Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "yersunasliq"

,
Hər dəfə yaz və payız gəlməyinə bir necə gün qalmış bir çoxlarımız Gecə və Gündüzün bərabərləşəcəyini eşidirik. Amma bunun necə və üçün baş verdiyini çoxlarımız bilmirik. Ümüd edirəm ki  bu yazıda gecə-gündüzün bərabərliyinə qisməndə olsa aydınlıq gətirəcəm...

Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) - gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır - yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi.

  • 23 sentyabrda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən cənub yarımkürəsinə dik düşməyə başlayır. Bu tarixdən etibarən cənub yarımkürəsində gündüzlər, gecələrdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarix cənub yarımkürəsində yazın, şimal yarımkürəsində payız başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində da görülür. Dünyada gecə və gündüz bir-birinə bərabər olur. Bu tarix Şimal qütb nöqtəsində altı aylıq gecənin, Cənub qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.
  • 21 martda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən şimal yarımkürəsinə dik düşməyə başlayır. Cənub yarımkürəsində isə gecələr gündüzlərdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarixdə cənub yarımkürəsində payızın, şimal yarımkürəsində isə yazın başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində də görülür. Dünyada gecə və gündüz müddətləri bir-birinə bərabər olur. Bu tarix Cənub qütb nöqtəsində altı aylıq gecənin, Şimal qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.


Coğrafi zonallıq qanunu
Coğrafi zonallıq qanunu
Cografi təbəqənin qurulusu və onun komponentləri üçün maddə və enerji dövranı, ritmlik, mütərəqqi dəyisikliklər  xarakterdir. Bütün bunlar ərazi üzrə dəyisməyə məruz qalır, daha dogrusu, müxtəlif dərəcəli mürəkkəb landsaftların yaranmasına səbəb olan təbii ərazi differensiasiyası ilə nəticələnir. Cografi differensiasiya anlayısı bütövlükdə cografi təbəqə və hər hansı landsaft və onun hissələrini əhatə etməklə ayrı-ayrı komponentlərdən və komplekslərdən təskilolunmaqla, həm də bütövdür.
Cografi təbəqə daxilində ərazi differensiasiyasının yaranmasının əsas səbəbionun ayrı-ayrı hissələrində inkisaf səraitinin rəng bərəngliyidir.İnkisafın qeyri bərabərliyi, cografi təbəqədə fiziki-cografi differensiyasiyanın iki növünü-regionalvəl okal ayrılmaga imkan verir. Regional differensiasiya cografi prosesləri sərtləndirən iki əsas enerji mənbəyindən və onların münasibtindən asılıdır:
1.Günəsin süa enerjisi.
2.Yerin daxili enerjisi. 
Hər iki amil məkan vəzaman etibar ilə özünü qeyribərabər göstərir ki, bunun nətic_sində cografi təbəqənin landsaft sferasında iki böyük (ümumi) differensiasiya qanunauygunlugu- zonallıq və azonallıq yaranır. Enlik zonallıgı dedikdə bütün cografi proseslərin və təbii komplekslərin ekvatordan qütblərə dogru dəyisməsi basa düsülür. V.V.Dokuçayev xüsusi təbii qanun kimi cografi enlik zonallıgı qanununu əsaslandırdıqdan sonra, landsaft zonaları haqqında təlim bütün tədqiqatçılar tərəfindən qəbul edildi və bu cografiya elmi nəzəriyyəsinə daxil oldu. Zonallıgın yaranmasının əsas və ilkin səbəbləri asagıdakılardan ibarətdir:

a)Yerin kürə səklində olması, daha dogrusu, Yerin forması və böyüklüyü ilə əlaqədar olaraq, günəs radiasiyasının enliklər üzrə qeyri-bərabər paylanması və günəs süalarının yer səthinə müxtəlif bucaqlar altında düsməsidir:
b)yer oxunun orbit müstəvisinə mailli (66,5O) olması ilə əlaqədar günəsradiasiyasının onun səthinə fəsillər üzrə qeyri-bərabər daxil olması. Bu istiliyin və rütubətin zonal paylanmasını mürəkkəbləsdirir və təbii zonallıgın təzadlıgını artırır.

c) Yerin öz oxu ətrafında fırlanması (sutkalıq hərəkəti) cisimlərin hadisələrin o cümlədən hava kütlələri hərəkətinin şimal yarımkürədə sağa cənubda sola meyl etməsinə səbəb olur ki bu da öz növbəsində zonallıq sxemində əlaqə mürəkkəbliklərinin yaranması ilə nəticələnir.

Göstərilən amillərin təhlilindən aydın olur ki yer səthində bütün fiziki kimyəvi və bioloji proseslərin yeganə mənbəyi günəş enerjisidir. Elə ona görə də bütün bu proseslər və onların yayılması sözsüz zonal xarakterə malik olmalıdır. Lakin coğrafi zonallıq çox mürəkkəb mexanizm olduğundan o müxtəlif şəraitlərdə müxtəlif komponentlərdə proseslərdə və coğrafi təbəqənin müxtəlif sahələrində özünü eyni şəkildə deyil müxtəlif formalarda aparır.
A.A Qriqoryen zonallıq və qurşaq anlayışlarını fərqləndirməyi və bununla əlaqədar olaraq radiasiya və istilik qurşaqları ayırmağı təklif edir. Radiasiya qurşaqları coğrafi təbəqəyə daxil olan və alçaq enliklərdən yüksək enliklərə doğru qanunauyğun şəkildə azalan günəş radiasiyasının miqdarı ilə ölçülür. Radiasiyanın daxil olmasına yerin forması təsir etdiyi halda yer səthinin xarakteri ona təsir göstərə bilmir. Elə ona görə də radiasiya qurşaqlarının sərhədləri paralellərə müvafiq gəlir.İstili qurşaqlarının əmələ gəlməsinə isə günəş radiasiyası ilə yanaşı atmosferin xüsusiyyətləri (udma əks etdirmə şüa enerjisinin dağılması) Yer səthinin albedosu istiliyin dəniz və hava axınları ilə aparılması böyük təsir göstərir və nəticədə istilik qurşaqlarının sərhədləri paralellərə uyğun gəlmir. Coğrafi zonallrın əmələ gəlməsi isə əsasən istiliyin və rütubətin münasibətilə bağlıdır. Bu münasibətin özü radiasiyanın miqdarından enliklərlə əlaqədar olan təbii amillərin xarakterindən (aduektiv istiliyin miqdarından yağıntı şəkildə olan rütubətin və axının miqdarından) asılıdır. Elə ona görə də zonallar hər yerdə fasiləsiz bütöv zolaq yaratmır vəonların sərhəsləri ümumi radiasiya qanunları ilə müqayisədə paralellərə müvafiq uzanmır. Q.D Rixter yazır ki enlik zonalları əvəzinə üfiqi zonallıq terminini işlətmək daha yaxşıdır çünki bu termini ilk dəfə 1898-cil ildə Dokuçayev tətbiq etmişdir. Rixterin bu təklifilə bir sıra coğraflar o cümlədən Quozdetski razılaşır və göstərir ki üfiqi zonallıq anlayışı enlik zonallığından daha geniş və dərin mənalıdır.Üfiqi zonallığa enlik zonallığından əlavə digər növ zonallıqlar dağ arası çökəkliklərdə müşahidə edilən konsentirik zonallar dağətəyi düzənliklərdə yayılmış humid və arid landşaft zonalları da daxildir. Məsələn ön qafqazda dağlar enliyə yaxın istiqamətdə uzandığından burada humid dağətəyi zonallıq enlik zonallığına tamamilə uyğun gəlir və ya kür-Araz ovalığı daxilində yarımsəhra komplekslərin dağlara doğru yaxınlaşdıqca konsentrik şəkildə quru çöl landşaftları ilə əvəz olunur. Belə hallarda bir landşaft tipi və yarımtipindən başqasına keçdikcə bəzən tam horizontal səth deyil hətta böyük mailliyi ilə seçilən düzənlik və təpəli düzənlik səthlər müşahidə olunur. 
Dağlıq ölkələrdə okeana yaxın və uzaqlıqla əlaqədar adueksiya proseslərinin dəyişməsilə bağlı olaraq hündürlük landşaftı sturukturu tiplərinin yaranması özüdə üfüqi zonallıq anlayışını əks etdirir. Məsələn Böyük Qafqaz cənub yamacının qərb hissəsində ( Suram dağlarınadək) huündürlük landşaft qurşaqları əsasən rütubət keçən komplekslərdən təşkil olunduğu halda şərq hissəsində quraqlığa dvamlı komplekslər üstünlük təşkil edir.
Beləliklə üfiqi zonallıq anlayışı əsasən düzən və dağlıq ölkələrdəki zonal qanunlarını birləşdirirsə enlik zonallığı konsentrik zonallıq terminlərində məkan daxilində zonalların bir-birini əvəz etməsini onların yekləşmə xüsusiyyətlərini əks etdirir.
Coğrafi zonallıq qanunu
Coğrafi zonallıq qanunu

Coğrafi təbəqənin quruluşu və onun komponentləri üçün maddə və enerji  dövranı, ritmlik, mütərəqqi dəyişikliklər xarakterdir. Bütün bunlar ərazi üzrə  dəyişməyə məruz qalır, daha doğrusu, müxtəlif dərəcəli mürəkkəb landşaftların  yaranmasına səbəb olan təbii ərazi differensiasiyası ilə nəticələnir. Coğrafi  differensiasiya anlayışı bütövlükdə coğrafi təbəqə və hər hansı landşaft və onun  hissələrini əhatə etməklə ayrı-ayrı komponentlərdən və komplekslərdən təşkil olunmaqla, həm də bütövdür.

Zonallıq, çox qədim coğrafi qanunauyğunluq kimi, Yer özünün kürə şəklini aldığı ilk gündən onun üzərində mövcuddur. Zonaların hələ arxey dövründən, təxminən 2 milyard il bundan əvvəl mövcud olduğu güman edilir. Həmin dövrdən Yerin termik rejimi günəş istiliyinin axımı və onun enliklər üzrə paylanması ilə təyin edilir. Elə bu zamandan etibarən, çökmə süxurlar əmələ gəlir. Buradan belə nəticəyə gəlmək olar ki, həmin dövrdə atmosfer və hidrosfer fəaliyyət göstərmişdir. Arxey erasından indiyədək zonallıq çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Müasir zonalarla arxey və ya paleozoy zonalarının ümumi cəhətləri az və zəifdir Bütün yuxarıda deyilənləri ümumiləşdirməklə temperatur və rütubətin münasibətinin xarakterini nəzərə alsaq, ayrı-ayrı fiziki-coğrafi qurşaqlar daxilində aşağıdakı üfüqi landşaft zonalarını və yarımzonalarını ayırmaq olar: 

1.şimal soyuq qurşağın landşaft zonaları: 
a)arktika səhraları; 
b)tundra və 
v)meşə-tundra. 

2.Mülayim qurşağın landşaft zonaları. 
Bu qurşağın isti ölkələrə doğru çevrilmiş sərhəddi (şimal yarımkürədə cənub, əks yarımkürədə şimal sərhəddi) illik izotermii +20oolan sahələrə müvafiq gəlməklə, hər iki yarımkürədə təxminən 30-cu paralelin üzərinə düşür. Mülayim qurşaq daxilində aşağıdakı təbii landşaft zonaları fərqləndirilir: 
1)Tayqa, 
2)qarışıq və enliyarpaqlı meşələr, 
3)meşəçöl, 
4)çöl, 
5)yarımsəhra,
6)səhra, 
7)Aralıq dənizi zonaları, 
8)həmişəyaşıl və qarışıq subtropik meşələr zonası, 9)subtropik savanna zonası, 
10)subtropik səhra və yarəmsəhra zonası.

3.İsti qurşağın landşaft zonaları. 
Bu qurşağın şimal və cənub sərhədləri +20o-li illik izoterm xəttinə uyğun gəlir. Bu qurşaq daxilində aşağıdakılandşaft zonaları vardır: 
1)tropik meşələr zonası; 
2)tropik savannalar. Bu zona isti qurşaq daxilində daha geniş sahə tutur, 
3)tropik səhra zonası, 

4)rütubətli ekvatorial meşə zonası. 
Bu zona Yer kürəsində ən məhsuldar və qədim landşaftlara malik olub, özünün həmişəyaşıl meşələrilə səciyyələnir.
Landşaftın üfüqi zonallığı Yer səthində müxtəlif formalara biruzə verir və bəzən enlik zona sərhəddindən kənara çıxır və meridian istiqamətinə yaxınlaşır. 
Bir sıra zonalar isə materiklərin daxili və ya kənar hissələrində qırıq-qırıq, bir-birindən təcrid olunmuş şəkildə müşahidə edilir. Zonallığın bu xüsusiyyətlərini, yəni onun ideal, paralellərə müvafiq olmadığını hələ V.V.Dokuçayev və onun davamçıları qeyd etmişlər. Bununla əlaqədar olaraq Dokuçayev deyirdi, təbiət riyaziyyat deyil, zonallıq yalnız sxem və ya qanundur. Onun bu fikrindən məlum olur ki, üfqi zonallıq (enlik zonallığı) qanunu özünü Yer səthində ideal formada göstərə bilmir. Başqa sözlə, təbiətdə eyni zamanda zonal adı altında digər qanunauyğunluqları birləşdirən zonallıq da mövcuddur. Bu xüsusiyyətlər Yer səthində mənşə etibarilə daha mürəkkəb landşaft differensiasiyasının əmələ gəlməsinə səbəb olmuşdur. Məsələn, landşaft zonaları daxilində okean sahilindən materikin daxilinə doğru uzaqlaşdıqca meridional-iqlim göstəricilərinin, xüsusilə iqlimin kontinentallıq dərəcəsinin artması ilə əlaqədar daha soyuğa davamlı (qara şam, daurşamı meşələri) təbii komplekslər yaranır. Ərazinin litoloji cəhətcə müxtəlif süxurlardan təşkil olunması, mütləq yüksəkliyin dəyişməsi, müxtəlif xarakterli landşaft komplekslərinin əmələ gəlməsinə səbəb olur. 
Bir sıra coğraflar azonal qanunauyğunluqları çox geniş mənada şərh edir. Bunlardan biri A.Q.İsaçenkodur. O, «azonal» anlayışı dedikdə, «özünün ümumi mənbəyinə (tektonikaya) əsaslanan, qeyri-adi mürəkkəbliyi və çoxcəhətli təzahürü ilə fərqlənən bütöv kompleks qanunauyğunluqları» başa düşür. O, yer səthinin quru və okeanlara bölünməsini, tektonik fərqləri, mütləq yüksəklikləri, geoloji quruluşu və geomorfoloji xüsusiyyətləri, qurunun ayrı-ayrı sahələrinin okeana nisbətən yerləşməsini, onların istilik və rütubət münasibətinə görə müxtəlifliyini və nəhayət landşaftların xarakterini azonal hadisələrlə bağlayır. A.Q.İsaçenko  landşaftın meridional differensiasiyasını, o cümlədən bölmələrini(sektorluğu) və dağlardakı hündürlük zonallığını da azonal qanunauyğunluğa daxil etməklə, bütövlükdə azonallığı yaradan əsas amillərə yer qabığının əmələ gəlmə tarixini, onun geoloji və morfoloji xüsusiyyətlərini aid edir. Son işlərinin birində landşaftın meridional differensiasiyasına (sektorluğa), hündürlük qurşağına və ya şaquli zonallığa müstəqil qanunauyğunluq kimi baxır (A.Q.İsaçenko, 1971). 

S.V.Kalesnik azonal qanunauyğunluğu çox geniş mənada şərh edir. O, azonallığı təsirini coğrafi qurşaqların bölmələrə ayrılmasında, landşaft zonalarının «meridional differensiasiyasında» və «hündürlük qurşaqlarında» görür. Onun fikrincə azonallıq hündürlük qurşaqlarının əmələ gəlməsində və meridional differensiasiya fərqinin yaranmasında, yəni üfqi qurşaqların bölmələrə, zonaların isə əyalətlərə ayrılmasında təzahür edir. 
A.Q.İsaçenko qeyd edir ki, zonallığın pozulması tamamilə  qanunauyğun bir haldır. Relyefinə və təşkil olunduğu materialların xarakterinə görə, yer səthi tamamilə eyni cinsli olduqda, coğrafi zonalar bütöv zolaq şəklində müşahidə edilir. Lakin yerin tektonik inkişafı prosesində, onun səthi differensiasiyaya məruz qalır və bunun səbəbi zonallıq qanunauyğunluqlar deyil, Yerin daxili enerjisi ilə bağlı azonal qanunauyğunluqlardır. 
Azonal differensiasiya özünün ən yaxşı ifadəsini coğrafi təbəqənin  materiklərə və okean çökəkliklərinə, daha doğrusu, quru parçasına və dünya okeanına bölünməsində tapır. Məlum olduğu kimi, quru parçası bütün coğrafi təbəqənin 29%, okeanlar isə 71% təşkil edir və onların fərqi yer səthinin müxtəlif hissələrində qeyri bərabərdir. Məlumdur ki, materiklərin çox hissəsi (39,3%) şimal, azı (19,1%) isə cənub yarımkürəsində yerləşir. Elə ona görə də bütövlükdə qütb asimmetriyasının göstəricilərindən biri öz əksini coğrafi təbəqədə tapır. Şimal yarımkürəsində materiklərin üstünlüyü qurunun landşaft zonalarının cənub yarımkürəsinə nisbətən tam və tipik şəkildə öz əksini tapmasına səbəb olmuşdur. Zonal komplekslərin fonunda, xüsusi yerli şəraitin (relyefin, rütubətin, ana süxurların tərkibi və xüsusiyyəti və s.) təsiri altında inkişaf edən və zona daxilində səpələnmiş halda yayılan (məsələn, şoranlıqlar, bataqlıq, tuqay meşələri və onlara müvafiq torpaq örtüyü və s.) qeyri-zonal komplekslər-intropozonal adlanır. Buradan belə nəticəyə gəlmək olur ki, introzonallıq azonal amillərin yerli təsiri nəticəsində yaranan zona daxili differensiasiyadır. Məsələn, Quba-Xaçmaz maili düzənliyində yayılmış təbii meşə kompleksləri (Nabran meşələri) azonal amillərin təsirilə yaranmış introzonaldır. Çünki həmin maili düzənlik Böyük Qafqaz dağlarının Şimal-şərq yamacından mənbə götürən çayların gətirmə konuslarından təşkil olunmuşdur. Bu konusları yaradan materiallar öz növbəsində denudasiyanın potensial enerjisini (bu enerji dağlar əmələ gələrkən, yerin daxili istiliyinin və yer səthi tərəfindən udulan Günəş enerjisinin çevrilmiş formalarının toplusuur) təsirilə ağırlıq qüvvəsi nəticəsində hərəkətə gəlib göstərilən düzənlikdə toplanmış və yeraltı suların səviyyə dərinliyini səthə yaxınlaşdırmışdır. Nəhayət, qruntun rütubətlə kifayət qədər təmin olunmasına və düzənlik zonası daxilində müvafiq introzonal mənşəli komplekslərin yaranmasına səbəb olmuşdur.

«Azonallıq»«introzonallıq» anlayışları arasında dəqiq sərhəd keçirmək hələlik bir qədər mübahisəlidir. Tədqiqatlar göstərir ki, azonal hadisə adlanan bütün proseslər zonallığın izlərini özündə daşıyır və onun təsiri introzonal komplekslərdə də müşahidə edilir. 
Eltac Cəbiyev

Coğrafiyanın digər elimlərlə əlaqəsi
Coğrafiya ilə yanaşı bir çox elimlər Yer kürəsini öyrənir.Buraya geologiya,geofizika,geokimya,biologiya və s.daxildir.Bundan başqa coğrafiyanın yuxarıda göstərilən sahələri ayrı-ayrılıqda bir çox elimlərlə sıx əlaqəlidir.Coğrafiyaya ən yaxın elm sahəsi geologiyadır.Fiziki coğrafiyanın fizika,kimya,astronomiya və riyaziyyatla müxtəlif mövzularda bağlılığı var.Coğrafiyanın ekologiya və biologiya ilə ortaq sahələri var.Məsələn bitkilərin və heyvanların yayılmasını öyrənən elm sahəsi var:Biocoğrafiya.Buraya zoocoğrafiya və bitki coğrafiyası sahələri daxildir.Ekologiya elmi zatən hər bir sahədə coğrafiya ilə sıx bağlantıya malikdir.
İqtisadi və sosial coğrafiya ilk nöbvədə iqtisadiyyat və sosiologiya elmləri ilə əlaqəlidir.Bundan başqa ictimai elmlərdən tarix,toponimika,politologiya(siyası elm),etnologiya iqtisadi və sosial coğrafiya ilə əlaqəlidir.
Zaman keçdikcə coğrafiya elminin sferasından bir-çox müstəqil elmlər meydana gəldi:
giokrilogiya(daimi donuşluğu öyrənən elm)
qlyasiologiya(buzlaqlar haqqında elm)
limnologiya(gölləri öyrənən elm)

  • ölkəşünaslıq
  • democoğrafiya
  • tibbi coğrafiya və.s
az.wikipedia.org

,
Materiklərin və okeanların antipodluğu
Materiklərin və okeanların antipodluğu Materiklər elə yerləşmişdir ki, onların hər birinə Yer diametrinin əks qurtaracağında həmişə okean uyğun gəlir. Bu, Arktika okeanı ilə Antarktika qurusunun müqayisəsində daha aydın görünür.
Lakin, əgər qlobusu elə qoysaq ki, qütblərdən birində materiklərdən hər hansı biri olsun, onda o biri qütbdə mütləq okean olacaqdır.

Ancaq kiçicik bir istisna var: Cənubi Amerikanın qurtaracağı
Cənub-şərqi Asiyaya antipodal yerləşir.
Antipodluq, demək olar ki, istisna təşkil etmədiyinə görə təsadüfü hadisə ola bilməz. Onun əsasını ehtimal ki, fırlanan Yer səthinin bütün sahələrinin tarazlığı, rotasiya səbəbi təşkil edir.Materiklərin endogen səbəblərə görə labüd olan dreyfi
yaranmış müvazinəti pozur: ola bilsin ki, çoxlarının güman etdikləri kimi, qütbün yerdəyişməsinin, daha doğrusu Yerin Dünya oxuna həmişə təqribən eyni bucaq altında meylli olan fırlanma oxuna nisbətən yerdəyişməsinin səbəbi budur. 
Ümumi yerşünaslıq: Leonid Pavloviç Şübayev

Yer sferoid kimi
Planetlərin fiquri iki növ qüvvənin təsiri ilə yaranır: a) cazibə qüvvəsi ilə. Bu qüvvə kürə formasını əmələ gətirir (Yerdə cazibə qüvvəsi poladdakı ilişmə qüvvəsinə nisbətən yüz dəfədən artıqdır, xırda səma cisimlərində, məsələn,asteroidlərdə ilifmə qüvvəsi təsir göstərir, ona görə də cisimlər kürə formasında deyildir), b) ox ətrafında fırlanma nəticəsində əmələ gələn mərkəzdənqaçan qüvvə ilə qütb
basıqlığı yaradır və sferoidal formanı müəyyən edir.Sferondin kürədən kənaraçıxma kəmiyyəti ox fırlanmasının sürətilə müəyyən olunur: sürət nə qədər böyük olsa, qütb basıqlığı bir o qədər böyük olur.
Yerin qütb basıqlığı hələ 12 əsrdə müəyyənləşdirilmiş-dir.1672-ci ildə Parisdən Kayennaya saat gətirilmişdi. Onun rəqqasının uzunluğu elə idi ki, Parisdə bir rəqsetmə periodu saniyəyə bərabər olurdu. Ekvator yaxınlığında saat gündə 2 dəqiqə 28 san. geri qalmağa başlamışdı və rəqqası 2,8 mm qısaltmaq lazım gəlmişdi.
Bu hadisəni Nyuton və Hüygens ağırlıq qüvvəsinin ekvatorial enliklərdə orta enliklərdəkinə nisbətən azalması ilə izah edirdilər.
Bunun səbəbi Yerin qübtlərdən basılması və ekvator üzrə dartılıb uzanmasıdır. O zamandan bəri Yerin fiquru sferoid kimi qəbul olunmuşdur. Avropada və şimali Amerikada aparılan dərəcə ölçüləri və geodezik planalmalar Yerin sferoidliyini təsdiq etmişdir.
Sferoidin iki oxu (ekvator oxu və qütb oxu) vardır (geodeziyada yarımoxları hesablamaq qəbul olunmuşdur). SSRİ ərazisində F.N.Krasovskinin rəhbərliyi altında aparılmış geodeziya işləri göstərdi ki, Yerin formasının ikioxlu sferoid kimi təsəvvür edilməsi azdır. Ekvatorial yarımoxlar yaxud Yer sferoidinin radiusları eyni deyildir. Hər halda şimal yarımkürəsində geodezik surətdə ölçülmüş Yer sferoidi üçoxludur.
Sovet ittifaqında aparılmış geodezik ölçmələrə əsasən referens-ellipsoidin-riyazi yolla hesablanmış müəyyən ölçülü Yer ellipsoidinin ölçüləri müəyyənləşdirmişdir. Həmin ellipsoidin Yer cismində vəziyyəti bütün geodezik ölçmə nəticələrinin gətirildiyi səthdir.
SSRİ-də üçoxlu ellipsoidin aşağıdakı ölçüləri qəbul olunmuşdur.
Ekvatorial radius yaxud böyük yarımox  6378.160 km
Qütb radiusu, yaxud kiçik yarımox  6356,777 km
Qütb basıqlığı  1:98 və ya  21,36 km
Ekvatorial basıqlıq  1:30 000 və ya  213 m

Yer sferoidinin bir sıra digər göstəriciləri buradan müəyyənləşdirilir:
Meridianın uzunluğu . . . . . . . 40 008,5 km.
Ekvatorun uzunluğu . . . . . . . 40 075, 7
Yerin səthi . . . . . . . . 510 200 000 km2
Yerin həcmi . . . . . . . 1083.1012 km3

Ellipsoidin kürədən kənara çıxması böyük deyil, qütblərdə cəmi 21,36 km-dir.Coğrafi təbəqədə baş verən proseslər (istilik bölgüsü, su və hava kütlələrinin hərəkəti, bitkilərin və heyvanlar aləminin yayılması) üçün bunun əhəmiyyəti yoxdur və coğrafiyada nəzərdən keçirilməyə də bilərdi. Lakin sferik deformasiya Yer qabığının tektonikasında və deməli, relyefdə də əks olunur.
Biz artıq gördük ki, qütb basıqlığı dərəcəsi mərkəzdənqaçan qüvvə kəmiyyəti ilə ox fırlanmasının sürət funkisyası ilə müəyyən olunur. İ.Kant hələ 1754-cü ildə Yerin fırlanmasını yavaşıdan qabarma sürtünməsi haqqında fikir söyləmişdi. Sonralar sübut olundu ki, geoloji dövr ərzində (arxeydən bəri) sutka təqribən 4 saat qısalmışdır. Yerin ox fırlanmasının əsrlik yavaşıması baş verir. Bu şəraitdə Yerin rotasiya rejiminin digər qeyri-bərabərlikləri də özünü göstərir. Təbiidir ki, Yerin ekssentrisiteti (basıqlığı) dəyişilməlidir.
Sovet alimi M.V.Stovas 1951-1961-ci illərdə Yerin rotasiya rejiminin qeyri-bərabərliyinin törətdiyi potensial qüvvələri və onların Yer qabığına deformasiyaedici təsirini riyazi surətdə tədqiq etmişdir. O, paralel qurşaqların (zonaların) tektonik cəhətdən eyni olmasına və bəzi paralellərin, daha doğrusu, oxları paralellər olan zolaqların böhran xarakteri (yəni tektonik fəallığı) fikrinə gəlmişdir.
Qütb basılmasının azalması özünü litosferin ekvatorial enliklərdə (fəal paraleli 0) enmə, yüksək enliklərdə isə (fəal paraleli 62 ) qalxma meylinin olmasında göstərir. Enmə və qalxma hərəkətləri olan enlik zolaqları arasında 35 Şm.və c. e. ərgin paralelli sınma qurşaqları əmələ gəlir.
Fəal paralellərin oroqrafik təzahürü Yerin relyefinin təhlilində verilmişdir.
Leonid Pavloviç Şübayev

Ümumi yerĢünaslıq. Bakı, Maarif, 1986

Yer Geoid kimi
Yerin fiquru ilişmə və rotasiya qüvvələrindən əlavə, onun cismində ağır və nisbətən yüngül suxurların yayılması ilə də müəyyən edilir, çünki cazibə qüvvəsinin qiyməti ilə bu süxurların sıxlığı əlaqədardır. Ağır süxurların toplandığı yerlərdə fiqurun səthi planetin mərkəzinə doğru, sıxlığı az olan süxurların toplandığı yerdə isə mərkəzindən meyl edir.
Yerin cismində süxurların qeyri-bərabər paylanması - əvvəla, onun soyuq planetezimallardan konqlomerasiya yolu ilə əmələgəlməsilə, sonra isə litosferin bütün geoloji həyatı ilə (dağ əmələgəlməsilə, Yer qabığının şaquli və üfiqi hərəkətləri və digər proseslərlə) izah olunur.
Yer soyuq planetezimallardan yarandıqdan sonra ilk əvvəl qeyridüzgün formada olmuş, yalnız ümumi şəkildə kürəyə oxşamışdır.
Rotasiya rejimində sonrakı istiləşmə onu kürə formasına
yaxınlaşdırmışdır. Yerin cismində kütlələrin yerdəyişməsi davam edir, onun müasir fiquru Yerin inkişafında yalnız mərhələdir.
Planetin fiquru, onun materiklərdə dağlardan və ovalıq
düzənliklərdən ibarət fiziki səthinə yox, bir qədər nəzəri səthə -ağırlıq qüvvəsi potensialının səviyyə səthinə, yəni elə səthinə deyilir ki, o hər yerdə ağırlıq qüvvəsinin istiqamətinə, yaxud şaquli perpendikulyardır. O, geoid adını almışdır (hərfi mənası Yerin forması deməkdir). Başqa sözlə deyilsə, Yerin forması heç bir riyazi fiqura uyğun gəlmir və son dərəcə fərdidir. O, ağırlıq qüvvəsinin potensial səviyyə səthi kimi yaxud sakit okeanlardakı və materiklərdə xəyali kanallardakı su səviyyəsi kimi müəyyən olunur.
Yerin geoid olması barədə nəticə ilk dəfə dərəcə ölçmələrinə
əsasən çıxarılmışdır, lakin yalnız Yerin süni peyklərinin köməyilə geoidin riyazi sferoiddən səthin bütün nöqtələrində, o cümlədən, okeanlarda kənara çıxmaları müəyyən edilmiĢ və ölçülmüşdür.
Müəyyən olunmuşdur ki, Yer bir qədər armudaoxşardır: cənub yarımkürəsinin orta enliklərində geoidin səthi sferoiddən bir qədər (20 m-dək) yüksəkdir, geoid və sferoid ekvatorda uyğundur, şimal yarımkürəsinin orta enliklərində geoid sferoiddən alçaqdır; şimal qütbü 15m qalxmış, cənub qütbü 20 m enmiş, bütün Antarktida isə ellipsoiddən 30 m alçaqda yerləşmişdir.
Peyk müşahidələri geoidin uzunluq variasiyalarını da göstərdi və geodiziyaçıların geoidin üçoxlu olması fikrini təsdiq etdi: Yerin ekvatorial kəsiyi dairə deyil, ellipsdir. Ellipsin böyük yarımoxu kiçik yarımoxundan 100 m böyükdür.

