Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycan ərazisinə daxil olan hava kütlələri (8-ci sinif)

İqlimşünas alimlərimiz Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin və atmosfer dövranının bir neçə tipini müəyyən etmişlər.

İqlimşünas alimlərimiz Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin və atmosfer dövranının bir neçə tipini müəyyən etmişlər. 
1. Arktik hava kütlələri. Əsasən ilin soyuq dövründə şimaldan, şimal-şərqdən və şimal-qərbdən Azərbaycan ərazisinə daxil olur. Arktik dəniz və arktik kontinental yarımtipləri var. Bu hava kütlələri Şimal Buzlu okeanı üzərində yaranır və cənuba hərəkət edərək Azərbaycan ərazisinə daxil olur. 
2. Mülayim hava kütlələrinin dəniz yarımtipi Atlantik okeanının şimalında yaranır və Avropa üzərindən keçərək, Azərbaycana daxil olur. Bu hava kütlələrinin təsiri ilə temperatur aşağı düşür, buludluluq artır, tez-tez yağış yağır. Mülayim kontinental hava kütlələri isə Qərbi Sibir, Qazaxıstan və Rusiyanın Avropa hissəsində yaranır. 
3. Tropik hava kütlələri respublikamızın ərazisinə cənubdan, əsasən yayda daxil olur. İsti və quru hava şəraitinin yaranmasına səbəb olur. İlin soyuq dövründə temperaturu yüksəldir. 
4. Cənub siklonları Aralıq dənizi, İranın şimal-qərbi və Kiçik Asiya üzərindən Azərbaycan ərazisinə daxil olur. Bu zaman havanın temperaturu xeyli aşağı düşür, güclü küləklər əsir, buludluluq artır. Yağıntılar başlıca olaraq ilin isti dövründə düşür. 
5. Orta Asiya hava kütlələri Xəzər dənizindən keçərək Azərbaycan ərazisinə daxil olur. Bununla əlaqədar, ilin isti dövründə havanın temperaturu qalxır, soyuq dövrlərdə isə aşağı düşür. Əsasən, şərq və cənub-şərq kütlələri üstünlük təşkil edir, yağıntılar ancaq qışda düşür. 
1. Kontinental və dəniz arktik hava kütlələri. 
2. Mülayim enliklərin dəniz tropik hava kütlələri. 
3. Mülayim enliklərin kontinental hava kütlələri. 
4. Cənub siklonları. 
5. Orta Asiyadan gələn hava kütlələri.
 Yerli hava dövranı əsasən Xəzər dənizi ilə Azərbaycan ərazisi arasındakı təzyiq fərqlərindən yaranır. Yüksəktəzyiq sahələrindən alçaqtəzyiqli sahələrinə doğru üfüqi istiqamətdə hava yerdəyişməsinə külək deyilir. Azərbaycan ərazisində yaranan küləklər mənşə etibarilə iki cür olur: müxtəlif hava kütlələrinin respublika ərazisinə daxil olması nəticəsində yarana küləklər və yerli şəraitlə əlaqədar əmələ gələn küləklər. Səth örtüyünün xüsusiyyətləri ilə əlaqədar, respublikamızın ərazisi üçün əsasən yerli küləklər səciyyəvidir. Abşeron yarımadasında və dəniz sahillərində hakim külək xalq arasında “x ə z r i” adlanan şimal, şimal-qərb və şimal-şərq küləyidir. Onun sürəti bəzən 35-40 m/san-yə temperaturunu aşağı salır, sərinlik gətirir. Azərbaycana cənub-şərqdən və cənubdan daxil olan “g i l a v a r” qış aylarında havanın mülayimləşməsinə, yayda isə, istiliyin və nəmliyin artmasına səbəb olur. Xəzri və gilavar küləkləri Bakı və Sumqayıt şəhərlərinin çirkli havasının təmizlənməsində mühüm rol oynayır. Sutka ərzində səth örtüyünün qeyri-bərabər qızması ilə əlaqədar olaraq, dağlıq ərazilərdə dağ – dərəküləkləri, Xəzər dənizinin sahillərində sahil küləkləri əmələ gəlir. Aran rayonlarında tropik hava kütlələrindən əmələ gələn, ilin isti dövründə əsən isti, quru ağ yel və qara yel bitkilərin inkişafına mənfi təsir göstərir. İlin soyuq dövründə dağlıq ərazilərdə föhn adlanan isti və quru küləklər əsir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget