Katib Çələbi (1609-1657)- Çələbi dünyəvi elmlərlə, dini elmləri birləşdirməklə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, «Cahannamə» (Dünyanı göstərən) əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və Iraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Çələbi dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur.
«Dünyanın hansı tərəfindən baxırsansa o , kürə kimi görünür» kimi fikir söyləyən Ibrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti (Heliosentrik), Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin «Cahannamə»
əsərindən kifayət qədər istifadə etmişdir.

Yorum Gönder
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.