mövqeyi tutmuşdur. Təcən şəhərindən Məchəd şəhərinə çəkilən avtomobil yolu Mərkəzi Asiyanın digər respublikaları (xüsusən Qazaxıstan vəÖzbəkistan) üçün mühüm əhəmiyyətə malikdir. Bakı ilə Türkmənbaşı şəhərləri arasında Xəzər dənizində gəmi-bərə işləyir.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget