Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyanın ən qədim iti-Dinqo

Alimlər belə qənaətə gəliblər ki, Avstraliyada yaşayan vəhşi dinqo itləri dünyada ən qədim it cinsidir.Kornoul və Kaliforniya universitetləri alimlərinin apardıqları tədqiqatlara görə, dinqonun tapılan ən qədim kəllə sümüyünün yaşı 5500 ildir.


Alimlər belə qənaətə gəliblər ki, Avstraliyada yaşayan vəhşi dinqo itləri dünyada ən qədim it cinsidir.Kornoul və Kaliforniya universitetləri alimlərinin apardıqları tədqiqatlara görə, dinqonun tapılan ən qədim kəllə sümüyünün yaşı 5500 ildir. Bundan əlavə, digər it cinslərindən fərqli olaraq dinqo genetik cəhətdən canavarlara daha yaxındır.
Alimlər tədqiqat zamanı 85 müxtəlif it cinsinə və həmçinin, yüzlərlə canavara məxsus 48 min DNT nümunəsini təhlil ediblər. Alimlər hesab edirlər ki, Avstraliya və İndoneziyaya gətirilmiş itlər izolyasiya olduqlarına görə digər it cinslərindən aralı inkişaf etməli olub.  Yəni, 5 min il bundan əvvəl Avstraliyaya düşən bu itlər tamamilə izolyasiya olunmuş şəraitdə yaşayıblar və ilkin xüsusiyyətlərini saxlaya biliblər. Digər it cinsləri qarışıq nəticəsində yaranıblar, dinqolar isə demək olar, heç bir it cinsi ilə qarışmayıb.
«Nature» jurnalı yazır ki, dinqolar it kimi hürmür, canavar kimi ulayırlar. Lakin alimlər bildirirlər ki, son illərdə dinqoların digər it cinsləri ilə qarışması halları çoxalıb. Bu da təmiz dinqo it cinsinin azalmasına gətirib çıxara bilər.
Digər bir qrup alim isə minlərlə it cinsinin DNT təhlilindən belə müəyyən edib ki, ilk itlər əvvəl düşünldüyü kimi, Çində deyil, Yaxın Şərqdə olub. Ehtimal edilir ki, insanlar ilk dəfə 15 min il əvvəl canavarı əhliləşdirərək onu ev heyvanına çeviriblər.
Qaynaq:http://www.milli.az/

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget