Pompey İtaliyanın Neapol şəhəri yaxınlığında, daha dəqiq desək, Vezuviy vulkanının ətəyində yerləşir.Eramızdan əvvəl 79-cu ildə ardıcıl zəlzələlərdən sonra Vezuviy vulkanı sürətlə fəallaşmağa başlayır. Az keçmiş kül və duman buludu ətrafı bürüyür, günəşin üzü tutulur və bir neçə dəqiqə içində şəhər əhalisi əməlləri ilə birlikdə təbiətin qurbanına çevrilir.
1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompeya şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir.
Şəhərin "ədəbsizliyə" düşkün olması tarixdən silinməsinə inancı çox böyükdür. Hətta bəzilərinə görə Pompey Allah tərəfindən cəzalandırılan şəhərlərdən biridir.
İmperator Kaliqula onsuz da öz bacısına aşiq olaraq ən böyük günah etmişdi. Xalqı da ondan geri qalmırdı. Ticarət şəhəri olan Pompeyin hər yeri əxlaqsızlıq evləri ilə dolu idi. Cinsi azlıqların ən sevdiyi şəhər Pompey sayılırd, burada bütün pozğunluqlar normal qarşılanırdı. Əyyaşlıq, əxlaqsızlıq, zina və homoseksuallıq gecə-gündüz davam edirdi. Bu bir qisim insanlara deyil, hər kəsə aid idi. Elə bil bütün şəhər bu bitib-tükənməz kefdə iştirak edirmiş. Heç kəsin ağlına belə gəlməzdi ki, kimsə bu pozğunluğun qabağını ala bilər. Bu xalq da eyni ilə Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allahın əmr etdiyi əxlaqa və insanlığa zidd həyat tərzini seçmişdi. Ancaq onların sonu da Lut qövmü kimi oldu.
Əhalinin yüzdə 60-ı zadəgan, yüzdə 40-ı isə kölə idi. Zadəganlar var dövlət içində yaşayırdılar. Rəvayətə görə əvvəl yemək yeyər, daha sonra yediklərini qaz tükləri vasitəsi ilə qaytarardılar. Səbəbi isə daha çox yemək yeyə bilmək, bu zövqdən axıra qədər faydalanmaq idi.
Əhalinin yüzdə 60-ı zadəgan, yüzdə 40-ı isə kölə idi. Zadəganlar var dövlət içində yaşayırdılar. Rəvayətə görə əvvəl yemək yeyər, daha sonra yediklərini qaz tükləri vasitəsi ilə qaytarardılar. Səbəbi isə daha çox yemək yeyə bilmək, bu zövqdən axıra qədər faydalanmaq idi.
Fəlakət günü şəhərdə normal həyat davam edirdi. Hava həmişəkindən daha boğucu idi… Üstəlik yüngül zəlzələ olsa da əhəmiyyət verməmişdilər.
Sonra kül yağışı başladı. İnsanlar əvvəl buna laqeyd yanaşdılar. Çünki qoca Vezuvi əvvəllər də belə kükrəmişdi. Bu, Pompey xalqını yenə də içki və əyləncədən ayırmadı. Bədbəxtlər elə düşünürdü ki,onlar ölüm saçan dağdan kifayət qədər uzaqdadırlar, ona görə də sakit idilər. Sanki onların bəsirəti bağlanmışdı. Pozğunluqdan, içki içməkdən nəzarəti itirmiş insanlar elə düşünürdülər ki, lava möcüzəli şəkildə onlara çatmadan dayanacaq.
Limana doğru qaçanları sürpriz gözləyirdi. Dəniz qabarmışdı, azğın dalğalar gəmiləri lavalara doğru atırdı. Göydən qızğın daşlar yağırdı.
Evlərinə sığınanlar kükürd tüstüsündən boğulmamaq üçün özlərini çölə atsalar da, bu dəfə də göydən yağan daşların əlindən qaçmağa yer axtarırdılar. Göy üzü qap-qara idi, göz gözü görmürdü.
Bütün şəhərin yox olması bir neçə saat içində baş verdi. Qorxunc fəlakətdən heç kim xilas ola bilmədi. 18 kilometrlik Pompey lavaların altında qalmışdı.
Şəhərin 16 minlik əhalisinin böyük hissəsi daşa çevrilmişdi. Vezuvi elə püskürmüşdü ki, kül buludları fəlakəti sanki xəbər verirmiş kimi Suriyaya, hətta Misirə qədər yayılmışdı.
Bütün zənginliklər, gözəlliklərlə birlikdə Pompeyin insanları daş oldu. O insanlar bu gün İtaliyada açıq hava muzeyində sərgilənir. Geoloqların qənaətinə görə, əhalinini ölümünə səbəbə kükürd qazı imiş. Daşa çevrilməyin səbəbi isə vulkanın püskürtdüyü tozun bərkiməsi idi. Lavalar qəlib yaratmış, içəridəki bədən çürüsə də qəlib olduğu kimi qalmışdı.
1748- ildən başlayaraq Pompey ərazisində qazıntı işləri aparılıb. 1941-1950-ci illərdə artıq Pompeyin bir çox hissəsini qazıb çıxartmışdılar, o cümlədən şəhərə giriş darvazası, evlər, məbədlər, hamam, amfiteatr, abidə qalıqları, üzərində şəkillər və mozaikalar olan divarlar və döşəmələr kül və daş yığının altından təmizlənmişdi.
Qazıntı aparan arxeoloqları dəhşətə gətirən o idi ki, şəhər elə bil kiminsə əmri ilə donuq vəziyyətdə qalıb. ( http://www.168.az)
Qazıntı aparan arxeoloqları dəhşətə gətirən o idi ki, şəhər elə bil kiminsə əmri ilə donuq vəziyyətdə qalıb. (
Yorum Gönder