Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycan ərazisində yağıntılar və İqlim tipləri (8-ci sinif)

Respublika ərazisində yağıntılar qeyri-bərabər paylanır. Ən az yağıntı Abşeron yarımadasının cənubunda, ən çox yağıntı isə Talış dağlarının ətəklərində düşür. Böyük Qafqaz dağlarının cənub yamacları illik yağıntıların miqdarına görə Lənkəran vilayətindən sonra ikinci yerdədir. Lənkəran ovalığında yağıntının çox hissəsi ilin soyuq dövründə (oktyabr-mart aylarında), Böyük və Kiçik Qafqaz dağlarında yazın axırı-yay aylarında, digər sahələrdə isə əsasən yaz və payız aylarında düşür. İllik yağıntıların miqdarı 200 mm-dən az olan ərazilərdə səhrəlar, 200-400 mm olan sahələrdə yarımsəhralar, 400-600 mm olan sahələrdə dağ çölləri, alçaq dağ meşələri, 600-1400 mm-ə çatan sahələrdə zəngin meşələr mövcuddur. Respublika ərazisində illik buxarlanma göstəricisi 300-1400 mm arasında dəyişir. İllik yağıntının mümkün buxarlanmaya nisbəti rütubətlənmə əmsalı adlanır. Respublikamızın ayrı-ayrı hissələri iqliminə görə bir-birindən xeyli fərqlənir. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağ-tundra iqliminədək bir-birindən fərqlənən 9 iqlim tipi mövcudduir. Dağətəyi düzənliklərdən yüksəkdağlığa doğru iqlim tipləri bir-birini əvəz edir. I. Yarımsəhra və quru çöl iqlimi respublika ərazisinin 50%-dən artığını əhatə edir. Bu iqlim Kür-Araz ovalığını, Arazboyu düzənlikləri, Samur-Dəvəçi ovalığını, Abşeron-Qobustanı tutur. Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi - q u r u s u b t r o p i k i q l i m hakimdir. Naxçıvan MR-in Arazboyu düzənliyi və qismən alçaqdağlıq ərazilər qışı soyuq, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqliminə malikdir. Burada ən isti ayın temperaturu 27-280 C-dən yüksək olur. İllik yağıntıların miqdarı əksər sahələrdə 300 mm-dən azdır. II. Mülayim-isti iqlimin müxtəlif növləri respublika ərazisinin 30%-dən artığını əhatə edir. Bu iqlim Böyük və Kiçik Qafqazın və Talış alçaq və ortadağlıq zonaları üçün səciyyəvidir. Respublikanın müxtəlif dağlıq ərazilərində mülayim-isti iqlimin bir-birindən fərqlənən tipləri mövcuddur. 1. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (Naxçıvanda qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi). 2.Qışı quraq keçən mülayim-isti iqlim. 3.Yayı quraq keçən mülayim-isti iqlim. 4. Yağıntıları bərabər paylanan mülayim–isti iqli. 5. Yayı quraq keçən soyuq iqlim. 6. Qışı quraq keçən soyuq iqlim. 7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. 8. Dağ-tundra iqlimi. Qışı quraq keçən mülayim–isti iqlim Kiçik Qafqazın bütün dağətəyi və alçaqdağlıq zonasını,Qanıx-Əyriçay vadisini, Acınohur öndağlığını, Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edir. Yayı quraq keçən mülayim–isti iqlim Lənkəran ovalığı, Kiçik Qafqazın cənub-şərq qurtaracağı, Böyük Qafqazın cənub-şərqi üçün səciyyəvidir. Yağıntıları bərabər paylanan mülayim–isti iqlim Talış dağlarının, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarının alçaqdağlıq və dağətəyi zonalarını əhatə edir. Həmin ərazilərdə qış yumşaq, yay mülayim –isti keçir, il boyu yağışlar yağır.Lakin yay ayları nisbətən quraq keçir. III. Soyuq iqlimin müxtəlif tipləri respublika ərazisinin 20%-ə yaxınını əhatə edir. Bu iqlim Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrini tutur. Yayı quraq keçən soyuq iqlim Naxçıvan MR-də alçaq zonadan başlamış yüksəkdağlığadək böyük sahəni əhatə edir. Qışı quraq keçən soyuq iqlim Kiçik Qafqazın şimal-şərq yamacı, Yan silsilə, Kiçik Qafqazın ortadağlıq və qismən də yüksəkdağlığı üçün səciyyəvidir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim ancaq Böyük Qafqazın cənub yamaclarında, 1500-2700 m yüksəkliklərdə müşahidə edilir. Bu iqlim yayın sərin, qışın soyuq keçməsi ilə səciyyələnir. Yağıntı ən çox yaz və payız fəsillərində düşür. IV. Dağ-tundra iqlimi- Böyük və Kiçik Qafqazın, Zəngəzur silsiləsinin mütləq yüksəkliyi 2700 m-dən artıq olan hissələrini əhatə edir. Bu iqlim tipində qış və yay əsasən quraq keçir, yağıntının əksəriyyəti qar şəklində düşür. Ən isti ayın orta temperaturu 00C ilə 100C arasında dəyişir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget