Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Şimali Kipr Türk Respublikası və ya Şimali Kipr

1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti  adını daşımışdır.1983-cüildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumu. 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.Adanın üçdə bir hissəsinə nəzarət edir. Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTR-i rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTR ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Şimali Kipr Türk Respublikasıİslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.
Əvvəllər Pakistan və Banqladeş ŞKTR-i müstəqil dövlət kimi tanımış, sonradan bundan imtina
etmişlər.Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir.
Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də vardır.
ŞKTR-in paytaxtı rəsmən Kipr Respublikası kimi Nikosiya hesab edilir. Ancaq faktiki paytaxtı Lefkoşadır (türk. Lefkoşa, yunan. Λευκωσία). Şimalda Dipkarpaz, qərbdəGözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – "Yaşıl xətt" ing. Green Linevardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.







Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget