Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Zəlzələ işıqlarının sirri tapıldı

Zəlzələ ərəfəsində səmada qəribə işıqlar görünür. Alimlərin onillərdən bəri araşdırdıqları bu fenomen atmosferin müxtəlif yüksəkliklərində yaranan müxtəlif formalı, fərqli sürətə malik işıqlardır.


Zəlzələ ərəfəsində səmada qəribə işıqlar görünür. Alimlərin onillərdən bəri araşdırdıqları bu fenomen atmosferin müxtəlif yüksəkliklərində yaranan müxtəlif formalı, fərqli sürətə malik işıqlardır. Tektonik gərginliyin yüksək olduğu zaman daha intensiv şəkildə görülən bu işıqlar "zəlzələ işıqları" adlansa da, alimlər belə işıqlanma ilə zəlzələlər arasında bilavasitə əlaqəni hələ də təsbit edə bilməyiblər. 
Milli.Az Science-ə istinadən bildirir ki, zəlzələ işıqları tektonik gərginlik olayı kimi ionosfer təbəqəsində yaranan təbii hadisədir.
"Bal lightning"lə bağlı araşdırmalarda artıq ciddi irəliləyiş əldə olunduğu vurğulanır.

Kanadanın Kvebek əyalətinin Təbii Ehtiyatlar Nazirliyinin (Quebec's Ministry of Natural Resources') baş eksperti Rober Terunun başçılıq etdiyi tədqiqat qrupu zəlzələ işıqlarının təbiətini və yaranma səbəblərini araşdırmaq üçün 1600-cü ildən bəri qeydə alınmış 65 böyük zəlzələ ilə bağlı təhlillər aparıb.

Bəlli olub ki, zəlzələ zamanı yeraltı təbəqələr və tektonik layların sürtünməsi nəticəsində böyük miqdarda enerji yaranır.
"Həmin enerji atmosferdə ionlaşmaya və işıqlanmaya səbəb olur. Beləliklə, səmadakı dəyişiklikləri diqqətlə izləməklə zəlzələlər barədə önləyici, xəbərdarlıq tipli məlumatlar əldə etmək olar", - Rober Teru deyib.

Rober Terunun başçılıq etdiyi tədqiqatların nəticələri Nature jurnalında dərc olunub.
Hesabatda bildirilir ki, zəlzələ zamanı süxur və layların sürtünməsi nəticəsində formalaşan elektroenerji şaquli geoloji sınma xətləri vasitəsilə atmosferə çıxır.

Rift zonalarında daha geniş yayılmış belə xətlər sonradan ionosferdə işıqlanmaya səbəb olur.

ABŞ-ın Massaçusets ştatındakı Boston kollecininin professoru Con Ebel isə deyir ki, zəlzələ işıqları ilə bağlı aparılmış tədqiqatı bitkin saymır: "Bu mövzu hələ çox ciddi şəkildə araşdırılmalıdır".

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Kaliforniya ştatındakı Moffett Fild şəhərində yerləşən Eyms Tədqiqat Mərkəzinin (NASA Ames Research Center in Moffett Field, California) fizik-mineraloqu Fridmen Froynd isə hesab edir ki, zəlzələ işıqlarını tektonik laylardakı defektlər və sınmalar yaradır:

"Bu zaman mineralların kimyəvi strukturlarındakı oksigen atomları elektronlarını itirirlər, kimyəvi əlaqə pozulur və müsbət yüklü elekrtrik cərəyanı yaranır. Məhz bu səbəbdən "P yük"lər şaquli geoloji rift sınmaları ilə qalxır, atmosferə qarışır və zəlzələ

 işıqlarını yaradırlar".
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget