Leonardo di ser Pyero da Vinçi (15 aprel, 1452 – 2 may, 1519) — Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi.
O, Messer Pyero adlı hüquq məsləhətçisi və Katrina adlı sadə kəndli qızının nigahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində dünyaya göz açmışdır. Əlyazmalar elminin sirlərini Verokkiya adlı alimdən öyrənən da Vinçi tezliklə bu sahədə müəllimini üstələyir. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı İ Françiskadan dəvət alır və Fransaya köçərək ömürünün sonun qədər burada yaşayıb yaradır.
"İntibah insan"ın prototipi kimi hamının yaxşı tanıdığı da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcıliq istedadı Avropa İntibahının əsas hərəkətverici qövvəsinə çevrilir. Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.
Da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və Sonuncu Şam əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Da Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.
Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynamışdır.
Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcıyi, olduqca mürəkkəb ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVİ əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə bilinməmişdir.
Da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və bu elmlərin inkişafına böyük töhfələr vermişdir.
Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə ötən gün Kanadanın "National Library and Archives"-də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.
Da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.
Da Vinçinin anası "Katerina" adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə notariusda çalışıb. Onun valideynlərinin heç biri evli olmayıb.
Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.
Parry mühazirdə "Leonardo Da Vinçi və onun anası Katerinanın Şərqi sirləri" başlıqlı olduqca mühüm materiallar təqdim edib.
Qeyd edək ki, Leanardo Da Vinçinin tədqiqatları hələ də davam etdirilir.(http://az.wikipedia.org)
Yorum Gönder