Geoidin sferoiddən kənaraçıxma kəmiyyəti Yer kürəsinin ölçüləri ilə müqayisədə böyük deyildir, lakin o, Yerdə daxili gərginlik törədir ki, bu da tektonik proseslərin lokallaĢmasında və relyefdə özünü göstərir.
Relyefin planetin fiqurundan asılılığı ümumi şəkildə aşağıdakı kimidir: geoidin sferoiddən hündür olduğu enlik zolaqlarında və meridional sektorlarda litosfer enməyə meyillidir və okean tipi üzrə inkişaf edir; o yerdə ki geoid sferoiddən alçaqda yerləşir, qabığaltı maddədə qalxan cərəyan hökm sürür, litosfer kontinental tip üzrə inkişaf edir. Biz artıq gördük ki, şimal qütbü sahəsində geoid sferoiddən yüksəkdir. Ona görə də bura okeandır. Cənub qütbü ətrafında geoidbsferoidə nisbətən enmiş olduğundan ora materikdir. Litosfer bloklarının geoid forması ilə belə əlaqəsi, aşağıda görəcəyimiz kimi, yerin digər hissələrində də müşahidə olunur. 

Geoid asimmetrikdir, lakin coğrafi təbəqədə kürənin simmetrikliyi aşkar olunur.Bəşəriyyət Yer kürəsinin ölçülərinə məsafənin qət edilməsinin imkanlarından asılı olaraq qiymət vermişdir. Böyük kəşflər dövrünə qədər insanlar keçilməsi mümkün olmayan sahələrlə bir-birindən ayrı düşmüşdülər, orta əsrlərdə dünyansəyahətinə ən azı üç il vaxt tələb olunurdu, hazırda Yerin hər hansı bir nöqtəsindən digərinə uçmaq üçün bir neçə saat kifayətdir. Yerinölçülərinin obyektiv qiymətləndirmə meyarı təbii proseslərdir.
Yerin digər planetlərdə müqayisəsindən biz gördük ki, onun
ölçüləri atmosfer və hidrosferi saxlaması üçün kifayətdir. Bunların sayəsində Yer səthinin təbiəti prinsipial sürətdə digər Yer qrupu planetlərinin səthindən fərqlidir.
Söz yox ki, Yerin ölçüləri coğrafi təbəqənin təbiətində öz-
özünə təzahür etmir, maddədənin kəmiyyətinin onun yeni
keyfiyyətə keçməsi vasitəsilə meydana çıxır.

Yerin müxtəlif sahələrində olan süxurlar cəzbetmə xassəsinə malikdirlər. Buna eyni zamanda süxurlarm maqnitlik xassəsi də deyilir. Ona görə də bütün Yer kürəsinin do maqnitlik xassəsi vardır. Yerin maqnit sahəsi maqnit qüvvə xətləri vasitəsilə özünü göstərir. Onlar qapalı bir sistemdir. Maqnit qüvvə xətləri Yerin mərkəzində yerləşdirilmiş maqnitin yaratdığı xətlərə oxşayır.
Yer səthinin hər hansı bir nöqtəsində qurulmuş maqnit əqrəbi maqnit qüvvə xətləri boyu dönür. Bu cihaz kompas adlanır. Kompas şaquli ox ətrafında sərbəst fırlamın maqnit əqrəbidir. İlk kompas Qədim Çində b.e.ə. III əsrdə yaradılmışdır. Avropada isə o XII-XIII əsrlərdən istifadə edilir. Kompasın əqrəbinin şimal ucu Yerin Şimal yarımkürəsində yerləşən Şimal maqnit qütbünə tərəf, cənub ucu Cənub yarımkürəsində olan Cənib maqnit qütbünə tərəf dönür.
Qütblərdə, gəmilərdə, iri dəmir filizi yataqlarında kompasdan istifadə edilmir. İstifadə edilməsi məqsədlərindən asılı olaraq ayrı-ayrı ərazilərdə üfüqün cəhətləri radiokoınpas, astro- kompas və dağ kompası ilə tə’yin edilir. Nəqliyyat vasitələrində üfüqün cəhətləri girokompaslarla tə’yin olunur. Ərazidə yerləşən əşyalara qədər azimut xəttini tə’yin etmək üçün bussoldan istifadə olunur. Onun üzərində dərəcə bölgüləri vardır. 1600-cü ildə Cilbert kompasın əqrəbinin fırlanmasına Yerin maqnit sahəsinin təsir etdiyini göstərmişdir. Əvvəllər belə təsəvvür edirdilər ki, ona qütb ulduzu təsir göstərir. Yerin maqnit sahəsində baş verən hadisələr kompasdan başqa maqnit teodoliti, elektrik maqnitimetri, aeromaqnitimetr, maqnit tərəzisi, qravimetr, inklinator adlanan cihazlarla öyrənilir.
Şimal və Cənub maqnit qütblərini birləşdirən və kompasın maqnit əqrəbinin oxundan
keçən xətt maqnit meridianı adlanır. Bunu XI əsrdə Çin alimi Şen Qua müəyyən etmişdir. Maqnit meridianları coğrafi meridianlar ilə üst-üstə düşmür. Şimal ınaqnit qütbü Kanada Arktikası arxipelaqında şm.e.,102°48/ q.u.), Cənub maqnit qütbü Antarktidanın Hind okeanı sahillərində (65°06/ c.e., 139°00/ ş.u) yerləşir. Coğrafi meridianla maqnit meridianı arasındakı bucağa maqnit meyl bucağı deyilir. Hər bir ərazi üçün maqnit meyl bucağının qiyməti topoqrafik xəritələrdə olan xətti miqyasın altında verilir. Maqnit əqrəbinin şimal hissəsinin meyl etməsi coğrafi meridiandan qərbə olarsa o qərb meyletməsi (və ya mənfi meyletmə), şərqə olarsa şərq meyletməsi (və ya müsbət meyletmə) adlanır. Eyni maqnit meyl bucağına malik olan nöqtələri birləşdirən xətlərə izoqonlar deyilir. Kompasın maqnit əqrəbinin göstərdiyi istiqamət və maqnit meyl bucağının köməyi ilə həqiqi şimal istiqaməti tə’yin edilir .
1829-1833-cti illərdə ingilis dənizçisi Con Rossun başçılığı altında olan ekspedisiyanın əsas məqsədi Şimali Amerikanın şimalından keçməklə Sakit okeana Şimal-Qərb dəniz yolunu tapmaq idi. 1830-31 -ci illərdə Britiya yarmadasının öyrənilməsi zamanı onun qərb sahillərində C.Rossun qardaşı oğlu Ceyms Ross (1800-1862) Şimal maqnit qütbünün yerini müəyyən etmişdir.
1839-1843-cü illərdə Antarktidaya olan ekspedisiyaya başçılıq edən Ceyms Ross Cənub maqnit qütbünün Antarktidanın sahillərində yerləşdiyini müəyyən etdi. Bu nöqtənin koordinatlarını alman riyaziyyatçısı K.F.Qauss (1777-1855) nəzəri cəhətdən hesablamışdır.
Maqnit qütblərinin yeri daim dəyişir. Onlar ildə 5-6 km şərqə və ya qərbə hərəkət edir. Buna səbəb Yer qabığı və nüvənin müxtəlif sür’ətlə hərəkət etməsidir. Nəticədə onlar arasında elektrik burulğanı yaranır və Yerin maqnit sahəsi yerini dəyişir. Maqnit qütblərinin yerini dəyişməsi Yerin daxilində, müxtəlif sahələrdə müxtəlif temperatur olması nəticəsində yaranan elektrik cərəyanının tə ’siri ilə də ola bilər.
Sərbəst hərəkət edən maqnit əqrəbi yalnız maqnit ekvator xətti üzərində üfüqi vəziyyətdə dayanır. Maqnit ekvator xətti Qərb yarımkürəsində coğrafi ekvatorun cənubundan, Şimal yarımkürəsində onun şimalından keçir. Maqnit ekvator xəttindən şimala hərəkət etdikcə kompasın əqrəbinin şimal ucu aşağı enir. Şimal maqnit qütbündə əqrəbin şimal ucu aşağı olmaqla o şaquli vəziyyətdə dayanır. Maqnit ekvator xəttindən cənuba hərəkət etdikcə əksinə kompasın əqrəbinin cənub ucu aşağı dönür. Cənub maqniq qütbündə əqrəbin cənub ucu aşağı olmaqla o şaquli vəziyyətilə olur. Maqnit əqrəbi ilə Yerin müstəvi səthi arasındakı bucaq maqnit əyilmə bucağı adlanır. O, şimal və cənub ola bilər. Maqnit ekvator xətti üzərində maqnit əyilmə bucağı 0 dərəcə, maqnit qütblərində 90°-yə bərabər olur. Eyni maqnit əyilmə bucağına malik olan nöqtələri birləşdirən xətlərə izoklinlər deyilir. Maqnit meyl bucağı və maqnit əyilmə bucağı Yerin hər hansı nöqtəsində maqnit qüvvə xətlərinin istiqamətini göstərir.
Atmosferin yuxarı qatlarında çoxlu yüklü hissəciklər vardır. Yüklü hissəciklərin toplandığı, Yerin maqnit sahəsinin əhatə etdiyi bütün Yerətrafi sahələr maqnitosfer adlanır. Maqnitosfer Yer səthinə gələn elektromaqmit və korpuskulyar radiasiyanın çox hissəsini udur, Yer üzərində olan çanlı orqanizmləri onların məhvedici tə’sirindən qoruyur.
Yer səthinə yaxın atmosferin yuxarı qatlarında Günəş fəallığının artması nəticəsində elektrik cərəyanları əmələ gəlir. Onlar dəyişən maqnit sahələrinin yaranmasına səbəb olur. Bu hadisəyə maqnit fırtınaları deyilir. Bir neçə saatdan bir neçə günə qədər davam edən bu hadisə canlılara tə’sir edir, radiodalğaların normal yayılmasına mane olur. Qütb parıltıları da maqnit fırtınaları nəticəsində yaranır.
Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri tə’yin edilir. Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə edilməsində mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit xassələrinin öyrənilməsi ilə dəmir, nikel, titan, kobalt və s. ferromaqnit xassəli faydalı qazıntıların tapılması asanlaşır. Ferromaqnit metallar maqnit xassəsinə malik olan elementlərdir. Bu metallar maqnit xassələrinə görə bir-birindən kəskin fərqlənir. Faydalı qazıntıların maqnit xassələrinə görə axtarılması maqnit kəşfiyyat üsulu adlanır. Süxurların maqnit xassələri onların geoloji quruluşu ilə əlaqədardır. Dəmir filizlərində və maqmatik süxurlarda maqnitlilc xassəsi daha yüksək, çöküntü mənşəli süxurlarda çox zəifdir. Maqnitometr adlanan cihaz ferromaqnit sahəsində maqnit xassələrinin çox olduğunu göstərir. Onlar maqnit anomaliya rayonları adlanır. Bu rayonlar qranit və bazalt süxurlarının Yer səthinə yaxın olması ilə bağlıdır. Burada kompasın əqrəbinin meyletmə və əyilmə bucaqları həmin yer üçün olan orta göstəricidən kənara çıxır. Yerin təkində olan dəmir filizinin miqdarından və anomali-yanın əhatə etdiyi ərazidən asılı olaraq dünya (Braziliya, Şərqi Sibir), regional və məhəlli anomaliya vardır.

