Lənkəran fiziki coğrafi vilayətinin ən böyük relyef vahidi Talış dağları və bu dağlarla Xəzər dənizi arasında yerləşən Lənkəran ovalığından ibarətdir.Lənkəran ovalığı sadə relyefə malik olmaqla şimaldan cənuba ensizləşir.Səthin əsas formaları çaylatın gətirmə konuslarının qabarıq düzənlikləri , hamar dəniz düzənlikəri , bəzi yerlərdə isə səthi batıq düzənliklərdir.
Talış dağlıq sahəsində üç paralel silsilə ayrılır.Əsas suayrıcı Talış silsiləsidir (Gömürkey – 2493 m, Qızyurdu -2433 m, Şandanqalası -1816 m). Bu , şimal-qərbdə Viləşçayın yuxarı axınında cənubda Astaraçayı dərəsinə qədər 80 km uzanır.
Talış dağlarının suayrıcı zonasında btektonik mənşəli Diabar və Qosmalyan çökəkliyi yerləşir.Suayrıca silsilədən şimal-qərbdə ona paralel Peştəsər silsiləsi uzanır.Bir çox yerlərdə Talış dağları ilə geniş köndələn tirələrlə sanki birləşir və oroqrafiq cəhətdən çoxda kəskin seçilmir.Yalnız struktura uyğun erozion dərələr sahəsində bu dağlar sərbəst oroqrafik vahid kimi seçilir.Bu iki silsilə Cənubi Azərbaycan ərazisində Boqrovdağ silsiləsinə keçir və Qızılüzən çayının Məncil dərəsinə kimi uzanır.
Talış dağlarının üçüncü alçaqdağlıq sahəsində Burovar tirəsi yerləşir (Burovar – 914 m, Dizdoni -1056 m ). Bu tirəni Viləşçay və Lənkərançay dərələri kəsir. Talış dağlarında həmçinin Yardımlı , Lerik çökəklikləri yerləşir.
Yorum Gönder