Akkumulyasiya (toplanma)- yumuşaq çöküntülərin yer səthində toplanma-çökmə prosesidir.Bu prosesləri əmələ gətirən amillərdən aslı olaraq Akkumulyasiya su, külək(eol),buzlaq ,vulkam Akkumulyasiya ayrılır.Akkumulyasiya düzənliklər qurunun keçmişdəki çayların gətirdiyi materiallarla (çınqıl,qum,qumdaşı,gil və.s) ,buzlaq çöküntüləri ilə,vulkan püskürmələri məhsulları və eol çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklərdir.Akkumulyativ relyef-dəniz ,çay, göl, buzlaq çöküntülərinin, qravitasiya toplantılarının və vulkan məhsullarının (lava, vulkan külü və,s) toplanması nəticəsində əmələ gələn relyef formalarının məcmusudur.Mənşəyinə görə : su Akkumulyasiya relef formaları (su-Akkumulyativ düzənliklər, prolüvü-delüvi şleyflər, gətirmə konusları, deltalar və.s ); buzlaq Akkumulyativ relyef formaları (morenlər,drumlinlər və.s) ; Eol Akkumulyativ relyef formaları ( dyunlar ,barxanlar və.s) ; qravitasiya formaları (uçqunlar və.s) ;
Vulkan relyefi (vulkan konsları, lava qübbələri və.s) formaları var
Vulkan relyefi (vulkan konsları, lava qübbələri və.s) formaları var
Yorum Gönder