Qabarma və çəkilmə - Ayın və Günəşin cazibəsi ilə okeanlarda
suyun dövri surətdə qalxması və düşməsidir.Günəşin qbarma əmələgətirmə qüvvəsi
ayınkından 2.17 dəfə azdır.Ay və Günəş gün ərzində iki dəfə qabarma və iki çəkilmə
əmələ gətirir.Ayın yer ətrafında dövrü ( ay günü) 24 saat 50 dəqiqə çəkdiyindən
Qabarma və
çəkilmə arasındakı vaxt 6 saat 12ş5 dəqiqəyə bərabərdir.
Qabarmanın hündürlüyü müxtəlif
yerlərdə eyni deyildir.Açıq okeanda 1.8 m-dən artıq olmadığı halda, sahillərdə
orta hesabla 2 m-dir.Ensiz körfəzlərdə ( məs; Penjin qubasında ) 11 m-ə, Fundi
buxtasında ( şimali Amerika ) isə 16 m-ə çatır.Çaylarda isə qabarma dalğası
axar üzrə xeyli yuxarı gedir.
Məsələn , Amazon çayında 870 km, Müqəddəs Lavrentiya çayında 560 km-ə, Qanq çayında 250 km-ə, Temza çayının mənsəbində ( Londonun yaxınlığında ) qabarma zamanı suyun səviyyəsi 5 m-ə qalxır.
Qabarma və çəkilmə
sahilboyu zonalarda gəmilərin hərəkətini çətinləşdirir.
Buna görə də əvəlcədən
uzun vaxt üçün xüsusi naviqasiya kitabçası nəşr olunur, orada suyun qalxması və
düşməsi , qabarmanın hündürlüyü haqqında dəqiq məlumat verilir.Məsələn , Amazon çayında 870 km, Müqəddəs Lavrentiya çayında 560 km-ə, Qanq çayında 250 km-ə, Temza çayının mənsəbində ( Londonun yaxınlığında ) qabarma zamanı suyun səviyyəsi 5 m-ə qalxır.
Yorum Gönder