"Buzlaq sürəti" ifadəsi qəribə görünə bilər. Lakin həqiqətən də tədqiqatçılar Qrenlandiyanın Yakobşavn buzlağının özünəməxsus rekord sürətlə irəlilədiyini müşahidə ediblər. 2009-cu ilin əvvəlindən 2013-cü ilin yazınadək hər 11 gündən bir sputnikdən çəkilən fotoşəkillərin analizi göstərir ki, Yakobşavn buzlağı gündə 46 metr irəliləyib. Bu Qrenlandiya buzlaqlarının tarixində ən sürətli hərəkət hesab olunur. Maraqllıdır ki,1912-ci ildə Titanik gəmisini batıran aysberqi də bu buzlağın əmələ gətirdiyi barədə fikirlər geniş yayılıb. Buz parçaları indi də buzlaqdan qopub okeana düşürlər. Bu da dünya okeanında suyun səviyyəsinin artmasına səbəb olur. Belə bir proses qlobal isinmə dövründə daha sürətlə baş verir. Məsələn 2005-2010-cu illər arasında Qrenlandiyanın dənizə axıtdığı buzların əriməsi sayəsində dünya okeanında suyun səviyyəsi ildə 0,7 millimet yüksəlib. Bir sözlə hər il Qrenlandiyadan dənizə 35 milyard ton buz atılır. Tədqiqat müəlliflərindən olan Vaşinqtotn universitetinin doktoru Yan Yocin (İan Joughin)deyir:"İndi apardığımız müşahidələr göstərir ki, bu buzlağın sürəti 1990-cı ilə nisbətən 4 dəfə artıb. Halbu ki, elə ondan əvvəl də Yakobşavnın sürəti böyük idi.
2013-cü ildə amerikalı alimlər bu qənaətə gəliblər ki, Qrenland buzlağının sürətində istixana efekti yaradan buludlar əsas rol oynayır.Təxmini hesablamalara görə əgər adanın buzları büsbütün ərisə, dünya okeanının səviyyəsi 6.4 metr yüksələ bilər. Bu da özlüyündə dəhşətli fəlakətlə nəticələnə bilər.1990-cı illərlərlə müqayisədə onun sürəti 4 dəfə artıb /http://www.itv.az/

Yorum Gönder