Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Şimali Amerikanın relyefi

Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şm.Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir

Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şm.Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. (əsas şərqdə). Bu düzənliklərin üzəri qədimdə buzlaşmaya məruz qalıb. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədəir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşib. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşib. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşib. Bu dağlar qədim olduğundan hündür deyil. Kordilyer dağları- materikin qərbində Sakit okean sahilində yerləşib. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şm. Amerika tavalarının toqquşduğu ərazidə yerləşib. Bu dağlar 3 hissədən ibarətdir: 
 1. Şərqi və ya Qayalı dağlar, 
 2. Qərb və ya Sakit okean qurşağı, 
 3. Daxili qurşaq (Böyük hövzə yaylası). 
 Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şm.Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şm.Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-85 m) Vulkanları. Orisaba, Taxumulko, Reynir. Faydalı qazıntılar. Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şm.Amerika platformasının çökmə süxurlarında yayılıb. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir. Qaynaq;http://kayzen.az
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget