Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Afrikanın Materikinin Relyefi

Afrika qədim Qondavana materikinin bir parçasıdır. O qədim platforma üzərində yerləşdiyindən (xüsusilə Şm. Afrikada) düzənliklər əsas yer tutur, uca dağlar isə yoxdur. Qədimdə olan dağlar aşınaraq yaylalara çevrilib. Böyük səhradakı Əhəqqar və Tibesti yaylaları Afrikanın ən böyük «şahid» dağlarıdır. Materikin orta hündürlüyü 750 m, ən hündür zirvəsi-Şərqi Afrika yaylasındakı Kilimancaro dağı (5895 m), ən alçaq yeri Assal gölüdür (-154 m). Yüksəkliyinə görə Afrika 2 hissəyə bölünür:
1) Yüksəkliyi 1000 m-dən alçaq olan Şimal və Qərb hissə 
2) Yüksəkliyi 1000 m-dən çox olan Şərqi və Cənubi Afrika.

Materikin şərqində Efiopiya dağlıq yaylası, ondan cənubda Konqo çökəkliyi və Şərqi Afrika dağlıq yaylaları yerləşir.
Qurudan ən böyük qırılma zonası (çat) Şərqi Afrikada yerləşir. Bu çat Efiopiya dağlıq yaylasından Zambezi çayına qədər Qırmızı dənizin sahili boyu uzanır. Burada Afrika litosfer tavasının aralanması prosesi getdiyindən tez-tez zəlzələ və vulkanlar baş verir.
Afrikanın Şimal-şərqində Atlas dağları yerləşib. Alp qırışlarına aid olan bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşduğu zonadadır. Ən hündür zirvəsi Tubkal (4165 m) dağıdır.
Şimali və Qərbi Afrika uzun müddət enməyə məruz qaldığından bura vaxtı ilə dəniz olmuşdur.

Ərazi əsasən kontinental və çökmə süxurlardan ibarətdir. Böyük səhranın mərkəzində kristallik və vulkanik süxurlardan ibarət nəhəng dağ massivləri (Əhəqqar və Tibesti) var.
Afrikanın cənub-şərqində Əjdaha, cənubunda yastı zirvəli alçaq Kap dağları yerləşir.
Vulkanları. Kilmancaro, Kamerun, Meru və s.
Faydalı qazıntıları. Afrikada maqmatik süxurlar üstünlük təşkil etdiyindən filiz
Klimancaro
faydalı qazıntıları ilə zəngindir. Afrikanın mərkəzində “Mis” qurşağı yerləşir. Cənubi və Şərqi Afrikada qədim kristallik süxurlar səthə yaxın olduğundan faydalı qazıntılar dayazda yerləşib. Şm.Afrikada çökmə süxurlar üstünlük təşkil etdiyindən bura neft, qaz və fosforit yataqları ilə zəngindir. Neft həmçinin Qvineya körfəzi sahilində çıxarılır. Ən iri almaz yataqları Cənubi Afrikada , Şm. Qvineya və Katanqadadır.

Afrika hidroenerji, günəş və külək enerjisi ehtiyatları ilə yaxşı təmin olunsa da, bunlardan hələ ki çox zəif istifadə edilir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget