Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Bayquş

Bayquşlar bayquşkimilər dəstəsinə aid quşfəsiləsindəndir. Bayquşun bədəni 17-74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan-3,25 kq-dək olur. Bu quşlara el arasında “bəyquş” da deyərlər. Çünki öz əzəmət və vüqarı ilə digər quşlardan fərqlənir. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Azərbaycanda bu növ quşları bəzən bədxah quşlar da adlandırırlar. Bayquşlar əkin sahələrinə, meşədəki zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır.
Xalq inanclarında bədniyyətli quş kimi xarakterizə olunan bayquşun vahimə yaradan səsi (bayquş ulartısı) guya, hansı zamanda və məkandasa ölüm-itimin olacağa işarədir.
Deyirlər ki, bayquş üzünü kimin həyətinə tərəf çevirib ulayarsa, o evə ya bəla gələr, ya da ölüm.
Əksər xalqların folklorunda olduğu kimi Azərbaycanda da bayquşla bağlı bəd deyimlər var. Buna çoxlu misallar göstərmək olar. Amma əksər din xadimləri bayquşla bağlı bu cür yozumu xurafat hesab edirlər. İslam dininə görə də, hər hansı bir əşya və ya canlının uğur və uğursuzluq işarəsi kimi qəbul edilməsi düzgün deyil.

Azərbaycanda bayquşun 7 növü yaşayır. Bu quşlar respublikamızın düzən və dağ meşələrində, köhnə bağlarda yaşayırlar. Türyançay, Zaqatala dövlət qoruqlarında da çoxlu sayda bayquş yaşayır. Onlar həşəratlarla, xırda quşlarla və məməlilərlə qidalanırlar. Ekoloqların fikrincə, ziyanverici həşəratları məhv etdiyinə görə bayquşlar xeyirlidirlər.

Bayquşlar başlarına asimetrik yerləşdirilmiş qulaqlar sayəsində çox zəif səsləri belə eşitmə qabiliyyətinə malikdirlər. Onlarda eşidilən səsin mənbəyini dəqiq təyin etmək qabiliyyəti var. Bayquşlar tamamilə qaranlıq vaxtlarda kiçik məməliləri yalnız eşitmə qabiliyyətlərindən istifadə etməklə yaxalaya bilir. Bayquş mavi rəngi görə bilən tək quşdur.

Azərbaycanda aşkar olunan sonuncu bayquş növü Cənubi Amerika, Afrika, Avstraliya, Cənubi Asiya və Avropada yayılmış nadir növ olan Tuto albaya adlanır. Şirvan Milli Parkında yaşayan bu bayquş növü öz əzəmətliliyi, unikallığı və gözəlliyi ilə seçilir. Bu növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının «Qırmızı siyahı»sına daxil edilib. Xarici görünüşü, uçma tərzi, yaşama şəraiti və rəng çalarlarının müxtəlifliyinə görə onua ayrı-ayrı ölkələrdə müxtəlif adlar veriblər: meymunsifət bayquş, ruh bayquşu, kilsə bayquşu, qızıl bayquş, siçovul bayquş, daş bayquş və s.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget