Azərbaycanın su obyektlərinin və təbii komlekslərinin tərkib hissəsi olan bataqlıqlar əsasən ovalıq düzənliklərdə, qismən, yeksəkdağlıqda əlverişli su- relyef şəraitində inkişaf etmişdir.Azərbaycanın dağlıq bölgələrində relyef ətrafında bataqlıqlar kəskin parçalandığına görə böyük sahələrdə bataqlıqlar əmələ gəlməsi üçün əlverişli şərait yoxdur.Burada buzlaq karlarının dibində, bəzi çayların sahil zonasında, dağ göllərinin kənarlarında, yaxud su bitkiləri ilə tamamilə örtülmüş dayaz göl çalaları yerində, nəhayət yüksək və ortadağlığın sürüşmələr inkişaf etdiyi sahhələrində kiçik bataqlıqlara rast gəlmək mümkündür.Respublikamızın bütün dağlıq ərazisində nisbətən böyük bataqlıq sahəsi vulkan yaylasında Kiçik Alagöl çökəkliyində yerləşir.(sahəsi təxminən 0.5-1 km2-a qədər).
Bataqlıqların geniş yayıldığı bölgələr Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığının dənizkənarı zolağı və Lənkəran ovalığədır.Kür çayı Mingəçevir dərəsindən çıxdıqdan sonra çay ətrafı zonanı yaz daşqınları suları basır və çayın hər iki sahil boyu geniş göl-bataqlıq kompleksi yaradırdı.Bununla yanaşı Kürün sol və sağ qolları maili düzənliklərlə Kür çayının yataq boyu tirəsi arasında yerləşən çökəklər və hamar düzənliklər zonasında da geniş bataqlıqların əmələ gəlməsinə şərait yaradırdı.Belə şərait Muğan, Salyan düzənlərində və Lənkəran ovalığında da mövcud idi.
S.Rüstəmovun və R.Qaşqayın məlimatına görə Azərbaycanda ən böyük bataqlıq Yevlax yaxınlığından Hacıqabul gölünə qədər 125km məsafədə uzanan Qarasu bataqlığı bataqlığı olmuşdur.30-cu illərdən, xüsusilə 50-ci illərin əvvəlindən başlamış Kür çayının daşqınlarının qarşısı alınmış, Şirvan çaylarının yatağının düzəldilib kür çayına qovuşdurulması 149km2 sahədə yayılmış Qarasu bataqlıqlarının quruması ilə nəticələnmişdir.
Qarabağ düzündə ən böyük bataqlıq Ağgölün, Mehmangölün ətrafında olmuş və buradan Sarısu istiqamətində Bozqobu boyu Mil düzünə uzanmışdır.Qarabağ düzündə gətirmə konuslarının kontakt depresiyalarında kiçik bataqlıqlar indi də qalmaqdadır.
Muğan düzündə Ağçala gölü ilə əlaqədar ən böyük bataqlıqlar 1886-cı ildə Araz çayının Saatlı yaxınlığında sahil bəndinə yarması və öz yatağını dəyişərək, cənub-şərqə axaraq Xəzər dənizinə tökülməsi nəticəsində əmələ gəlmişdir.Bunlardan Yeni Araz(50km2), Qaraçala (30km2), Əbilçala(11km2), Ağçala(182km2), Aquşa(190km), Yeni Arazın qolu(87km) kimi böyük bataqlıq sahələri göstərmək olar.
Lənkəran vilayətinin çaylarının əksəriyyətinin suyu dənizin sahil boyu uzanan qum tirələri arxasındakı çökəklərdə yığılaraq “Mortso” adlanan göllər və onların ətrafında bataqlıqlar əmələ gətirirdi.
Ovalıqda aparılan melorasiya işləri bura üçün xarakterik hidromorf landşaft dəyişilmişdir.
Cənub-Şərqi Şirvanda Pirsaatçayın daşqını zonasıbda bir neçə bataqlıq sahəsi mövcud idi.( Atbulaq, Kalmas, Bəndovan).
Samur-Dəvəçi ovalığında da bir sıra bataqlıqlar var.Bunlardan Qusarçay(16km2), Xaçmaz(13km2), Ağzıbirçala(16.5km2) bataqlıqları ən böyüyüdür.
Azərbaycanın Fiziki Coğrafiyası - M.A.Müseyibov
Yorum Gönder