Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qalaktika nədir ?

Qalaktika - vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduz sistemidir. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur

Qalaktika - vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduz sistemidir. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Günəş sisteminin daxil olduğu qalaktika Bizim Qalaktika və ya Süd Yolu adlanır.Bizim Qalaktika spiral quruluşa malikdir. Qalaktikalar müxtəlif quruluş və formaya malikdirlər. Qalaktikalar quruluşuna görə elliptik, spiral və heç bir formaya malik olmayan formalara malikdirlər.Günəşdən Qalaktikanın mərkəzinə qədər olan məsafə təxminən 28-32 min işıq ili, yaxud 8-10 kiloparsek (kilo – min deməkdir) tərtibindədir. Bu o deməkdir ki, Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə çox da böyük dəqiqliklə təyin edilməmişdir. 
Günəş ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8-10 kiloparseklik məsafədə 200-220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik ildə adlandırırlar. Deməli Yer bütün mövcud olduğu 4,5 milyard il
ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir. Bu hesabla bizim Qalaktikanın cəmi 40 qalaktik il qədər yaşı vardır.Qalaktika mərkəzi ətrafında Günəşin hərəkət sürəti, spiral qolları əmələ gətirən sıxılma dalğalarının həmin ərazidəki qiyməti ilə faktiki olaraq üst-üstə düşür. Belə hal ümumilikdə Qalaktika üçün normal hal deyildir. Ona görə ki, spiral qollar sabit bucaq sürəti ilə fırlanırlar, ulduzların hərəkəti isə tamam başqa qanunauyğunluqla baş verir. Bu baxımdan bizim Qalaktikanın diskində yeləşən bütün ulduzlar gah spiral qolların daxilində, gah da ondan kənarda yerləşirlər. Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer - korotasiya dairəsi adlanan (korotasiya – sürətlərin bərabərləşdiyi dairə) məkandır. Günəş də həmin dairənin çox yaxınlığında yerləşir!
Bizim səthində yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyard illər ərzində heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə həyat qorunub saxlanıla bilmişdir. Qeyd etmək lazımdır ki, göründüyü kimi Yer planetinin mövqeyi hətta Qalaktikada belə, Günəş sistemində olduğu kimi elə bil məxsusi olaraq seçilmişdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget