Əhalinin daimi olaraq, yaxud müəyyən müddət ərzində yaşamaq üçün bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə köçməsinə miqrasiya deyilir. Miqrasiya latınca “köçüb getmək” deməkdir. Miqrasiya öz məqsədinə görə müxtəlif olur. Onu bir neçə qrupa bölürlər. Daxili və xarici, daimi, yaxud müvəqqəti, könüllü, yaxud məcburi miqrasiyalar bir-birindən fərqlənirlər.
Miqrasiya öz səbəblərinə görə iqtisadi, sosial, siyasi, dini, ekoloji xarakter daşıya bilər, istiqamətinə görə isə kənddən şəhərə, şəhərdən şəhərə, kənddən kəndə, şəhərdən kəndə miqrasiya ola bilər. Əhalinin müəyyən yerdən köçüb getməsinəemmiqrasiya, köçüb gəlməsinə isə immiqrasiya deyilir. İmmiqrasiya iləemmiqrasiya arasındakı fərq bizə köçmə saldosunu verir. Əgər müəyyən zaman vahidində köçüb gələnlərin (immiqrantların) sayı köçüb gedənlərin
(emmiqrantların) sayından artıq olarsa, saldo müsbətdir və əhalinin mexaniki artımına səbəb olur. Əks təqdirdə saldo mənfidir və əhalinin mexaniki azalmasına səbəb olur.
Ağır tarixi keçmişinə baxmayaraq, könüllü miqrasiya Azərbaycan əhalisi üçün səciyyəvi deyildi. XIX əsrdən başlayaraq dünyada iqtisadiyyatın və sənayenin güclənməsi və urbanizasiya nəticəsində əhalinin miqrasiyası zəifləməyə başladı. Sonrakı dövrlərdə miqrasiya proseslərinə səbəb əsasən konfliktlər və müharibələr olmuşdur. XX əsrdə baş vermiş I və II Dünya müharibələri miqrasiyanın səviyyəsini və miqyasını yenidən genişləndirmişdir. XX əsrin 50-ci illərindən sonra miqrasiya saldosu daim mənfi qiymət almışdır. 1960-70-ci illərdə respublikadan 69,7 min nəfər adam getmişdir, bu da təbii artımın 5,3%-i qədərdir.
1976-80-ci illərdə miqrasiya saldosu -74,9 min nəfər, sonrakı 5 ildə 116,3 min
nəfər olmuşdur. XX əsrin 80-ci illərindən başlayaraq sovet rejimi zəifləməyə, separatçı meyllər isə yenidən güclənməyə başlandı. Bu hadisələr Azərbaycana öz təsirini daha tez göstərdi. Dağlıq Qarabağ ətrafında münaqişə qızışdığı bir dövrdə Ermənistan Respublikası öz ərazisində olan azərbaycanlıları kütləvi şəkildə deportasiya etməyə başladı və bu proses 1989-cu il dekabrın 8-ə qədər sona çatdırıldı. Nəticədə Azərbaycan Resplikası ərazisinə Ermənistandan 186 min azərbaycanlı, 18 min kürd-müsəlman, 3,5 min rus, xeyli digər qeyri-müsəlman millətlərin nümayəndəsi deportasiya olundu.
Buna əsasən yeni müəssisələrin tikilməsi, təsərrüfat sahələrinin yaradılması və bununla əlaqədar olaraq Azərbaycana çoxlu sayda işçi qüvvəsi və ixtisaslı kadrın gəlməsi səbəb olmuşdur.
İkinci Dünya müharibəsinə qədər Azəraycana xeyli miqdarda əhali köçmüşdür. Məhz 1921-1941-ci illərdə əhali artımının 473,5 min nəfəri və 34,4%-i mexaniki artım hesabına olunmuşdur. Bu dövrdə Bakı şəhərində respublikanın regionlarından gələnlər hesabına əhalinin sayı 304,2 min nəfər çoxalmışdır. 1939-cu ilin məlumatlarına görə, respublikada əhalinin xüsusi çəkisində ikinci yerdə ruslar dururdular. Bu dövrdə respublikaya 500 min nəfər rus miqrasiya etmişdir. Məhz bu ilin hesablamalarına diqqət yetirsək, respublika üzrə yalnız Abşeron əhalisinin sayında mexaniki artım hesabına artım müşahidə edilmişdir. Bu da qeyd
etdiyimiz kimi, neft sənayesi müəssisələrinin Abşeronda yerləşməsi ilə əlaqədardır.
XX əsrdə baş vermiş I və II Dünya müharibələri miqrasiyanın səviyyəsinə öz təsirini göstərmişdir. XX əsrin ikinci yarısından başlayaraq miqrasiya saldosu mənfi qiymət almışdır. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana təcavüzü güclənmiş və nəticədə 186 min azərbaycanlı 18 min kürd müsəlman millətləri Azərbaycana deportasiya olunmuşdur. Gürcüstandan 1944-cü ildə Qazağıstana və Mərkəzi Asiyaya sürgün edilmiş mesxeti türklərinin bir hissəsi Azərbaycana gəlmişdir. Onlar əsasən Xaçmaz, Saatlı və Sabirabad rayonlarında məskunlaşmışdılar. 1970-ci ildən sonra Azərbaycanda kənd əhalisinin miqrasiyasında artım müşahidə edilmişdir. Bu əsasən iş və yaşayış şəraitinin aşağı düşməsi infrastruktur sahələrinin arzu olunmaz vəziyyətdə olması hesabına baş vermişdir. 1990-cı ildən respublikada miqrasiya gedişində bir sıra dəyişikliklər müşahidə olunmuşdur. Şəhər və kənd əhalisinin miqrasiyası azalmışdır.1990-cı ildən sonra Azərbaycanda miqrasiyanın gedişində bir sıra dəyişiklik olmuşdur. Təbii artımın azalması ilə eyni vaxtda şəhər və kəndlərdən əhalinin miqrasiyası azalmışdır. Eyni zamanda ölkədən MDB-dən kənar xarici ölkələrə miqrasiya artmışdır. 1991-1995-ci illərdə miqrasiya saldosu -87,2 min nəfər olmuş, sonrakı 6 ildə bu göstərici -35,2 min nəfərə enmişdir. Şəhər əhalisi arasında ölkədən gedənlərin sayı kənd əhalisinə nisbətən xeyli çoxdur. Ölkədən miqrasiya edənlərin sayı azalsa da təbii artımın kəskin şəkildə aşağı enməsi ilə əlaqədar əhalinin ümumi illik artımı getdikcə azalır.
Miqrasiya proseslərinin intensivliyi daha çox iki amildən-insanların həyat şəraitindəki fərqlərlə bağlı iqtisadi və yeni dövlətlərin yaranması, sərhədlərin dəyişməsi, digər ölkələrdən siyasi-iqtisadi dəyişikliklərlə əlaqədar siyasi amillərdən asılıdır.
Miqrasiya istiqamətinə görə xarici (qitələrarası və dövlətlərarası) və daxili (bölgədaxili və bölgələrarası) miqrasiyaya bölünür.
Daxili miqrasiyaya aşağıdakılar daxildir:
1.Mövsümi miqrasiyalar;
2.Məcburi köçürülmələr;
3.Əhalinin kənd yerlərindən şəhərlərə yer dəyişməsi;
4.Yeni torpaqların mənimsənilməsi və boş yerlərin məskunlaşması;
Ölkə əhalisinin 10%-i (800 min nəfər) məcburi köçkünə, qaçqına çevrilmişdir. Keçid dövründən on beş illik müddətin keçməsinə baxmayaraq, məcburi köçkünlər hələ də çətin vəziyyətdədirlər. Əvvəllər kənd yerlərində yaşamış məcburi köçkünlər indi yaşadıqları şəhər şəraitinə alışmaqda çətinlik çəkirlər. Məhdud iqtisadi imkanları olan və işsizliklə üzləşən məcburi köçkünlər əhalinin ən çox müdafiəyə ehtiyacı olan təbəqələri sırasındadır.
Xarici miqrasiya-əmək miqrasiyası Azərbaycanda vacib problemlərdən birinə çevrilmişdir. Başqa ölkələrə iş axtarmaq üçün köçən azərbaycanlılar əhalinin artım səviyyəsinə mənfi təsir göstərmişdir. Digər ölkələrdən insanların (sığınacaq axtaranların və ya qaçqınların) Azərbaycana miqrasiya etməsi onsuz da məhdud resursları bir qədər də məhdudlaşdırır. Yaxın keçmişdə hökumət inkişaf proqramı üzrə tərəfdaşların köməyi ilə çox vacib addımlar atmışdır (qaçqınlarla bağlı yeni qanunvericilik, qaçqın statusunun müəyyən edilməsi üzrə bölmənin yaradılması, vətəndaşlıq haqqında qanun, treninqlər və miqrasiya menecmentinin təkmilləşdirilməsi və s.). Bu addımlar sığınacaq axtaranlarla hökumət arasında
qarşılıqlı anlaşmanı asanlaşdırır və gərginliyi azaldır.
Azərbaycana gələn miqrantları məqsədlərinə görə üç qrupa ayırmaq olar.
1.Əməkçi miqrantlar;
2.Qaçqın statusu almaq üçün gələnlər;
3.Azərbaycandan tranzit ölkə kimi istifadə edənlər;

Yorum Gönder