Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Abşeron iqtisadi-coğrafi rayonu

Tərkibinə Abşeron və Xızı inzibati rayonları, Bakı və Sumqayıt şəhərləri tabeliyində olan ərazilər daxildir. Abşeron əhalisi ən çox olan və ən yüksək inkişaf etmiş iqtisadi-coğrafi rayondur.

Sahəsi: 5,9 min km; 
Əhalisi: 2335 min nəfərdir (01.01.2008). 
Tərkibinə Abşeron və Xızı inzibati rayonları, Bakı və Sumqayıt şəhərləri tabeliyində olan ərazilər daxildir. Abşeron əhalisi ən çox olan və ən yüksək inkişaf etmiş iqtisadi-coğrafi rayondur. Ìqtisadi-coğrafi rayon əlverişli coğrafi mövqeyə malikdir və Quba-Xaçmaz, Dağlıq Şirvan, Aran iqtisadi - coğrafi rayonları ilə həmsərhəddir. İqlimi quru subtropikdir. Rayon zəngin neft-qaz və tikinti materialları ehtiyatına malikdir. Yerli içməli su ehtiyatları çox məhduddur. Əraziyə Şollar düzündən, Samur və Kür çaylarından su gətirilir. Yaxın gələcəkdə Oğuz—Qəbələ—Bakı su kəməri (su sərfi 5 m3/san) istifadəyə veriləcəkdir. Əhali çoxmillətlidir. Orta sıxlıq hər km2 -də 400 nəfərə yaxındır. Bakı (1917 min nəfər) və Sumqayıt (300 min nəfər) şəhərləri və ətraf qəsəbələr birlikdə Abşeron aqlomerasiyasını əmələ gətirir. Respublikamızın istehsal müəssisələrinin yarıdan çoxu bu iqtisadi-coğrafi rayonda yerləşir. Abşeron iqtisadi-coğrafi rayonunda iri neft emalı, neft maşınqayırması, elektroenergetika, kimya, elektrotexnika, metallurgiya, tikinti, yüngül və yeyinti sənaye müəssisələri fəaliyyət göstərir. Rayonun torpaq-iqlim şəraiti cənub meyvəçiliyi, üzümçülük və tərəvəzçilik üçün əlverişlidir. Südlük-ətlik maldarlıq və broyler quşçuluğu inkişaf etdirilir. Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Şüvəlan qəsəbələrində kurortlar fəaliyyət göstərir. Sənaye rayonu olan Abşeron iqtisadi rayonunun iqtisadiyyatında neft və qazçıxarma, neft kimyası və kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi üstünlük təşkil edir. Rayonda geniş tikinti kompleksi, nəqliyyat və xidmət sahələri fəaliyyat göstərir. İqtisadi rayon güclü yanacaq-energetika bazasına malikdir. Ölkədə çıxarılan neftin və qazın, istehsal edilən elektrik enerjısının xeyli hissəsi bu rayonun payına düşür. Son zamanlarda yeni neft, qaz yataqlarının istismarı bu regionun strateji mövqeyini gücləndirmiş və dünya təsərrüfatında onun əhəmiyyətini artırmışdır. İqtisadi rayonun sənaye strukturunda kimya və neft-kimya sənayesi aparıcı yer tutur. İqtisadi rayonda qara və əlvan metallurgiya sənayesi də mühüm əhəmiyyətə malikdir. İqtisadi rayonun tikinti sənayesi müəssisələrində şüşə, polimer tikinti materialları və s. istehsal olunur. Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, püstə, badam, əncir, ağ və qara şanı üzüm sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir. Təbii sərvətləri Abşeron iqtisadi rayonu ölkənin faydalı qazıntılarla zəngin rayonlardandır. İqtisadi rayon neft, qaz, mişar daşı, əhəng daşı, sement xammalı, kvars və tikinti qumları ehtiyalarına malikdir Abşeron yarımadasında zəngin balneoloji sərvətlər mövcüddür. Palçıq vulkanları, mineral bulaqlar və şorsulu ğöllərin müalicəvi əhəmiyyəti böyükdür. Abşeron yeqanə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. İqtisadi rayon içməli su ilə Samur və Kür çaylarından çəkilmiş su kəmərləri vasitəsilə təmin edilir. Lakin, Abşerona bir neçə istiqamətdən su xətti çəkilsə də, burada şirin su təminatı problemi hələlik həll edilməmiş qalır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget