Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Tərtərçay

Tərtərçayı Qarabağ bölgəsinində yerləşir.Tərtərçayın Azərbaycan daxilində Kür çayının sağ qolları arasında Arazdan sonra ikinci yerdə durur. Tərtərçay mənbəyini Qarabağ vulkanik yaylasında 3180m yüksəklikdən götürür və Bərdə rayonu ərazisində dəniz səviyyəsindən 3m


Tərtərçayı Qarabağ bölgəsinində yerləşir.Tərtərçayın Azərbaycan daxilində Kür çayının sağ qolları arasında Arazdan sonra ikinci yerdə durur. Tərtərçay mənbəyini Qarabağ vulkanik yaylasında 3180m yüksəklikdən götürür və Bərdə rayonu ərazisində dəniz səviyyəsindən 3m hündürlükdə sağdan Kürə tökülür.Uzunluğu 184km, su toplayıcı sahəsi 2650 km2-dirTərtərçay yuxarı və orta  axınında Umudlu çökəkliyi istisna olmaqla dar, bəzi sahələrdə əsl kanyonvari dərə ilə axır.Yalnız Umudlu çökəkliyində çay dərəsi genişlənir.Bu gniş sahənin çox hissəsi Sərsəng su anbarının altında qalıb.
Tərtərçay, kiçik qafqazın qalan çaylarında olduğu kimi öz sularını yalnız dağlıq hissəsində toplayır.Bu hissədə Tərtərçayın böyük qollarından sağdan Tutğun çayı, soldan Levçayı və Torağaçayı qəbul edir.


Tərtərçayın qidalanmasında yeraltı, qar və yağış suları iştirak edir. Tərtərçay hövzəsində yağıntıların orta illik miqdarı 691 mm, axın layı 275 mm, su sərfi 23m3/s –dir.İllik su sərfinin maksimumu (39%) yalnız may və iyun ayları payına, minimumu isə dekabr, yanvar və fevral ayları (11,2 %) payına düşür.İyul ayında çayda su sərfi iyunda olduğundan 1,8 dəfə, avqust ayında isə 2,5 dəfə az olur.Bu göstəricilər yağıntəları bol, yaxud kasad olan illərdə çox böyük hüdudda tərəddüd edir.Çoxsulu illərdə Tərtərçayın su sərfi 41,6 m/s -ə qədər artır, yaxud
ortaillik su sərfindən iki dəfə çox olur.Azsulu illərdə illik su sərfi cəmi 13,4 m/s təşkil edir və ortaillik su sərfindən təxminən iki dəfə az olur.Çoxsulu illərdə Tərtərin suları Sərsəng su anbarını layihə həcmində doldurur, artıq sular isə çayın açağı axınında nəinki ekoloji axımı təmin edir, hətta ondan xeyli artıq olur.Orta və az sulu illərdə Tərtərçayın aşağı axınında su yalnız yaz-yay daşqınları, bəzən isə payızda müşahidə edilir.Çay suları sağ sahil və sol sahil kanalları ilə Qarabağ düzünün Yuxarı Qarabağ kanalı ilə dağətəyi arasında yerləşən hissələrinin suvarılmasında istifadə edilir.
 Azərbaycanın Fiziki Coğrafiyası-  M.A.MÜSEYİBOV

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget