Gecələr səmanı seyr etsək, hələ gecə də aydındırsa, milyonlarla nöqtələr kimi ulduzları görərik və bəzən bu işıqlardan düz və ya əyri xətlər cızıldığını görərik. Xüsusilə avqust aylarında daha çox görə bildiyimiz bu işıqlı oxlar quyruqlu ulduzlar kimi, çoxu onlardan qopmuş, Günəş Sisteminə aid hissələrdir. Əslində ulduzlar çox böyük və çox uzaqdadırlar. Onlar da bir günəşdir, hətta günəşlərin də günəşidirlər. Məsələn, Veqa ulduzu günəşdən 50 dəfə daha böyükdür. Orion Rigel ulduzu isə 50.000 dəfə daha güclüdür.
Uzaqlıqları isə çox fərqlidir. Ən yaxınının işığı belə ancaq bizə dörd ilə gəlib çata bilir. (İşıq saniyədə 300.000 km yol qət edir). Qu quşu ulduzunun nisbi uzaqlığı 11 işıq ili (işığın bir ildə getdiyi yol) qədər ölçülmüşdür. Bizim də sistem kimi getdiyimiz Veqa ulduzu isə, bizdən 27 işıq ilı uzaqdadır. Yəni hal hazırda gördüyümüz 1978-ci ildəki halıdır. Hər zaman göz qırpırmış kimi yanıb sönmələri də, «döyünmə» adlanan müntəzəm şəkildə bükülüb genişlənmələri və işığın bir xüsusiyyətindən, yəni özlərinin işıq mənbəyi olmaları və bizə çox uzaq olmalarındandır.
Ay kimi başqalarının işığını əks etdirən planetləri də, bu fərqə görə dərhal seçə bilərik.
Günəşimiz də daima içindən qaynayır, müntəzəm olaraq partlayışlarla köhnəlir və ya özünü yeniləyir. Bəzən bu partlayışlar elə şiddətli olur ki, minlərlə ton ağırlığındakı hissələr fəza boşluğunda yoxa çıxır. O biri ulduzlar da belədir. Beləliklə, günəşlərdən, quyruqlu ulduzlardan qopmuş bu sərt hissələr, kürəmizə qədər “qonaq” gəlir, göndərilirlər. Niyə “qonaq”dırlar, niyə göndərilirlər?

Əvvəlcə atmosfer qapımızı döyməmiş içəri girmirlər. Bizə doğru sürətlə gələrkən atmosfer
girişində, qapıda Göndərənin əmri və təlimatı ilə, oddan bir xətt çəkirlər, bizə gəldiklərinin xəbərini verirlər.
Bu dəvətli-dəvətsiz “qonaqlar” biz yerlilər üçün çox əhəmiyyətlidir. Hər şeydən əvvəl bunlar başımıza gələn daşlardır. Heç də boş olana bənzəmirlər. Bunlar haqqında nə eşitmişik, nə bilirik? Qısa da olsa bir nəzər salaq.
Bunların günəş sistemi içində gəzənlərinə meteor, bizə qədər gəlib çatanlara da meteorit deyirik. Çoxu gözlə görülməyəcək qədər kiçik toz zərrələri halındadır. Bunlara da mikro meteoritlər deyirik. Müxtəlif istiqamətlərə doğru gedən meteorların digər planetləri və Ayı nə hala gətirdiklərini şəkillərdə çox görmüsünüz.
Ayın şəklinə baxıb səcdəyə qapanmamaq mümkündürmü? Minlərlə daşdan başımızı qoruyanı tanımamağa heç vicdan razı olarmı?
Bizim axan ulduzlar adlandırdığımız bu meteorlar saniyədə 12-72 km sürətlə üstümüzə doğru hərəkət edərkən atmosfer qalxanımıza dəyib sürtünmədən yanmaqdadırlar. Biz o anı görür və səhv bir dəyərləndirmə ilə axan ulduz adlandırırıq.
Yerin günəş ətrafında fırlanma sürəti saniyədə 30 km-dir. Meteoritlər yerin fırlandığı istiqamətdə gəlib düşərsə 72 – 30 = 42 km/san; tərs istiqamətdən gələrək düşərsə, 12 + 30 = 42 km/san, yəni saniyədə 12 ilə 72 km arasında düşən meteoritlərin həqiqi sürətləri təqribən 42 km/san-dir.
Əksəriyyəti böyük deyil. Atmosferimizdə parçalandıqları üçün, çoxu mərcimək, noxud boydadır. Ancaq bizə qədər çata bilən böyük kütlələr də vardır. Müəyyən edilə bilənlərin bəzilərindən bir az bəhs edək.
Bunları dəmirli (sideridlər), daş-dəmirli (sideroidlər) və daşlı (aeroidlər) olmaqla üç qisimdə mütaliə etmək olar. Dəmirli meteoritlərdə 91% dəmir, 8% nikel, 0,6% kobalt və silisium oksid mövcuddur. Bunların bu yerin daşı olmadığı sadə gözlə belə baxanda dərhal bilinir.
Daş-dəmirli meteoritlərdə metal və silisium oksid miqdarları bir-birinə yaxındır.
Daşlı meteoritlərdə isə silisium oksid daha boldur. Bunlarda 42% oksigen, 21% silisium, 16% dəmir, 16%-a qədər də maqnezium var. Təbii olaraq bu maddələr qarışıq halındadırlar. Bizə gəlib çatanların əksəriyyəti bu son sinifə daxildir.
Bunların yaşı radio-aktiv elementləri ilə müəyyən edilir. Dəmirlilər daha yaşlı olub yaşları 6.10^9 ilə qədərdir. Daşlı olanlar isə kürəmizlə daha həmyaşıd olub yaşları 10^9 ilə 4,5 x 10^9 il arasında dəyişir.
Bu halda daşlı meteortilər günəş sistemi içindən, digərləri isə daha uzaq yerlərdən gəlmiş “qonaqlar” olub ulduzlardan gəldikləri ehtimal edilir.
Böyüklərinə gəldikdə isə: 30 Aprel 1908-ci ildə Sibirdə Tunquska səmalarında görünən atəş kürəsindən xalq dəhşətə qapılmışdı. Böyük bir gurultu və sarsıntı olmuş, naməlum bir yerdə nə isə olmuşdu. 5-10 il sonra bəzi elm adamları oraya gedə bildilər. Genişliyi 50 km olan bir meşə yanıb kül olmuş, bəzi yerlərdə çuxurlar əmələ gəlmişdi. İncələmələr böyük bir meteor olduğunu göstərdi.
1 Aprel 1920-ci ildə Almaniyada Hunsrucka yeddi parça od halında daşlar düşmüşdü, müxtəlif böyüklüklərdə çuxurlar açılmışdı.
12 Fevral 1947-ci ildə Şərqi Asiya sahillərindən Vladivostokun yaxınlarına dumanlı bir yol cızaraq gəlib dolu halında ətrafa saçılan daşların ümumi ağırlığı 23 ton təşkil etmişdi.
Çox qədim zamanlarda Arizonanın Vinslov yaxınlığına düşən meteoritin açdığı kraterin ölçüsü isə 1600 m-ə qədər idi.
1941-ci ildə Domaniç yaylasına düşdüyü söylənən 25 kg ağırlığındakı meteorit indi Bursa Muzeyində nümayiş etdirilməkdədir./http://www.akademiya.net/
Yorum Gönder