Bunun üçün bilmək lazımdırki, Günəş 21 mart və 23 sentyabrda Ekvatorda, 22 iyunda 23,5 şm.e-də, yəni Şimal tropikində, 22 dekabrda isə 23,5 cənub enliyində, yəniCənub tropiki üzərində zenitdə olur.Günəş Ekvatordan (0) Şimal tropikinə qədər (23,5) yolu 90 günə qət edirsə, deməli 1-lik yolu təqribən 4 günə gedir.
90 : 23,5=3,8 gün(təqribən 3,8 gün).Bunu bilərək, hər hansı bir tarixdə Günəşin zenitdə olduğu enliyi təqribi olsada təyin etmək olar.
Məsələ 1
15 yanvarda Günəş təqribən hansı enlikdə olacaq ?.
22 dekabrdan 15 yanvara qeder 24 gün keçmişdir.
24 gün : 4 gün=6. 23,5 – 6 =17,5
Yəni Günəş 15 yanvarda 17,5 cənub enliyi üzərindədir.
Məsələ 2
12 mayda Günəş hansı enlikdədir ?
21 martda Günəş Ekvatorda idi. 21 martdan 12 maya qədər 51 gün keçib.
Deməli 51gün : 4gün = 12,7. 21 martda Günəş 0 enlikdə olduğu üçün alınan 12,7 fərqi artıq Günəşin 12 mayda hansı enlikdə olduğunu göstərir.Yəni 12,7 şimal enliyində.
Yorum Gönder