,
Siz yerin geoloji innişaf mərhələsində Yer qabığının mate-rİK və Okean tipli yer qabığına bölündüyünü bilirsiniz. Yer qabığının sonraKi inKİşafı haqqında XX əsrin əvvəllərində alman alimi S.Vegenerin işləyib hazırladığı “MaterİKİərin dreyfi” nə-zəriyyəsi diqqəti cəlb edir. Sahil xətlərinin oxşarlığına əsaslanmaqla, o müasir materİKİərin üfüqi istiqamətdə yerdəyişmələri fikrini irəli sürmüşdür. Laxin onları hərəkətə gətirən qüvvələri və bu hərəkətin mexanizmini sübut edə bilmədiyinə görə, bu nəzəriyyə tezliklə unuduldu. XX əsrin 60-cı illərində Dünya okeanıııda aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində Vegenerin fərziyyəsinin ideya davamı olan yeni “Litosfer tavaları" nəzəriyyəsi irəli sürüldü. Bu fərziyyəyə görə Yer qabığı ilə üst mantiyadan Litosfer tavaları ibarət olan, qalınlığı 90 km ilə 250 km arasında dəyişən litosfer bütöv olmayıb, dərinlik çatları vaşitəsilə materik və Okean litosfer tavalarına bölünmüşdür.Bu tavalar arasında daha böyük olanlar aşağıdakilardır: Sakit Oiean, Avrasiya, Hind-Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerika və Antarktida . Bunlardan təkcə Sakİt Okean litosfer tavası tamamilə okean mənşəlidir. Çoxlu nisbətən kiçik litosfer tavaları (Kokos, Nasıca, Karib və s.) də ayrılır. Bu nəzəriyyəsinin tərəfdarlarına görə litosfer tavalarının üfüqi yerdəyişməsi Yer səthi və ona yaxın dərinlində baş verən bütün daxili proseslərin zahiri təzahiiriidiir. Fərz olunur ki, nisbətən bərk olan litosfer tavaları ərimiş mantiya maddələri üzərində yatırlar. Çox böyün sahəyə və 200- 250 km-dək qalınlığa olan litosfer tavaları nisbətən yüngül olduqlarından mantiyanın ərimiş maddələrinin təsiri ilə nəhəng aysberqlər kimi mantiya maddələrinin üstü ilə üfüqi istiqamətdə hərəkət edirlər. Onların yerdəyişmələrinin sürəti bir neçə sm/il olur. Materik və Okeanların müasir coğrafi mövqeləri 100 mln. illər ərzində littosfer tavalarının üfüqi hərəkətlərinin nəticəsidir. Litosfer tavalarının hərəkətlərinin nəticələri daha aydın onların sərhədində nəzərə çarpır. Onlar Yer səthinin mütəhərrik hissələridir. Tədqiqatlar nəticəsində litosfer tavalarının qarşılıqlı əlaqəsininini tipi müəyyən edilmişdir: onların bir- birindən
aralanması və toqquşmaları.(şəkil 29) Океап tipli litosfer tavalarının bir-birindən aralandıqları zona müasir orta океап dağ silsilələrinin mərkəzi hissəsinə uyğun gəlir .Bu dağlar Okeanların ortası ilə təqribən 70 min m məsafədə uzanır. Onlar dərin dərələrlə iki - sağ və sol dağ silsiləsinə bölünmüşlər. Dərinlikləri 15-2 кm-ə çatan bu dərələri Rift dərələri adlandırırlar. Müəyyən edilmişdir ki, mantiyadan böyün təzyiq altında səthə qalxan ərimiş maddələr bu tavaları bir-birindən aralamaqla, əmələ gələn çat (rift dərəsi) boyu Yer səthinə çıxaraq, orada soyuyurlar. Səthə qalxan yeni maqmalar da onları itələyərək səthə çıxır, sualtı nəhəng dağ sistemləri əmələ gəlir. Onlar, əsasən, bazalt tərkiblidirlər. Ən qədim maqmatik süxurlar orta океап dağ silsilələrinin ətəyində, cavanlar isə “suayrıcı” boyu yayılmışlar. Bu dağların zirvələri bəzən su səthinə çıxaraq vulkanogen mənşəli adalar əmələ gətirirlər (İslandiya,Azor və s.). Litosfer tavalarının aralanması prosesi daim inkişaf etməkdədir. Bu aralanma nəticəsində океаn tavalarının sahəsi artır. Məhz litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində geoloji cəhətdən daha cavan olan Hind və Atlantik (şəkil 30) Okeanlarının sahələri müasir dövrdə genişlənir Əgər Yer Kürəsinin bir hissəsində litosfer tavalarının aralanması (divergent sərhədlər) üstünlük təşkil edirsə, digər hissəsində əksinə, onların toqquşması (Konvergent sərhədlər) müşahidə edilir. Mənşələrinə görə belə toqquşma zonaları da iki tipə bölünür. Bəzi hallarda materik və океаn tipli litosfer tavaları toqquşur. Bu zaman океаn tavası daha qalın materik tavasının altına girir. O, əyilərək tədricən mantiyaya gömülür və orada yenidən əriyir.        
Belə toqquşma zonasında океаn tavasının kənarında dərinsulu океап novları əmələ gəlir . Məsələn, nəhəng Sakit Океаn tavası ilə Avrasiyanın toqquşma zonasında Sakitt Океап tavası ildə təqribən 6-7 sm sürətlə mantiyaya “batır” və burada ən nazik (5 кm-ə qədər) yer qabığına malik olan, dünya okeanında ən dərin Marian çökəkliiyi (11022 m) əmələ gəlmişdir. Materik və океаn tavalarının toqquşması nəticəsində materiklərin kənarlarında qı-rışıq mənşəli dağlar (məsələn, And-Kordilyer) və ya adalar qövsü (Kuril, Aleut, Marian, Antil və s.) əmələ gəlir. Materik tipli litosfer tavalarının toqquşduqları zonalarda nəhəng dağ sistemləri yaranır . Məsələn, Pireney yarımadasından Böyük Zond adalarınadək qurşaq şəklində uzanan cavan Alp-Himalay dağ silsilələri Avrasiya tavasının Afrika və Hind-Avstraliya litosfer tavaları ilə toqquşması nəticəsində yaranmışlar. Alimlər müəyyən etmişlər ki, Arxey və Proterozoy eralarında əvvəlcə vahid quru sahəsi - Pangeya və onu hər tərəfdən əhatə edən Dünya океат - Pantalass yaranmışdır. Çox kövrək olan bu materik tavası mantiyadan səthə qalxan ərimiş maddələrin təzyiqi altında, üst paleozoyda parçalanaraq, iki materik tipli litosfer tavasına bölünmüşdür. Tərkibinə müasir Şimali Amerika və Avrasiya daxil olana Lavrasiya adı verilmişdir. Cənub yarmikürəsində yerləşən - Hondvana materiki tərkibinə isə yerdə qalan digər materiklər və həmçinin Ərəbistan və Hindistan yarımadaları daxil idi. Lavrasiya və Hondvana materikləri arasmda yaranan ensiz океап isə Tetis океат adlandırılmışdır. Yura dövründə, yəni təqribən 140-160 mln. il bundan əvvəl başlayaraq bu iki materik də parçalanaraq müasir materikləri, Hindis-tan və Ərəbistan tavalarım yaratmışlar. 
  Sonrakı üfüqi hərəkətlər cavan Atlantik və Hind oKeanlarını əıııələ gətirmişlər. Hər tərəfdən materik tavaları ilə sıxışdırılan qədim Pantalassm qalıqları olan müasir Sakit
və Şimal Okeanları sahələri fasiləsiz olaraq kiçilir. Kaynozoy erasında Afrika, Hindistan və Ərəbistan tavaları şimala hərəKət edərəK Avrasiya ilə toqquşmuşlar. Nəticədə Tetis Okeanı qapanmış, onun qalıqları olan Xəzər və Aral dənizləri gölə,Azov, Qara və Aralıq dənizləri isə daxili dənizə çevrilmişlər. Bu OKeanın yerində isə nəhəng Alp-Hinıalay dağlıq qurşağı əmələ gəlmişdir. Litosfer tavalarının intensiv yerdəyişməsi indi də davam edir. IV dövr ərzində çox sürətlə Somali və Ərəbistan yarımadaları Afrikadan, Kaliforniya isə Şimali Amerikadan uzaqlaşır, Aralıq dənizi tədricən qapanır, Qırmızı dəniz isə rift dərəsi boyu öz sahəsini genişləndirir. Bu proseslər daima davam edir. (şəkil 31)   
Beləliklə, litosfer tavalarının toqquşma zonasında yüksək seysmikliyi ilə fərqlənən
zonalar əmələ gəlir ki, onlar geosinkinal adlanır. Məsələn, Alp-Himalay, Sakit Okean və s. Yerin geoloji iıikişaf mərhələsinin müxtəlif dövrlərində əmələ gəlmiş geosinklinallar çox mürəkkəb inkişaf yolu keçmiş, nəhayət, platformaya çevrilmişlər. Bu prosesin təqribən 150-200 mln. ilə başa çatması güman olunur. Geosinklinallarm inkişafının ilk mərhələsində litosfer tavalarının bir-birindən uzaqlaşması zamanı intensiv tektonik əyilmə, son mərhələsində isə intensiv qalxma baş verir.(şəkil 32) Geosinklinahn inkişafının müəyyən mərhələsində litosfer tavalarının qarşılıqlı sıxılması prosesi güclənir. Sıxılma zamanı geosinklinal qurşaqda böyük intruziv kütlələr (İntruziv kütlə yerin dərinliklərində soyuyan maqmadır) əmələ gəlir, su altında və quruda vulkan püskürmələri güclənir. Orogen (dağəmələgəlməsi) mərhələsində isə ərazi, ayn-ayn sahələri çıxmaq şərtilə (məs. Qara dəniz,Cənubi Xəzər çökəkliyi), dağlıq sahəyə çevrilir. Müasir geosiıiKİinallarda tipik struktur formalar fəal vulkanik adalar qövsü, ensiz dərin novlar və kənar dənizlərin çökəklikləridir (Məs. Yapon dənizi, Berinq dənizi, Filippin dənizi və s.). Bildiyiniz kimi, litosferin nisbətən sabit, qalın, bərk və hamarlanmış hissələri platforma adlanır. Onlar qədim fəal geosinklinalların yerində tektonik hərəkətlərin zəifləməsi, denudasiya (dağıdıcı) prosesləri nəticəsində həmin dağlıq sahələrin aşınıb düzənliyə çevrilməsi ilə baş verir. Platformalar geoloji yaşma görə qədim - Şərqi Avropa, Afrika, Antarktida, Avstraliya və s. və cavan - Turan, Qərbi Sibir, Brariziliya və s. platformalara ayrılır. Qədim platformalar arxey, qismən də proterozoy erasında əmələ gəlmiş və kristallik süxurların üstün olduğu platformalardır. Cavan platformalar paleozoy (kaledon və hersin) qırışıqlığı sahələrində yerləşən platformalardır. Turan ovalığı, Ön Qafqaz düzənlinləri də cavan platformalara aiddir. Platformanın bünövrəsi, əsasən, qranit və metamorfik süxurlardan (qneyslər, kristallik şistlər) təşkil olunduğundan o kristallik bünövrə adlanır. Kristallik bünövrənin üstü çökmə süxurlarla örtülmüşdür.

Coğrafiya - Yer kürəsinin təbiətini öyrənən elmlərdən biri-dir. Sözün hərfı mə’nası “Yeri təsvir etmək“ deməkdir. Yunancadan “qeo“- yer, “qrapho“- təsvir edirəm kimi tərcümə edilir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.

Fiziki coğrafiya - Yevin coğrafi tdbəqəsini, onun təvkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inki-şaf tarixini və istiqamətlərini öyrənir.

Fiziki çoğrafiyanın aşağıdakı əsas saholəri vardır. Bütövlükdə coğrafi təbəqəni Üntunti fiziki coğrafiyada və ya Üntunti Yerşüıtasltqda öyrənirlər. Fiziki coğrafıyanın əsas sahələrindən biri olan Paleocoğrafiya Yerin təbəqə-lərinin geoloji inkişafının mərhələlərini, onların dəy'ışməsinin səbəblərini və inkişaf qanunlartnı öyrənməklə məşğul olur. Geontor-fologiya - Yer səthində olan relyef forma/arını, onların əmələ gəlməsi və dəyişməsini tədqiq edir. İqlinışünaslıq və Meteorologiya - iqlim göstəricilərinin paylanmasını, atmosferdə baş verən hadisələri və iqlimdən istifadə edilməsini öyrənir.

Coğrafi təbəqənin komponentləri arasındakı əlaqələri öyrənən elm sahəsi Landşaftşünaslıq adlanır. Okeanlarm hidroloji və fiziki-kimyəvi xassələrini Okeanologiya öyrənir. Fiziki coğrafiyanın Hidrologiya bölməsində Yerin quru sahəfərində yerləşən su obyefctlərini tədqiq edirlər. Torpaq coğrafiyası -torpaqların zonal paylanması xüsusiyyətlərini, onlardan istifadə olunması və qorunmasını öyrənməklə məşğuldur. Yerdə bitki və heyvanların yayılması və qorunması Biocoğrafiya elminın öyrəndiyi obyektlərdir. Toponomika coğrafi adların mənşəyini və yaranma tarixini öyrənir. Ətraf mühitin mühafizəsi elmi də flziki coğrafiyanın əsas bölmələri sırasına daxildir.

Iqtisadi və sosial coğrafiya - təbii şərait və ehtiyatlardan isti-fadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplə-rini öyrənir. Iqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi M.V.Lomonosov gətirmişdir.

Onun ümumi, sahə və regional bölmələri vardır. Ümumi iqtisadi coğrafiya - elmin inkişaf tarixini, onun əsas anlayışlarını, nəzəri məsələlərini, siyasi coğrafiyanı və iqtisadi coğrafiyanın tədqiqat üsullarını öyrənir. Sa/ıə iqtisadi coprafiyası - əhalini və təsərrüfatın ayrı-ayrı sahələrinin coğrafiyasını öyrənir. Regional iqtisadi coğrafiyada dünyamn müxtəlif regionlarının 'ıqtisadi coğrafiyası tədqiq olunur. Məs. Azərbaycanın iqtisadi və sosial coğrafiyası və ya ABŞ-ın iqtisadi coğrafiyası və s.
Coğrafıya elmləri sırasında kartoqrafiya və ya xəritəşünaslıq xüsusi yer tutur. O, fiziki və iqtisadi-coğrafi xəritələrin tərtibi və istifadə edilməsi yollarını öyrənir.

“Coğrafiya“ elmində mə’lumatlar onların sistemli təhlili, statistik, kar-toqrafik, tarixi materiallardan istifadə, qruplaşdırma, sistcmli yanaşma, baians, modelləşdirmə, müqayisəli təhlil, riyazi, çöi tədqiqat, sorğu aparıl-ması və s. üsullar (metodlar) ilə əldə edilir. Onlara elmin todqiqat metod/arı da deyilir.

Təbiətin dəyişməsi və qorunması, təbii sərvətlərdən istifadə edilməsi, istehsalm və əhalinin yerləşməsi, havanm öyrənil-məsi, naviqasiya işləri zamanı coğrafıya elmi insanlara kömək edir. Bu zaman coğrafıya elminin əldə etdiyi nəticələrdən isdi-fadə olunur.

Üfüqün istiqamətlərini, yəni cəhətləri təyin etmək üçün kompasdan istifadə edilir. İlk kompas Çində hazırlanmışdır. Avropa ölkələrində kompasdan XVI-XVIII əsrlərdə istifadə edilməyə başlandı. O dövrdə insanlar kompasın əqrəbinin nə üçün şimal və cənubu göstərdiyini dərk edə bilmirdilər. Bunu qütb ulduzunun cazibəsi ilə əlaqələndirirdilər. Bu ehtimal XVII əsrə qədər davam etmişdir. Sonradan məlum oldu ki, Yer kürəsi maqnit maqnit xassəsinə malik olub, öz ətrafında maqnit sahəsi, yəni maqnit qüvvələrinin fəaliyyət göstərdiyi sahə əmələ gəlir. Təcrübə nəticəsində aydın olmuşdur ki, sərbəst vəziyyətdə qoyulan əqrəbin maqnitləşmiş ucları ani vaxtdan sonra şimala və cənuba yönəlmiş olur. Odur ki, hələ 1600-cü ildə alim Cilbert kompasın əqrəbinə qütb ulduzunun deyil, yerin maqnit sahəsinin təsiretdiyini göstərmişdi. Həm də kompasın Yerin coğrafi qütblərini deyil, yerin maqnit sahəsinin təsir etdiyini göstərmişdir.  Həm də kompasın əqrəbi yerin coğrafi qütblərini deyil, onlardan bir qədər şərqi və qərbi göstərdiyi müəyyən edilmişdi.
Bu mərkəzləri şərti olaraq yerin maqnit qütbləri adlandırmışdılar. Tədqiqat nəticəsində məlum olmuşdur ki, şimal maqnit qütbü Kanda arxipelaqında 74O şimal enliyində, 100O qərb uzunluğunda yerləşir. Cənub maqnit qütbü isə Antarktida sahilində Adeli torpağında, 68O cənub enliyində, 143O şərq uzunluğunda yerləşir. Mqanit qütblərini birləşdirən xətlərlə, coğrafi qütbləri birləşdirən xətlərlə (meridianlar) üst-üstə düşmür. Aralarında müəyyən bucaq əmələ gəlir. Bu bucaq maqnit meyl bucağı və ya inhiraf bucağı adlanır. Yerin maqnit qütbləri sabit olmayıb, yerlərini ildə yerlərini ildə 5-6 km Şərqə ya da qərbə dəyişir. Güman edilir ki, yerin nüvəsi və bərk örtük qatı müxtəlif sürətlə fırlandığı üçün, nüvə ilə yer qabığı arasında elektrik burulğanı əmələ gəlir. Bu hərəkətlər yerin maqnit sahəsinin dəyişməsinə səbəb olur. Bəzi alimlər bunun səbəbini yerin daxilində ayrı-ayrı sahələrdə tempraturun müxtəlif olması nəticəsində yaranan elektrik cərəyanının təsiri ilə əlaqələndirirlər. Yerin maqnit sahəsinin və onda baş verən dəyişiklikləri öyrənmək üçün Yer kürəsində 80-ə yaxın maqnit rəsədxanaları işləyir. İlk maqnit rəsədxanası Alman 
riyaziyyatçısı Qoasun səyi ilə yaradılıb. Yer maqnitizminin elementləri kompas, teodorit, elekrik maqnitometri, maqnit tərəzisi və s. cihazlarla ölçülür. Yer maqnitizmini öyrənməyin böyük əhəmiyyəti vardır. Yer qabığının təşkil edən süxurlardakı minerallar digər xüsusiyyətlərlə yanaşı maqnit hərisliyinə görə də fərqlənirər. Məs: Dəmirin maqnit hərisliyi maqneziumdan mlrd. Dəfə çoxdur. Maqnezium hərisliyi çox olan cisimlərə ferromaqnit cisimlər deyilir. Bura dəmir, nikel, kobal daxildir. Faydalı qazıntıların axtarışında və kəşviyyat işində kimyəvi elementlərin maqnit hərisliyini nəzərə alaraq, yeni faydalı qazıntı yataqları açmaq mümkündür. Bu məqsədlə ferromaqnitometr cihazından istifadə olunur. Ferromaqnit qrupu yerləşən sahədə cihaz adi maqnit sahəsinə nisbətən güclü hərisliyə malik olur. Belə sahələr mqanit anomaliyaları adlanır. Daha böyük sahə tutan sahələr isə geoanomaliya adlanır. Kursk, Qrivoyroq, Daşkəsən, Şərqi Sibir, Skandinaviya, Labrador geoanomaliya sayılır.

,

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri»dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.Coğrafiya elmi iki əsas sahəyə bölünür: Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir. İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir. Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur. Coğrafiya elminin inkişaf mərhələləri: İbtidai coğrafi təsəvvürlər Orta əsrlər Böyük coğrafi kəşflər Müasir coğrafi tədqiqatlar

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget