Azərbaycanın ən böyük Coğrafiya jurnalı

LÜTVİ-ZADƏ (Lütfəli Rəhimoğlu Əsgərzadə)

Yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyaziyyat, kibernetika və hesablama texnologiyası elmlərinə böyük yeniliklər gətirmiş, əldə etdiyi silsilə elmi kəşfləri dünya ictimaiyyətini heyran qoymuş böyük Azərbaycan alimi Lütvi Ələsgərzadə (düna elm aləmində Lütvizadə soyadı ilə tanınan) 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuş, ailəsi ilə birlikdə 1926-cı ildə İrana köçmək məcburiyyətində qalmışdır. O, burada ingilis təmayüllü məktəbdə oxumuş,sonra


Yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyaziyyat, kibernetika və hesablama texnologiyası elmlərinə böyük yeniliklər gətirmiş, əldə etdiyi silsilə elmi kəşfləri dünya ictimaiyyətini heyran qoymuş böyük Azərbaycan alimi Lütvi Ələsgərzadə (düna elm aləmində Lütvizadə soyadı ilə tanınan) 1921-ci ildə Bakıda jurnalist-psixoloq  ailəsində anadan olmuş, ailəsi ilə birlikdə 1926-cı ildə İrana köçmək məcburiyyətində qalmışdır. O, burada ingilis təmayüllü məktəbdə oxumuş,sonra Tehran İnstitutunun mühəndis-elektrik fakültəsinə daxil olmuşdur. Lütvi-zadə 1942-ci ildə həmin universiteti uğurla başa vurub Amrika Birləşmiş Ştatlarına köçmüş və1944-cü ildən orada yaşamışdır. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirmiş,1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsi almışdır.1959-cu ildən Kaliforniyadakı Berkli Universitetində çalışmışdır.

    Professor Lütvi-zadə 1965-ci ildə reallığa  fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir. Amma bu nəzəriyyə nədənsə həm Amerika, həm də dünya elmi ictimaiyyəti tərəfindən spektikcəsinə qarşılanmışdır. Bunada səbəb Lütvi-zadənin əsərlərinin adamların beynində maddiləşmiş aristotal məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtması olmuşdur.O, sübut etmişdir ki, insan dünyanı yalnız “ağ” və

“qara” rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərketmə imkanları zəngin və hüdudsuzdur. Elə buna görə də o, buhüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır. Beləliklə, əl-xarəzmi cəbri ilə yanaşı, qeyri-səlis cəbr- “Zadəcəbri” meydana gəlmişdir.

    Lütvi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının bütün sahələrinə geniş nüfuz etmişdir. Paltar yuyan maşından tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə, həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.

    1965-ci ildən başlayaraq dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunur. 1966-cı ildən etibarən isə dünyanın bir çox ölkələrində – İngiltərədə, Almaniyada, Yaponiyada və başqa yerlərdə Lütvizadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir. “İmatchi”, “Mitsubishi”, “Toshiba”, “Sony”, “Orison”,“Canon”, “Rigo”, “Sanio”, “Anessan”,“Honda”, “Nek”, “Sharp” və s. firmalar Lütvi-zadənin nəzəriyyəsinin kommersiya tətbiqi ilə məşğuldurlar. Bu nəzəriyyənin praktiki və iqtisadi əhəmiyyəti əvəz olunmazdır.Professor Lütvizadə həm də NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir.

    Professor Lütvi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır.Yaponiyada qeyri-səlis məntiqə əsaslanan foto-video cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistemlər və qurğular, xüsusi “ağıllı” (smart) ekspert sistemləri hazırlanır. Yaponiyada “Panasonic” və “Kvasser” adı altında  mallar istehsal edən “Mitçusita” kompaniyası qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqindən sonra həcmi milyard dollarla ölçülən məhsul istehsal edib sata bilmişdir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, siyasətdə,fəlsəfədə, sosiologiyada, dini məsələlərdə,münaqişə problemlərində də istifadə olunur.Sosioloji araşdırmalar göstərir ki, bu nəzəriyyənin tətbiq dairəsi daha da genişlənəcəkdir.

    Professor Lütvi-zadə həm də sistem və optimal süzgəclər nəzəriyyəsinin müəllifidir .Elimin qeyri-səlis məntiq nəzəriyyəsi kimi optimal süzgəclər nəzəriyyəsi müasir riyaziyyatda və kibernetikada yeni bir addım,yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də elmi nəticələri ilə qiymətlidir.

   Alimin dünya elm aləmində hadisəyə çevrilən kəşflərindən biri də dinamik sistemlərdə çoxmeyarlı optimallaşdırma nəzəriyyəsidir. Alim özünün bu nəzəriyyəsi ilə sübut etmişdir ki, bütün lazımi meyarların ən yaxşı qiymətlərinə cavab verə bilən ideal sistem yaratmaq mümkün deyil. Bir meyarın yaxşılaşdırılması yalnız digərlərinin pisləşməsi hesabına mümkündür. Bu da kompromis variant tələb edir. Bununla  əlaqədar Lütvi-zadə çox meyarlı dinamik sistemlərin qurulma üsullarını təklif etmişdir.

    Bu gün dünyanın ayrı-ayrı ölkələrində Lütvi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsiilə əlaqədar 25-ə yaxın elmi nəzəriyyəsi ilə bağlı hər il minlərlə məqalə çap olunur. Yaponiyada 2 mindən çox alim qeyri-səlis məntiqin istehsala tətbiqi ilə məşğuldur.Qeyri-səlis məntiq məişət tipli cihazların,elektrik avadanlığının hazırlanması layihələrinə tətbiq edilir. Son illər ABŞ-da, Yaponiyada, Avropada qeyri-səlis məntiqin bəhrəsi olan 1300-dən çox patent tətbiq edilmişdir. Alimin elmi uğurları 1991-ci ildə Yaponiyanın ən yüksək mükafatına – “Honda”mükafatına layiq görülmüşdür. O, dünyanın bir çox akademiyalarının, universitetlərinin fəxri üzvü və fəxri professorudurhttp://diaspora.gov.az
Açar sözlər

Yorum Gönder

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Səyyahlar

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget